Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistan reallığı: dərin böhran total iflası şərtləndirir

Ermənistan reallığı: dərin böhran total iflası şərtləndirir

11.02.2021 [08:58]

Siyasi xaosdan qurtula bilməyən məğlub ölkədə sosial-iqtisadi tənəzzül pik həddə çatıb
Məlum olduğu kimi, Ermənistanda müxalifətin kütləvi etiraz aksiyaları ilə müşayiət olunan siyasi böhran davam edir. Eyni zamanda, müharibədən sonrakı sosial-iqtisadi tənəzzül kütləvi miqrasiyanın artmasına gətirib çıxarıb. Erməni mediası yazır ki, ölkədə yaranmış böhran vəziyyətinə görə hakimiyyəti günahlandıran siyasi rəqibləri Paşinyana və onun komandasına qarşı ciddi ittihamlar səsləndirirlər. Hətta baş nazirin fiziki cəhətdən məhvi barədə hədələr də davam edir. Belə ki, Ermənistan baş prokurorluğunun binası qarşısında müharibə iştirakçısı Vahan Badasyanın azadlığa buraxılması tələbi ilə etiraz aksiyası zamanı “Sasna Tsrer” terror qruplaşmasının üzvü Pavlik Manukyan da Paşinyana xəsarət yetirmək fikrində olduğunu bildirib: “Badasyanı yalnız Paşinyana fiziki güc tətbiq etmək fikrinə görə həbs etdilər, mən də bu niyyətdəyəm. Polisə müraciət edərək deyirəm ki, bu adamı ciddi şəkildə döymək lazımdır. Ermənistanın hazırkı hakimiyyəti sonda Serj Sarkisyanın adını daşıyan zibil qutusuna düşəcək”.
Onu da qeyd edək ki, fevralın 9-da paytaxt Yerevanda vətəndaşlar Ermənistan iqtisadiyyat nazirliyinin binası qarşısında “Nikol vətən xainidir” şüarı altında daha bir aksiya keçiriblər. Baş nazir N.Paşinyanın bu binaya gələcəyinə görə oraya yığışan dinc etirazçılara qarşı xüsusi təyinatlı polis dəstələri güc tətbiq ediblər. “News.am” yazır ki, aksiya iştirakçılarının bir qismi saxlanılıb. Xatırladaq ki, müxalifətin birləşdiyi “Vətənin xilası naminə hərəkat” 20 fevralda Yerevanın Azadlıq meydanında böyük ümumxalq mitinqi keçirməyi planlaşdırır.
Qeyd edildiyi kimi, məğlub ölkədə mövcud olan iqtisadi durum ciddi böhrandan xəbər verir. İqtisadi böhran öz-özlüyündə sosial vəziyyəti də ağırlaşdırır. Ekspertlərin qənaətinə görə, idarəetmədə səriştəsiz olan indiki hökumətin yürütdüyü ümumi iqtisadi siyasət tam səmərəsizdir. Sabiq sənaye və ticarət naziri Karen Çeşmarityan “News.am” saytına verdiyi açıqlamada maliyyə naziri Atom Cancuqazyanın bu ilin sonuna qədər dövlət borcunun 8,5 milyard dollara çatacağı barədə açıqlamasına münasibət bildirərkən deyib ki, istənilən borc riskli olur, amma problem yürüdülən ümumi iqtisadi siyasətdədir. Onun sözlərinə görə, mövcud iqtisadi tempin aşağı düşməsi daha 2 ay davam edərsə, bundan sonra nə olacağını söyləmək çətindir: “Bütün bunların necə bərpa edilə biləcəyi şübhə altında olacaq. Bu gün milli, dövlət maraqlarımız təhlükə altındadırsa, hansı milli iqtisadiyyatdan danışa bilərik?”.
Bu arada “Tovmasyan” fondunun rəhbəri Artak Tovmasyan deyib ki, baş nazir və komandasına ümid bağlamaq olmaz: “Ermənistan hakimiyyəti nəinki müharibənin qarşısını ala bildi, hətta bu gün bütün dünyada məğlubiyyət seriyasını davam etdirir. Bu gün iki vacib sahədə - təhlükəsizlik və iqtisadiyyat sahəsində ciddi problemlərimiz mövcuddur”.
Tovmasyanın sözlərinə görə, Ermənistan üçün miqrasiya yeni problem olmasa da, indiki vaxtda daha təhlükəli bir dinamika ala bilər: “Məsələn, məlumata görə, Paşinyan hakimiyyətə gəldikdən sonra təxminən Ermənistanın 82 min, o cümlədən ötən il 30 mindən çox vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu, acı həqiqətdir. Bu baxımdan hakimiyyətdəki şəxslərin vəziyyətin nə qədər kritik olduğuna dair qətiyyən anlayışları yoxdur. Müharibədən sonrakı iqtisadi gərginlik miqrasiyanın sürətini daha da dərinləşdirir, çünki dövlət aparatı da indi iflic vəziyyətdədir”.
Beləliklə, ekspertlərin fikirləri də göstərir ki, onsuz da uzun illərdir, sosial-iqtisadi tənəzzül keçirən ölkədə müharibədən sonra yaranmış krizis durumu daha da kəskinləşdirib. Üstəlik, vurğuladığımız kimi, mövcud böhran yeni miqrasiya dalğasının yaranmasına təkan verib.
Qaşqay

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30