Ana səhifə »  Ədəbiyyat »  Yaradıcılığını barışa, haqqa həsr edən böyük yazıçı - İlyas Əfəndiyev
A+   Yenilə  A-
Yaradıcılığını barışa, haqqa həsr edən böyük yazıçı - İlyas Əfəndiyev

“İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu əsərlərdən çox bəhrələnmişdir”.
Ümummilli lider Heydər Əliyev

 

* * *
İLYAS ƏFƏNDİYEV! - Cümhuriyyət günümüzdə... Cümhuriyyətdən 4 il öncə doğulan, ömrünü yazıçılığa həsr edən, Bütöv Azərbaycanı yazan, bütöv yazan Azərbaycanlı...
İLYAS ƏFƏNDİYEV! - I Dünya savaşının ildaşı olub, qələmini, yaradıcılığını böyük anlamda Barışa, nazilsə də üzülməyən haqqa həsr edən insan.
İLYAS ƏFƏNDİYEV! - Türk peyğəmbərinin adını, əfəndi soyadını daşıyan klassik...
İLYAS ƏFƏNDİYEV! - Aran Qarabağda, böyük Füzulinin adını daşıyan (keçmiş Qaryagin) elində doğulan, paytaxt Bakıda, Füzulinin azad olunduğu günü görmədən gözlərini əbədi yuman (1996), ruhu oyaq... Azərbaycanlı ədib...
İLYAS ƏFƏNDİYEV! - Məhsuldar ədəbi yaradıcılığının, əsərlərinin yanısıra, bir də ELÇİN adını, ELÇİN şəxsiyyətini xalqına bəxş edən ata!
İLYAS ƏFƏNDİYEV! - Azərbaycan teatrının inkişafında müstəsna rolu olan, İlyas Əfəndiyev teatrı fəxri adını doğuran və doğruldan yazıçı-dramaturq!
İLYAS ƏFƏNDİYEV! - Xalq yazıçısı, yazıçılığında xəlqi... xəlqiliyində bəşəri və intellektual..!
İLYAS ƏFƏNDİYEV! - O, həmişə müasirdir (akademik Bəkir Nəbiyev 2005-ci ildə belə yazırdı)...
* * *
Fikir verin: yalnız bir bölümünü sadalayacağımız fərqli janrlı, fərqli mövzulu, fərqli həcmli... fərqli illərin ovqat və ritmini, ahəngini təcəssüm etdirən, adları belə dillər əzbəri olan bu əsərlər onun - XX yüzil Azərbaycan nəsrinin patriarxının timsalında bir ömrə nələrin sığdırılmasının mümkünlüyünü göstərir. -
ROMANLAR
“Söyüdlü arx”, “Körpüsalanlar”, “Geriyə baxma, qoca!”, “Üçatılan”, “Xan çinar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”...
PYESLƏR
...“Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən” (yaxud “Boy çiçəyi”), “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs”, “Xurşidbanu Natəvan”, “Büllur sarayda”, “Şeyx Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Ağıllılar və dəlilər”, “Hökmdar və qızı”;
POVESTLƏR
“Kənddən məktublar”, “Aydınlıq gecələr”, “Torpağın sahibi”, “Qaçaq Süleymanın ölümü”, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”;
HEKAYƏLƏR
“Berlində bir gecə”, “Balıqçılar”, “Gülsatan”, “Cavan yolçu”, “Bahar buludları”, “Xəncər”, “Yaylaq qonşumuz”, “Şəhərdən gələn ovçu”, “Yun şal”, “Qırçı və qırmızı çiçək”, “Tufandan sonra”, “Səməd Vurğun haqqında hekayə”, “Daş hasar”;
“KƏNDDƏN MƏKTUBLAR” (KİTABINDAN)
“Qızbəs xala”, “Qarımış oğlan”, “Mirzə İman”, “Uxajor”;
“AYDINLIQ GECƏLƏR” (KİTABINDAN)
“Gözlənilməyən sevgi”, “Apardı sellər Saranı”, “Durna”, “Qəhrəman ilə bülbülün nağılı”, “Kiçik bir poema”, “Qoca tarını çaldı”, “Yarımçıq qalmış portret haqqında mahnı”, “Qarı dağ”;
“HEKAYƏLƏR”İN HEKAYƏLƏRİ...
“Görüş”, “Gülaçar”, “Su dəyirmanı”;
“SƏN EY BÖYÜK YARADAN” NİDALI KİTABDAN
“Yusif və Esfir”, “Vəzir Allahverdi xan və Bəhlul Danəndə”, “Sən ey böyük Yaradan”, “Abidin yuxusu”, “Həyatın əbədi ahəngi”, “Sağsağan”, “İsa-Musa”;
Nəhayət,
UŞAQ HEKAYƏLƏRİ
“Ceyran ovu”, “Maraqlı hadisə”, “Qoruqlarda”, “Yasəmən ağacı”, “İz ilə”, “Ovçunun nağılı”, “Zəmidə bir turac səslənirdi”...
* * *
Bəli, məhsuldarlıqla sənətkarlığı, necə deyərlər, kəmiyyətlə keyfiyyəti bunca bir arada tutmaq, yaradıcılığını harmoniyaya, simmetriyaya tabe tutmaq... sənətin estetik dəyərlərini yalnız öyrənərək deyil, fitrətən duymaqla mümkün ola bilərdi... İlyas Əfəndiyevin özəlliklərindən biri də məhz bu amillə bağlı idi.
* * *
Ömür vəfa etsəydi bu il 101 yaşı olacaqdı İlyas Əfəndiyevin.
Gəlin İlyas Əfəndiyev ömürlüyündən bir neçə səhifəni vərəqləyək.
İlyas Məhəmməd oğlu Əfəndiyev tanınmış və sayğın tacir ailəsində doğulmuşdur. Nəsilliklə oxumuş ruhani, varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi özü 1884-cü il doğumluydu.
Onun ata-babası bütün Qarabağda tanınan, yoxsula əl tutan, xeyirxah, alicənab adamlar idi. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub, alqı-satqı işlərilə məşğul olmuşdu. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.
Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olub.
Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri “xalq düşməni” kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur... Yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, “səs hüququ”ndan məhrum olunmuşdur...
Ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli anları 1920-ci ilin aprel-may aylarında sona yetmişdir. “Kulak” damğası vurulmuş bu ailənin üzvlərinin hərəsi bir tərəfə dağılmış, təhlükəsizlik orqanlarının qorxusu, həbs olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı... Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və təhqirlərə dözmür, uzun illər işsiz qalır, ailəsini dolandıra bilmir... Ağır xəstələnərək “səksən yaşlı qocaya dönmüş” Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat edir.
İlyasın bir gənc kimi formalaşmasında, kitaba, ədəbiyyata, ümumiyyətlə mütaliəyə marağının oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq yox, Məhəmməd kişi vəfat etdikdən sonra müəllimlik, yoldaşlıq, həm də atalıq etmişdir...
Atası ilə o qədər də “dil tapa” bilməyən, onunla dostlaşmağı bacarmayan İlyas bütün sirlərini, dərdlərini anası ilə bölüşərdi. Yazıçı hələ uşaq yaşlarından zəhmətə alışmış, mütaliəyə böyük maraq göstərmiş, məktəbə getməzdən öncə yazıb-oxumağı öyrənmiş, çoxlu kitab mütaliə etmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirmişdir.
Məktəbin direktoru Cəmil bəy Vəzirov, müəllimləri Mehdi Mehdizadə, Cümşüd Zülfüqarlı, Bəylər Ağayev və b. idi. Orta məktəbdə oxuyarkən müəllimlərin tapşırıqları ilə yetinməyən İlyas Əfəndiyev dərsdən başqa müstəqil mütaliə yolu ilə çoxlu bədii kitab, o cümlədən, rus ədəbiyyatı klassiklərindən A.S.Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, M.Qorki kimi sənətkarların dilimizə çevrilmiş əsərlərini mütaliə etmiş, eyni zamanda, riyaziyyat və fizikaya böyük maraq göstərmiş, coğrafiyanı həvəslə öyrənmiş, böyük səyyahların, o cümlədən, R.Amundsen, Nansen, X.Kolumb, A.Vespuççi kimi tarixi şəxsiyyətlərin yaşamını diqqətlə izləmişdir. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onun ilgisini daha çox çəkirdi...
İlyas Əfəndiyev özü yazırdı: “Klassik romanlar, pyeslər, poemalarla yanaşı, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum”.
Orta məktəbi bitirdikdən sonra bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İlyas Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləmiş, eyni zamanda, gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir. Yazıçının formalaşmasında Qaryaginin ictimai və mədəni həyatı da az rol oynamamışdır. (Doğrudur, 30-cu illərdə rayondakı mühit haqqında əldə geniş bilgi yoxdur, ancaq yazıçının öz xatirələri, məktəb və müəllim kollektivi, rayon aydınları haqqında əldə etdiyimiz bilgilər, rayon qəzeti səhifələrində dərc edilmiş müxtəlif məqalələr, gənclərin həyatında və tərbiyəsində o illər çox mühüm rol oynamış dram kollektivinin fəaliyyəti barədəki yazılar rayonun 30-cu illərdəki ictimai-mədəni həyatı haqqında müəyyən fikir söyləməyə imkan verir...)
1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1960-cı ildən Əməkdar incəsənət xadimi, 1972-ci ildən Azərbaycan Dövlət Mükafatı laureatı, 1979-cu ildən isə Azərbaycanın Xalq yazıçısı olan, müstəqil Azərbaycanın “Şöhrət” ordeninə layiq görülmüş İlyas Əfəndiyevin işıqlı xatirəsi, zəngin yaradıcılıq yolu yeni nəsil yazarlarına bir örnəkdir.
28 may 1914-cü ildə doğulmuş İ.Əfəndiyev 3 oktyabr 1996-cı ildə 82 yaşında vəfat edib. Görkəmli yazıçı Fəxri xiyabanda dəfn olunub.
Əkbər QOŞALI

 
  • Oxunub:  45690  |  
  • Tarix:  26-05-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

10:14
25 Mart
BMT-nin Vyana bölməsində Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib
10:09
25 Mart
Ön xətdə yerləşən bölmələrdə müdafiənin təşkili yoxlanılıb
09:56
25 Mart
Vaşinqtonda Avropada və postsovet məkanında təhlükəsizlik məsələlərinə həsr edilən konfrans keçirilib
09:50
25 Mart
Milli Məclisin deputatı NATO Parlament Assambleyasının növbəti seminarında çıxış edib
10:32
23 Mart
Avropa Parlamentində məişət zorakılığına qarşı mübarizəyə dair dinləmələr keçiriləcək
10:22
23 Mart
İşğalçı Ermənistan Azərbaycan mədəni sərvətlərinin ticarətindən əldə etdiyi gəlirləri terrorizmin dəstəklənməsinə yönəldir
10:18
23 Mart
Azərbaycan Şarcada keçirilən VI Beynəlxalq Hökumət Rabitəsi Forumunda təmsil olunur
10:12
23 Mart
Beynəlxalq Novruz Günü BMT-də qeyd olunub
21:50
21 Mart
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Novruz şənliyi keçirilib
19:43
21 Mart
Novruz bayramı Qırğızıstanda dövlət səviyyəsində qeyd olunub
16:56
21 Mart
İstanbuldakı “Türk Dünyası” Mədəniyyət Mərkəzində təntənəli Novruz mərasimi keçirilib
15:00
21 Mart
Gürcüstan Prezidenti və Baş naziri Marneulidə Novruz şənliklərində iştirak ediblər
13:02
21 Mart
Azərbaycan musiqiçiləri Ankarada Novruz bayramı tədbirində çıxış ediblər
11:57
21 Mart
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
10:18
20 Mart
Casim əl-Əli: İslam Həmrəyliyi İli” Azərbaycan tərəfindən irəli sürülmüş çox yaxşı təşəbbüsdür
09:56
20 Mart
Bahar bu gün Azərbaycana qədəm qoyur
09:53
20 Mart
İstanbulda yaşayan soydaşlarımız Novruz bayramında bir araya gəliblər
09:50
20 Mart
Franko Frattini: Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələri yerinə yetirilməlidir
09:44
20 Mart
Dünya kubokunda gümüş medal qazanan yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar
09:41
20 Mart
Mərakeş qəzetində professor Əli Həsənovun erməni təcavüzkarlığından bəhs edən kitabları barədə məqalə dərc olunub
09:38
20 Mart
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarılıb
17:07
18 Mart
Azərbaycan Prezidenti: Dünyanın həm biznes, həm də siyasi elitasından bizə olan hörmət göz qabağındadır
16:35
18 Mart
Naxçıvan məktəbliləri Heydər Əliyev Mərkəzi ilə tanış olublar
16:03
18 Mart
Hikmət Çətin: Azərbaycanın inkişafından qürur duyuram
15:21
18 Mart
Azərbaycan Prezidenti: Bizim müstəqil siyasətimiz qürur mənbəyimizdir
15:18
18 Mart
Prezident İlham Əliyev: Azərbaycanda əldə edilmiş uğurlar ölkəmizi gücləndirir
15:16
18 Mart
Daşkənddə təntənəli Novruz şənliyi
15:05
18 Mart
Prezident İlham Əliyev: Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik
13:54
18 Mart
Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir
11:50
18 Mart
Bu il bahar Azərbaycana martın 20-də qədəm qoyacaq
11:34
18 Mart
Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
11:31
18 Mart
Vaşinqtonda Novruz şənliyi keçirilib
11:27
18 Mart
“Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı – 2017” layihəsinin açılış mərasimi keçirilir
11:03
18 Mart
Azərbaycan əhalisinin sayı açıqlanıb
17:58
17 Mart
Azərbaycan millisinin Almaniya yığması ilə oyun üçün heyəti açıqlanıb
17:47
17 Mart
Prezident: Novruz ənənələri xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir
17:42
17 Mart
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik
17:36
17 Mart
Prezident Raymonds Veyonis: Latviya Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəkləyir
17:32
17 Mart
Qafqaz Müsəlmanları İdarəsinin sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
17:30
17 Mart
Siyavuş Novruzov: Azərbaycan hökumətinin 2016-cı il ərzindəki fəaliyyəti qənaətbəxşdir
17:27
17 Mart
Azərbaycan ilə Argentina arasında çoxtərəfli platformada yüksək səviyyəli münasibətlər qurulub
17:18
17 Mart
Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:03
17 Mart
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Novruz bayramı münasibəti ilə tədbir keçirilib
16:54
17 Mart
“Dəniz Kuboku - 2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün protokolu imzalanıb
16:42
17 Mart
İslamabad sammiti: geosiyasi əhəmiyyəti və Azərbaycanın töhfələri
16:38
17 Mart
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrası başa çatıb
16:28
17 Mart
AFFA-nın baş katibi Kiprdə seçki proqramını təqdim edib
15:26
17 Mart
Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında yaxşı siyasi əlaqələr var
15:24
17 Mart
Mətbuat Şurası ilə Türkiyəli media nümayəndələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb
14:47
17 Mart
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb
14:42
17 Mart
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
14:38
17 Mart
Katerina Yuşşenko: “V Qlobal Forumda maraqlı müzakirələr aparılır”
14:36
17 Mart
Siyavuş Novruzov: "Banklar vətəndaşların düşdüyü vəziyyətdən istifadə edərək onları soyur"
14:30
17 Mart
Baş nazir: Azərbaycan Prezidentinin daxili və xarici siyasəti xalqımız tərəfindən dəstəklənir
14:14
17 Mart
Polşanın eks-prezidenti: BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələri icra olunmalıdır
14:11
17 Mart
Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniçi qəbul edib
14:09
17 Mart
Vayra Vike-Freyberqa: Qafqazdakı vəziyyət bütün dünyaya təsir edə bilər
14:04
17 Mart
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsini qəbul edib
13:57
17 Mart
Nizami Cəfərov: Azərbaycan dövləti və xalqı İslam həmrəyliyində mühüm rol oynayır
12:57
17 Mart
Bakıda “Macarıstan günləri” davam edir
12:50
17 Mart
Latviyanın sabiq Prezidenti Valdis Zatlers: Bakı Qlobal Forumu əsas qlobal çağırışlara dair fikir mübadiləsi üçün səmərəli məkandır
12:29
17 Mart
Oqtay Əsədov: Azərbaycan investisiya qoyuluşu üzrə cəlbediciliyini qoruyub saxlayıb
12:25
17 Mart
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının Şahzadəsini qəbul edib
12:18
17 Mart
“The Daily Caller”: “Nüvə silahının yayılması və nüvəli Ermənistan təhlükəsi”
12:16
17 Mart
Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilir
11:47
17 Mart
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
11:35
17 Mart
Azərbaycan Prezidenti İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib
11:27
17 Mart
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin imzaladığı növbəti əfv sərəncamı dövlətimizin humanizm siyasətinin parlaq nümunəsidir
11:22
17 Mart
Bakıda “Asiyanın Qəlbi-İstanbul Prosesi”ndə iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin iclası keçirilir
11:02
17 Mart
Bakıda Beynəlxalq Su Həftəsi çərçivəsində Dünya Su Şurasının sessiyası öz işinə başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA