Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Moldova Prezidenti Mixail Qusmanı “Şərəf” ordeni ilə təltif edib

Moldova Prezidenti Mixail Qusmanı “Şərəf” ordeni ilə təltif edib

29.01.2020 [10:13]

Moldova Prezidenti İqor Dodon beynəlxalq mövzularda yazan jurnalist, TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanı “Şərəf” ordeni ilə təltif edib.
AZƏRTAC xəbər verir ki, Moldova dövlətinin başçısının fərmanında deyilir: “M.Qusman yüksək mükafata dövlətlərarası dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşməsinə və genişlənməsinə əhəmiyyətli töhfəsinə dərin minnətdarlıq əlaməti olaraq layiq görülüb”.
Moldova Prezidenti 70 illik yubileyi münasibətilə Qusmana təbrikində dünya jurnalistikasına, “jurnalistlərin və oxucuların bir çox nəsilləri üçün keyfiyyətli və səlis iş rəmzi olan, dünyanın ən iri və qocaman agentliklərindən biri statusunu təsdiq edən TASS-ın mövqeyinin möhkəmlənməsinə, rus mətbuatının güclənməsinə” onun töhfəsini qeyd edib.
Mixail Qusman 1950-ci il yanvarın 23-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu və Bakı Ali Partiya Məktəbinin jurnalistika fakültəsini bitirib. 1995-ci ildə “ANKOM-TASS” Beynəlxalq Analitika Agentliyinin vitse-prezidenti təyin edilib, 1998-ci ildə İTAR-TASS-ın Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinə başçılıq edib. 2000-ci ilin oktyabrında RF Prezidentinin fərmanı ilə agentliyin baş direktorunun birinci müavini təyin edilib.
Qusman Dünya Rus Mətbuatı Assosiasiyasının (DRMA) məsul katibi, Dünya İnformasiya Agentlikləri Şurasının (DİAŞ) vitse-prezidentidir. O, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti vəzifəsini də tutur.
Onun “Hakimiyyət formulu” müəllif layihəsi təqribən 20 ildir efirə çıxır. Silsilə televiziya verilişlərinin yaradıcısı ədəbiyyat və incəsənət sahəsində Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülüb. Jurnalist RF-nin Əməkdar mədəniyyət işçisidir, “Dostluq” ordeni, “Şərəf” ordeni, IV dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edilib. Qusman jurnalistika sahəsində beynəlxalq mükafatların laureatıdır, uzun illərdir UNESKO nəzdində fəaliyyət göstərən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramda Rusiyanı təmsil edir.

Paylaş:
Baxılıb: 630 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30