Ana səhifə »  Ədəbiyyat »  Lider şəxsiyyət və ədəbiyyat
A+   Yenilə  A-
Lider şəxsiyyət və ədəbiyyat

(Tərlan Novruzov. Müstəqillik dövründə Azərbaycan ədəbiyyatına dövlət qayğısı. Bakı, Elm və təhsil, 2015)
Tanınmış ədəbiyyatşünas alim, respublikanın Əməkdar müəllimi, ADPU-nun “Dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Novruzovun Azərbaycan, eləcə də dünya ədəbiyyatı ilə əlaqədar çoxsaylı elmi nəşrləri, dərslik və monoqrafiyaları, dərs vəsaitləri onu hərtərəfli alim kimi səciyyələndirir. Alimin “Heydər Əliyev və ədəbiyyat məsələləri”, eləcə də Prezident İlham Əliyevin ədəbiyyatımızla bağlı fəaliyyəti haqqında “Müstəqillik dövründə Azərbaycan ədəbiyyatına dövlət qayğısı” monoqrafiyaları da digər əsərləri kimi rəğbətlə qarşılanmış, geniş müzakirələrə səbəb olmuşdur.
“Heydər Əliyev və ədəbiyyat məsələləri” monoqrafiyasında lider, şəxsiyyət və ədəbiyyat məsələləri çox əhatəli şəkildə, yüksək peşəkarlıqla qələmə alınmışdır. Eyni sözləri Heydər Əliyev irsinin davamçısı cənab Prezidentimiz İlham Əliyev haqqında müəllifin qələmə aldığı adıçəkilən kitabı barədə də söyləmək mümkündür. Kitaba akademik Rafael Hüseynov olduqca maraqlı, dərin məzmunlu ön söz yazmışdır. Başlıq təsadüfi seçilməmişdir: Dayaqlar! Həqiqətən, həm Ümummilli liderin, həm də cənab Prezidentin çoxcəhətli fəaliyyəti, xüsusən sənət və ədəbiyyatla bağlı fikir və mülahizələri, bu sahədə ardıcıl, konkret tədbirləri, yaradıcı insanlara hər zaman yaşıl işıq yandırmaları, mədəniyyət tariximizin yaşanmasına, yaşadılmasına yönələn fədakarlıq səyləri dəstək, dayaq anlayışlarını tamlığı ilə ortaya qoyur. Yalnız öz xalqını, Vətənini dərin məhəbbətlə sevən, ölkəmizin bütün dünyada hərtərəfli təbliğinə can atan bir Lider bu tarixi və əzəli missiyanı ləyaqətlə daşımaq imkanlarına malikdir. Əlbəttə, bütün bunlara qucaq açan, enerji gətirən ən ülvi amal doğma Vətənə - Azərbaycana, xalqımızın milli-mənəvi dəyərlərinə sonsuz bağlılıqdır. Professor Tərlan Novruzov çox haqlı olaraq qeyd edir ki, “Azərbaycançılıq ideologiyası Heydər Əliyev milli siyasətinin lokomotividir”. Kitabla hərtərəfli tanışlıq sübut edir ki, bu fikirlər, bu sözlər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, ədəbiyyat, mədəniyyət sahəsində də siyasi kursunun ayrılmaz hissəsidir.
Giriş, dörd bölmə və nəticə hissələrindən ibarət olan kitabda xronoloji ardıcıllıqla tarixi-ədəbi proseslərə aydınlıq gətirilmiş, lider şəxsiyyət və ədəbiyyat məsələləri yığcam şəkildə təhlilə cəlb edilmiş, bədii ədəbiyyatın, yaradıcı düşüncənin, müstəqil ölkəmizin inkişafında xüsusi rolu göstərilmişdir.
Girişdə əsasən Ümummilli liderimiz Heydər Əliyevin sovet dönəmində, eləcə də müstəqillik mərhələsində milli-mənəvi inkişafa xüsusi qayğı göstərdiyi konkret faktlarla izah edilmiş, Heydər-xalq birliyinin təməlində hansı sevginin dayandığı ədəbi proseslərə münasibət zəminində işıqlandırılmışdır. Belə ki, keçən əsrin 70-80-ci illərində milli-mənəvi dəyərlərə xüsusi önəm verilməsi, sənət dühalarından Nizaminin, Füzulinin, Vaqifin, C.Cabbarlının, H.Cavidin və digər korifeylərin yubileylərinin keçirilməsi, abidələrinin ucaldılması, müasir Azərbaycan ədəbiyyatının, mədəniyyətinin qabaqcıl nümayəndələrinə fəxri adların verilməsi, əsərlərinin geniş təbliği, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşrinin məhz bu böyük Azərbaycan sevgisindən qaynaqlandığını, liderin həm də kamil şəxsiyyət, böyük vətəndaş kimi yetişdiyini göstərir. Bu cəhət, bu üstünlük xalqın, eləcə də ədəbiyyatın uğuru, şanslı taleyidir. Maraqlı cəhət həm də odur ki, sovet dövründə olduğu kimi, müstəqillik illərində siyasi hakimiyyətə yenidən qayıdışından sonra da ciddi qlobal hadisələrin baş verməsinə, çoxsaylı problemlərin öz həllini gözlədiyinə rəğmən, Ulu öndər bu sahəni heç zaman unutmamış, ədəbiyyata qayğı əvvəlkindən daha sürətlə davam və inkişaf etdirilmişdir. Məhz buna görə də girişdə çox haqlı olaraq deyilir ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsaslandığı Azərbaycançılıq siyasətinin ideoloji özülü görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat və mədəniyyət təlimindən qidalanmışdır. Prezident İlham Əliyev bu əbədiyaşar təlimi yeni epoxanın prinsiplərinə uyğun olaraq zənginləşdirmiş, müasir dövrün ədəbiyyat siyasətini müəyyən etmişdir”.
Müəllifin önə çəkdiyi bu fikirlərin işığında kitabda cənab Prezidentin digər sahələrdəki titanik fəaliyyətinə nəzər yetirilir, müstəqillik dövrü ədəbiyyatına yeni baxışı müəyyənləşdirilir, klassik və müasir ədəbiyyatımızla bağlı çoxsaylı tədbirlərindən, dəyərləndirmələrindən bəhs olunur.
Birinci bölmə girişdə əsası qoyulan fikir və düşüncələrin, bir növ, davamı, məntiqi yekunudur. Müəllif burada Prezident İlham Əliyevin ibrətamiz həyat yolundan danışaraq əsas diqqəti xalq və lider birliyinə yönəldir. Vətəndaşların qayğıları ilə yaşamaq, hər an onların yanında olmaq, ölkə əhalisinin rifahına, əmin-amanlığa, sabitliyə, davamlı inkişafa hesablanmış addımlar bu birliyin təbii şəkildə yaranmasına səbəb olmuşdur. Müəllif Prezident İlham Əliyevin yüksək insani keyfiyyətləri, əhatəli, dinamik fəaliyyəti barədə ətraflı məlumat verərək dövlət başçısının ədəbiyyat, mədəniyyət sferasına xüsusi diqqət yetirdiyini, bu sahədə əsaslı proqram işlənib həyata keçirildiyini xüsusi olaraq göstərmişdir. Bu həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin yubiley mərasimlərinin keçirilməsində, əsərlərinin kütləvi tirajla latın qrafikasında nəşr etdirilməsində, eləcə də dövlət dilinin inkişafına qayğı ilə əlaqədar qərar və sərəncamların qəbul olunmasında aydın şəkildə özünü göstərməkdədir.
Monoqrafiyanın ikinci bölməsinin birinci fəslində dövlət başçısının Azərbaycan Yazıçılar Birliyinə diqqət və qayğı göstərdiyi, bundan Azərbaycan ədəbiyyatının, mədəniyyətinin bəhrələndiyi, yaradıcı insanların sıralarının daha da genişləndiyi, bədii ədəbiyyatın hərtərəfli inkişafının təmin edildiyi barədə konkret faktlar əsasında söz açılmışdır. Sözügedən fəsildə sovet dönəmi ilə müqayisədə Yazıçılar Birliyinin miqyasının həm ölkə, həm də beynəlxalq şəbəkə daxilində genişləndiyi qeyd olunur. Müəllif olduqca həssas məqamlara nəzər yetirir, diqqətimizi sərt tarixi gerçəkliklər zamanında azad sözün, bir növ, təhlükədə olduğu illərə yönəldir.
Bölmənin “İlham Əliyev və müasir ədəbi-bədii proses” başlığı ilə təqdim olunan ikinci fəslində, bir tərəfdən, müasir ədəbi-bədii prosesə, bu sahədəki duruma nəzər yetirilir, digər tərəfdən, Azərbaycan Prezidentinin gərgin iş qrafikinə baxmayaraq, yaradıcı ziyalılarla vaxtaşırı görüşlər keçirməsindən, xalqımıza xidmət göstərən ədiblərin əməyini qiymətləndirməsindən, bu sahənin inkişafına strateji milli məsələ kimi yanaşmasından bəhs edilir. Kitabda Prezidentin yaşlı və orta nəslin nümayəndələri ilə yanaşı, yaradıcı gəncliyə xüsusi önəm verdiyi ayrıca vurğulanır.
Müəllif Prezidentin vaxtaşırı olaraq həm ölkə paytaxtında, həm də bölgələrdə yaradıcı ziyalılarla səmimi görüşlər keçirərkən Azərbaycan ədəbiyyatının, mədəniyyət nümunələrinin qorunması və təbliği məsələlərinin əhəmiyyətindən, gənc nəslin milli ruhda tərbiyə olunmasında bədii ədəbiyyatın misilsiz rolundan bəhs edən fikirlərinə geniş şəkildə yer ayırır. Həmin görüşləri diqqətlə izləyən müəllif bu yüksək qayğıya, həssas münasibətə görə yaradıcı insanların da sonsuz sevgisini, minnətdarlığını ifadə edən fikirlərini diqqətdən qaçırmamışdır. Prezidentin Ağstafa görüşü buna əyani misaldır. Şəhərdə Xalq şairi Səməd Vurğunun adını daşıyan mədəniyyət və istirahət parkının açılışında çıxış edən yaradıcı ziyalıların, alimlərin Prezident barədə fikirləri buna canlı sübutdur. Bu cəhətdən Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat Vüsalın çıxışında səslənən fikirlər reallığı çox düzgün səciyyələndirir: “Bəli, ölkəmizdə millətinin, xalqının başını uca edən hər bir adama böyük hörmət, ehtiram, qayğı vardır. Sizin verdiyiniz sərəncamlar əsasında Qazaxda Mütəfəkkirlər Parkı, Xalq yazıçıları Mehdi Hüseynin, İsmayıl Şıxlının həm heykəlləri ucaldılıb, həm də onların adını daşıyan parklar salınıb, Dədə Qorqud meydanı yaradılıbdır. Heydər Əliyev tərəfindən əsası qoyulmuş “Poeziya evi” Sizin tövsiyələriniz əsasında yüksək şəkildə bərpa olunub istifadəyə verilmişdir. Bu qayğını və diqqəti bölgəmizin əhatə etdiyi beş rayonun ədəbi qüvvələrinin timsalında da aydın görürük”.
Ədəbiyyatımıza, mədəniyyətimizə qayğı bütün bunlarla bitmir. Latın qrafikası əsasında kütləvi nəşrlərin həyata keçirilməsi bu işin tərkib hissəsidir. Məlumdur ki, istər klassik ədəbiyyat nümunələri, lüğət materialları, xalq ədəbiyyatı örnəkləri, eləcə də çağdaş ədəbiyyatımızın klassiklərinin əsərləri sovet dönəmində kiril əlifbası ilə dəfələrlə nəşr olunmuşdur. Kitabxanalara yığılmış həmin ədəbiyyatla latın qrafikası ilə oxuyub-yazan yeni nəsil arasında bir sədd, maneə yarandığı, əlaqənin az qala qırıldığı narahatlıq yaratmaya bilməzdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2004-cü il tarixli, 56 nömrəli tarixi Sərəncamı imzalamaqla bu sahədə vəziyyəti kökündən dəyişdirdi, 170 adda ən mühüm əsərlərin, ədəbiyyat və mədəniyyət nümunələrinin kütləvi nəşrini həyata keçirməklə, onları geniş istifadə üçün ölkənin bütün kitabxanalarına göndərməklə mənəvi bağların qırılmasına imkan vermədi. Bu məsələlər kitabda əhatəli şəkildə şərh olunmuş, məsələyə aydınlıq gətirilmişdir. Prezidentin ana dilimiz, ədəbiyyatımızla bağlı silsilə sərəncamları, əməli addımları bütün yaradıcı təşkilatların, insanların ana dilinə daha möhkəm bağlanmasına, ədəbiyyatımızın, milli varlığımızın hərtərəfli inkişafına geniş imkanlar yaratmış, ədəbi bağların sarsılmazlığı təmin olunmuşdur.
Monoqrafiyanın üçüncü bölməsi Prezident İlham Əliyevin klassik ədəbiyyatımızın təbliği istiqamətində fəaliyyəti ilə əlaqədar təhlil, yazıçıların təqdimatı ilə diqqəti cəlb edir. Bölmədə Dədə Qorqud irsinə ehtiramdan danışılır. Qeyd edək ki, 6 hektar ərazidə yaradılan nadir sənətkarlıq kompleksi Prezident İlham Əliyevin Dədə Qorqud ruhuna, bütövlükdə soy-kökümüzə, milli-mənəvi dəyərlərimizə sonsuz qayğısından, milli yaddaşı gələcək nəsillərə daşımaq, tanıtmaq kimi olduqca vacib, nəcib missiyasından qaynaqlanır. Prezidentin 2007-ci il, 2 aprel tarixində imzaladığı Sərəncamla Bakının Nərimanov rayonunda Dədə Qorqud abidəsinin ucaldılmasına başlanılmış, 2013-cü il dekabrın 13-də abidə-kompleksin təntənəli açılışı baş tutmuşdur. Həmin təntənəli mərasimdə Prezident tarixi çıxışı ilə bir daha böyük ədəbiyyata, Ana kitabımıza bağlılığından xəbər vermiş, hər birimizi tarixi keçmişimizi daha dərindən mənimsəməyə, bu nadir xəzinəni bütün dünyada təbliğ etməyə, Azərbaycanımızın şöhrətini, qədimliyini, eləcə də insanların yurdsevərliyini, qəhrəmanlığını təqdim və təqdir etməyə çağırmışdır.
Kitabda həmçinin ölməz Azərbaycan şairi, dahi Nizami Gəncəvi, eləcə də Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Xurşudbanu Natəvan, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir Tahirzadə kimi sənət və mədəniyyət korifeyləri barədə yığcam, həm də olduqca məzmunlu açıqlamalar verilir, Prezidentin həmin görkəmli yaradıcı şəxsiyyətlərlə bağlı tarixi qərarlarından, onların zəngin ədəbi irsinə bələdliyindən, məhəbbətindən, səmimi münasibətindən danışılır.
Ədəbi-bədii ənənələr, yaradıcılıq karvanı kökdən gəlir, xalqın milli-mənəvi zənginliyindən, genetik yaddaşından süzülərək bizi keçmişdən bu günümüzə, bu gündən ümidində olduğumuz o böyük gələcəyə aparmaqdadır. Kitabı oxuduqca sonsuz fərəhlə, iftixarla dərk edirik ki, ən qədim dövrlərdən başlayaraq yola düzülən bu mənəviyyat qafiləsinin sarvanları dünyanın ən əntiq yükünü içinə çəkməyi bacarmış, sözün, sənətin kürəsində sıralanaraq öz yükündən milli ədəbiyyatımıza, eləcə də dünya mədəniyyətinə heç zaman dəyərini itirməyən qiymətli xəzinələr ərməğan etmişlər. Dövrün, zamanın müəyyən dolanbac yoxuş və enişlərində bu söz-mənəviyyat qafilələrinin bəzən köçdən aralandığı anlar olubsa da, heç zaman öz yerişini, ali istəyinə doğru yürüşünü dayandırmamışdır. Söz, mənəviyyat yürüşü dilində “Azərbaycan” yanğısı daima davam və inkişaf etmişdir. Monoqrafiyanın dördüncü bölümündə ədəbi tarixi bağlılıqdan geniş şəkildə bəhs olunmuş, müasir Azərbaycan ədəbiyyatının nadir simalarının təkrarsız sənət dünyasından söz açılmış, ölkə Prezidenti İlham Əliyevin müasir ədəbi prosesə stimul verməsi, daim himayədarlıq göstərməsi sənədlərin, faktların dili ilə işıqlandırılmışdır.
Yədulla AĞAZADƏ,
Lənkəran Dövlət Universitetinin
“Dil və ədəbiyyat” kafedrasının
müdiri, filologiya üzrə
elmlər doktoru

 
  • Oxunub:  30060  |  
  • Tarix:  12-04-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulub

21:02
17 Oktyabr
Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub
20:48
17 Oktyabr
Azərbaycan turizmin inkişafına yönəlib
20:34
17 Oktyabr
YAP-ın 25 illik yubileyi münasibətilə Pirallahıda keçirilən futbol yarışına yekun vurulub
20:01
17 Oktyabr
Rusiya telekanalı Bakıda keçirilən şopinq festivalı barədə süjet yayımlayıb
19:26
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Ciddədə sərhəd təhlükəsizliyinə dair beynəlxalq simpoziumda iştirak edib
19:10
17 Oktyabr
Con Hammond: Azərbaycanda əlverişli biznes və investisiya mühiti var
17:54
17 Oktyabr
Nazirlər Kabinetində aparılan islahatlar idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir
17:39
17 Oktyabr
Sevinc Fətəliyeva: Konqresmen Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir
17:32
17 Oktyabr
Mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib
17:27
17 Oktyabr
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:06
17 Oktyabr
İsrailli ekspert Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb
16:58
17 Oktyabr
Bəxtiyar Sadıqov: Azərbaycan tərəfi öz prinsipial mövqeyindən geri çəkilən deyil
16:55
17 Oktyabr
Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub
16:10
17 Oktyabr
Azərbaycanda miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeydə alınmayıb
15:46
17 Oktyabr
Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
15:06
17 Oktyabr
Dövlət Müstəqilliyi Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
15:01
17 Oktyabr
Robert Sekuta: ABŞ Azərbaycanda iqtisadi islahatları yüksək qiymətləndirir
14:47
17 Oktyabr
Azərbaycan Seulda keçirilən mədəniyyət festivalında təmsil olunub
14:13
17 Oktyabr
“Vaşinqton Tayms”: Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır
14:10
17 Oktyabr
Bakı Dövlət Universiteti ilə Yaponiya universitetləri arasında əməkdaşlıq genişlənir
14:03
17 Oktyabr
Ziyad Səmədzadə: Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub
12:57
17 Oktyabr
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 100 milyon dollar təşkil edib
12:55
17 Oktyabr
Dilarə Cəbrayılova: Cəmiyyətin intellektual potensialının artması ölkənin inkişafına güclü təsir göstərir
12:33
17 Oktyabr
Hikmət Babaoğlu: Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir
11:09
17 Oktyabr
Vüqar Namazov: Kapital bazarlarına çıxış bu gün tələb deyil, zərurətdir
11:03
17 Oktyabr
Azərbaycan ilə Pakistan arasında dini-mənəvi sahədə əlaqələr müzakirə edilib
10:53
17 Oktyabr
Vüsal Qasımlı: İlin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb
10:37
17 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
10:34
17 Oktyabr
BANM-ə qəbul olunan Prezident təqaüdçülərinin sayı ötən illərə nisbətən iki dəfə artıb
10:33
17 Oktyabr
İtaliya Senatında Azərbaycan-İtaliya strateji tərəfdaşlığının aspektləri müzakirə olunacaq
10:28
17 Oktyabr
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
10:25
17 Oktyabr
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 105 dəfə pozub
10:18
17 Oktyabr
Sabah Daşkənd şəhərində “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək
17:56
16 Oktyabr
Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlara yol verməməlidir
17:21
16 Oktyabr
Sosial təminat haqqında Azərbaycan-Bolqarıstan hökumətlərarası Saziş layihəsi müzakirə olunub
16:46
16 Oktyabr
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat veriblər
16:40
16 Oktyabr
Bayram Səfərov: Bizim yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır
16:00
16 Oktyabr
Flora Qasımova: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində danışıqlar xatirinə danışıqlarda iştirak etmir
15:58
16 Oktyabr
MM-in deputatı: Ermənilər xoşluqla sülhə gəlməyəcək
15:52
16 Oktyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
15:45
16 Oktyabr
Mələk Çakmak: Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində böyük irəliləyişə nail olub
15:42
16 Oktyabr
Vüqar Bayramov: Neftin bir barelinin 50 dollar intervalında dəyişməsi daha çox bazar tarazlığına uyğundur
15:40
16 Oktyabr
Bakıda Ümumdünya Ərzaq Gününə həsr edilən tədbir keçirilib
15:31
16 Oktyabr
Vüsal Qasımlı: Azərbaycanda strateji idarəetmə mexanizminin tətbiqinə başlanılır
15:05
16 Oktyabr
Aparılan islahatlar Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin yüksəldilməsinə xidmət edir
14:49
16 Oktyabr
Azərbaycan ilə Gürcüstan arasında sıx əməkdaşlıq bölgədə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır
14:32
16 Oktyabr
Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib
14:08
16 Oktyabr
Azərbaycanın müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:02
16 Oktyabr
AZƏRTAC İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyi İcraiyyə Şurasının üzvü seçilib
13:58
16 Oktyabr
Martin Çunqonq: Parlamentlərarası İttifaq Azərbaycan ilə əməkdaşlığın dərinləşməsində maraqlıdır
12:51
16 Oktyabr
Oqtay Əsədov: Özgə torpaqlarının qəsb edilməsinə göz yumulması bütün dünyada sülh və təhlükəsizliyə təhdiddir
12:31
16 Oktyabr
TAP-ın inşasında istifadə ediləcək boruların hamısı Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb
12:29
16 Oktyabr
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib
12:26
16 Oktyabr
Polşanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
11:43
16 Oktyabr
Leyla Əliyeva: Ərzaq təhlükəsizliyi dünyada sülhün, sabitliyin və davamlılığın təmini üçün vacibdir
11:39
16 Oktyabr
Bakıda “Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçirilir
11:32
16 Oktyabr
Yaqub Mahmudov: Azərbaycan tarixçilərinin əsas məqsədi real tariximizi dünya ictimaiyyətinə çatdırmaqdır
11:12
16 Oktyabr
Səkkiz ayda Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi 7 faiz artıb
10:55
16 Oktyabr
Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək
10:45
16 Oktyabr
Musa Qasımlı: Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin gərginləşməsinə yönəlib
10:40
16 Oktyabr
Bolqarıstan mediası Rumen Radevin Azərbaycana səfərini geniş işıqlandırıb
10:27
16 Oktyabr
Elçin Əhmədov: Rusiyanın Ermənistanı silahlandırması onun tərəfsiz vasitəçiliyini şübhə altında qoyur
10:24
16 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 118 dəfə pozub
09:59
16 Oktyabr
İspaniyanın “La Razon” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin 26-cı ildönümünə həsr olunmuş məqalə dərc edilib
09:55
16 Oktyabr
Amerikalı ekspert: Rusiya silahlarının Ermənistana tədarükü üzrə sazişlər münaqişənin sülh yolu ilə həllinə kömək etməyəcək
09:50
16 Oktyabr
Asim Mollazadə: Ermənistan artıq müstəqilliyini itirmiş bir ərazi, hərbi bazadır
20:48
14 Oktyabr
Elman Nəsirov: Azərbaycan xalqı qardaş Türkiyə vətəndaşlarından bu hərəkəti gözləmirdi
18:41
14 Oktyabr
Hikmət Babaoğlu: Helsinki Komissiyasının Dağlıq Qarabağla bağlı dinləmələri erməni lobbisinə növbəti xidmətdir
18:38
14 Oktyabr
Litvalı müxbirlər işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər
18:12
14 Oktyabr
Naxçıvan şəhərində yeni məscid binası tikilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA