Ana səhifə »  Elm »  Bakıda Rus Kitab Evinin 10 illik yubileyi qeyd olunub
A+   Yenilə  A-
Bakıda Rus Kitab Evinin 10 illik yubileyi qeyd olunub

Oktyabrın 10-da Rus Kitab Evinin 10 illik yubileyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun prezidenti Valeri Tursunov Rusiya ilə Azərbaycan arasında yüksək səviyyədə münasibətlərin inkişafında iki dövlətin liderlərinin mühüm rolunu vurğulayıb.
Mərasimdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib.
Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyinin əlamətdar hadisə olduğunu vurğulayan Prezidentin köməkçisi deyib ki, bu, postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşdırılmış mağazadır. Fəaliyyətdə olduğu illər ərzində bu mağaza həm oxucuların sevimli yeri, həm də millətlərarası həmrəyliyin möhkəmlənməsi və Azərbaycan ilə Rusiyanın mədəni-humanitar əlaqələrinin dərinləşməsi üçün əlverişli məkan olub.
Son iki əsr ərzində olduğu kimi, ölkələrimizin və xalqlarımızın bu gün də dostluq və mehriban qonşuluq ənənələrini davam etdirdiyini vurğulayan Əli Həsənov bildirib ki, dərin köklərə malik olan bu ənənələr hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Ən əsası odur ki, dövlət müstəqilliyi bərpa ediləndən sonra biz tarixən yaranmış ənənələri qoruyub saxlamağa və artırmağa, onları keyfiyyətcə yeni səviyyəyə çatdırmağa nail olmuşuq. Şübhəsiz, bunda həm strateji əməkdaşlığın təməlini qoymuş Ümummilli Lider Heydər Əliyevin, həm də dövlətlərimizin indiki rəhbərləri cənab İlham Əliyevin və cənab Vladimir Putinin çox böyük xidmətləri olub.
İndiki mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin daha da möhkəmləndiyini qeyd edən Prezidentin köməkçisi deyib ki, bu əlaqələr siyasi və ticari-iqtisadi sahələrdən enerji və humanitar sahələrə qədər demək olar ki, bütün sferaları əhatə edir. Dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və beynəlxalq forumlar çərçivəsində görüşləri ikitərəfli faydalı və konstruktiv tərəfdaşlığın gələcək inkişafına təkan verir.
Azərbaycanın postsovet məkanında rus dilinə böyük hörmət bəslənən azsaylı ölkələrdən biri olduğunu diqqətə çatdıran Əli Həsənov deyib: “Hələ çar Rusiyası dövründə və sovet hakimiyyəti dönəmində Azərbaycan dünyaya pəncərə, həm rus, həm də dünya mədəniyyəti, ədəbiyyatı və elmi ilə ünsiyyət vasitəsi olub. Yeri gəlmişkən, yüz il bundan əvvəl Azərbaycanda ilk ali məktəbin - Bakı Dövlət Universitetinin açılması Rusiyanın aparıcı alimlərinin cəlb edilməsi sayəsində mümkün olub. Bu alimlər arasında rektor vəzifəsinə dəvət edilmiş professor Vasili Razumovski də vardı. Məlum olduğu kimi, başlanğıc mərhələdə universitetdə tədris yalnız rus dilində aparılırdı. Sovet dövründə isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə istedadlı Azərbaycan gəncləri təhsil almaq üçün Rusiyanın aparıcı ali məktəblərinə göndərilirdi. Yadımdadır, Heydər Əliyev tələbələri təhsil almağa yola salarkən onlara rus dilini mükəmməl öyrənməyi tövsiyə edirdi. Rus dili müxtəlif ədəbiyyata yol açır, dünyagörüşünü və bilikləri zənginləşdirirdi. Sevindirici haldır ki, ən müxtəlif istiqamətlərə aid ixtisaslara yiyələnmiş kadrlar respublikaya qayıdandan sonra Azərbaycanın inkişafına öz töhfələrini veriblər. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra da rus dili özünün millətlərarası dil mövqeyini itirməyib, ona əvvəlki kimi ehtiyac var. Buna parlaq sübut kimi bir faktı göstərmək olar ki, respublikamızın 300-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır. Yeri gəlmişkən, son illərdə tədrisin rus dilində aparıldığı siniflərə tələbat artır. Demək olar ki, bütün dövlət ali məktəblərində və özəl ali məktəblərin bəzilərində təhsil fəaliyyəti paralel olaraq Azərbaycan və rus dillərində aparılır. Əhalinin əksəriyyəti rus dilini sərbəst bilir, böyüməkdə olan nəsil bu dili öyrənməyə ciddi maraq göstərir”.
Bakının xəritəsində Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələrin olduğunu söyləyən Prezidentin köməkçisi bildirib ki, Yesenin və Lermontov muzeylərində bu şairlərin ölkəmizdə olması ilə bağlı xatirələr qorunub saxlanılır. “Puşkin mövzusu”nun davamı kimi qeyd etmək istərdim ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtındakı mərkəzi bağların birində böyük rus şairi Aleksandr Puşkinə heykəl ucaldılıb. Ölkəmizdə Slavyan Universiteti və Səməd Vurğun adına Rus Dram Teatrı fəaliyyət göstərir, teatrlarımızın çoxunda rusdilli truppa var. Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi və rusdilli yazıçıların “Luç” Assosiasiyası fəaliyyət göstərir. Rusiyanın iki aparıcı ali məktəbinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb.
Bundan əlavə, rus dilində qəzetlər və jurnallar, dərsliklər və bədii ədəbiyyat nəşr olunur, televiziya və radio kanallarında verilişlər translyasiya edilir, Rusiyanın çoxsaylı dövri mətbu nəşrləri satılır.
Əli Həsənov xüsusi vurğulayıb ki, Cənubi Qafqazda etnik rusların ən böyük icması Azərbaycanda yaşayır. Onlar öz ana dilini, mədəniyyətini və milli ənənələrini qoruyub saxlayıblar. Onlar cəmiyyətin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında geniş təmsil olunurlar, dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər. Şübhəsiz ki, bütün yuxarıda deyilənlər hər iki ölkənin və xalqlarımızın qarşılıqlı maraqlarına cavab verən hərtərəfli əməkdaşlığın inkişafına və dərinləşməsinə dəlalət edir.
Çıxışının sonunda Azərbaycan Prezidenti İlham Əliyevin “Ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır” sözlərini xatırladan Əli Həsənov deyib: “Əminəm ki, bu tədbir humanitar əməkdaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcək və bizi daha da yaxınlaşdıracaq. Rus Kitab Evinə uğurlu fəaliyyət və çoxlu sədaqətli alıcı, bütün kollektivə möhkəm cansağlığı və işlərində yeni nailiyyətlər arzu edirəm”.
Tədbirdə çıxış edən Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov xatırladıb ki, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondu 10 il əvvəl Azərbaycanda dostları ilə birgə bu əlamətdar humanitar layihəni reallaşdırmağa nail olub. “Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmasa idi, eləcə də Bakı sakinlərinin rus dili və mədəniyyətinə isti münasibəti olmasa idi, bu ideya həyata keçirilə bilməzdi. Bu gün Rus Kitab Evi təkcə rus dilində ədəbiyyat yayan məkan deyil, həm də Rusiya və Azərbaycanın, eləcə də rus dilini sevən və bu dildə danışan ölkələrin görkəmli yazıçılarının, tarixçilərinin, elm və təhsil nümayəndələrinin görüşdükləri məkana çevrilib. Ötən 10 il ərzində bu məkanda çoxsaylı tədbirlər keçirilib. Əminəm ki, Rus Kitab Evinin fəaliyyəti iki dövlətin müvafiq strukturlarının dəstəyi sayəsində davam edəcək”, - deyən Vladimir Çernov Rus Kitab Evinin 10 illiyi münasibətilə Rusiyanın məşhur nəşriyyatları və universitetlərinin bu məkana böyük miqdarda nüsxə kitablar hədiyyə etdiklərini diqqətə çatdırıb. Yubileyin A.S.Puşkinin anadan olmasının 220 illiyi ilə eyni vaxta düşdüyünü deyən Vladimir Çernov böyük rus şairinə Azərbaycanda verilən yüksək dəyəri qeyd edib, vaxtilə abidəsinin Bakıda açılışını və həmin tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çıxışını xatırladıb.
Tədbirdə “Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərova Rusiya Federasiyasının dövlət mükafatı olan “A.S.Puşkin” medalı, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənova isə Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin təşəkkürnaməsi təqdim edilib.
Daha sonra çıxış edən Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası işləri üzrə və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Azərbaycanda rus dili və ədəbiyyatına göstərilən yüksək münasibətdən, iki dövlət arasında dostluqdan, bu dostluğun, o cümlədən parlament səviyyəsində inkişafından, davamlı olaraq birgə tədbirlər keçirilməsindən danışıb, iki dövlətin liderlərinin bu işə xüsusi töhfə verdiyini bildirib.
Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin Azərbaycanda cəmiyyətin bu dilə tələbatının yüksək səviyyədə təmin olunduğunu deyib. Bakının müxtəlif yerlərində açılan kitab evlərində də rus dilində kitab bölmələri olduğunu qeyd edən Mixail Zabelin VI Bakı Beynəlxalq Kitab Yarmarkasında Rusiyanın bir çox nəşriyyatlarının iştirak etdiyini xatırladıb. “Bu gün Azərbaycanda 120 mindən çox təkcə rus əhalisi yaşayır. Mən hələ digər millətlərin nümayəndələrini demirəm. Azərbaycan nəinki Qafqazda, bütün Avropaya örnək olan multikulturalizm mərkəzinə çevrilib”, - deyə Mixail Zabelin vurğulayıb.
Mərasimdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rus Kitab Evinin fəaliyyətinə göstərilən dəstəyə görə iki dövlətin müvafiq strukturlarına təşəkkürünü bildirib. Rusiya-Azərbaycan münasibətlərindən söz açan səfir son günlər Azərbaycanda həyata keçirilən birgə mədəni tədbirlər fonunda Rus Kitab Evinin 10 illik yubiley tədbirinin xüsusi yeri olduğunu vurğulayıb. O, yaşadığımız rəqəmsal dövrdə kitaba önəm verilməsini yüksək qiymətləndirib.
Rusiya yazıçısı, publisist Yuri Polyakov Rusiya Kitab Evinin bir mədəniyyət məbədi olduğunu vurğulayıb, müasir dövrdə mütaliənin əhəmiyyətindən danışıb.
Azərbaycanın Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN-klubun prezidenti Çingiz Abdullayev Bakıda Rus Kitab Evinin fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanda cəmiyyətin inkişafında rus dili və ədəbiyyatının rolunu, habelə rus dili və digər dilləri bilməyin önəmini, mütaliənin vacibliyini qeyd edib.
Moskvadakı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya rəhbərlik etdiyi tədris müəssisəsi ilə Azərbaycanın bir çox tədris ocaqları arasında onilliklər boyunca davam edən dostluq, peşəkar münasibətlərdən danışıb, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti ilə əlaqələri vurğulayıb. Rus Kitab Evinin həm də rus dilində danışan, düşünən, oxuyan hər kəsi cəlb edəcəyinə ümidvar olduğunu deyib.
“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov, “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialının icraçı direktoru Rauf Həsənov Rus Kitab Evinin fəaliyyətinin önəmindən danışıb, təltif edildiklərinə görə təşəkkürlərini bildiriblər.
Qeyd olunub ki, respublikamızın 350-dən çox ümumtəhsil məktəbində tədris rus dilində aparılır. Ölkəmizin paytaxtında Rusiyanın iki aparıcı ali məktəbinin - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Bakıda Puşkinin, Lermontovun, Tolstoyun adlarını daşıyan küçələr, Yesenin və Lermontov muzeyləri fəaliyyət göstərir.
Sonda Rus Kitab Evinə rus dilində ədəbiyyat hədiyyə olunub.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  11-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA