Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanda pessimist əhval-ruhiyyə hökm sürür

Ermənistanda pessimist əhval-ruhiyyə hökm sürür

04.06.2021 [09:11]

Məğlub ölkədə heç bir siyasi qüvvə vəziyyətdən çıxış yolu göstərə bilmir
Parlament seçkilərinə hazırlaşan məğlub Ermənistanda daxli siyasi vəziyyət gərgin olaraq qalır. Xarici havadarlarından dəstək almaq üçün qəfildən Avropaya səfər edən Nikol Paşinyandan fərqli olaraq, müxalifət üzünü daxili auditoriyaya tutub. Belə ki, müxalifət erməni hərbçilərinin cəsədlərinin Abovyan şəhərindəki vərəm dispanserində saxlanılması ətrafında yaranmış qalmaqaldan hakimiyyətə qarşı istifadə edir. Eyni zamanda, bu hadisə ilə bağlı vətəndaşların kütləvi etiraz aksiyaları da davam edir.
Ermənistan KİV-i yazır ki, növbəti belə bir aksiya Ermənistan səhiyyə nazirliyinin binası qarşısında keçirilib. Əvvəlki günlərdə olduğu kimi, bu dəfə də hakimiyyət aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edib, saxlanılanlar var. Qeyd edək ki, əsgər meyidlərinin gizlədilməsi ölkədə elə böyük rezonans doğurub ki, hakimiyyət etirazların qarşısını almaq üçün bütün vasitələrə əl atmaqdan çəkinmir.
Bütün bunlara baxmayaraq, “Aysor.am” yazır ki, iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində 22 siyasi partiya və 4 seçki blokunun iştirakı, onların seçki siyahıları və seçki bülletenindəki sıraları artıq MSK tərəfindən təsdiq edilib.
Yeri gəlmişkən, müxalifət partiyalarının regionlarda görüşləri də davam edir. “News.am”ın yazdığına görə, Paşinyan hakimiyyətinin əsas rəqiblərindən hesab olunan “Ermənistan” seçki blokunun qərargah rəhbəri Armen Gevorkyan səfərlərlə bağlı təəssüratlarını bölüşərkən, məğlub ölkədəki sosial-iqtisadi və mənəvi-psixoloji durumun acınacaqlı olduğunu dilə gətirib. Onun sözlərinə görə, uzun illər sosial problemlərdən əziyyət çəkən region əhalisinin psixologiyası və mənəviyyatı da deformasiyaya uğrayıb.
Bu arada, seçkilərlə bağlı müxtəlif proqnozlar mövcuddur. Məsələn “Newsarmenia.am”ın yazdığına görə, polittexnoloq Vigen Hakopyan deyib ki, Paşinyan seçicilərin 25 faizindən çoxunun dəstəyinə ümid edir, lakin seçkilərin nəticələrindən asılı olaraq, hökuməti təkbaşına formalaşdıra bilməyəcək: “Paşinyan koalisiya hökuməti qurmağa məcbur olacaq. “Ermənistan” bloku, “Çiçəklənən Ermənistan” partiyası və “Şərəfim var” bloku Ermənistanda növbəti hökumətin qurulmasında əhəmiyyətli rol oynayacaq üç əsas müxalif siyasi qüvvə ola bilər”.
Onun fikrincə, ölkədə seçkiqabağı mübarizə kobud şəkildə aparılır, sərt ritorikadan istifadə olunur və qarşılıqlı ittihamlar səslənir. Ekspertin digər iddiasına görə, mövcud hakimiyyət sensasiyalı bəyanatlarla ictimaiyyətin diqqətini mühüm problemlərdən yayındırmağa çalışır.
Beləliklə, yerli eskpertlər indiki siyasi böhran şəraitində cəmiyyətdə də pessimist əhval-ruhiyyə hökm sürdüyünü etiraf edirlər. Çünki ölkəni fəlakətə sürükləyən hakimiyyətlə yanaşı, əsasən, sabiqlərdən ibarət müxalifət də öz seçki proqramlarında Ermənistanı mövcud vəziyyətdən çıxarmaq üçün fərqli plan ortaya qoya bilmir. Bu durum isə növbədənkənar seçkinin Ermənistanda siyasi cəhətdən parçalanma vəd etdiyini deməyə əsas verir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30