Ana səhifə »  Dünya »  Ermənistan hökuməti aqoniya vəziyyətindədir
A+   Yenilə  A-
Ermənistan hökuməti aqoniya vəziyyətindədir

Paşinyan hakimiyyəti kütləvi aksiyaların qarşısını etirazçılara qarşı güc tətbiqi və müxalifət nümayəndələrinin həbsi ilə almaq istəyir
Məlum olduğu kimi, məğlub Ermənistanda ötən ilin noyabrından başlayan kütləvi etiraz aksiyaları və istefalarla müşayiət olunan siyasi böhran davam edir. Qeyd edək ki, müharibədən ağır itkilərlə çıxan ölkədə sosial-iqtisadi böhran, cəmiyyətdə isə mənəvi-psixoloji deqradasiya getdikcə dərinləşir. Ermənistan mediasının məlumatına görə, 17 müxalifət partiyasının birləşdiyi “Vətənin xilası naminə hərəkat”ın təşkil etdiyi kütləvi etiraz aksiyaları yeni ildən regionlarda da olmaqla, müxtəlif formalarda davam etdirilir. Paytaxt Yerevanda isə Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarla yanaşı, çadırlarda oturaq aksiyalar, itkin düşmüş və hazırda hərbi xidmətə çağırılanların valideynlərinin yürüş və piketləri baş tutub. Eyni zamanda, son günlərdə Yerevanda Paşinyanın istefası tələbi ilə davamlı olaraq avtoyürüşlər keçirilir.
Qeyd edək ki, ötən şənbə günü keçirilən avtoyürüş “Vətənin xilası naminə hərəkat”a daxil olan siyasi partiya üzvlərinin həbsləri ilə yadda qalıb. “News.am” yazır ki, müxalifətin 24 yanvarda təşkil etdiyi və güc tətbiqi ilə müşayiət olunan itaətsizlik aksiyası Respublika meydanında sona çatıb. N.Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları “Xainlər getməlidir”, “Mübarizə daha amansız və ardıcıl davam edəcək” kimi şüarlar səsləndiriblər. Aksiyada iştirak etmək üçün Nor-Nork və Avan rayonlarından gələn minik maşınları müxtəlif bəhanələrlə yol polisi tərəfindən dayandırılıb. Bu addıma reaksiya verən Respublikaçı partiyanın gənclər təşkilatının sədri Hayk Mamicanyan jurnalistlərə verdiyi açıqlamada deyib ki, hökumət əgər bizim həbs olunmaqdan, yol polisinin cərimələrindən qorxduğumuzu düşünürsə, deməli, bu hökumət aqoniya vəziyyətindədir. Qeyd edək ki, aksiyanın sonunda polis “Hayrenik” (“Vətən”) partiyasının üzvü Babken Harutyunyanı həbs edib. Bu barədə məlumat verən partiya üzvü Sos Hakopyan deyib ki, B.Harutyunyan sırf aksiyada iştirak etdiyi üçün qanunsuz olaraq şəhər polis idarəsinə aparılıb. Onun sözlərinə görə, xain Nikol Paşinyan onun istefası tələbi ilə küçələrə çıxanları qorxutmaq istəyir.
Yeri gəlmişkən, bu günlərdə elm xadimləri, mədəniyyət işçiləri və vəkillərin toplantısında çıxış edən rejissor, mədəniyyət xadimi David Sahakyants deyib ki, mövcud hökumətin istefasına küçə etirazları yolu ilə nail olmaq mümkün deyil, başqa tədbirlərə əl atmaq lazımdır. “Panorama.am” yazır ki, D.Sahakyantsın sözlərinə görə, oriyentirini itirən cəmiyyətə vəziyyətdən çıxış yolu təklif edilməli, bu iş operativ şəkildə həyata keçirilməlidir: “Efirdə çıxışlar edərək insanlara iki il yarım əvvəl planlı dövlət çevrilişinin baş verdiyini çatdırmaq lazımdır. 2018-ci ildə baş verənlər xaricdə hazırlanan planlı layihə, Paşinyanın hakimiyyətə gətirilməsi isə onun tərkib hissəsi olub. Əsas odur ki, vətəndaşlar Paşinyanın xalqı düşünmədiyini, həmişə kiminsə, indiki mərhələdə isə ciddi aktorların əlində “oyuncaq” olduğunu, son nəticədə nə baş verdiyini başa düşsünlər”.
Bununla yanaşı, Yerevan Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya hüququ şöbəsinin müdiri Vardan Ayvazyan “Sputnik-Ermənistan”a verdiyi açıqlamada Ali Məhkəmə Şurası (AMŞ) ətrafındakı siyasi və hüquqi vəziyyəti şərh edərkən bildirib ki, hakimiyyət məhkəmə sisteminə təsirini artırmağa çalışır. Ekspert hesab edir ki, icraedici hakimiyyət AMŞ-yə nümayəndələrini daxil edərək məhkəmə sistemindəki balansı öz lehinə dəyişməyə çalışır.
Göründüyü kimi, məğlub ölkədə mədəniyyət işçilərindən tutmuş hüquqşünaslara qədər cəmiyyətin bütün təbəqələri hökumətin istefası barədə həmfikirdirlər. Kütləvi etirazlar hələlik öz nəticəsini verməsə də, ekspertlərin Ermənistan hökumətinin aqoniya vəziyyətində olduğunu vurğulaması Paşinyan hakimiyyətinin fəaliyyət qabiliyyətini itirdiyini deməyə əsas verir.
Qaşqay ZİYƏDDİNOĞLU

 
  • Oxunub:  4080  |  
  • Tarix:  26-01-2021  |  
  •    Çap et   |  
“Yeni Azərbaycan” qəzeti 28 yaşında

10 Aprel 18:24
Ramin Məmmədov: Azərbaycanda sosial islahatların əsas istiqamətlərindən biri həssas kateqoriyadan olan insanlara münasibətdə sosial ədalət prinsipinin gözlənilməsidir
10 Aprel 18:15
Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib
10 Aprel 18:11
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib
10 Aprel 17:52
Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
10 Aprel 17:51
Türkiyə Prezidenti: Pandemiya yalnız sağlamlığın deyil, həmrəyliyin və milli dəyərlərin də qiymətini artırdı
10 Aprel 17:48
Deputat Pərvin Kərimzadə seçiciləri ilə növbəti görüş keçirib
10 Aprel 17:36
İstanbulda Türkiyədə və Ukrayna prezidentlərinin təkbətək görüşü olub
10 Aprel 17:35
Hikmət Hacıyev: Türk Şurası çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır
10 Aprel 17:31
Aerobika gimnastlarımız “Egyptian Pharaohs Cup”da ikinci olublar
10 Aprel 17:28
Azərbaycanda koronavirusa 2192 yeni yoluxma faktı qeydə alınıb
10 Aprel 17:27
Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir
10 Aprel 16:26
Hikmət Hacıyev: Azərbaycan türkdilli dövlətlərlə əməkdaşlığı inkişaf etdirmək məqsədilə yol xəritəsi hazırlayır
10 Aprel 16:24
Fahrettin Altun: Türk Şurası dünyada önəmli platformaya çevrilib
10 Aprel 15:56
Prezidentin köməkçisi: “Media haqqında” yeni qanun layihəsi medianın inkişafına imkan verəcək
10 Aprel 15:54
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb
10 Aprel 15:53
Bağdad Amreyev: Üzv dövlətlər arasında media sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır
10 Aprel 15:52
Türkiyəli iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
10 Aprel 15:48
Hikmət Hacıyev: Sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasına qarşı Türk Şurası çərçivəsində birgə fəaliyyət vacib məsələdir
10 Aprel 15:47
Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasının ildönümünə həsr olunmuş vebinar keçirilib
10 Aprel 15:42
“Buta Airways” Rusiyanın “Jukovski” hava limanına reyslərə başlayacaq
10 Aprel 15:37
Ramin Məmmədov: “YAŞAT” Fondunun yaradılması Azərbaycanda milli birliyin və həmrəyliyin göstəricisidir
10 Aprel 15:36
Paytaxtda yeni nəqliyyat mübadilə məntəqəsi və marşrut xətti təşkil edilib
10 Aprel 15:28
Hikmət Hacıyev: Azərbaycan ilə Türk Şurası arasında sıx münasibətlər var
10 Aprel 15:21
Deputat: Azərbaycan qalib ölkə kimi xarici siyasət kursunun yeni inkişaf istiqamətlərini müəyyənləşdirir
10 Aprel 15:12
Azərbaycan Prezidentinin köməkçisi Macarıstanın Təhlükəsizlik siyasəti üzrə dövlət katibi ilə görüşüb
10 Aprel 15:06
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınmalar 2 dəfəyədək artıb
10 Aprel 14:56
Prezidentin köməkçisi: Türk Şurasının üzv ölkələrinə edilən təxribat xarakterli informasiya hücumlarına qarşı birgə fəaliyyət göstərməliyik
10 Aprel 14:38
Elxan Məmmədov: Mayın 15-dən "Avro-2020"yə bilet satışı bərpa olunacaq
10 Aprel 14:01
Qırğızıstanlı nazir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib
10 Aprel 13:32
Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindəndir
10 Aprel 13:24
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət ediblər
10 Aprel 13:18
Azərbaycan və Türkiyənin UNESCO üzrə milli komissiyalarının təşkilatçılığı ilə UNESCO kafedralarının əməkdaşlıq məsələləri müzakirə edilib
10 Aprel 13:14
Erkan Özoral: Mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım
10 Aprel 13:12
Bu gün Azərbaycan beynəlxalq məsələlərdə əhəmiyyətli rol oynayır
10 Aprel 12:05
Aprelin 10-u İnşaatçılar Günüdür
10 Aprel 11:48
Sevinc Fətəliyeva: Ermənistan İslam dəyərlərinə düşməncəsinə yanaşır
10 Aprel 11:45
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
10 Aprel 11:34
Erkan Özoral “Dostluq” ordeni ilə təltif edilib
10 Aprel 09:34
“Yeni Azərbaycan” qəzeti 28 yaşında
10 Aprel 09:29
“Yeni Azərbaycan” 28 il əvvəl sözün əsl mənasında yeni Azərbaycan qurmaq naminə mübarizə ruhuna köklənmiş qəzet kimi meydana atıldı
10 Aprel 09:27
Ulu Öndər Heydər Əliyev “Yeni Azərbaycan”a həmişə böyük qayğı ilə yanaşırdı
10 Aprel 09:25
“Yeni Azərbaycan” qəzeti 28 ildir ölkəmizin media məkanında öz layiqli yerini qoruyub saxlaya bilib
10 Aprel 09:23
“Yeni Azərbaycan” qəzeti Azərbaycanın informasiya məkanında öz sözünü demiş bir mətbu orqandır
10 Aprel 09:22
Şəmsəddin Xanbabayev: Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbə ilə şanlı tariximizin ən şərəfli səhifəsini yazdı
10 Aprel 09:19
YAP Nəsimi rayon təşkilatının nümayəndələri şəhid Teymur Mahal oğlu Həsənovun məzarını ziyarət ediblər
10 Aprel 09:17
Arif Fərzəliyev: Bütün bərpa işləri dövlətimizin xüsusi nəzarəti altında həyata keçirilir
10 Aprel 09:15
YAP Tərtər rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
10 Aprel 09:14
YAP Şəmkir rayon təşkilatının nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər
10 Aprel 09:09
Tahir Kərimli: Ermənilərin sülhdən başqa yolu yoxdur
10 Aprel 08:47
Elşad Musayev: “İsgəndər-M” raketinin qalıqlarının tapılması faktı Ermənistanın növbəti hərbi cinayətinin sübutudur
10 Aprel 08:45
Elçin Mirzəbəyli: Bu dağıdıcı silahdan Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə olunduğu faktlarla sübuta yetirilib
10 Aprel 08:44
Abutalıb Səmədov: Azərbaycan peyvənd olunmuş əhalinin sayına görə regionun lideridir
10 Aprel 08:42
Əli Kərimli sosial şəbəkələr vasitəsilə ictimai rəyi yanıltmağa çalışır
10 Aprel 08:41
Ermənistan siyasi böhrandan xilas ola bilmir
10 Aprel 08:39
Azərbaycançılıq ölkəmizin inkişafının ideoloji əsaslarını təşkil edən milli məfkurədir
10 Aprel 08:36
“Peyvənddən gözləntimiz ondan ibarət olmalıdır ki, virusa yoluxsaq da, ağırlaşma halları ilə üzləşməyək”
09 Aprel 21:57
Türk Mədəniyyəti və İrsi Fondunda “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib
09 Aprel 21:47
Bakı Dövlət Universiteti Azərbaycan Notariat Palatası ilə əməkdaşlığa başlayıb
09 Aprel 20:57
Azərbaycanın Xarici işlər naziri Türk Şurasının Baş katibi ilə görüşüb
09 Aprel 20:26
Prezident İlham Əliyev Ülyahəzrət II Elizabetə və Baş nazir Boris Consona başsağlığı verib
09 Aprel 20:22
Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb
09 Aprel 19:43
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
09 Aprel 19:24
Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb
09 Aprel 19:16
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
09 Aprel 19:15
Güləşçilərimiz Avropa çempionatına Göygöldə hazırlaşırlar
09 Aprel 19:11
Venesuela ilə sosial sahədə əməkdaşlıq imkanları müzakirə olunub
09 Aprel 19:09
DİM: Müxtəlif imtahanların məzmun və qaydalarında təkmilləşdirmələr aparılıb
09 Aprel 19:07
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başa çatıb
09 Aprel 19:04
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib
09 Aprel 18:49
“Azərsu” ASC-də qanvermə aksiyası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA