Ana səhifə »  Elm »  Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsinə dair beynəlxalq regional seminar işə başlayıb
A+   Yenilə  A-
Bakıda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsinə dair beynəlxalq regional seminar işə başlayıb

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Bakıda keçirdiyi “Müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarə edilməsi: əsas prinsiplər və beynəlxalq təcrübə” mövzusunda beynəlxalq regional seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, böyük maraqla qarşılanan bu beynəlxalq tədbirdə Polşa, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən xarici qonaqlar iştirak edir. Həmçinin ÜƏMT, CISAC, Avrasiya İqtisadi Komissiyası, Sony-Music kimi beynəlxalq təşkilatlar geniş təmsil olunur. Tədbirdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov beynəlxalq regional seminarın mövzusunun aktuallığından danışıb.
Diqqətə çatdırıb ki, texnologiyaların təsiri altında dinamik şəkildə dəyişən dünya, meydana çıxan qlobal çağırışlar milli dövlətlərin qarşısında davamlı inkişaf yollarını axtarmaq vəzifələri qoyur. Müstəqil inkişaf yolu olan Azərbaycan bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlamış və müsbət inkişaf üçün bütün pozitiv imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçir. İctimai tələblərə adekvat islahatlar cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Azərbaycan “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdə, o cümlədən “biznesin başlaması” göstəricisi üzrə 9-cu, “kiçik investorların maraqlarının qorunması” üzrə 2-ci, “vergilərin ödənilməsi” üzrə 28-ci yerdədir. “Doing Business-2020” hesabatında Azərbaycan yüksək nəticə ilə 34-cü yeri tutaraq, hətta “kreditlərin əlçatanlığı” göstəricisinə əsasən, birincidir və islahatçı 20 ölkə sırasına daxil edilib.
Dünya İqtisadi Forumunun “Qlobal rəqabətqabiliyyətlilik indeksi-2019” hesabatında Azərbaycan 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutur və 12 indikatordan 8-i üzrə irəliləyib. Bununla da ölkənin inamlı innovasiyalı inkişafı təsdiqlənir. Belə ki, Azərbaycan qanunvericiliyin effektivliyi subindeksinə görə 13-cü, rəqəmli biznes modellərinə hüquqi çərçivənin uyğunlaşması üzrə 23-cü, hökumətin dəyişikliklərə olan reaksiyası üzrə 5-ci və hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə uzaqgörənliyinə görə 10-cu yerləri tutur.
Kamran İmanov bildirib ki, son rəqabətqabiliyyətlilik indeksinə əsasən, Azərbaycan “əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 141 ölkə arasında 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. 2015-ci ildə 92-ci yerdən 2016-2017-ci illərdə - 71-ci, 2017-2018-ci illərdə 37-ci, sonra 36-cı və nəhayət 2019-cu ildə 30-cu yerdə qərarlaşıb. Buna paralel olaraq, patent sifarişlərində də artım görünür.
Bu ilin oktyabr ayında ÜƏMT-nin Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, rotasiya əsasları ilə Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qüvvədə olan və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri vurğulayıb: “Bütün bunlar Prezident İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.
Əqli mülkiyyət sahəsi həyata keçirilən islahatların innovasiyalı əsasları ilə dəqiq rezonans yaradaraq, bunların nəticəsində əhəmiyyətli, institusional və funksional dəyişikliklərlə müşahidə olunur. Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.
Texnologiyaların transferi və kommersiyalaşdırılması mərkəzlərinin və İnnovasiyalara dəstək mərkəzlərinin yaradılması və onların fəaliyyəti üzrə genişmiqyaslı iş aparılır. Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşıb”.
Bu müvəffəqiyyətlərlə yanaşı, müəllif-hüquq sahəsində kollektiv idarəetmə məsələlərinin önəminə diqqət çəkən Kamran İmanov bildirib ki, müəllif-hüquq sisteminin bu istiqaməti yaradıcıları stimullaşdırmalı, onların əsərlərinin istifadəsi ilə bağlı qonorar yığımını təşkil etməli, hətta müəllifləri layiqincə həvəsləndirməklə müəllif-hüquq sisteminin nüfuzunu artırmalıdır. Odur ki, Əqli Mülkiyyət Agentliyi ÜƏMT qarşısında təşəbbüslə çıxış edərək, bu beynəlxalq regional seminarın keçirilməsinə nail oldu.
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri bildirib ki, konfransda müzakirəyə çıxarılan məsələlər sırasında böyük əhəmiyyətə malik olan problemlər mövcuddur: Kamran İmanov deyib: “İlk növbədə, regionun müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı kollektiv idarəetmənin hüquqi bazasının müqayisəli təhlilidir. Bu sıraya rəqəmsal erada kollektiv idarəetmə qarşısında duran yeni çağırışlar və onlara adekvat cavabların axtarışı daxildir. Hesab edirəm ki, kollektiv idarəetməyə strateji yanaşma - hüquq sahiblərinin müstəsna hüquqlarının məhdudlaşdırılması və bununla bağlı məcburi və könüllü kollektiv idarəetmənin həyata keçirilməsi, dövlət və ya özəl kollektiv idarəetmə təşkilatlarına üstünlüyün verilməsi aktual problemlərdən biridir. Nəhayət, kollektiv idarəetmənin şəffaflığı, dürüstlüyü, transparentliyi, korporativ maraqlara, ayrı-seçkiliyə yox, yalnız hüquq sahiblərinin mənafeyinə xidmət edilməsi, dövlətin bu təşkilatlarla bağlı nəzarət sisteminin səmərəliliyinin artırılması məsələsidir.
Həmin məsələlər ətrafında müzakirələrin aparılmasını, uğurlar və həllini gözləyən problemlər üzrə rəylərin səslənməsini, qabaqcıl təcrübənin mübadiləyə çevrilməsini, bir sözlə, bütün bunları kollektiv idarəetmənin gələcəyi naminə verilən töhfə kimi qiymətləndirirəm”.
Kamran İmanov qeyd edib ki, mədəni müxtəlifliyə hörmət və ehtiram mədəni hüquqların, o cümlədən əqli mülkiyyət hüquqlarının həyata keçirilməsindədir. Bu isə öz növbəsində kreativliyin və yenilikçiliyin həvəsləndirilməsidir. Fərdi səviyyədə buna qulluq edən müəlliflik hüququ və sənaye mülkiyyəti obyektlərinin qorunmasına dair qanunvericilik bazası və onu icra edən dövlət orqanı və digər sahə subyektləridir. Kütləvi (icma, etnos, millət) səviyyədə isə ənənəvi mədəni nümunələrin (folklorun) və ənənəvi biliklərin qorunmasına aid müvafiq qanunvericilik və icrasını təmin edən müvafiq orqandır. Azərbaycanda bu sadalanan funksiyaları yerinə yetirən Əqli Mülkiyyət Agentliyidir. KİT-ları isə müəllif-hüquq sahəsinin subyektləridir.
“Xarici qonaqların, peşəkarların bu tədbirdə iştirakını nəzərə alaraq, qeyd etməliyəm ki, əqli mülkiyyət obyektlərinin başında mədəni ənənələr durur, bu dünyaya gəldiyimiz gündən və beşikdən başlayaraq son mənzilimizə qədər bizi müşayiət edən də ənənələrdir. Ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı - mənəvi gücü və qüdrəti təbiətlə və doğma torpaqla bağlıdır. Milli təfəkkür və fərdi təəssübkeşlik, etnik dərketmə və fərdi səciyyə, mənəvi dəyərlər və fərdi davranış stereotipləri - bütün bunlar doğma yurdla, əcdadlarla ayrılmaz tellərlə əlaqədədir.
Sadalanan etnoloji və etnoqrafik üzvi əlaqələr: “insan - yaşadığı məkan”, “doğma torpaq - bədii şüur”, “yaradıcı təfəkkür - təbiət” öz əksini adət-ənənələrdə tapır, “milli ruhun arxeologiyası” adlanır, qocalmağa məruz qala bilməyən, canlı, daim inkişafda olan varidatımızdır, bizim elə keçmişimizdir ki, onsuz bu günümüzün gələcəyi yoxdur. Bunlar bizim keçmişimizin tərəqqisidir və bu günümüzün tərəqqisi sabahkı yeni ənənəyə çevriləcək”, - deyə Agentliyin İdarə Heyətinin sədri vurğulayıb.
Kamran İmanov qeyd edib ki, son elmi araşdırmalara görə, ənənələrdə cəmləşən folklor və ənənəvi biliklərin təbii yaranma və inkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzəyir və tarixi proses bu ənənələri vacib təbii resursa və milli sərvətin çox dəyərli hissəsinə gətirib çıxarır. Bununla ənənələr nəinki mədəni, eləcə də iqtisadi, ərazi inkişafı alətinə çevrilir. Deməli, ənənələrin daimi olan mədəni-humanitar vacibliyi ilə yanaşı, onun qorunması əhəmiyyətli dərəcədə sosial-iqtisadi inkişaf aləti olmasından da irəli gəlir.
Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirildiyini xatırladan Kamran İmanov Prezident İlham Əliyevin həmin tədbirdə söylədiyi nitqindən sitat gətirib: “Azərbaycanın dövlət müstəqilliyinin cəmi 28 yaşı var. Bir həftə öncə - oktyabrın 18-də müstəqilliyimizin bərpa olunması gününü qeyd etdik.
Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi iyirmi beş ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmış və nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür...
Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Agentliyin İdarə Heyətinin sədri deyib ki, işğal olunmuş ərazilərdə və bu torpaqlardan qovulan sakinlərin - Azərbaycan vətəndaşlarının öz mədəni irsini yaşatmaqdan məhrum olması Ermənistan tərəfinin törətdiyi çirkin əməllərin bir tərəfidir. Digəri isə ərazilərimizə göz dikən və erməniçiliyin “böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımızın ərazi iddialarını “əsaslandırmaq” üçün maddi və qeyri-maddi mədəni irsimizə təcavüz edərək, bunu “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi”nə çevirməkdə davam etməsidir. “Xarici qonaqlarımız bilməlidirlər ki, bu xüsusi növ piratçılıq - erməni-hay plagiatçılığı, mənimsəməsi, özününküləşdirilməsi və saxtakarlıqları faktlarıdır. Bir sözlə, söhbət xalqımıza və Azərbaycan vətəndaşlarına məxsus olan əqli mülkiyyətin oğurlanmasından gedir.
Bu gün maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin, müəllif əsərlərinin özününküləşdirilməsi faktları qloballaşma prosesini müşayiət edən “zərərsiz plagiat” cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən türk xalqına, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin və müəllif əsərlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də “mədəniyyətlərarası inteqrasiya prosesi”nin təzahürü deyildir. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus maddi-mədəniyyət irsini özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun “ən qədim köklü sakinləri” olmasına, “böyük hay mədəniyyəti”, “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsinə dair saxta “faktoloji materiallar” toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır.
Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir, işğal edilmiş Azərbaycan torpaqlarını imkan çərçivəsində özündə saxlayaraq, digər torpaqlara göz dikməkdədir. Bu tendensiya çox xatalıdır, beynəlxalq cəmiyyətin firavan gələcəyi üçün bəlalı və problemlər yaradan bir fəsaddır. Odur ki, “Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməsi erməni-hay ənənəsi” və onun müasir residivlərinə sipər çəkilməlidir və biz əqli mülkiyyətin keşiyində dayanan təşkilat kimi bu faktların ifşasında gücümüzü əsirgəməyəcəyik”, - deyə Agentliyin İdarə Heyətinin sədri vurğulayıb.
Kamran İmanov “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının Assambleyasının sədri kimi Azərbaycanın kollektiv idarəetmə sisteminin rəqəmlərinin dünyadakı trendlərlə müqayisəsini aparıb. Diqqətə çatdırıb ki, CISAC-ın 2019-cu ilin “Annual Report”una görə, bu beynəlxalq ictimai struktur 122 ölkədən 439 üzv-cəmiyyəti birləşdirərək, 9,6 milyard avro qonorar yığımını təşkil edib. Bu rəqəm 2018-ci ildə 2017-ci ilin nəticələrini 6,2 faiz üstələyir. Yığılmış qonorardan 1,27 milyard avro rəqəmli kolleksiyaların payına düşür ki, bu da ümumi yığımın 13,2 faizini təşkil edir. Hesabatdan çıxarılan digər vacib nəticə Avropa regionunun qonorar yığımındakı 5,401 milyard avro təşkil edən digər regionlarla müqayisədə ən böyük payıdır.
Kamran İmanov xatırladıb: “CISAC 2018-ci ildəki hesabatında qeyd edirdi ki, rəqəmsal istifadə qonorarların ümumi yığımına təsir göstərir, lakin rəqəmsal yığım nəticəsində müəlliflərin gəlirləri onun ümumi yığımın 10 faizini təşkil etdiyi halda lazım olduğu qədər artmır, çünki gəlirlərin əsas payı yaradıcılara yox, rəqəmsal xidmət göstərənlərə gedir. Burada fundamental ədalətsizlik və bazarın qəbul olunmaz disbalansını düzəldə biləcək qanunverici islahatlara zərurət yaranır. Hesabatda təsdiq olunurdu ki, ümumiyyətlə “rəqəmsal bazarda gəlirlərin prinsipcə ədalətsiz və səmərəsiz bölüşdürülməsi mövcuddur. Yəni kontenti əlçatımlı edənlər yaradıcıdan, investordan və naşirdən daha çox gəlir qazanır və bu təşkilatlar yaradıcılara nə isə verməkdən imtina edir. Bunun nəticəsi yaradıcı sektor üçün dağıdıcı olur, çünki yaradıcı kontentin istifadəsində böyük artım müşahidə olunur, amma dəyərin qaytarılması çox cüzidir.
Həmçinin qeyd olunurdu ki, “tələb üzrə musiqinin ən böyük mənbələri olan istifadəçi kontentlərin servisi dəyərin ötürülməsinin əsasında durur. Bu xidmətləri yaradanlara qaytarılan gəlirlər qeyri-proporsional olaraq azdır”.
Məruzədə bildirilib ki, CISAC ötənilki hesabatında artan rəqəmsal bazarda gəlirlərin ədalətsiz bölüşdürülməsinin olduğunu ön plana çəkərək, qanunverici islahatların zərurətini təsbit edib və bununla yanaşı, musiqi sektorunda gəlirlərin qaytarılmasının da qeyri-proporsional, cüzi olduğunu nəzərə çatdırıb. “CISAC-ın builki hesabatına qayıdaraq, qeyd edək ki, bizi maraqlandıran Avropa regionunda 47 ölkənin 108 kollektiv idarəetmə cəmiyyəti ofisi Budapeştdə yerləşən CISAC-ın Avropa Komitəsinin başçılığı altında fəaliyyət göstərir. Hesabatda qeyd olunur ki, regional ofis region cəmiyyətlərinə dəstək göstərərək, buraya daxil olan Mərkəzi və Şərqi Avropadan 26, həmçinin Mərkəzi Asiya (CEE) ölkələrindən ibarət 48 cəmiyyəti xüsusi diqqət altında saxlayır.
Qeyd etdiyim kimi, Avropada qonorar yığımı 5,4 milyard avro olaraq, dünya qonorar yığımının 56,4 faizini təşkil edir və bu yığım 2017-ci ilin yığımını 5,7 faiz üstələyir.
Önəmlisi də odur ki, ümumi yığımda musiqili əsərlərlə bağlı qonorar yığımı 77 faiz, audiovizual - 13,3 faiz, dram - 7,1 faiz, ədəbi - 1,4 faiz və təsviri incəsənət əsərləri - 0,9 faiz təşkil edir.
Beləliklə, CEE ölkələri üzrə qonorar yığımı əhəmiyyətli dərəcədə artımla (8 faiz) müşahidə olunur, özü də ən çox musiqili əsərlərə görə qonorar yığımı dram əsərlərinə aid yığımı təxminən 10 dəfə üstələyir və təqribən 6 dəfə audiovizual əsərlərə görə yığılan qonorardan çoxdur. Bu rəqəmləri diqqət altında saxlayaraq, yığıncaq iştirakçılarını Azərbaycandakı vəziyyətlə tanış etmək istəyirəm.
Azərbaycanda 2 kollektiv idarəetmə təşkilatı fəaliyyətdədir: musiqili əsərlər üzrə “Azərbaycan müəllifləri” təşkilatı CISAC-ın üzvüdür və audiovizual əsərlər üzrə “Kinorejissorlar gildiyası” CISAC-ın üzvlüyünə namizəddir. Gildiya müəllif-hüquq qanunvericiliyinin tələblərinə uyğun olaraq, son akkreditasiya müddətinin bitməsi ilə əlaqədar 2018-ci ildə Əqli Mülkiyyət Agentliyində 5 il müddətinə qeydiyyatdan (akkreditasiyadan) keçirilib və ona Şəhadətnamə verilib. 2018-ci ildə Gildiya 43986 manat qonorar yığımına malik olub və hesabatlarını qanunauyğun təqdim edir.
Gildiyanın hazırda qarşısında duran problemlərdən biri audiovizual əsərlərdən və televiziyalar tərəfindən istifadəyə, həmçinin kabel televiziyası operatorları tərəfindən retranslyasiyaya görə qonorarın ödənilməməsi ilə bağlıdır və Gildiyanın iddiaları əsasında məhkəmələrdə Agentliyin nümayəndələri onun mövqeyini dəstəkləyir.
Yaxın gələcəkdə bu təşkilat Agentliyin tabeliyində olan Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi ilə birgə “private copy”ya aid qanuni lisenziyalaşmanın aparılmasına hazırlaşır.
O ki qaldı, digər kollektiv idarəetmə təşkilatına - musiqi əsərləri ilə bağlı burada vəziyyət fərqlidir. Qeyd etmək lazımdır ki, İctimai Birlik əvvəllər “Musiqili Əsər Müəlliflərinin Əmlak Hüquqlarının İdarəçiliyi” adı altında fəaliyyət göstərib və 2004-cü ildən Müəllif Hüquqları Agentliyində uçota alınıb. O zaman İctimai Birliyin fəaliyyət dairəsi ancaq musiqili əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi üzrə müəyyənləşdirilmişdi. 2008-ci ildə Birliyin Nizamnaməsinə edilmiş dəyişikliklərə əsasən, onun adı dəyişdirilərək, “Azərbaycan müəllifləri” adlandırılıb və əsas məqsədi “müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsi” kimi göstərilib.
Yeni edilmiş dəyişikliklərdən sonra İctimai Birlik Agentliyə müraciət etməli və fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı Agentlikdən icazə almalı idi. Lakin Birlik Agentlikdə qeydiyyatı olmadan fəaliyyətini davam etdirib ki, bu da mövcud qanunvericiliyə ziddir.
İctimai Birlik Agentlik tərəfindən dəfələrlə edilən xəbərdarlıqlardan sonra 2017-2018-ci illər fəaliyyəti ilə bağlı illik hesabatları vaxtından gec, cari ilin avqust ayında təqdim edib. Hesabatların təhlili zamanı aşkar olunub ki, orada göstərilən məlumatlar tam deyil və bununla yanaşı, bir sıra diqqətsizliyə yol verilib: İctimai Birliyin qonorar yığımı 2018-ci ildə 97118,89 manat olub.
Azərbaycanda böyük həcmli əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olmadığından, bu funksiya Agentlik tərəfindən həyata keçirilir və buna görə heç bir xidmət haqqı tutulmur. Qeyd etmək istəyirəm ki, təkcə 2018-ci ildə Agentlik tərəfindən 111662 manat qonorar yığılıb.
Beləliklə, qonorar yığımı Azərbaycanda dram əsərlərinə görə 111,5 min (45 faiz), musiqili əsərlərə 97 min (38 faiz) və audiovizual əsərlərə görə 43 min manat (17 faiz) təşkil edir. Bu yığımı təşkil edən strukturlar müvafiq olaraq, Əqli Mülkiyyət Agentliyi, “Azərbaycan müəllifləri” kollektiv idarəetmə təşkilatı və Kinorejissorlar Gildiyasıdır.
Kamran İmanov diqqətə çatdırıb ki, Avropa regionunda CEE ölkələri daxil olmaqla, musiqili əsərlərə görə qonorar yığımı 77 faiz təşkil edərək, dram əsərlərinə görə yığımı (7,1 faiz) 10 dəfə, audiovizual əsərlərə görə yığımı (13,3 faiz) təxminən 6 dəfə üstələdiyi halda, Azərbaycanda vəziyyət tam əksinə, dünya trendi ilə uyğunlaşmır, hətta ona ziddir. Belə ki, dram əsərlərinə görə yığım digər əsərlər növünə aid olan yığımı üstələyir, o cümlədən musiqili əsərlərə görə olan yığımla münasibətdə 7 faiz. Yaranan paradoksal vəziyyət bizi düşünməyə və tədbir görməyə vadar edir. Heç də təsadüfi deyil ki, CISAC son hesabatında hüquqların təmin edilməsində digər dövlətlərlə yanaşı, Azərbaycanın da kollektiv idarəetmə təşkilatlarını tənqid edir.
CISAC nümayəndəsinin burada iştirak etdiyini nəzərə alaraq, bir faktı qeyd etmək istəyirəm. Hesabatda yazılır ki, “Azərbaycan müəllifləri” kollektiv idarəetmə təşkilatı CISAC-ın tam üzvü olaraq musiqili əsərlərlə yanaşı dram əsərlərinə aid fəaliyyət göstərir.
“Tam məsuliyyətlə qeyd edirəm, bu kollektiv idarəetmə təşkilatının buna səlahiyyətləri yoxdur və yuxarıda qeyd etdiyim kimi, dram əsərləri ilə bağlı qonorar yığımını hökumətin göstərişi ilə ictimai yük kimi Əqli Mülkiyyət Agentliyi aparır. Əmələ gələn yanlışlıq səbəbindən Azərbaycanda qonorarın ən çox yığımı, yəni dram əsərlərinə görə yığım CISAC-ın hesabatına düşmür və nəticədə təhrif olunmuş mənzərə yaradır”, - deyə Kamran İmanov vurğulayıb.
Beynəlxalq regional seminarda çıxış edən ÜƏMT-nin Müəllif Hüquqlarının İdarəetmə Departamentinin direktoru Benua Müller aktual mövzuya həsr olunan tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, burada iştirakından məmnunluğunu ifadə edib. Diqqətə çatdırıb ki, sürətlə dəyişən dünyada müəlliflik hüquqları ilə məşğul olanların və maraqlı tərəflərin müvafiq sahədə vacib olan faktları və strategiyanı araşdırmaları, göstərilən səyləri qiymətləndirmələri çox vacib məsələlərdir. Bir sıra hallar mövcuddur ki, fərdi şəkildə əqli mülkiyyət hüquqlarının idarə edilməsi praktik baxımdan qeyri-mümkündür. Bu kimi problemlərin, habelə qanunvericilik mexanizmləri və onların tətbiqində çətinliklərin, əqli mülkiyyətlə bağlı qanunvericiliyin prioritetlərində öncül məsələnin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılması, fikir və təcrübə mübadiləsi baxımından Bakıda təşkil edilən beynəlxalq regional seminar böyük əhəmiyyət daşıyır.
ÜƏMT-nin Keçid və inkişaf etmiş ölkələr departamentinin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri bölməsinin müdiri İlya Qribkov biliklərə əsaslanan iqtisadiyyatda əqli mülkiyyət, eləcə də müəllif hüquqlarının qorunmasının vacibliyini qeyd edib, aparılacaq müzakirələrin problemlərin həll yollarının müəyyənləşdirilməsinə kömək edəcəyinə əminliyini bildirib.
Tədbirdə “ÜƏMT-nin müəllif hüquqları və əlaqəli hüquqlar üzrə müqavilələrinin qısa icmalı. Audiovizual ifalara dair Pekin Müqaviləsi: həyata keçirilmənin mümkün şərtləri və variantları; milli həllərin müqayisəli təhlili”, “Regionda müəllif hüquqları və əlaqəli hüquqların kollektiv idarə olunması üçün hüquqi baza və perspektivlər”, “Regionda müəllif hüquqları və əlaqəli hüquqların kollektiv idarə olunması: praktik çağırışlar və imkanlar” mövzularında məruzələr dinlənilir və müzakirələr aparılır.
Beynəlxalq regional seminar oktyabrın 30-da davam edəcək.

 
  • Oxunub:  1680  |  
  • Tarix:  30-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA