Ana səhifə »  Elm »  Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib
A+   Yenilə  A-
Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib

Gənc alimlərimiz dövlətin diqqət və qayğısına cavab olaraq Azərbaycanın inkişafına yeni töhfələr vermək əzmindədirlər
Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Qurultayın açılış mərasimindən əvvəl gənc alimlərin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Respublika gəncliyinin fəaliyyətini əks etdirən videokontentlər sərginin baş monitorunda yayımlanıb. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. O, qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Akademik Akif Əlizadə müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr qoyduğunu söyləyib. Vurğulayıb ki, ölkədə və xaricdə yaşayan gənc azərbaycanlı alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində əlaqələndirilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar. Akademiyada gənclərin intellektual potensialının inkişafı, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc aliminin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunduğunu bildirən akademik prosesin hazırda da davam etdirildiyini vurğulayıb.
AMEA-nın gənc alimlərinin bir çox elmi nailiyyətlər əldə etdiyini, yeni kəşflərə imza atdıqlarını diqqətə çatdıran akademik Akif Əlizadə deyib: “Gənclərimiz Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Cenevrədəki Avropa Nüvə Tədqiqatları Təşkilatı və digər beynəlxalq elmi mərkəzlərdə aparılan qlobal elmi layihələrdə yaxından iştirak edirlər. Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunub, dünya elmi üçün dörd yeni genotip müəyyənləşdirilib. Onların yaxından iştirakları ilə yeni sinif unikal funksional materiallar - topoloji izolyatorlar sintez olunub, Avropa ölkələri və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilib”.
Qurultay iştirakçılarını təbrik edən AMEA rəhbəri gənc alimlərə elmi fəaliyyətlərində uğurlar arzulayıb, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə bütün tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışan gənclər və idman naziri Azad Rəhimov deyib: “Gənclər və İdman Nazirliyi tərəfindən yeniyetmə və gənclərin elmə marağının artırılması istiqamətində bir sıra layihələr icra olunur. Belə ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi artıq beş ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Bu müddət ərzində səkkiz min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər”.
Nazir, həmçinin rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli “İdeya var!” müsabiqəsi haqqında məlumat verib, belə layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov Ümummilli lider Heydər Əliyev və Onun layiqli davamçısı Prezident İlham Əliyevin elm və təhsilin inkişafı məqsədilə bir çox Fərman və sərəncamlar imzaladıqlarını xatırladıb. Qeyd edib ki, bu gün ölkə iqtisadiyyatının tələblərini ödəmək məqsədilə yüksəkixtisaslı mütəxəssis və alimlər hazırlanır. XXI əsrin milli təhsil quruculuğunun “yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələrdən söz açan Ceyhun Bayramov ali təhsil sisteminin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və formalaşdırılması üzrə görülən işlərin ali təhsil müəssisələri qarşısında yeni vəzifələr qoyduğunu söyləyib. Təhsilin keyfiyyətinin yüksəldilməsindən və kadr hazırlığının təmin edilməsindən danışan nazir müavini qeyd edib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurla reallaşdırılması gənclərimizin elmə daha yaxından cəlb olunması və dünya elminə inteqrasiyası baxımından atılmış mühüm addımlardan biridir. Eyni zamanda, “SABAH” qruplarının yaradılması, “Sabahın alimləri” respublikası müsabiqəsinin keçirilməsi, respublika və beynəlxalq fənn olimpiadalarının təşkili, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na dəyişikliklərin edilməsi və tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi onların təhsilalma imkanlarının genişləndirilməsində böyük rol oynayıb.
Hazırda respublikamızın orta ümumtəhsil məktəblərində “Kiçik akademiya”ların fəaliyyətindən bəhs edən Ceyhun Bayramov həmin akademiyaların alimlərlə əlaqələrin yaradılması, şagirdlərə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqlarının aşılanması, məktəblilər üçün konfrans və müsabiqələrin təşkil olunması işində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Avropa Komissiyası, AMEA və bir sıra ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilən “Nizami” layihəsinə, 2017-ci ildə “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”nın təsdiq olunmasına, elmlə təhsilin inteqrasiyasına və digər bir sıra aktual məsələlərə toxunan nazir müavini, ilk növbədə, aparılan tədqiqatların keyfiyyətinin artırılmasının vacibliyini bildirib. Ceyhun Bayramov deyib: “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən aktual elmi araşdırmalara vəsaitin ayrılması, ali təhsil müəssisələrinin və elmi təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, elmi məqalə və elmi jurnalların keyfiyyətinin təmini, informasiya kommunikasiya resurslarından istifadənin genişləndirilməsi davamlı inkişafa xidmət edir”.
Sonra qurultayın bəyannamə layihəsinin hazırlanması məqsədilə işçi orqanının yaradılması təklif olunub. Tədbirdə qurultayın mandat komissiyası və katibliyinin tərkibi təsdiq edilib.
Qurultayda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, Prezident mükafatçısı, Bakı Dövlət Universitetinin müəllimi Aygün İsrailova, Milli Aviasiya Akademiyasının magistratura və doktorantura şöbəsinin metodisti, texnika üzrə fəlsəfə doktoru Ramil Muxtarov, AMEA Neft və Qaz İnstitutunun təhsil şöbəsinin əməkdaşı, akademiyanın ilk məzunu Səfiyyə Əliyeva və digərlərinin çıxışları dinlənilib. Elmi fəaliyyətlə məşğul olmağın üstünlüklərindən və perspektivlərindən bəhs edən gənclər dövlətin elmi gənclik üçün yaratdığı şəraitdən söz açıb, bunun elmi tədqiqatların genişləndirilməsində güclü stimul olduğunu vurğulayıblar. Çıxışlarda Azərbaycan elminin inkişafı istiqamətində bir sıra əhəmiyyətli təkliflər səsləndirilib, geniş müzakirələr aparılıb. “Gənc alimlərimiz dövlətin diqqət və qayğısına cavab olaraq müstəqil Azərbaycanın inkişafına yeni töhfələr vermək əzmindədirlər” - qurultayda belə bir yekdil fikir ifadə olunub.
Qurultayın mandat komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev science.az portalında yaradılmış analitik informasiya sisteminə əsasən məlumatları təqdim edib və qurultayın səlahiyyətli olduğunu diqqətə çatdırıb.
Daha sonra Azərbaycanın gənc alimlərinin birinci qurultayının bəyannaməsi qəbul olunub. Sənəddə bildirilir ki, intellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi vacibdir. Qurultay iştirakçıları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə nail olmaq üçün elm və təhsilin inteqrasiyası üzrə səmərəli tədbirlərin həyata keçirilməsində bundan sonra da səyləri birləşdirməyə çağırırlar. Bəyannamədə gənc alimlərin intellektual fəaliyyəti ilə bağlı mövcud qanunvericilik bazasının gücləndirilməsinin, müasir tələblər səviyyəsində normativ hüquqi sənədlərin hazırlanmasının vacibliyi qeyd olunur.
Sonda qurultay iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib. Müraciəti AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Eşqanə Babayeva səsləndirib.

 
  • Oxunub:  5760  |  
  • Tarix:  16-12-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

19:06
20 Yanvar
Antonio Gamito: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkədə multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir
18:57
20 Yanvar
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu
18:47
20 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:06
20 Yanvar
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
17:19
20 Yanvar
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:28
20 Yanvar
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır
15:53
19 Yanvar
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
15:50
19 Yanvar
Çili radiosunun saytında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə yayılıb
15:40
19 Yanvar
Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq
14:13
19 Yanvar
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
14:05
19 Yanvar
YAP İdarə Heyətinin iclası keçirilmişdir
12:54
19 Yanvar
Vergilər naziri ABŞ səfiri ilə görüşüb
12:53
19 Yanvar
20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar
12:45
19 Yanvar
20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
12:42
19 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
12:40
19 Yanvar
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
12:38
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
12:33
19 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
12:30
19 Yanvar
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
12:11
19 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:04
19 Yanvar
20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:53
19 Yanvar
“Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib
11:09
19 Yanvar
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
11:05
19 Yanvar
Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
10:58
19 Yanvar
Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
10:47
19 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
10:45
19 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir
10:35
19 Yanvar
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar
10:24
19 Yanvar
Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
10:23
19 Yanvar
Azərbaycan neftinin bir barreli 70,85 dollara satılır
10:16
19 Yanvar
Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:13
19 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 116 dəfə pozub
21:54
18 Yanvar
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər
21:16
18 Yanvar
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:28
18 Yanvar
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir
20:03
18 Yanvar
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir
19:51
18 Yanvar
İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub
19:46
18 Yanvar
YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
19:27
18 Yanvar
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb
17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub
16:30
18 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşünün protokolu imzalanıb
15:21
18 Yanvar
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
14:51
18 Yanvar
Krakovda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA