Ana səhifə »  Gündəm »  Azərbaycan Prezidenti İlham Əliyev Astanada İƏT-in elm və texnologiya üzrə birinci Sammitində iştirak edib
A+   Yenilə  A-
Azərbaycan Prezidenti İlham Əliyev Astanada İƏT-in elm və texnologiya üzrə birinci Sammitində iştirak edib

Sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.
Sonra birgə foto çəkdirildi.
İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII Zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.
İƏT-in elm və texnologiya üzrə birinci Sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edir.
Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Sammitin açılış sessiyasında çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev son zamanlar İslam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist və terrorçu təşkilatların yayıldığını təəssüf hissi ilə qeyd edərək bildirdi ki, bundan daha çox İslam ölkələri əziyyət çəkir. Eyni zamanda, bu, Qərb ölkələrində islamofobiya meyillərinin, eləcə də müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq hallarının İslam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan Prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll edilməsinin vacibliyini bildirdi. Prezident Nursultan Nazarbayev İslam ölkələrində elm və texnologiyanın inkişaf etdirilməsi üçün “G-20” formatında beynəlxalq forumun yaradılmasının vacibliyini qeyd etdi. Qazaxıstan dövlətinin başçısı bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini bildirdi və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğuladı. Nursultan Nazarbayev Astana Sammitinin İslam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini ifadə etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müasir dövrdə cəmiyyətin tərəqqisində mühüm rol oynayan elm və texnologiyanın İslam ölkələrində inkişaf etdirilməsinə həsr olunan Sammitin önəmini vurğuladı. Türkiyənin son illər elm və texnologiya sahəsində təhsil imkanlarının genişləndirilməsinə, mühüm proqram və tədbirlərin reallaşdırılmasına xüsusi diqqət yetirdiyini söyləyən Prezident Rəcəb Tayyib Ərdoğan ölkəsində İƏT-ə üzv dövlətlərdən 9500 tələbənin təhsil aldığını qeyd etdi. İslam aləmində son dövrdə yaşanan proseslərin müsəlman ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi zərurətini ortaya çıxardığını deyən Prezident Rəcəb Tayyib Ərdoğan elm və texnologiyanın inkişaf etdirilməsi məqsədilə irəli sürülən təşəbbüslərə siyasi dəstəyin verilməsinin vacibliyini bildirdi.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn müsəlman ölkələrində də elm və texnologiyanın inkişafına xidmət edəcək belə bir Sammitin təşkilini yüksək qiymətləndirdi. Bildirdi ki, bu Sammitdə qəbul olunacaq qərarlar müsəlman ölkələrində elm və texnologiyanın inkişafı sahəsində görülən işlərə böyük təkan verəcək. Bu baxımdan elm və texnologiya sahəsində nailiyyətlərin dəstəklənməsi çox böyük əhəmiyyət kəsb edir.
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz elm və texnologiyanın inkişaf etdirilməsinin dayanıqlı tərəqqiyə nail olunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İslam dünyasının, o cümlədən Mərkəzi Asiya bölgəsinin orta əsrlərdə dünyanın elm mərkəzi olduğunu bildirdi. Özbəkistanda 300-dən çox elm və texnologiya mərkəzinin fəaliyyət göstərdiyini, ölkəsində bu sahənin inkişafına xüsusi diqqət yetirildiyini qeyd etdi.
Afrika ölkələri qrupu adından çıxış edən Qvineya Respublikasının Prezidenti Alfa Konde elm və texnologiyanın cəmiyyətin həyatının müasir formada təşkilinə şərait yaratdığını, istehsal imkanlarını artırdığını bildirdi. Qeyd etdi ki, son illər Afrika ölkələrində elm və texnologiya sahəsinin inkişafına böyük məbləğdə sərmayələr yatırılır.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani elm və texnologiya sahəsində əməkdaşlığın İslam ölkələrinin inkişafında mühüm rol oynadığını bildirdi. Müasir dövrdə İslam dünyasının müxtəlif problem və çağırışlarla üzləşdiyini qeyd edən Prezident Həsən Ruhani bütün bunların müsəlman aləmində böyük təəssüf hissi doğurduğunu vurğuladı. Dövlət başçısı bu problemlərin həll edilməsi, eləcə də müsəlman ölkələrində inkişafın təmin olunması üçün bütün istiqamətlərdə, o cümlədən elm və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd etdi.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin Astana Sammitinin İslam dünyası üçün olduqca mühüm vaxtda keçirildiyini bildirdi. Müsəlman ölkələrinin inkişafı istiqamətində vacib addımların atılmasının zəruriliyini qeyd edən Yusif Əl-Osaymin dedi ki, elm və texnologiyanın tərəqqisi sahəsində atılan addımlar ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək.
Açılış sessiyasından sonra Sammit işini “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda sessiya ilə davam etdirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
Bismillahir-rəhmanir-rəhim. 
Əziz dostlar.
Qazaxıstan torpağında yenidən olmağımdan çox məmnunam. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsini yüksək qiymətləndirirəm.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilmişdir. Biz təşkilata üzv ölkələrlə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirik. Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda müsəlman ölkələrini daim dəstəkləyir. İƏT də öz növbəsində Azərbaycana böyük dəstək göstərir və ölkəmizin apardığı siyasətə yüksək qiymət verir. İƏT daim Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini dəstəkləyən ədalətli mövqe nümayiş etdirib və Azərbaycanın ədalətli mövqeyini əks etdirən bir çox qətnamələr qəbul edib.
Keçən il İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə keçirilmiş Zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı təcavüzü ilə əlaqədar Təmas Qrupu yaradılmışdır. Biz bu qərarı çox yüksək qiymətləndiririk və bu ədalətli mövqeyə görə İƏT-ə və onun üzvlərinə təşəkkürümüzü bildiririk.
BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Ermənistan bu qətnamələri icra etmir və buna görə onlara qarşı sanksiyalar tətbiq olunmur. Bu, ikili standartlardır. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın əzəli, tarixi torpağı olan Dağlıq Qarabağı və digər yeddi rayonumuzu işğal edib. Bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Ermənilər xalqımıza qarşı etnik təmizləmə siyasəti aparmışlar, Ermənistan hərbi cinayətlər törətmişdir.
1992-ci ildə Ermənistan Xocalı soyqırımını törətmişdir. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. Ondan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb.
Erməni vəhşiliyi bu gün də davam edir. Bu ilin iyul ayında iki yaşlı azərbaycanlı körpə nənəsi ilə birlikdə ermənilər tərəfindən atılan mərmi nəticəsində həyatını itirmişdir. Bu, vəhşilikdir. Bu, erməni faşizminin növbəti qanlı cinayətidir. İşğal edilmiş torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi ilə bütün məscidlərimiz dağıdılıb. Şuşa, Ağdam və digər şəhərlərimizin dağıdılmış məscidlərinin fotoşəkilləri erməni vandalizminin sənədli sübutudur.
Ermənistanda islamofobiya pik həddə çatıb. Ermənistan çox çalışır ki, müxtəlif müsəlman ölkələri ilə əlaqələrini genişləndirsin. Onların riyakar və yalan sözlərinə inanmaq lazım deyil. Azərbaycanda müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.
Keçən ilin aprel ayında qəhrəman Azərbaycan Ordusu torpağımızın bir hissəsini erməni işğalçılarından azad edib. Biz orada yeni qəsəbə salmışıq. 150 evdən ibarət Cocuq Mərcanlı qəsəbəsində məktəb, tibb mərkəzi və məscid tikilib. Ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində tikdik. Bu, bir daha Azərbaycan xalqının yenilməz ruhunu, öz dini dəyərlərinə bağlılığını göstərir. Ermənilər məscidlərimizi dağıdıblar. Ancaq bu məscidlər bizim qəlbimizdə ucaldılıb, onları heç bir qüvvə dağıda bilməz.
Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir. Biz dünyanın müxtəlif bölgələrində baş qaldıran islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Biz müsəlmanlara qarşı törədilən cinayətləri, xüsusilə də son vaxtlar Myanmada Rohingiya müsəlmanlarına qarşı həyata keçirilən qətliam və kütləvi zorakılıq hallarını qətiyyətlə pisləyirik. Biz beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, siyasi və dini liderləri Myanmada baş verən hadisələrin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırırıq. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, sentyabrın 8-də Azərbaycan Rohingiya qaçqınlarına humanitar yardım - 100 ton ərzaq məhsulu göndərmişdir.
2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bu möhtəşəm dostluq və qardaşlıq bayramında 50-dən çox müsəlman ölkəsi iştirak etmişdir. Əminəm ki, üç minə yaxın idmançı və minlərlə qonaq Bakıdan ən xoş təəssüratlarla ayrılmışdır.
Azərbaycan sürətlə inkişaf edən ölkədir. Son 14 il ərzində ölkəmizin ümumi daxili məhsulu üç dəfədən çox artmışdır. Bir milyon 600 min iş yeri yaradılmışdır. Yoxsulluq beş faiz səviyyəsinə düşmüşdür. Savadlılıq isə 100 faizə yaxındır. Azərbaycanda elm və müasir texnologiyalar uğurla inkişaf edir. Azərbaycan dünyanın kosmik klubunun məhdud sayda olan üzvlərindən biridir.
Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Azərbaycan bundan sonra da İƏT-in fəal üzvü kimi İslam həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Sağ olun.
X X X
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani çıxışında müsəlman ölkələrində davamlı iqtisadi inkişafa nail olunmasında sabitliyin təmin edilməsinin önəmini xüsusi vurğuladı. 
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn müsəlman ölkələrinin inkişafında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin, mövcud potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Prezident Məmnun Hüseyn İslam dünyasında elmin və texnologiyanın inkişafında mövcud elmi potensialdan istifadə olunmasının önəmini qeyd etdi, bu prosesdə alimlərin rolunu yüksək qiymətləndirdi.
Banqladeş Xalq Respublikasının Prezidenti Abdul Hamid İslam ölkələrində elm və texnologiyanın inkişafının enerji resurslarından və kosmik peyklərdən birgə istifadə, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verəcəyini bildirdi.
İndoneziya Respublikasının vitse-prezidenti Yusuf Kalla XXI əsrdə elm, texnologiya və innovasiyaların ölkələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, belə bir Sammitin vaxtında təşkil olunduğunu vurğuladı. O, İndoneziyada nanotexnologiya, mikroorqanizmlərin öyrənilməsi, kosmik sənaye və digər sahələrdə mühüm proqramların həyata keçirildiyini bildirdi.
Komor Adaları İttifaqının vitse-prezidenti Abdallah Said Sarouma İslam dünyasının inkişafında elm və texnologiyanın önəmini qeyd etdi və bu baxımdan Sammitin əhəmiyyətini yüksək qiymətləndirdi.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç İƏT-in elm və texnologiya üzrə birinci Sammitinin keçirilməsinin tarixi hadisə olduğunu dedi. Müsəlman ölkələrinin gənclərin sayına və sürətli artımına görə dünyada ilk sıralarda olduğunu vurğulayan Bakir İzetbeqoviç bu baxımdan gənclərin təhsil imkanlarının genişləndirilməsinin, fəallıqlarının artırılmasının önəmini diqqətə çatdırdı.
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro çıxışında bildirdi ki, Sammitdə müzakirə olunan mövzular cəmiyyətin inkişafı baxımından mühüm rol oynayır. Bu, həm də regional və qlobal əməkdaşlığın inkişafı baxımından geniş perspektivlər açır.
Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih qeyd etdi ki, elmin və texnologiyanın inkişafı ölkələrimizin rifahı ilə yanaşı, qlobal iqtisadiyyatın da tərəqqisinə böyük töhfə verə bilər. O, bu baxımdan mühüm kəşflərin və nailiyyətlərin dəstəklənməsində beynəlxalq əməkdaşlığın vacib rol oynadığını qeyd etdi.
X X X
Tədbirdə İslam dünyasının elmi və texnoloji inkişafı üçün siyasi dəstək prosesinin başlanmasını nəzərdə tutan Astana Bəyannaməsi qəbul edilib.
Sammit çərçivəsində “Davamlı inkişafda elm və texnologiyaların rolu”, “Müasir iqtisadiyyatda rəqabət və innovasiyalar”, “Elm və texnologiyalar sahəsində əməkdaşlığın inkişafı” mövzularında sessiyalar keçiriləcək, zəngin təbii resurslara malik olan müsəlman ölkələrində yoxsulluq, aclıq, işsizlik problemlərinə, eləcə də elm, təhsil, texnologiya sahələrində inkişaf məsələlərinə dair müzakirələr aparılacaq. Bununla yanaşı, müsəlman ölkələrində gənclərin üzləşdikləri problemlər, onların elm və təhsil sahələrinə daha geniş cəlb edilməsi, habelə zorakı ekstremizm, terrorizm ilə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq.

 
  • Oxunub:  2010  |  
  • Tarix:  11-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan müasir, sabit və demokratik ölkə kimi uğurla inkişaf edir

17:46
22 Sentyabr
Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında protokol imzalanıb
17:42
22 Sentyabr
Mübariz Qurbanlı: Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir
17:33
22 Sentyabr
Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
17:26
22 Sentyabr
“TurAz Qartalı-2017” təlimlərinə döyüş helikopterləri də qoşulub
17:04
22 Sentyabr
Sahibə Qafarova: Terrorçu Sarkisyanın yeri BMT tribunası deyil, beynəlxalq tribunaldır
16:32
22 Sentyabr
Əhliman Əmiraslanov: Ailə dövlətin əsas özəyi kimi dövlət tərəfindən qorunur
16:19
22 Sentyabr
Azad Rəhimov: İdmançılarımızın Rio-2016-da 18 medal qazanmasında Avropa Oyunlarının böyük dəstəyi oldu
16:07
22 Sentyabr
Ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” kitabının təqdimatı olub
15:52
22 Sentyabr
Qadın voleybolçular arasında Avropa çempionatının ilk oyununda Ukrayna və Rusiya milliləri qarşılaşır
15:35
22 Sentyabr
Auditorlar Palatası ilə Rusiya Auditorlar İttifaqı və Estoniya Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanıb
15:12
22 Sentyabr
Qulam İshaqzai: Azərbaycan Prezidentinin dayanıqlı inkişaf üçün göstərdiyi səylər alqışa layiqdir
14:29
22 Sentyabr
Beynəlxalq elmi-praktik konfransın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14:22
22 Sentyabr
Göygöl Olimpiya İdman Kompleksi voleybol üzrə Avropa çempionatının oyunlarına hazırdır
14:16
22 Sentyabr
Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşlarla görüşüb
14:11
22 Sentyabr
Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
14:02
22 Sentyabr
Belqradda Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib
12:25
22 Sentyabr
Parisdə növbəti erməni təxribatının qarşısı alınıb
12:22
22 Sentyabr
Səhra komanda məntəqəsi parkının açılışı olub
12:17
22 Sentyabr
Robert Sekuta: Qlobal enerji təhlükəsizliyi baxımından Azərbaycanın əhəmiyyəti ABŞ tərəfindən yüksək qiymətləndirilir
12:12
22 Sentyabr
"Şəhadət" sənədli filminin təqdimatı olub
12:05
22 Sentyabr
Nazir müavini: "Aİ ilə enerji sahəsində əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib"
12:00
22 Sentyabr
Gürcüstanın baş naziri BMT-də çıxışı zamanı Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətindən danışıb
11:52
22 Sentyabr
Bahar Muradova: Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm veririk
11:47
22 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində bir sıra görüşlər keçirib
11:46
22 Sentyabr
Qulam İsakzai: Dayanlıqlı inkişaf üçün Azərbaycan Prezidentinin səylərini alqışlayıram
11:43
22 Sentyabr
Milli Məclisdə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair beynəlxalq konfrans keçirilir
11:35
22 Sentyabr
Что может сделать ООН для правосудия над преступлениями против Азербайджана?
11:32
22 Sentyabr
GUAM-ABŞ Birgə Bəyannaməsi qəbul edilib
11:26
22 Sentyabr
“Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir
11:22
22 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib
11:19
22 Sentyabr
Yusuf Məmmədəliyev: Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgüzar və müasir dövrlə ayaqlaşan görmək istəyir
11:08
22 Sentyabr
Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinə start verilir
10:46
22 Sentyabr
Bakıda Çex Respublikasının Dövlətçilik Günü qeyd edilib
10:45
22 Sentyabr
Mübariz Qurbanlı: Müasir Azərbaycan Respublikasının din və siyasətin qarşılıqlı münasibətlərində üstünlük verdiyi model onların yanaşı yaşamasını nəzərdə tutur
10:23
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub
10:18
22 Sentyabr
“The Jerusalem Post”: “Nəyə görə Azərbaycan Amerika yəhudi lobbisi üçün zəruridir?”
18:03
21 Sentyabr
MM-in deputatı: Aqroparkların yaradılması qeyri-neft sənayesinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir
18:01
21 Sentyabr
Musa Quliyev: Görülən sistemli işlər nəticəsində ölkəmizin qeyri-neft sektorunda ixrac potensialı əhəmiyyətli dərəcədə artırılacaq
17:57
21 Sentyabr
Fuad Muradov: “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” dövlətimizin gənclərə və gənclər siyasətinə verdiyi önəmin bariz nümunəsidir
17:55
21 Sentyabr
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin BMT sessiyasında çıxışı erməni yalanlarının ifşa edilməsi baxımından səciyyəvi oldu
17:45
21 Sentyabr
Bəhruz Quliyev: Prezident İlham Əliyev Sarkisyanı tutarlı cavabları və arqumentləri ilə susdurdu
17:30
21 Sentyabr
Elman Məmmədov: Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Ermənistana ciddi xəbərdarlıq idi
17:22
21 Sentyabr
Sədaqət Vəliyeva: Prezident İlham Əliyev BMT-də ölkəmizin və xalqımızın mənafeyini qorudu
17:10
21 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə konfrans keçirilib
16:46
21 Sentyabr
Cocuq Mərcanlıdan bəhs edən kitabın və filmin təqdimatı olub
16:41
21 Sentyabr
Müdafiə naziri: Ali Baş Komandanın BMT-də səsləndirdiyi fikirlər ordumuz üçün əmrdir
16:09
21 Sentyabr
Sevinc Fətəliyeva: Prezident İlham Əliyev BMT Baş Assambleyasında milli maraqlarımızın müdafiəsi baxımından parlaq çıxış etdi
15:40
21 Sentyabr
Siyavuş Novruzov: Prezident BMT tribunasından Azərbaycan reallıqlarını dünyanın diqqətinə çatdırdı
15:37
21 Sentyabr
BMT-də zavallı təlxəyin şousu: Sarkisyan qarabağlı erməniləri yoxa çıxardı
15:27
21 Sentyabr
Qafqaz Müsəlmanları sədri İstanbulda beynəlxalq konfransda iştirak edəcək
15:16
21 Sentyabr
Azərbaycan ilə BMT-nin Əhali Fondu arasında münasibətlər yüksək səviyyədədir
14:38
21 Sentyabr
Sarkisyan pis vəziyyətə düşdü - O, unutmuşdu ki...
14:17
21 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edib
14:09
21 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib
13:34
21 Sentyabr
Van Veyquan: Azərbaycan-Çin əlaqələri beynəlxalq arenada hər iki ölkəni strateji tərəfdaşa çevirib
12:57
21 Sentyabr
Akademik İsa Həbibbəyli: Bakı-Tbilisi-Qars XXI əsrin dəmir İpək Yoludur
12:30
21 Sentyabr
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələri açıqlanıb
12:24
21 Sentyabr
21 sentyabr - Beynəlxalq Sülh Günüdür
12:20
21 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət yetirir
12:12
21 Sentyabr
Əli Həsənov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı ermənilərin 200 illik yalanı üzərində böyük qələbə idi
12:10
21 Sentyabr
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir
11:55
21 Sentyabr
Baş nazirin müavini: Sarkisyan özünü bütün dünya qarşısında biabır etdi
11:49
21 Sentyabr
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü gələn ay Tehranda keçiriləcək
11:48
21 Sentyabr
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə Rusiyada nümayiş olunacaq
11:38
21 Sentyabr
Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi icra olunub
11:31
21 Sentyabr
Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair konfrans keçirilir
11:30
21 Sentyabr
Mərkəzi Seçki Komissiyasının sədri Rusiya Federasiyasında səfərdədir
11:25
21 Sentyabr
Böyük Qayıdışa – Cocuq Mərcanlının bərpasına həsr olunan kitabın və filmin təqdimatı keçirilir
11:23
21 Sentyabr
Prezident İlham Əliyev: Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq
10:51
21 Sentyabr
Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair beynəlxalq konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA