Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib

06.04.2017 [09:46]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu qəbul edib.
AZƏRTAC xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda uğurla keçiriləcəyinə əminliyini ifadə edən Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud bu böyük idman tədbirində 3000-dən artıq idmançının iştirakının önəmini vurğulayıb.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səuda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi dəstəyə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün hazırlıq işlərinin görüldüyünü, Azərbaycanın qardaş ölkələrdən çoxsaylı idmançıları qəbul etməyə hazır olduğunu məmnunluqla qeyd edib.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının artdığını məmnunluqla qeyd edib və ölkəmizdə turizmin inkişafı üçün bütün lazımi imkanların mövcud olduğunu bildirib.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanından Azərbaycana səfər edən turistlərin sayının bir neçə dəfə artdığını vurğulayaraq, bunun ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi işinə töhfə verdiyini deyib.
Azərbaycan ilə münasibətlərin ölkəsi üçün mühüm əhəmiyyət daşıdığını deyən Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud qeyd edib ki, Azərbaycana hər zaman səfər edərkən Səudiyyə Ərəbistanının rəhbərliyi ona Azərbaycanın çox əhəmiyyətli ölkə olduğunu bildirir və respublikamızla əlaqələri daha da inkişaf etdirmək barədə tapşırıq verir.

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31