Ana səhifə »  Elm »  “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” mövzusunda V respublika konfransı keçirilib
A+   Yenilə  A-
“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” mövzusunda V respublika konfransı keçirilib

Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” V respublika konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev fərdi məlumatların mühafizəsinin ən fundamental insan hüquqlarından biri olan şəxsi toxunulmazlıq hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və bunun 1948-ci ildə BMT tərəfindən qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 3-cü və 12-ci maddələrində öz əksini tapdığını vurğulayıb. Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişaf etdiyini, artıq internet infrastrukturunun bütün ölkəni əhatə etdiyini diqqətə çatdıran akademik Ramiz Mehdiyev ölkəmizdə insanların söz və internet azadlıqlarının yüksək səviyyədə təmin edildiyini, vətəndaşlarımızın müxtəlif sosial şəbəkələrdən, elektron ticarət və digər xidmətlərdən fəal şəkildə istifadə etdiyini və bunların ölkəmizdə fərdi məlumatların qorunması məsələsini aktuallaşdırdığını söyləyib.
Ümumiyyətlə, Azərbaycanda insanların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasına yönəlmiş, ən müasir tələblərə cavab verən möhkəm qanunvericilik bazasının yaradıldığını qeyd edən Ramiz Mehdiyev bu hüquq və azadlıqların dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin edildiyini diqqətə çatdırıb. Akademik bildirib ki, fərdi məlumatların mühafizəsi məsələləri elmi problem kimi multidissiplinar xarakter daşıyır və buna görə də digər elmi istiqamətlərlə yanaşı, informasiya texnologiyaları üzrə tədqiqatçılar fərdi məlumatların mühafizəsi proseslərini dərindən araşdırmalı, geniş intellektual imkanlara malik metod və alqoritmlər işləməli, müvafiq proqram məhsulları hazırlamalıdırlar.
Akademik Ramiz Mehdiyev konfransa təqdim edilən məruzələrin fərdi məlumatların mühafizəsinin texnoloji, hüquqi, təşkilati, sosial-iqtisadi və kulturoloji aspektlərinə həsr olunduğunu bildirib və konfransda iştirak edən müvafiq dövlət, biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakını yüksək qiymətləndirib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan informasiya təhlükəsizliyi üzrə konfransın böyük əhəmiyyətə malik olduğunu söyləyib. Nazir müavini informasiyanın elm, siyasət, dövlət və onun institutları ilə birbaşa əlaqəli olduğunu qeyd edib, onun dövlətin sosial bazasını formalaşdırdığını bildirib.
“Kibertəhlükəsizlik sahəsində baş verən qlobal dəyişikliklər dövlət sektoru və digər sahələri əhatə edir”, - deyən E.Vəlizadə respublikada informasiya təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində bu sahədə bir sıra əsas beynəlxalq standartların qəbul edildiyini diqqətə çatdırıb. O bildirib ki, bu da dövlət və özəl strukturlarda informasiya təhlükəsizliyi üzrə bir sıra tədbirlərin görülməsinə imkan verib.
Tədbirin akademiyanın İnformasiya Texnologiyaları İnstitutunda keçirilməsi təşəbbüsünün irəli sürülməsinə görə AMEA-nın və institutun rəhbərliyinə təşəkkürünü bildirən Elmir Vəlizadə ölkədə bu cür konfransların keçirilməsinin müvafiq sahələrin inkişafına və informasiya təhlükəsizliyi məsələlərinə diqqətin daha çox ayrılmasına öz töhfəsini verəcəyini söyləyib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədov konfransın əhəmiyyətini qeyd edərək ölkəmizdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması istiqamətlərində görülən işlər haqqında məlumat verib. Məruzəçi təmsil etdiyi qurumun ölkə rəhbərliyi tərəfindən informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiyini bildirib.
