Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul edib

01.05.2013 [01:34]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul edib.
İqtisadiyyatın sürətli inkişafında aviasiya nəqliyyatının rolunu qeyd edən Toni Tayler dünyada bu sahənin tərəqqisinin vacibliyini bildirib. O, Azərbaycanda dövlətin aviasiya nəqliyyatının inkişafına göstərdiyi diqqəti yüksək dəyərləndirib.
Prezident İlham Əliyev Azərbaycanda aviasiya nəqliyyatına dövlətin daim qayğı göstərdiyini vurğulayıb. Son illər dövlət vəsaiti hesabına ölkəmizin müxtəlif regionlarında müasir hava limanlarının inşa olunduğunu və yeni təyyarələrin alındığını qeyd edən dövlətimizin başçısı ölkənin biznes, turizm imkanlarının artırılmasında aviasiya nəqliyyatının önəmini vurğulayıb.
Görüşdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, aviasiya nəqliyyatı sahəsində yeni tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 898 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31