Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Azərbaycan Xalça Muzeyi gənclərdə xoş təəssürat yaradıb

Azərbaycan Xalça Muzeyi gənclərdə xoş təəssürat yaradıb

28.04.2017 [09:16]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsində fəal iştirak edən gənclər Azərbaycan Xalça Muzeyini ziyarət ediblər. Tədbirdə YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov, YAP “Xalça Muzeyi” ərazi ilk partiya təşkilatının sədri, layihənin koordinatoru Fuad Rəsul və Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan xalq-tətbiqi sənəti olan xalçaçılıq xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Gənclər Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə yaxından tanış olublar. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu gənclərdə xoş təəssürat yaradıb.
Tədbir çərçivəsində iştirakçı gənclərə Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Taryer Bəşirov tərəfindən xalçaçılıq sənətinin yaranma tarixi, inkişaf mərhələləri və ornamentləri, həmçinin xana üzərində xovlu xalçanın toxunma texnologiyası haqqında da ətraflı məlumat verib.
Sonda layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunub.

Paylaş:
Baxılıb: 349 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30