A.Əhədov Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, mümkün təhdidlərin qarşısının alınması istiqamətində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin etmək məqsədilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradıldığını qeyd edib. O, informasiya cəmiyyətinin inkişafına dair strategiyanın qəbul edilməsi istiqamətində tədbirlər planının həyata keçirildiyini bildirib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika üzrə elmlər doktoru İqbal Babayev konfransın yeni çağırışlar baxımından xüsusi əhəmiyyət daşıdığını və beynəlxalq miqyasda informasiya təhlükəsizliyinin təminatı sahəsində yeni yanaşmaların ortaya qoyulmasına şərait yaratdığını söyləyib. İ.Babayev AMEA ilə Dövlət Gömrük Komitəsi (DGK) arasında anlaşma memorandumunun imzalandığını xatırladıb. Memorandumun imzalanmasında İnformasiya Texnologiyaları İnstitutunun xüsusi rola malik olduğunu deyən alim onun elmi araşdırmalardan əməliyyat-axtarış tədbirlərində istifadə, informasiya texnologiyalarının tətbiqi, təhsil və elmi-tədqiqat məsələləri ilə əlaqədar qarşılıqlı dəstək və təcrübə mübadiləsinin aparılması, müştərək layihə və tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətini qeyd edib.
İ.Babayev gömrük sahəsinin multidissiplinar xarakter daşıdığını söyləyib, DGK-nın akademiyada müxtəlif sahələrdə aparılan elmi istiqamətlər üzrə əməkdaşlıq imkanlarının yaradılmasına maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, Dövlət Gömrük Komitəsində informasiya və kommunikasiya texnologiyaları üzrə layihələr əsas strateji istiqamətlərdən birini təşkil edir və bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində gömrük prosedurlarının sadələşdirilməsi və ticarətin asanlaşdırılması sahəsində mühüm addımlar atılıb.
O bildirib ki, fərdi məlumatların təhlükəsizliyi məqsədilə təşkilatlarda məlumatların mühafizəsinə cavabdeh struktur bölmə yaradılmalı, ölkə üzrə məlumat mühafizəsi mərkəzləşdirilmiş şəkildə dövlət qurumları tərəfindən funksional idarə edilməli, ölkəmizdə vahid milli informasiya təhlükəsizliyi metodologiyası işlənib tətbiq edilməlidir.
Müasir dövrdə konfransın mövzusunun aktuallığını və tədbirin əhəmiyyətini qeyd edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu cür tədbirlərin keçirilməsinin informasiya təhlükəsizliyinin aktual problemlərinin müzakirəsi baxımından böyük imkanlara malik olduğunu söyləyib.
Azərbaycanda informasiya təhlükəsizliyi və onun hüquqi təminatının qarşıda duran ən aktual məsələlərdən biri olduğunu qeyd edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qloballaşan dünyada fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi məsələlərindən danışıb. Süni intellekt, Əşyaların İnterneti, kiber-fiziki sistemlər, böyük verilənlər, mobil texnologiyalar, bulud hesablamaları, sosial şəbəkələr kimi texnologiyaların inkişafının fərdi məlumatların təhlükəsizliyi baxımından ciddi problemlər yaratdığını bildirib.
Qeyd edilib ki, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi vacib amillərdən biridir. O, ölkədə vətəndaşlara məxsus sosial informasiya və dövlət resurslarının qorunmasının vacib olduğunu, bu sahədə qabaqcıl dövlətlərin təcrübələrinin öyrənilməsinin zəruri olduğunu qeyd edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək ölkəmizdə dövlət qurumlarında İKT-nin tətbiqi işinin genişləndirilməsi, vahid şəbəkə infrastrukturu əsasında təhlükəsiz informasiya mübadiləsinin aparılması məqsədilə tədbirlər görüldüyünü, informasiya təhlükəsizliyinin yüksəldilməsinin daim diqqətdə saxlanıldığını bildirib. Akademik Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsinin qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm sənədlərin qəbul edildiyini söyləyib.
R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu tərəfindən informasiya təhlükəsizliyi sahəsinə aid qanunvericilik, normativ hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlərə elmi dəstək verildiyini, informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli ilə bağlı araşdırmaların aparıldığını bildirib.
Daha sonra konfrans işini plenar iclas və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktik problemləri” bölmələri üzrə davam etdirib.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  30-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA