Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Akademik Arif Paşayev yenidən Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti seçilib

Akademik Arif Paşayev yenidən Beynəlxalq Mühəndislik Akademiyasının vitse-prezidenti seçilib

29.04.2016 [10:08]

Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının 2011-2015-ci illərdə fəaliyyətinin yekunlarına dair ümumi yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti akademik Boris Qusev 12 ölkədən Akademiyanın üzvü olan 623 nəfərin iştirak etdiyi yığıncaqda məruzə ilə çıxış edib.
Yığıncaq ərəfəsində “İnjenernaə qazeta” Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevin “Orientiruəsğ na zaprosı praktiki” adlı geniş məqaləsini dərc edib. Qəzetin həmin nömrəsi yığıncaq iştirakçılarına paylanılıb. Akademik A.Paşayevin məqaləsi tədbirin iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Ümumi yığıncağın işinə sədrlik tədbir iştirakçılarının yekdil qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədova həvalə olunub. O, Azərbaycan Mühəndislik Akademiyasının 2011-2015-ci illərdə fəaliyyətinin yekunlarına dair ətraflı məlumat verib.
Sonra Beynəlxalq Mühəndislik Akademiyasının prezidentinin, vitse-prezidentinin, yeni həqiqi və müxbir üzvlərinin seçkisi olub.
Akademik Boris Qusev yenidən Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti seçilib. Yığıncaq iştirakçıları vitse-prezident vəzifəsinə akademik Arif Paşayevin yenidən namizədliyini yekdilliklə dəstəkləyiblər. Beynəlxalq Mühəndislik Akademiyasına Azərbaycandan üç həqiqi və bir müxbir üzv seçilib.

Paylaş:
Baxılıb: 1129 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31