Ana səhifə »  Gündəm »  Prezident İlham Əliyev “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub
A+   Yenilə  A-
Prezident İlham Əliyev “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgilər barədə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib. Bildirilib ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.
Prezident İlham Əliyev əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin stendi ilə tanış olub. Nazirlikdən başqa, burada 7 qurum təmsil olunur. Bu şirkətlər sərgidə turizmin müxtəlif istiqamətləri üzrə xidmətlər təklif edir. Ümumilikdə, stenddə Azərbaycanın turizm marşrutları, turizm məkanları, paytaxtla yanaşı, bölgələrimizdə mövcud turizm infrastrukturu və rayonlarımızın turizm potensialı barədə məlumat verilir.
Dövlətimizin başçısı sonra Azərbaycan Turizm Assosiasiyasının stendinə baxıb. Burada 15 şirkət təmsil olunur. Şirkətlər otel və turizm üzrə ixtisaslaşmış qurumlardır. Stenddə Bakı və regionlarda mövcud otel kompleksləri, istirahət məkanları, əyləncə mərkəzləri barədə məlumat almaq mümkündür.
Kuba sərgidə birinci dəfə iştirak edir. Bu ölkənin Azərbaycandakı səfirliyinin stendində Kubanın turizm imkanları barədə məlumat verilir. Kubanın belə mötəbər sərgidə iştirak etməsində əsas məqsədlərdən biri turizm potensialını təbliğ etmək və daha çox turist cəlb etməkdir.
Azərbaycanın qədim diyarı olan Naxçıvan da sərgidə geniş təmsil olunur. Stenddə muxtar respublikadakı otellər və istirahət mərkəzləri barədə ətraflı məlumat verilir. Naxçıvan özünün qədim tarixi və müasir siması ilə turistlərin diqqətini cəlb edir. İlbəil artan turist sayı da bunu təsdiqləyir. Əsasən qonşu dövlətlərdən - İran və Türkiyədən gələn turistlər çoxluq təşkil edir.
Sərgidə ölkəmizin digər bölgələrinin turizm imkanları da nümayiş etdirilir. Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayır. Bunun nəticəsidir ki, indi paytaxtla yanaşı, bölgələrimizdə də müasir turizm infrastrukturu yaradılıb. Azərbaycanın qədim və zəngin mədəniyyəti, milli mətbəximizin müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi də turistləri ölkəmizə cəlb edir. Azərbaycanda turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, idman və digər növləri inkişaf etməkdədir. Ölkəmizin zəngin flora və faunası, gölləri, çayları, dağları respublikamıza bir dəfə səfər edən turistləri yenidən Azərbaycana gəlməyə sövq edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ stendi ilə də tanış olublar. Bu stend də sərgidə böyük maraqla qarşılanır. Burada Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ barədə ətraflı məlumat verilir.
Sərgiyə Ukrayna da böyük maraq göstərir. Bu ölkənin turizm imkanlarını nümayiş etdirmək baxımından sərgi mühüm platformadır. Son 6 ildə Ukrayna mütəmadi olaraq bu sərgidə iştirak edir. Ukrayna stendində bu ölkənin otel-kurort kompleksləri, həmçinin səhiyyə turizm obyektləri də xidmətlərini təklif edir.
Dövlətimizin başçısına “ASAN Viza”nın stendi barədə məlumat verilib. Bildirilib ki, sistem işə başlayandan bu günədək 40 min 63 nəfərə elektron viza verilib. Elektron viza üçün müraciət edənlər arasında İran İslam Respublikasının vətəndaşları çoxluq təşkil edir. Almaniya, Böyük Britaniya, ABŞ, Pakistan, Hindistan, İsrail, Türkmənistan, İtaliya və Fransa vətəndaşları da bu xidmətdən istifadə edənlər arasındadır. Elektron viza alanların əksəriyyətinin ölkəmizə səfərində məqsəd turizmdir.
Sərgidə Türkiyənin İzmir valiliyi də ayrıca stendlə təmsil olunur. Stenddə İzmirin səfalı məkanları, otel xidmətləri nümayiş etdirilir. Burada 6 şirkətin xidmətləri təklif olunur. Qardaş Türkiyə Respublikasının bu diyarı turistlərin diqqətini yay turizmi, o cümlədən sörfinq kimi əyləncəvi istirahətlə də cəlb edir.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Şopinq Festivalının stendində olublar. Aprelin 10-dan mayın 10-dək Azərbaycanın paytaxtında ilk dəfə Ticarət Festivalı keçiriləcək. İldə iki dəfə təşkil olunması planlaşdırılan festivalın keçirilməsində məqsəd turizm baxımından ölkəmizin cəlbediciliyinin yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır.
Prezident İlham Əliyevə festival zamanı alınacaq məhsula görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması prosesi nümayiş olunub.
Rusiyanın Stavropol vilayəti də sərgidə geniş təmsil olunur. Vilayətin qubernatoru Vladimir Vladimirov dövlətimizin başçısına stend haqqında məlumat verib. Burada 50-yə yaxın şirkət, 30-dək sanatoriya öz xidmətlərini təklif edir. Şirkətlər turizm, idman turizmi, sağlamlıq, müalicə istiqamətləri üzrə turlar təşkil edirlər. Bu il Azərbaycandan Rusiyanın bu bölgəsinə gedən turistlərin sayında 20 faizə yaxın artım olub. Bakı ilə Mineralnıye Vodı arasında həftədə 3 dəfə hava əlaqəsinin olması qarşılıqlı turizm mübadiləsinin artmasına şərait yaradır. Stavropol şirkətləri sərgiyə böyük maraq göstərir.
Sərgidə iştirak edən şirkətlər arasında Sankt-Peterburqun Ermitaj Media şirkəti də var. Bu, Dövlət Ermitaj Muzeyini və onun qəzetini, həmçinin rəsmi dövlət Ermitaj otelini birləşdirən media holdinqdir. İlk dəfədir sərgidə təmsil olunan şirkət burada öz otel və muzey xidmətlərini təklif edir. Əsas məqsədi Rusiyanın mədəni dəyərlərini qorumaq və təbliğ etməkdir.
“Azərbaycan Hava Yolları” - AZAL bu gün nəinki regionda, eləcə də dünyada aparıcı şirkətlərdən biridir. Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının standartlarına uyğun olmaqla, sərnişindaşımada bütün norma və tələblərə tam cavab verir. Təyyarə parkını və maddi-texniki bazasını müasirləşdirən “Azərbaycan Hava Yolları”nın təyyarələri dünyanın onlarla şəhərinə müntəzəm uçuşlar yerinə yetirir. Azərbaycanda turizmin inkişafına bir çox ölkələrlə olan birbaşa hava əlaqəsi də töhfə verir.
Tatarıstan da bu sərgiyə yeni qoşulanlar arasındadır. Kazan stendində 4 şirkət təmsil olunur. Onlar turizm, otel və yeməkxana komplekslərini təmsil edirlər. Tatarıstan növbəti illərdə də sərgiyə qatılmaq niyyətindədir.
Macarıstan artıq 7-ci dəfədir ki, sərgidə iştirak edir. Üç şirkətlə təmsil olunan bu ölkə geniş turizm imkanlarına malikdir. Burada Macarıstanın böyük otellər şəbəkəsi, kurortlar və turizm şirkətləri təmsil olunur. Turizm mövsümündə bu ölkəyə gedən azərbaycanlıların sayı ilbəil artır.
Gürcüstan sərgiyə Milli Turizm Administrasiyasının stendi ilə qatılıb. Administrasiyanın stendində 6 şirkət xidmətlərini təklif edir. Onlardan 3-ü otel, 3-ü isə region turizm müəssisəsidir. Şirkətlər əsasən bu ölkənin bölgələrində yaradılmış turizm potensialı, müxtəlif turizm istiqamətləri üzrə xidmətlər göstərir. Gürcüstan hər il bu sərgiyə qatılır və gələn şirkətlərin sayı da ilbəil artır.
Dövlətimizin başçısı İlham Əliyev “Natural Halı” şirkətinin stendinə də baxıb. Şirkət Azərbaycanın müxtəlif bölgələrində xalçalar toxutdurur. Onların hamısı əllə toxumadır. Burada əsasən Təbriz şəhərinin, eləcə də Türkmənistanın və digər ölkələrin əllə toxunan xalçaları da var.
Bolqarıstan stendində bu ölkənin turizm potensialı nümayiş olunur. Stenddə Varna meriyası və 3 şirkət Bolqarıstanın mədəni, dəniz, sağlamlıq və qış kurort turizmi istiqamətlərini təqdim edirlər.
Qardaş Türkiyə həmişə olduğu kimi, bu il də sərgidə geniş təmsil olunur. Bu ölkənin müxtəlif bölgələrinin turizm marşrutları, turizm xəritələri böyük maraqla qarşılanır. Sərgidə Türkiyəni təmsil edən 15 şirkət turizm, sağlamlıq və müalicəvi xidmətlərini də təklif edirlər.
Üç şirkətlə təmsil olunan Mərakeş də sərgiyə böyük maraq göstərir. Mərakeş azərbaycanlı turistlərin bu ölkəyə səfər etməsi, həmçinin Mərakeş vətəndaşlarının Azərbaycana gəlməsində maraqlıdır.
Dominikan da 3-cü dəfədir sərgiyə qatılır. Bu ölkənin turizm şirkətləri sərgidə öz xidmətlərinin geniş çeşidini təklif edirlər. Dominikan turizm üçün cəlbedici ölkə sayılır.
Rusiya Federasiyasının Dağıstan Respublikasının stendində turizm marşrutları, turizm xəritəsi barədə geniş məlumat verilir. Respublika sərgidə 4 şirkətlə təmsil olunur.
Sərgidə iştirak edən ölkələr arasında Kolumbiya da var. Bu ölkə ilk dəfədir Bakı sərgisinə qatılıb. Kolumbiya sərgiyə növbəti ildə daha böyük nümayəndə heyəti ilə qatılmaq niyyətindədir.
Belarus ötən il bu sərgidə 6 şirkətlə təmsil olunmuşdusa, bu il şirkətlərin sayı 10-a çatıb. İkinci dəfə sərgidə iştirak edən Belarusun bu beynəlxalq tədbirə marağı ilbəil artır. Belarus stendində əsasən, sanatoriya, kurort, müalicə, tibbi və idman turizmi növləri üzrə xidmətlər təqdim olunur.
BMT-nin Ümumdünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası kimi beynəlxalq qurumlar tərəfindən də dəstəklənən sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir.
Stendlərlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərin işinə uğurlar arzulayıblar.

 
  • Oxunub:  5550  |  
  • Tarix:  07-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib

16:14
21 İyul
Vergilər naziri Ağsuda vətəndaşları qəbul edib
16:13
21 İyul
Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub
16:12
21 İyul
Bakıda Avropa Atıcılıq Konfederasiyasının XXVI hesabat-seçki yığıncağı işə başlayıb
15:32
21 İyul
AMEA Astanada beynəlxalq sərgi çərçivəsində konfrans təşkil edəcək
15:29
21 İyul
Prezident İlham Əliyev: Jurnalistlərin məişət problemlərinin həlli üçün bundan sonra da biz öz addımlarımızı atacağıq
14:51
21 İyul
İqtisadiyyat naziri Xırdalanda vətəndaşları qəbul edib
14:41
21 İyul
UNEC tələbələri dörd ildə iki ixtisasa yiyələnəcəklər
14:37
21 İyul
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Milli Mətbuat Günü qeyd edilib
14:18
21 İyul
Sədaqət Vəliyeva: Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritetlərindəndir
12:43
21 İyul
Vüqar Rəhimzadə: Hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır
12:07
21 İyul
“Pirallahı” günəş elektrik stansiyasının açılışı olub
11:57
21 İyul
Prezident İlham Əliyev Pirallahı qəsəbəsinin mərkəzi hissəsində həyata keçiriləcək tədbirlərin layihələri ilə tanış olub
11:43
21 İyul
Pirallahı rayonunda balıqyetişdirmə fermalarının təməli qoyulub
11:41
21 İyul
Prezident İlham Əliyev Pirallahı rayonunda içməli su təchizatı layihəsinin açılışında iştirak edib
11:38
21 İyul
Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub
11:00
21 İyul
Yanvar-iyunda dəmir yolu ilə yük daşınmasında 2 faiz artım olub
10:47
21 İyul
Azərbaycan nefti bahalaşmaqda davam edir
10:31
21 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 123 dəfə pozub
10:30
21 İyul
“ASAN xidmət” indeksi üzrə qiymətləndirmə qrupunun fəaliyyəti yekunlaşır
17:35
20 İyul
Prezident İlham Əliyev: Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq
17:33
20 İyul
Azərbaycan XİN rəhbəri: “BMT-nin substantiv danışıqları dəstəkləməsi təqdir olunur”
17:31
20 İyul
Turizm sahəsində peşə təhsili və təlimi proqramlarının əlaqələndirilməsi üzrə İşçi Qrupunun iclası keçirilib
17:29
20 İyul
Rauf Əliyev: Adambaşına düşən investisiyaların həcminə görə Azərbaycan dünyada ən qabaqcıl yerlərdən birini tutur
16:10
20 İyul
Maksim Kuryaçi: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qondarma “prezident seçkiləri”nin keçirilməsi növbəti provokasiyadır
15:51
20 İyul
Rövnəq Abdullayev: 2023-cü ilədək SOCAR Türkiyədə ikinci neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır
15:47
20 İyul
Jurnalistlərə mənzillərin verilməsi Prezident İlham Əliyevin humanistliyinin bariz nümunəsidir
15:39
20 İyul
Müasir media milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır
14:48
20 İyul
Tacikistanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14:41
20 İyul
Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
14:34
20 İyul
Ombudsman Aparatının əməkdaşları Almaniyada təcrübə və fikir mübadiləsi aparıblar
14:32
20 İyul
Azərbaycan ilə Pakistan arasında humanitar minatəmizləmə sahəsində ikitərəfli əlaqələr yaradılacaq
14:23
20 İyul
Türkiyədən Gürcüstana Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk sınaq qatarı gedib
14:20
20 İyul
Baş nazirin müavini Əli Əhmədov Nyu-Yorkda Belarus, Kanada və Polşa nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb
14:16
20 İyul
Dilarə Cəbrayılova: Təhsilin inkişafında yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi də mühüm rol oynayır
14:12
20 İyul
Baş nazirin müavini Əli Əhmədov BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini ilə görüşüb
14:10
20 İyul
Şahin Mustafayev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır
11:25
20 İyul
İyulun 22-də I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçiriləcək
11:22
20 İyul
XİN: Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığının hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların növbəti raundu keçirilib
11:01
20 İyul
Mübariz Qurbanlı Lerikdə vətəndaşları qəbul edəcək
10:58
20 İyul
Bakıda Qüds və beynəlxalq ictimaiyyət: siyasi və iqtisadi dəstəyin göstərilməsi adlı konfrans işə başlayıb
10:09
20 İyul
Prezident İlham Əliyev: Azərbaycan jurnalistikası cəmiyyətdə çox müsbət rol oynayır
09:53
20 İyul
Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
09:42
20 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 126 dəfə pozub
17:58
19 İyul
Azərbaycan-Türkmənistan əlaqələrinin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb
17:45
19 İyul
Mübariz Qurbanlı: Yeni Azərbaycan Partiyası mətbuata daim açıq olan partiyadır
17:42
19 İyul
"Gizli xəzinələri ilə Türkiyəm" adlı foto sərgisi keçiriləcək
17:16
19 İyul
Caviq Qurbanov: BTQ ilə Qazaxıstan və Çindən yükdaşımalar 500 min konteynerədək artacaq
16:29
19 İyul
Akademik Akif Əlizadə “Elm” uşaq istirahət düşərgəsində yeni yaradılan infrastrukturla tanış olub
16:24
19 İyul
Pakistanın Fəlakətlərin İdarəolunması Milli Agentliyinin nümayəndə heyəti ölkəmizə səfər edib
16:17
19 İyul
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
14:21
19 İyul
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ilin birinci yarısında görülən işlər müzakirə edilib
14:00
19 İyul
Nazir: "Bakı-Tbilisi-Qars layihəsi işə düşəndən sonra böyük imkanlar açılacaq"
13:38
19 İyul
Təhsil naziri beynəlxalq olimpiadada medal qazanan məktəblilərlə görüşüb
13:36
19 İyul
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşünün yekunlarına dair bəyanat qəbul olunub - MƏTN
13:22
19 İyul
Türkiyə XİN rəhbəri: “Ermənistan təxribatlara son qoymalıdır”
13:12
19 İyul
Məmmədyarov: "Ələt və Türkmənbaşı limanlarının imkanları üst-üstə düşür"
12:20
19 İyul
YAP-ın mərkəzi qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə görüş keçirilib
12:17
19 İyul
Səlim Müslümov: Əmək pensiyalarının orta aylıq məbləği il ərzində 6,4% artıb
12:13
19 İyul
Gövhər Baxşəliyeva: Azərbaycanda elmin təşviqi istiqamətində institusional tədbirlər həyata keçirilir
11:45
19 İyul
Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərinin üçtərəfli görüşü keçirilir
11:26
19 İyul
Azərbaycan-Türkiyə əməkdaşlığı regionda sabitləşdirici təsirə malik həlledici faktordur
11:09
19 İyul
Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb
10:52
19 İyul
Azərbaycan inkişaf göstəricilərinə görə böyük uğurlara imza atıb
10:39
19 İyul
Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti müzakirə olunub
10:15
19 İyul
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
10:14
19 İyul
Azərbaycanın və Avstriyanın dəmir yolu daşımalarında geniş əməkdaşlıq imkanları mövcuddur
10:02
19 İyul
ANAMA-nın direktoru: İndiyədək Cocuq Mərcanlıda 176 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
09:58
19 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 149 dəfə pozub
09:12
19 İyul
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib
09:10
19 İyul
Emal sənayesində 4,6 milyard manatlıq məhsul istehsal olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA