Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Azərbaycan Prezidenti İlham Əliyev Makedoniyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Makedoniyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.04.2013 [20:39]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Makedoniyanın Baş naziri Nikola Qruevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Makedoniyanın Baş naziri Nikola Qruevskinin Azərbaycana səfərinin uğurlu olacağına və ikitərəfli münasibətlərimizin inkişafına dair məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.
Makedoniyanın Baş naziri Nikola Qruevski ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Baş nazir siyasi əlaqələrlə yanaşı ölkəsinin Azərbaycan ilə iqtisadi və digər sahələrdə də əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyib.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanacaq sənədin önəmi vurğulanıb, əlaqələrimizin enerji, turizm, sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 811 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31