Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçilik tariximizin şanlı səhifəsidir

27.04.2017 [09:59]

Ötən əsrin 90-cı illərində Azərbaycan tarixin yaratdığı şansdan yararlanaraq yenidən dövlət müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnən naşı və səriştəsiz şəxslərin yarıtmaz idarəçiliyi nəticəsində ölkədə hərc-mərclik, anarxiya yarandı, separatçılıq meyilləri gücləndi. Digər tərəfdən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. Məhz belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi.
Hər gününün ölkənin həyatında böyük rol oynadığını, hesabat xarakteri daşıdığını nəzərə alsaq, Ulu öndərin fəaliyyətini bir yazı çərçivəsində əhatə etmək mümkünsüzdür. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş dövrü kimi müasir tariximizə əbədi həkk olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni, müasir Azərbaycanın yaranmasını şərtləndirdi. Ulu öndər uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı yenidən qurdu. Ölkədə sabitliyin, əmin-amanlığın yaradılması malik olduğumuz enerji resurslarından səmərəli istifadəyə yol açdı.
Ümummilli liderin rəhbərliyi dövründə iqtisadiyyatın bütün sahələrində görünməmiş canlanma baş verdi. Qısa müddət ərzində ölkə əsrə bərabər inkişaf yolu keçdi. İqtisadi və siyasi cəhətdən çətinlik çəkən Azərbaycan Heydər Əliyevin sayəsində ilk dəfə sərbəst nəfəs aldı. Azərbaycana layiqli ordu yaradıldı. Müharibədə uzunmüddətli atəşkəsə nail olundu. Azərbaycanın səsi dünya birliyi tərəfindən dəstəkləndi. Ulu öndər tərəfindən dünyanın tanınmış neft şirkətlərinin nümayəndələri Azərbaycana dəvət edildi. Ümummilli liderimizin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalandı. Bu müqavilə əsasında neftimizi dünya bazarına çıxarmağa nail oldu. Qərb və Avropa dövlətləri üçün enerji resurslarına görə Azərbaycanın önəmi artdı. Çoxlarına xülya kimi görünən Bakı-Tiflis-Ceyhan boru xəttinin çəkilib istifadəyə verilməsi, ardınca da müxtəlif regional layihələrin qətiyyətlə reallaşdırılması bir tərəfdən Azərbaycanın iqtisadı qüdrətinin artdığını, digər tərəfdən də dövlətimizin regionda iqtisadi, siyasi gücə çevrildiyini, bölgədə söz sahibi olduğunu bütün dünyaya göstərdi. 3-4 ilə Azərbaycanın siyasi meydanda söz sahibi olması, mədəni, iqtisadi, sosial sahələrdə sıçrayışlı inkişafı heç kimdə şübhə qoymadı. Qısa bir müddətdə isə Azərbaycan onlarla beynəlxalq təşkilatların nüfuzlu üzvü oldu.
Azərbaycana azərbaycançılığı qaytarması, azərbaycançılığın ideologiya səviyyəsində formalaşdırılması Heydər Əliyevin ən böyük xidmətlərindəndir. Ulu öndərin rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş Konstitusiyamız dünyəviliyimizi, müasirliyimizi, tolerantlığımızı açıq nümayiş etdirir. “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” - deyən xalqın xilaskarı bir-birinin ardınca çəkinmədən, qorxmadan mətin addımlar atır, Azərbaycanın hərtərəfli dirçəlişinə zəmin yaradırdı.
Məlum olduğu kimi, 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ümummilli lider Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirmişdi.
Azərbaycanın bütün regionlarını əhatə edən nümayəndələrin təmsil olunduğu YAP-ın konfransı 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilmişdi. Təsis konfransı YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etmişdi. Konfransda böyük siyasi xadim Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçilmişdi. Beləliklə, müstəqil Azərbaycan tarixində mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası siyasi meydana çıxmış və dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi istiqamətində mübarizəyə başlamışdı. Azərbaycançılıq, dövlətçilik, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın siyasi məfkurəsinin əsasını və Azərbaycanın siyasi gələcəyi uğrunda apardığı fəaliyyətin ideya bazasını təşkil edir.
Ümummilli lider Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və müdrikliyi sayəsində YAP bu gün Azərbaycanın nüfuzlu siyasi təşkilatına çevrilmişdir. Ulu öndərin dediyi kimi, “YAP dünənin, bu günün və sabahın partiyasıdır” kəlamı da bu həqiqəti bir daha gözlər önünə gətirir.
Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında 1993-cü ildəki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək bu reallığı bəyan edir ki, müstəqil müasir Azərbaycan Ulu öndər Heydər Əliyevin şah əsəridir: “O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, Onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
26 illik müstəqillik tarixinə malik olan Azərbaycan bu gün Ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm təmələ, bazaya əsaslanaraq, inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Bu gün Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı - dövlət başçısı cənab İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. Ulu öndər Heydər Əliyevin dövlətçilik yolunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı yüksək nəticələr, şübhəsiz ki, dövlət idarəçiliyinin formalaşmış, çevik və işlək mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır.
Beləliklə, Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün Onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısı, beynəlxalq tədbirlər məkanı kimi tanınan Azərbaycanın bugünkü uğurları məhz Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq Onun siyasəti yaşayır, Onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Manaf Manafov,
YAP Pirallahı rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 433 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30