Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq plyus" Yaradıcılıq Birliyinin əməkdaşı İbrahim Yusifoğlunun “Seçilmiş əsərlərinin” dördüncü cildi çap olunub.
AZƏRTAC xəbər verir ki, beşcildliyin dördüncü cildində müəllifin “Yaşaran gözlər”, “Göylərdən ələnən göz yaşlarıydı” povestləri, “Mənim inamımı güllələdilər” poeması və bir neçə hekayəsi yer alıb.
Kitabın naşiri Qəşəm İsabəyli, redaktoru Əməkdar jurnalist Elman Telmanoğludur. “Sənin xoşbəxtliyin səadətimdir” sərlövhəli “Ön söz”ün müəllifi jurnalist Sara Əzimovadır.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan müəllifin yeni kitabı “Şirvannəşr” nəşriyyatında işıq üzü görüb.
Prezident mükafatçısı olan İbrahim Yusifoğlunun indiyədək 28 adda şeir, poema və nəsr kitabları çap edilib.
- Oxunub: 2340 |
- Tarix: 07-11-2020 |
-
Çap et |