Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev: Biz ölkəmiz üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Biz ölkəmiz üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik

Dövlətimizin başçısı Balakən, Zaqatala və Qax rayonlarına səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfərə gedib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Səfər çərçivəsində Prezident İlham Əliyev Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verib.
Dövlətimizin başçısı Balakən Su Elektrik Stansiyasını işə salıb.
Sonra dövlətimizin başçısı Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Balakən Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsib, muzeylə tanış olub.
Daha sonra Prezident İlham Əliyev Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Həmin gün dövlətimizin başçısı Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib.
Prezident İlham Əliyev əvvəlcə rayonun Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.
Prezident İlham Əliyev “ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxıb.
“ABAD Mərkəz” ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Tədbir iştirakçılarını salamlayan dövlətimizin başçısı çıxış edib: “Mən yenidən Balakən rayonunda səfərdəyəm. Çox məmnunam ki, növbəti dəfə Balakənə səfər edirəm. Bu, mənim sayca beşinci səfərimdir. Bu, özlüyündə onu göstərir ki, Azərbaycan dövləti Balakən rayonunun inkişafına çox böyük diqqət göstərir. Bu diqqət və qayğı nəticəsində Balakən rayonunda işlər yaxşı gedir, rayon inkişaf edir, bir çox önəmli sosial, iqtisadi layihələr, biznes, infrastruktur layihələri icra edilir. Bir sözlə, Balakəndə hərtərəfli inkişaf təmin olunur və əlbəttə ki, gələcək illərdə bu inkişaf daha da sürətlə gedəcək.
Bu günə qədər rayonda bir çox önəmli sosial layihələrin icrası təmin edilmişdir. Bölgələrimizdə ən böyük xəstəxanalardan biri Balakəndə bir neçə il bundan əvvəl tikilmişdir, təxminən 200 çarpayılıq gözəl xəstəxanadır. Olimpiya Mərkəzi, Gənclər Evi, digər sosial obyektlər inşa olunmuşdur, məktəb tikintisi sürətlə gedir. Mənə verilən məlumata görə, 26 yeni məktəb tikilib, bir neçə məktəb təmir edilib. Yəni, bu, çox önəmli sosial sahədir və bu sahə çox böyük vəsait tələb edir, Azərbaycan dövləti bu vəsaiti təmin edir.
Balakən rayonunda qazlaşdırma 100 faiz səviyyəsindədir. Biz hələ ki, heç ölkə üzrə bu səviyyəyə çatmamışıq. Ölkə üzrə qazlaşdırmanın səviyyəsi 93 faizdir, Balakəndə isə 100 faiz. Elektrik enerjisi ilə bağlı problemlər həllini tapır, kənd yolları salınır. Biz artıq bu gün növbəti kənd yolu layihəsinin açılışını qeyd etdik. Növbəti illərdə digər kəndlərə də yollar salınacaq.
Siz yaxşı bilirsiniz ki, zəlzələdən sonra Azərbaycan dövləti zərərçəkmiş vətəndaşlara öz maddi yardımını göstərdi, 7 mindən çox fərdi ev ancaq Balakən rayonunda dövlət hesabına tikilmişdir, 2 mindən çox ev əsaslı təmir edilmişdir. Yəni, bu, hesab edirəm ki, bir göstəricidir. Çünki ağır vəziyyətə düşən soydaşlarımızın problemlərinin həlli üçün dövlət öz dəstəyini əsirgəmədi və bu gün Balakən rayonunda sosial-iqtisadi inkişaf yaxşı səviyyədədir. “ABAD Mərkəz”in yaradılması da bunun bariz nümunəsidir. Bu, sayca ikinci “ABAD Mərkəz”dir. Birincisi Masallıda yaradılıb, ikinci isə Balakən rayonunda. Bu mərkəzin fəaliyyəti nəticəsində minlərlə insan işlə təmin olunacaq, özünüməşğulluq proqramı sürətlə icra ediləcək. Mən bu barədə artıq bütün müvafiq tapşırıqları vermişəm ki, növbəti illərdə özünüməşğulluq proqramı Azərbaycanda geniş vüsət almalıdır, dövlət isə, öz növbəsində, bu şəraiti yaradır. Mənə verilən məlumata görə, Balakən rayonunda vətəndaşlara 12 konteyner təqdim edilib və o konteynerlərdə indi artıq məhsul istehsal olunur. Bax, bu mürəbbələr sizin məhsulunuzdur, gözəl qablaşdırılıb və həm daxili bazara çıxarılır, həm də xarici bazarlara çıxarılacaq.
Eyni zamanda, bu gün mənə daha bir gözəl layihə haqqında məruzə edildi, əvvəllər də məruzə edilmişdi. Bu, indi sizin gördüyünüz paketlənmiş quru xurma məhsuludur ki, bunun da xarici bazarlara çox böyük çıxış imkanı var və indi bir çox ölkələrdən sifarişlər verilib. Bu istehsal geniş vüsət alacaq və nəinki Balakən rayonunun, bütün ətraf rayonların xurması, yəni, bazara çıxarılmayan xurma məhsulu buraya gətiriləcək, emal olunacaq və belə gözəl şəkildə xaricə ixrac ediləcək. Vətəndaşlar yaxşı pul qazanacaqlar, ölkəmizə valyuta gələcək və eyni zamanda, bu, xurma istehsalının inkişafına növbəti təkan verəcəkdir.
Ona görə “ABAD Mərkəz”in yaradılması Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir. Bilirsiniz ki, bir neçə il əvvəl Azərbaycanda “ASAN xidmət” mərkəzləri yaradıldı. İndi bu mərkəzlərə 16 milyon 500 min müraciət olunmuşdur. Növbəti mərhələdə “ASAN Kommunal” və “ABAD” ailə biznesinə dəstək mərkəzlərinin, - ikinci mərkəz burada açılır, - əlbəttə ki, sahibkarlığın, qeyri-neft sektorunun inkişafına çox böyük müsbət təsiri olacaq və Balakən rayonunun sosial-iqtisadi inkişafı, ixrac potensialı böyük dərəcədə artacaq.
İndi siz yaxşı bilirsiniz ki, biz ölkəmiz üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik. Bu bölgənin imkanları, iqlim şəraiti və ənənələri nəzərə alınır. Bölgədə çox geniş vüsət alan sahələr fındıqçılıqla, baramaçılıqla, tütünçülüklə bağlıdır. Siz - burada yaşayan insanlar yaxşı görürsünüz ki, son bir-iki il ərzində bu sahədə çox böyük artım var və bu, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına birbaşa müsbət təsir göstərir. Bir il ərzində Balakən rayonunda 2 min 200 hektarda yeni fındıq bağları salınıb və bağların sahəsi 7 min hektara çatıbdır. Ancaq növbəti illərdə əlavə minimum 3 min hektarda fındıq bağları salınacaq və bütün bunlar dövlət hesabına olan məsələlərdir. Yəni, dövlət lazım olan tingləri gətirir, suvarma işlərini təşkil edir, kəndlilərə şərait yaradır ki, onlar bu ağaclara qulluq edərək öz maddi vəziyyətlərini daha da yaxşılaşdırsınlar və xaricə valyuta gətirən məhsullar çıxara bilsinlər.
Buna görə növbəti illərdə bu bölgənin - həm Balakən rayonunun, həm qonşu rayonların ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün daha da ciddi addımlar atılacaqdır. Balakən rayonunda hər dəfə olarkən burada gedən quruculuq, abadlıq işləri məni çox sevindirir. Məni daha çox sevindirən odur ki, Balakən rayonunda yaşayan insanlar Vətənə bağlı insanlardır, vətənpərvər insanlardır. Azərbaycanda əsrlər boyu yaşayan bir çox xalqların nümayəndələri Balakən rayonunda bir ailə kimi, dostluq, qardaşlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük sərvətimizdir. Azərbaycanda milli və dini zəmində mövcud olan çox gözəl vəziyyət bir çox ölkələr üçün də maraq doğurur və indi bizim təcrübəmiz öyrənilir. Bizim siyasətimiz isə çox aydındır, açıqdır, Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir. Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdir. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq belə bir təşəbbüs Azərbaycanda irəli sürüldü. Bu, əslində, daha çox xaricə bir mesaj idi ki, birgə yaşamaq, qurmaq, müxtəlif xalqların nümayəndələrinin dostluq, mehribanlıq şəraitində yaşaması mümkündür və bunu Azərbaycanın timsalında hər kəs görə bilər. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu da yenə bir çağırışdır. Çünki Azərbaycanda nə multikulturalizmlə, nə də İslam həmrəyliyi ilə bağlı heç bir problem yoxdur. Biz, sadəcə olaraq, bu çağırışları etməklə bir mesaj veririk, əgər belə demək mümkündürsə, yol göstəririk ki, bütün müsəlman xalqları birləşsin, onların arasında heç bir qarşıdurma, anlaşılmazlıq olmasın və biz Azərbaycanın timsalında görürük ki, buna nail olmaq mümkündür. Azərbaycan böyük coğrafiyanın bir hissəsidir, Qafqazın bir parçasıdır, Qafqaz vahid orqanizmdir. Qafqazda yaşayan bütün xalqlar arasında bir-biri ilə tarixi əlaqələr, qohumluq əlaqələri, dostluq, qardaşlıq olub. Hesab edirəm ki, Azərbaycan bütün Qafqaz üçün də çox önəmli bir ölkəyə çevrilibdir. Ona görə Balakəndə həm bu sahədə, həm də iqtisadi, sosial, kənd təsərrüfatı, emal sənayesi sahələrində çox gözəl nəticələr var. Rayon gündən-günə gözəlləşir, abadlaşır, turistlərin sayı artır. Mən Bakıya qayıdan kimi rayonun inkişafı ilə bağlı əlavə tapşırıqlar verəcəyəm ki, hələ icra olunmayan layihələr də tezliklə icra olunsun və növbəti açılışlarda biz bir daha görüşək”.
Daha sonra Prezident İlham Əliyev “ABAD” layihəsinin iştirakçıları ilə söhbət edib.
Prezident İlham Əliyev: Bunlar sənin məhsullarındır?
Məhəmməd Bazarov: Bəli, cənab Prezident.
Prezident İlham Əliyev: Çox gözəl. Siz artıq konteynerin avadanlığını işlədirsiniz?
Məhəmməd Bazarov: Bəli, çox rahatdır. Əvvəllər əziyyət çəkirdik, ev şəraitində işləmək çox çətin idi. Amma indi çox rahatdır. Artıq on adamın işini görən avadanlıqlarımız var. Daha gözəl, dünya standartlarına uyğun keyfiyyətli məhsul istehsal etmək imkanımız yaranıb.
Prezident İlham Əliyev: Qabları haradan götürürsünüz?
İnam Kərimov: Cənab Prezident, qablar Azərbaycanda istehsal olunur.
Prezident İlham Əliyev: Sifariş əsasında alırsınız?
İnam Kərimov: Bəli, alırıq, təhvil veririk.
Prezident İlham Əliyev: Sonra bu məhsullar laboratoriyada yoxlanılır?
İnam Kərimov: Bəli, yoxlanılır, sonra da sertifikat alınır.
Prezident İlham Əliyev: Çox gözəl. Əminəm ki, dadı da gözəldir. Balakəndə arıçılıqla bağlı vəziyyət necədir, inkişaf edir? Mən gələndə yolda gördüm.
Məhəmməd Bazarov: Bəli, cənab Prezident, arıçılıq burada çox sürətlə inkişaf edir.
Prezident İlham Əliyev: Artıq burada satıla bilməyən meyvə batmayacaq. Bizim mürəbbələr də çox dadlıdır, keyfiyyətlidir. Burada təbiət də gözəldir, ona görə meyvə də çox şirindir.
Sizi bir daha təbrik edirəm. Əminəm ki, Balakəndə “ABAD”çıların sayı çoxalacaq.
Sonda xatirə şəkli çəkdirilib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfərə gedib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “Azərtütün” MMC-nin tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Azərtütün” MMC-nin idarə heyətinin sədri Fazil Rüstəmov dövlətimizin başçısına zavod barədə ətraflı məlumat veriblər.
Müəssisə ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Dünən dövlətimizin başçısı həmçinin Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib: “Mən sizi ürəkdən salamlayıram. Zaqatala rayonunda yeni kənd təsərrüfatı və emal sənayesi sahəsi yaradılıb. Mən buna çox şadam. Çox yaxşı inkişaf göstəricisidir. Çünki Azərbaycanın hər bir bölgəsi, hər bir sahəsi uğurla inkişaf etməlidir.
Ölkəmizdə qızılgül istehsalı, xüsusilə Zaqatala rayonunda qızılgül yağının istehsalı əsrlər boyu inkişaf edib. Sovet dövründə bu sahəyə böyük diqqət göstərilmişdir. Ondan sonrakı illərdə nədənsə bu sahəyə o qədər də böyük diqqət göstərilmirdi. İndi mənim göstərişimlə bu sahə bərpa edilir. Yeni müasir müəssisə tikilir, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yüz hektardan çox sahədə qızılgül əkilibdir. Burada istehsal olunacaq qızılgül yağı həm daxili bazara, həm də xarici bazarlara ixrac ediləcək. Beləliklə, mənə verilən məlumata görə, artıq burada yüzlərlə insan işlə təmin edilib. 500-dən çox daimi və mövsümi iş yeri yaradılıb. Burada işləyənlər yaxşı maaş alacaqlar və ölkəmizə xeyir gətirəcəklər. Çünki indi əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir.
Zaqatala rayonunda və qonşu rayonlarda hazırda çox sürətli inkişaf gedir. Ənənəvi kənd təsərrüfatı sahələri bərpa edilir, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq geniş vüsət alıb. Biz gələcək illərdə dövlət proqramlarının qəbulu və icrası nəticəsində əkin sahələrini böyük dərəcədə artıracağıq və beləliklə, çox güclü kənd təsərrüfatı potensialı yaradılacaqdır.
Qızılgül yağı isə bizim üçün ənənəvi olan sahədir. Mütəxəssislərin rəyinə görə, bu yağı istehsal etmək üçün ən münbit şərait, torpaq, iqlim məhz Zaqatala rayonundadır. Ona görə, bu gözəl yeni müəssisə burada yaradılıb. Görürəm ki, artıq böyük sahədə qızılgül kolları əkilib. Əminəm ki, siz - burada işləyənlər yaxşı çalışacaqsınız, həm özünüz, həm dövlət üçün xeyir gətirəcəksiniz.
Ümumiyyətlə, Zaqatala rayonunun çox böyük sənaye, kənd təsərrüfatı potensialı var. Rayonun inkişafına xüsusi diqqət göstərilir. Bu, mənim Prezident kimi Zaqatala rayonuna səkkizinci səfərimdir və hər bir səfər zamanı önəmli obyektlərin açılışında iştirak etmişəm. Burada həm sosial obyektlər, həm sənaye müəssisələri istifadəyə verilib, Zaqatala aeroportu tikilib. İndi aeroportun zolağı uzadılır ki, böyük təyyarələr də enə bilsin. Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, məktəblər, zəlzələdən sonra 8 mindən çox ev tikilib təmir edilmişdir. Yollar salınır, istehsalat sahələri istismara verilir. Tütün fabrikinin yenidən qurulması nəticəsində həm istehsal gücü artıb, həm də indi bu müəssisədə son məhsul istehsalını təmin etmək mümkündür. O cümlədən qızılgül sahəsində də yaxşı inkişaf var.
Mən əminəm ki, bu müəssisənin çox böyük və uğurlu fəaliyyəti olacaq. Dünyada qızılgül yağı istehsalı o qədər də geniş vüsət almayıb. Əsas istehsalçılar Türkiyə və Bolqarıstandır. Mənə verilən məlumata görə, istehsalın təqribən 90 faizi onların payına düşür. Biz isə bu müəssisənin və bu sahələrin yaradılması ilə birinci mərhələdə təqribən dünya istehsalının 5 faizini öz üzərimizə götürəcəyik. Əminəm ki, gələcəkdə bu sahələr daha da genişlənəcək. Müəssisənin fəaliyyəti də imkan verəcək ki, biz daha da böyük həcmdə qızılgül yağı istehsal edək. Yəni, hazırda bizim üçün ənənəvi olan və sovet vaxtında kəndlərə böyük xeyir gətirən sahələri demək olar ki, sürətli şəkildə bərpa edirik.
Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram ki, burada yaxşı işləyəsiniz və dövlətimizə, xalqımıza xeyir gətirəsiniz. Bir daha təbrik edirəm”.
Rayon sakini, müəssisənin işçisi İlhamə Mehdiyeva göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Müəssisənin işçisi Xəzangül Zeynalova deyib: Möhtərəm Prezidentimiz, qızılgüllər diyarı olan Zaqatala rayonuna xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Burada necə işləyirsiniz? Maaş necədir?
Xəzangül Zeynalova: Yaxşı işləyirik, maaş da yaxşıdır, güzəranımız yaxşılaşır.
Prezident İlham Əliyev: Əvvəllər haradasa işləyirdiniz?
Xəzangül Zeynalova: Xeyr, işləmirdim.
Prezident İlham Əliyev: Yəni, bu iş yaranandan sonra buraya cəlb olunmusunuz.
Xəzangül Zeynalova: Bəli. Buna görə Zaqatala rayonunun Tala kəndinin camaatı adından Sizə dərin təşəkkürümüzü bildiririk. Burada təkcə Tala kəndindən deyil, yaxın kəndlərdən də insanlar işləyirlər. Ümumilikdə burada 150-dək işçi çalışır. Maaşımız da bizi qane edir.
Prezident İlham Əliyev: Bu, mövsümi işdir, yoxsa burada daimi işləyirsiniz?
Xəzangül Zeynalova: Daimi işləyirik. Cənab Prezident, Siz ölkəmizdə, rayonlarımızda, kəndlərimizdə yeni iş yerləri açmısınız. Kəndimizdə tütün emalı zavodu, fındıq zavodu, bu gül bağları, gül yağı müəssisəsi buna nümunədir. İşləmək istəyənlər üçün kəndimizdə iş yerləri var. İşləmək istəməyənlər, boş-boş gəzənlər üçün iş yeri yoxdur.
Prezident İlham Əliyev: İşləmək istəyən özünə iş tapar.
Xəzangül Zeynalova: Cənab Prezident, Allah Sizi qorusun. Siz bizim üçün çox iş görürsünüz.
Prezident İlham Əliyev: “Çox sağ olun. Zaqatala rayonunda son vaxtlar o qədər sürətli inkişaf gedir ki, indi doğrudan da işləmək istəyən özü üçün iş tapar. Fındıq bağlarının sahələri artırılır, rekord həddə çatıb. Mənə verilən məlumata görə, 17 min hektara çatıb. Sovet dövründə fındıqçılıq üçün heç vaxt bu qədər əkin sahələri olmayıb.
Tütünçülük inkişaf edir, istehsal artır, daha da artacaq. Fabrik ən son texnologiyalara əsaslanır. Biz bu ənənəvi sahəni bərpa etdik. Digər sənaye müəssisələri, süd zavodu, başqa istehsalat sahələri var. İndi nəinki Zaqatalada, ümumiyyətlə, hər bir bölgədə böyük maraq var. Kənd təsərrüfatına maraq artır. İnsanlar, hətta şəhərlərdə yaşayan insanlar da kəndlərə, torpağa qayıdırlar. Çünki qayğı var, diqqət var, vəsait ayrılır, suvarma işləri aparılır. Dövlət bu işləri öz üzərinə götürür. Misal üçün, fındıqçılığın, baramaçılığın inkişafı sırf dövlət siyasəti hesabına təmin edilir. Çünki dövlət həm tingləri, pöhrələri, eyni zamanda, baramaçılıq üçün xaricdən ipəkqurdu alır, kümçülərə pulsuz verir. Sadəcə olaraq kümçülər gərək bir ay, qırx gün əziyyət çəksinlər, məhsul yetişdirsinlər və ondan sonra böyük vəsait də əldə edirlər. Ona görə indi kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi proqramlar icra edilir. Siz də qeyd etdiniz, pambıqçılıq sürətlə inkişaf edir. Biz pambıqçılığın əkin sahələrini iki il ərzində böyük dərəcədə artırmışıq. Bu il 136 min hektarda pambıq əkilib. İki il bundan əvvəl cəmi 17 min hektarda əkilmişdi. Görün nə qədər insan işlə təmin edilib. Bütün bu işləri dövlət görür, texnikanı alır, o cümlədən tütünçülük, baramaçılıq, fındıqçılıq, pambıqçılıq üçün fermerlərə subsidiyalar verir. Həmçinin suvarma işlərini aparır, kreditlər verir. Sahibkarlara elə şərait yaradıb ki, onlar gəlib böyük sərmayə qoyurlar. Bu gülçülük sahəsinə qoyulan sərmayə də böyük sərmayədir. Baxın, ən müasir texnologiyalarla təmin edilmiş zavod. Bu, böyük vəsait tələb edir. Xaricdən mütəxəssislər cəlb edilib. İndi xarici bazarlara çıxmaq üçün araşdırmalar aparılır. Dövlət hər zaman sahibkarların, kəndlilərin yanındadır. Ona görə, mən çox şadam ki, belə gözəl sahə yaradılıb. Bu günə qədər işlə təmin olunmayan yüzlərlə insan burada iş tapıb işləyir, pul qazanır evinə aparır, özü də razıdır, dövlət də razıdır. Sizə uğurlar arzulayıram. Yaxşı işləyin ki, işlər daha yaxşı getsin”.
Sonra Prezident İlham Əliyev qızılgül sahələrinə baxıb.
Sonda xatirə şəkli çəkdirilib.
Həmin gün dövlətimizin başçısı Zaqatalada 110/35/10 kV-luq “Bəhmətli” elektrik yarımstansiyasının açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yarımstansiyanın texniki göstəriciləri barədə məlumat verib. Sonra Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Qax rayonuna səfər edib.
Dövlətimizin başçısı xalqımızın Ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.
Prezident İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı yolun texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə məlumat verib.
Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.
Avqustun 3-də dövlətimizin başçısı Lələpaşa kəndinin sakini Allahverdi Şirinovun fındıqçılıq təsərrüfatında yaradılan şəraitlə tanış olub, Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qorağan-Qax hissəsinin açılışında iştirak edib.
Prezident İlham Əliyev Qax şəhərində həmçinin Bayraq Muzeyinin açılışında da iştirak edib.
Avqustun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində tütün qəbulu məntəqəsində yaradılan şəraitlə tanış olub.
Daha sonra dövlətimizin başçısı Qax rayonunda 110/35/10 kV-luq yeni elektrik yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak edib.
Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaxda inşa olunmuş 180 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  04-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda aqrar sektorun inkişafı istiqamətində ciddi addımlar atılır

17:15
18 Avqust
Şahin İsmayılov: Bakıda keçirilən Dünya Skaut Konfransı mühüm bir beynəlxalq tədbirdir
16:54
18 Avqust
Nazirlər Kabinetində Azərbaycan-Boliviya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
16:24
18 Avqust
Gündüz İsmayılov: İslam həmrəyliyi irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səsləyir
16:23
18 Avqust
Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb
16:11
18 Avqust
Türkiyə Prezidenti Azərbaycana səfər edəcək
16:06
18 Avqust
Bakıda sabiq dövlət və hökumət başçıları ilə gənc liderlərin diskussiyası təşkil olunacaq
16:01
18 Avqust
Kristos Papageorgiou: Skautların Bakı konfransı çox məhsuldar keçdi
15:47
18 Avqust
Özbəkistan qəzeti Azərbaycan haqqında yazır
15:41
18 Avqust
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1106 şəxs daimi dövlət təminatında yaşayır
15:29
18 Avqust
Dünya Skaut Komitəsinin yeni sədr mavini: Azərbaycanda skaut hərəkatının daha da inkişaf edəcəyinə əminəm
15:18
18 Avqust
Müdafiə Nazirliyi: Ermənistan tərəfindən yayılan məlumatlar və sənədlər tamamilə saxtadır, uydurmadır
14:33
18 Avqust
Bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatına start verilib
14:12
18 Avqust
Sona Əliyeva: Ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir
14:09
18 Avqust
Amerikalı skaut: Azərbaycana yenidən qayıdacağımı arzulayıram
14:04
18 Avqust
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
14:01
18 Avqust
Kamerun Skaut Assosiasiyasının rəsmisi: Bakı konfransı skautinqin inkişafına təkan verəcək
13:58
18 Avqust
“Euronews”un “No comment” rubrikasında Bakıda keçirilən Dünya Skaut Konfransından görüntülər verilib
13:54
18 Avqust
Qreq Turpi: Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram
12:45
18 Avqust
Strateji yol xəritələri qeyri-neft sektorunun dirçəlişi baxımından böyük əhəmiyyətə malikdir
12:31
18 Avqust
Boliviyanın xarici işlər naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:14
18 Avqust
Azərbaycanda əhalinin nominal gəlirləri 7,5 faiz artıb
12:06
18 Avqust
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb
11:59
18 Avqust
Bakıda Dünya Skaut Komitəsinin yeni sədri və sədr müavinləri seçilib
11:06
18 Avqust
Azərbaycan Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyir
11:04
18 Avqust
Gürcü rejissorunun filmi “YARAT” da nümayiş ediləcək
10:59
18 Avqust
Azərbaycan sahibkarları “Moldova Biznes Həftəsi 2017”yə dəvət olunurlar
10:36
18 Avqust
Skaut Raxşan Pereyra: Bakı konfransı yüksək səviyyəli təşkilatçılığı ilə fərqlənir
10:19
18 Avqust
Ermənistan ordusunda qətl və intihar halları artır
10:15
18 Avqust
Birjalarda neftin qiyməti
10:07
18 Avqust
“Neues Deutschland” qəzetində Azərbaycandan bəhs olunub
10:01
18 Avqust
Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatına start verilir
09:57
18 Avqust
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 112 dəfə pozub
17:23
17 Avqust
Bir sıra ölkələrin prezidentlərinin və sabiq prezidentlərinin övladları Azərbaycana gələcək
17:20
17 Avqust
Yusif Abdullayev: Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması prioritet istiqamətlərdəndir
17:05
17 Avqust
Bu ilin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə təqribən 17 milyon ton xam neft ixrac edilib
16:33
17 Avqust
Azər Badamov: Tütünçülüyün inkişafı üçün bölgələrimizdə geniş potensial mövcuddur
16:08
17 Avqust
Dünya Skaut Forumu müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə tanış olmaq üçün nadir imkan yaradır
15:36
17 Avqust
Sevinc Fətəliyeva: Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib
15:09
17 Avqust
Birləşmiş Ərəb Əmirlikləri qəzeti: Bakı sadəliyin, sakit yaşamın ünvanıdır
14:36
17 Avqust
Azərbaycan-Koreya parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
14:34
17 Avqust
Əhalinin banklardakı əmanətlərinin 73,4 faizi xarici valyutada qoyulub
14:07
17 Avqust
2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyard olacaq
13:51
17 Avqust
Pakistanlı Zubair Lodhi: Biz şahidi olduq ki, skautinqin ideyaları Azərbaycan cəmiyyətinə çox yaxındır
13:48
17 Avqust
Yeni mənzil alan mətbuat işçiləri Azərbaycan Prezidentinə minnətdarlıq edirlər
13:06
17 Avqust
MM-in komitə sədri: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur
12:48
17 Avqust
Sentyabrda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək
12:21
17 Avqust
Dünya Bankı Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizm hazırlamağa kömək etməyə hazırdır
12:02
17 Avqust
Azərbaycanlı nümayəndə ilk dəfə olaraq Dünya Skaut Hərəkatı Təşkilatında aparıcı vəzifəyə seçilib
11:09
17 Avqust
Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək
10:58
17 Avqust
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 14,4 dəfə artıb
10:49
17 Avqust
Bu gün Müslüm Maqomayevin anadan olmasının 75 illiyidir
10:25
17 Avqust
Paris-2017: Bersi Arena güləş üzrə dünya çempionatına hazırdır
10:22
17 Avqust
Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəsi 117 dəfə pozub
10:19
17 Avqust
Avstraliyalı nazir: Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir
18:03
16 Avqust
Fransalı skaut: Skaut hərəkatı Azərbaycanda daha geniş vüsət alacaq
17:51
16 Avqust
Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub
16:53
16 Avqust
Azərbaycan-Polşa əməkdaşlığının inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb
16:49
16 Avqust
MM-in deputatı: Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ən əhəmiyyətli məkanlardan biridir
16:42
16 Avqust
Sevinc Fətəliyeva: Azərbaycanla Türkmənistan arasında siyasi, iqtisadi, humanitar istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar yaranıb
16:14
16 Avqust
İspaniya portalı “Qarabağ”ın “Kopenhagen” üzərindəki qələbədən bəhs edir
16:00
16 Avqust
Rektor tələbə adını qazanan abituriyentlərin sənəd qəbulu prosesi ilə tanış olub
15:56
16 Avqust
Əli Həsənov: Müsəlman ölkələrinin həmrəyliyi güclənməsə, proseslər elə bu cür də davam edəcək
15:41
16 Avqust
Pan Gi Mun: Azərbaycan-Koreya əlaqələrini genişləndirmək üçün böyük potensial var
15:36
16 Avqust
Valeh Ələsgərov: Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir
15:27
16 Avqust
Dohyun Kim: Dünyada ilk dəfədir ki, bu qədər skaut bir araya gəlib
15:05
16 Avqust
Riçard Hoqland: Biz Dağlıq Qarabağ münaqişəsi tərəflərini yekun qərar qəbul etməyə məcbur edə bilmərik
14:39
16 Avqust
Skautinq həvəs deyil, həyat tərzidir
14:22
16 Avqust
Xarici müəssisə və təşkilatlar əsas kapitala 5 milyard manatdan çox vəsait yönəldib
13:59
16 Avqust
Dövlət büdcəsinin gəlirləri 9,4 milyard manat, xərcləri isə 9,7 milyard manat olub
13:38
16 Avqust
Seymur Orucov: Bu hadisə Azərbaycan gəncləri üçün də əlamətdardır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+22 +25