Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub

18.05.2017 [09:42]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sərgilərlə bağlı məlumat verib. Bildirilib ki, sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. Sərgilərin iştirakçılarının 70 faizi xarici şirkətlərdir. Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland və Şri-Lanka sərgilərdə milli stendlərini təqdim edirlər.
Prezident İlham Əliyevə məlumat verilib ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər də sərgidə fəal təmsil olunurlar. Onlardan biri 1991-ci ildən fəaliyyətə başlayan “Azersun Holding”dir.
Dövlətimizin başçısına istehsal müəssisələrinin yerli xammal ilə təmin edilməsi istiqamətində atılan addımlar və reallaşdırılan layihələr barədə məlumat verilib.
Sərgidə öz imkanlarını təqdim edən şirkətlərdən biri də “Grow Group Azərbaycan” MMC-dir. Şirkət müasir istixana komplekslərinin qurulması, idarə edilməsi zamanı lazım olan alətlərin, avadanlıqların satışı və həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və satışını həyata keçirir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Netafim” sulama sistemləri stendi ilə də tanış olublar.
“Maschio Gaspardo” şirkətinin məhsulları da sərgidə böyük maraqla qarşılanıb. Budəfəki sərgidə İtaliyanın “Landini” şirkəti də təmsil olunur.
Sərgilərdə Gürcüstanın milli stendi də məhsulun çeşidinin çoxluğu və müxtəlifliyi ilə diqqəti cəlb edir. Burada Gürcüstanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları nümayiş olunur. Onların arasında mineral sular, təbii şirələr, bal və digər məhsullar var.
Türkiyənin “CANSA” şirkətinin stendi ilə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verilib ki, bu müəssisə kənd təsərrüfatı avadanlıqlarının istehsalı ilə məşğuldur. Sərgidə şirkətin istehsalı olan müxtəlif kənd təsərrüfatı avadanlıqları nümayiş etdirilir.
Sərgilərdə öz imkanlarını təqdim edən yerli şirkətlərdən biri də “Kaspi Yıldız Azər-Türk” müəssisəsidir. Prezident İlham Əliyevə müəssisə barədə məlumat verilib.
2012-ci ildə təsis edilən “Lerik broyler” müəssisəsi artıq ölkənin kənd təsərrüfatı sektorunda kifayət qədər tanınıb. Bu yaxınlarda isə şirkət ölkəmizdə kənd təsərrüfatı texnikasının və avadanlıqlarının istehsalına başlayıb.
“A-SERA-Azərbaycan” MMC-nin pavilyonu ilə tanışlıq zamanı məlumat verilib ki, şirkət istixana tikintisi sektorunda ilk və innovativ müəssisədir. “A-SERA-Azərbaycan”ın əsas məqsədi iqtisadi şəraiti nəzərə alaraq dünya ölkələrini keyfiyyətli istixanalarla təmin etməkdir. Şirkət Hollandiya, Türkiyə, Rusiya və MDB ölkələrində böyük bazar payına sahibdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Binə-Aqro” MMC-nin stendi ilə tanış olublar.
Sərgidə iştirak edən yerli şirkətlərdən biri də “Meyvəli” Logistik Mərkəzidir. “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamın icrası məqsədi ilə yaranan mərkəz Qafqazın ən böyük logistik subyektidir.
Dövlətimizin başçısı “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin stendi ilə də tanış olub.
Azərbaycanda keçirilən bu sərgiyə böyük maraq göstərən ölkələrdən biri də Belarusdur. Belarus da builki sərgidə 11 şirkətlə təmsil olunur.
“Azərpambıq” MMC-nin stendi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, bu qurum əsasən pambıq istehsalı, onun tədarükü və emalı ilə məşğuldur.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sumqayıt Tekstil və Trikotaj” MMC və “Şəki-İpək” ASC-nin stendlərinə də baxıblar.
Şəki, Zaqatala və Qaxda istehsal sahələri fəaliyyət göstərən “İntertobacco” müəssisəsi 2006-cı ildə yaradılıb və indiyədək bir sıra iqtisadi uğurlara imza atıb. Şirkət öz məhsullarını xarici ölkələrə ixrac edir.
“Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi” ən müasir texnoloji avadanlıq və yeni istehsal sahələri ilə təchiz edilmiş müəssisədir.
Azərbaycanda keçirilən bu sərgilərə böyük maraq göstərən ölkələrdən biri də Hollandiyadır. Bu ölkənin Bakı sərgisindəki milli stendində bir neçə şirkət təmsil olunub. Prezident İlham Əliyevə məlumat verilib ki, bu şirkətlər istehsalda innovativ texnologiyalardan istifadə etməklə ənənəvi keyfiyyəti qoruyub saxlayırlar. Buna görə də onların məhsullarına beynəlxalq bazarlarda böyük tələbat var.
Yerli brend olan “Balxurma” da sərgidə ilk dəfədir iştirak edir. Müəssisə SOCAR-ın və regionlarda ailə təsərrüfatına yardım məqsədilə “ASAN xidmət”in nəzdində yaradılan “ABAD” mərkəzinin dəstəyi ilə qurulub.
Dövlətimizin başçısı və birinci xanım “Astaraçay” MMC-nin stendi ilə tanış olublar.
Sərgidə iştirak edən yerli şirkətlərdən biri də “METAK”dır.
Azərbaycanda keçirilən bu sərgilərə böyük maraq göstərən şirkətlərdən biri də Qazaxıstanın “RAXAT” Açıq Səhmdar Cəmiyyətidir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Gilan Holding”in kənd təsərrüfatı stendi ilə tanış olublar.
Sonra dövlətimizin başçısı “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin sərgidə nümayiş etdirilən traktorlarına baxıb.
Bundan başqa, sərgidə ilk dəfə Almaniya istehsalı olan “Holmer” kombaynı da nümayiş etdirilir. Hazırda bu kombaynlar dünyada ən çox tələb olunan texnikalardan biridir və ən müasir texnoloji yeniliklərə cavab verir.
Prezident İlham Əliyev kombaynı işə salıb.
“Azərtexnika” MMC ölkəmizə Avropa və Türkiyədən kənd təsərrüfatı texnikası idxal edir. Onların arasında müxtəlif markalı traktorlar da var. Şirkətin südsağan aqreqatları və südsoyudan çənləri, buğda, arpa, qarğıdalı, kartof və pambıq toxumu səpən avadanlığı, ağacları dərmanlayan qurğuları, kiçik və iri inkubatorları böyük maraqla qarşılanır.
Sərgidə kənd təsərrüfatı sahəsində dünya liderlərindən olan Almaniyanın “CLAAS” brendinin məhsulları da nümayiş olunur. Şirkətin taxıl və qarğıdalıyığan kombaynları, həmçinin traktorları yüksək keyfiyyəti ilə seçilir.
Bütün bunlar kifayət qədər maraq doğuran və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilən bu sərgilərin artıq yeni məhsul və texnologiyaların təqdimatı üçün nadir platformaya çevrildiyini təsdiqləyir.

Paylaş:
Baxılıb: 727 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30