Ana səhifə »  Elm »  Türkologiya üçün elmi sanbalı olan əsər
A+   Yenilə  A-
Türkologiya üçün elmi sanbalı olan əsər

Türkiyədə nəşr olunmuş “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabında 25 ölkədən 121 alim və ictimai xadimin Xalq yazıçısı haqqında ürək sözləri və elmi araşdırmaları toplanıb

Cengiz Alyılmaz (Türkiyə): “Qərb və Şərq mədəni dəyərlərini, dilini, ədəbiyyatını, mifologiyasını, tarixini və mədəniyyətini araşdıran və çox yaxşı bilən Kamal Abdulla əsərlərində bunlardan yararlanıb...”

Florian Rupp (Almaniya): “Kamal Abdulla bir yazıçı olaraq oxucularını karvanların, qanunlar tətbiq edən şahların və onların müdrik məsləhətçilərinin dövrünə qaytarır. Kamal Abdulla bunu eposun plastik dili ilə edir... bir rejissorun etdiyi kimi, yəni sözlərdən vizual səhnələr yaratdığı kimi. Bu da böyük formatlı kamera kimi oxucunu gah şahın gül bağçasına, gah da sehrbazın gecə sehrinə aparır. Kamal Abdulla kitablarında oxucuya sadəcə qədim türk xalqlarının sosial-normativ mühitində baş verən hadisələrdən bəhs etmir, daha çox həmin hadisələri izah edən bir povest təqdim edir və bunu heç nə öyrətmədən edir...”

Mərhum akademik Tofiq Hacıyev (Azərbaycan): “Kamal Abdulla bədii yaradıcılığın müxtəlif janrlarının, elm və təhsil təşkilatçılığı kimi müxtəlif sahələrin fəzalarında yorulmadan, məharətlə dolanır və müasir dövrün hadisələrindən, bu günün mövzularından uzaqlaşıb dönə-dönə tarixin dərinliyinə üz tutur, ancaq bu günün orbitindən çıxmır, tarixi bu günün ixtiyarına verir”.

Aleksandr Bondarev (Rusiya): “Kamal Abdullanın – Azərbaycan Xalq yazıçısının istedadı folklor fantaziyasını Nyuton dünyasının qanunları müstəvisində saxlayan nizamlayıcı alim təfəkkürü tərəfindən təşkilatlanır”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xalq yazıçısı, akademik Kamal Abdullanın 70 illik yubileyi münasibətilə Türkiyədə nəşr olunmuş “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabında yer alıb.

Yazıçı, elm adamı və ictimai xadim Kamal Abdulla haqqında dünya filoloji fikri üçün önəmli olan elmi məqalələri özündə birləşdirən kitab onun şəxsiyyətinə sonsuz sevgi və ehtiramın ifadəsidir. Nəşr təkcə məzmun zənginliyi ilə deyil, həm də orada yer alan imzaların coğrafiyası və müxtəlif sahənin insanları olması ilə maraq doğurur.

Nəşrin “Ön söz”ünün müəllifi məşhur türkoloq, professor Əhməd Bican Ərcilasundur. Alim bu kitabı türkologiya üçün elmi sanbalı olan əsər adlandırır. O qeyd edir ki, kitab onu sevənlərin Kamal Abdullaya ərməğanı yox, həm də Kamal Abdullanın türkologiya elminə, filologiya elminə olan ərməğanıdır. Bu günə qədər ərməğan kitabları Türkiyədə yalnız yerli ziyalılar, ədəbiyyat və elm adamları haqqında hazırlanıb. Bu ənənə indi də davam etməkdədir. İlk dəfə Türkiyədə başqa bir ölkənin nümayəndəsi olan görkəmli dilçi alim, türkoloq və yazıçı Kamal Abdulla haqqında eyni formatda “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” adlı kitab hazırlanıb. Bu, Azərbaycanın elm və mədəniyyət tarixində də ilk belə hadisədir.

Yeni nəşrdə təkcə türk dünyasının deyil, dünyanın müxtəlif ölkələrinin bir çox görkəmli elm adamlarının, ictimai xadimlərinin imzalarını görə bilərik. Kitabda Şeyxülislam Allahşükür Paşazadə, Anar (Azərbaycan), Oljas Süleymenov (Qazaxıstan), Zeynep Qorxmaz (Türkiyə), Mirfatix Zəkiyev (Rusiya-Tatarıstan), Franko Kardini (İtaliya), Maks Statkeyeviç (ABŞ) kimi bir çox görkəmli yazarların, elm adamlarının, ictimai xadimlərin Kamal Abdulla haqqında ürək sözləri, təbrikləri və elmi araşdırmaları yer alıb. Həmçinin Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevinin, PİAC-ın prezidenti, professor Barbara Keilner Heinkelenin, Yunus Əmrə İnstitutunun direktoru, professor Şərəf Atəşin, İranın Qərbi Azərbaycan valisi Məhəmməd Rza Porməhəmmədin, Ukrayna Kiyev Milli Linqvistik Universitetinin rektoru, professor Roman Vaskonun, Özbəkistan Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru professor Şöhrət Siracəddinovun, Fransa Senatının sabiq üzvü, Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean-François Manselin yubiley münasibətilə ünvanladıqları xoş arzuları təqdim olunub.

İstər yazıçı, istər elm təşkilatçısı və alim, istərsə də ictimai xadim kimi Kamal Abdullanın elmi və ədəbi yaradıcılığı, onun Dövlət müşaviri kimi ictimai fəaliyyəti, ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətindəki rolu və digər çoxşaxəli fəaliyyəti Azərbaycan, Almaniya, ABŞ, İngiltərə, Türkiyə, Yaponiya, Qazaxıstan, İtaliya, Rusiya, Özbəkistan, Serbiya, Gürcüstan, İsveçrə, Fransa, İspaniya, Türkmənistan, Macarıstan, Polşa, Rumıniya, İndoneziya, Ukrayna, Çexiya və digər ölkələrin görkəmli insanları tərəfindən dəyərləndirilib.

Ümumilikdə 25 ölkədən 121 elm və ictimai xadimin yazıları bu kitabda Kamal Abdulla işığında bir araya gəlib. Buna dünya ziyalılarının, Kamal Abdullanı sevənlərin ona və onun simasında Azərbaycana ərməğanıdır deyə bilərik.

Təkcə Kamal Abdulla deyil, bütün Azərbaycan elmi və mədəniyyəti üçün böyük əhəmiyyət daşıyan kitabın baş redaktoru Əhməd Bican Ərcilasun, redaksiya heyətinin üzvləri Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Fransa, İtaliya və Qazaxıstandan olan elm adamları, tərtibçiləri isə Azərbaycandan “Türkologiya” jurnalının məsul katibi, dosent Elçin İbrahimov, Türkiyədən isə “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru, dosent Bəhtiyar Aslan və “Türk Ədəbiyyatı” Vəqfinin müdiri İmdat Avşardır. Kitab Yunus Əmrə İnstitutunun və Qafqaz Universitetlər Birliyinin birgə təşəbbüsü və dəstəyi ilə nəşr olunub.

 
  • Oxunub:  3990  |  
  • Tarix:  09-01-2021  |  
  •    Çap et   |  
Azərbaycan və Türkiyə 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq əzmindədir

24 Fevral 20:42
Ceyhun Bayramovun Aİ-nin qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub
24 Fevral 20:39
Azay Quliyev: 44 günlük müharibədən sonrakı vəziyyət mövcud reallığa uyğun addımların atılmasını daha da vacib edir
24 Fevral 19:46
Xocalı faciəsi qurbanlarının xatirəsi Tbilisidə anılıb
24 Fevral 19:41
Ceyhun Bayramov Ukraynanın xarici işlər nazirinin müavini ilə görüşüb
24 Fevral 19:38
Ankarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir təşkil edilib
24 Fevral 19:12
3 dəqiqə ərzində görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
24 Fevral 19:06
YAP Gədəbəy rayon təşkilatı Xocalı soyqırımı ilə bağlı videokonfrans keçirib
24 Fevral 18:54
Hava temperaturunun koronavirus infeksiyasına yoluxmaya təsiri aşkar edilib
24 Fevral 18:49
Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edir
24 Fevral 18:09
Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı yönəlmiş cinayət əməlidir
24 Fevral 18:08
Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan sammiti keçiriləcək
24 Fevral 17:41
Beynəlxalq sərgidə Azərbaycan məhsullarına böyük maraq göstərilir
24 Fevral 17:25
Mikayıl Cabbarov: Keçən il dövlət satınalmaları 14,8 faiz artıb
24 Fevral 17:23
Hikmət Babaoğlu: Cənubi Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi yeni qarşılıqlı faydalı regional əməkdaşlıqdan keçir
24 Fevral 17:15
BDU-da Beynəlxalq elmi konfrans: Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektləri
24 Fevral 17:14
Ermənilər törətdikləri vandalizm aktlarına görə beynəlxalq məhkəmələrdə hökmən layiqli cəzalarını almalıdırlar
24 Fevral 17:10
Karol Büro-Bonnar: Azərbaycanda keçirdiyimiz görüşlər zamanı Fransa ictimaiyyətinə çatdırmaq üçün çoxsaylı faktlar əldə etdik
24 Fevral 17:08
Günay Əfəndiyeva “Müstəqilliklərinin 30-cu ilində türk respublikaları: dünən, bu gün və sabah” adlı onlayn seminarda iştirak edib
24 Fevral 17:05
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib
24 Fevral 17:01
Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməməklə sanki məğlubiyyətin acığını çıxmağa çalışır
24 Fevral 16:42
Təhsildən yazan media nümayəndələri üçün maarifləndirici onlayn təlim keçirilib
24 Fevral 16:40
Avropa İttifaqının dəstəyi, UNFPA və RİİB-in təşkilatçılığı ilə Azərbaycanda ilk “Gender bərabərliyi” hakatonu keçirilib
24 Fevral 16:39
Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib
24 Fevral 16:37
Azərbaycan və Pakistan parlamentlərarası dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 16:34
Türk Şurasının energetika nazirlərinin ilk iclası keçirilib
24 Fevral 16:33
Azərbaycan vətəndaşları Gürcüstana PCR testi ilə səfər edə biləcəklər
24 Fevral 16:30
Türkiyədə “Mavi Vətən–2021” təlimlərinə 87 gəmi, 27 təyyarə və 20 helikopter cəlb olunacaq
24 Fevral 16:25
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı
24 Fevral 16:24
DİN bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb
24 Fevral 16:21
Fransa Milli Assambleyasının deputatı: Azərbaycan multikultural, bütün mədəniyyətlərə və konfessiyalara açıq ölkədir
24 Fevral 16:19
Rusiyalı jurnalist: Erməni silahlı qüvvələri tərəfindən torpaqların gen-bol minalanması həmin əraziləri öz nəzarətində saxlamağa kömək etmədi
24 Fevral 16:17
Beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması hər zaman diqqət mərkəzində olub
24 Fevral 16:15
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edib
24 Fevral 16:13
Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək
24 Fevral 16:11
Ombudsman Aparatında ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilib
24 Fevral 16:06
"Siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası ilə bağladım və hesab edirəm ki, doğru addım atmışam"
24 Fevral 15:35
Hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 27 nəfərə çatıb
24 Fevral 15:15
Milli Kitabxanada “Xocalı 29” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
24 Fevral 15:14
Tbilisidə Xocalı soyqırımına həsr olunmuş fləşmob keçirilib
24 Fevral 15:09
Azərbaycanda koronavirusdan 145 nəfər sağalıb, 220 yeni yoluxma faktı qeydə alınıb
24 Fevral 15:01
Xocalı soyqırımı qurbanlarının xatirəsi Belçikada da anılıb
24 Fevral 14:47
Türkiyəli həkimlər tərəfindən qazilərimizin müayinəsi davam edir
24 Fevral 14:46
Ukrayna Ali Radasının deputatı: Xocalı hadisələri bütün bəşəriyyət tarixində silinməz ləkədir
24 Fevral 14:43
Vətən müharibəsində düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayılıb - VİDEO
24 Fevral 14:38
Misir KİV-ləri: Xocalı soyqırımının 29-cu ildönümü bu il Azərbaycanda fərqli şəkildə anılır
24 Fevral 14:35
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman Azərbaycanın haqq işinə dəstək verib
24 Fevral 14:29
Abşeron yarımadasında gecə 9 dərəcəyədək şaxta gözlənilir
24 Fevral 14:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində xeyli işlər görüb
24 Fevral 14:06
"Sabahın məktəbi" mövzusunda vebinar keçiriləcək
24 Fevral 13:24
Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini paylaşıb VİDEO
24 Fevral 13:22
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xaçmazda 613 ağac əkilib
24 Fevral 13:20
Yardımlıda Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
24 Fevral 13:06
FHN vətəndaşları ehtiyatlı olmağa, təhlükəsiz davranış qaydalarına əməl etməyə çağırır
24 Fevral 12:58
Türkiyənin Azərbaycandan təbii qaz idxalı artıb
24 Fevral 12:57
Şəkidə Xocalı faciəsi qurbanlarının xatirəsinə 613 ağac əkilib
24 Fevral 12:41
“Jewish Journal” nəşrində ermənipərəst senatorların bəyanatlarına cavab məqaləsi dərc edilib
24 Fevral 12:28
Kiyevdə Ukrayna dilinə tərcümə olunmuş “Xocalı: Soyqırımının xronikası” kitabının təqdimatı olub
24 Fevral 12:23
Avtomobil yollarındakı vəziyyət açıqlanıb
24 Fevral 12:03
Bakı Nəqliyyat Agentliyi: Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir
24 Fevral 12:01
Baş nazir Əli Əsədov İrakli Qaribaşvilini Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik edib
24 Fevral 11:59
Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir
24 Fevral 11:51
“Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib
24 Fevral 11:42
Bakıda qarlı havada isinməyə ehtiyacı olanlar üçün çadırlar quraşdırılır
24 Fevral 11:38
Bakı Şəhər İcra Hakimiyyəti qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama yayıb
24 Fevral 09:07
“Peyvənd olunanlar arasında ciddi yan təsirlərə, allergik reaksiyalara rast gəlinməyib”
24 Fevral 09:06
Ermənistanda qarşıdurma pik həddinə çatıb
24 Fevral 09:05
İndiki Ermənistan ərazisində xalqımıza məxsus olan abidələr vandalizmə məruz qalıb
24 Fevral 09:03
Qubad İbadoğlunun ucuz populyarlıq qazanmaq cəhdi
23 Fevral 22:29
Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib
23 Fevral 21:16
Azərbaycan-İordaniya siyasi əməkdaşlığı yüksək səviyyədədir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28
HAVA HAQQINDA