Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanı istefalar dalğası bürüyüb

Ermənistanı istefalar dalğası bürüyüb

21.12.2018 [09:30]

İşğalçı ölkədə polislər kütləvi şəkildə işdən çıxarılır, qazın qiyməti bahalaşır, kriminal vəziyyət isə daha da gərginləşir
Ermənistanda yeni hökumət qurmağa hazırlaşan Nikol Paşinyanı qarşıda çətin günlər gözləyir. Belə ki, daxildəki narazılıq, kütləvi istefalar və kriminal durumun nəzarətdən çıxması işğalçı ölkədə hər keçən gün vəziyyətin daha da gərginləşəcəyinə dəlalət edir.
Xarici siyasətdə zərrə qədər uğur əldə edə bilməyən N.Paşinyanın səriştəsizliyi Ermənistanda onsuz da ağır durumda olan vəziyyəti daha da kəskinləşdirib. Belə ki, hazırda Rusiya ilə münasibətləri korlayan müvəqqəti hökumətin ucbatından gələn il ermənilər ucuz qaz ala bilməyəcəklər. İndiyə qədər ermənilərə ən ucuz qaz satan Rusiyanın qiyməti 40 faiz bahalaşdıracağı barədə xəbərlər Ermənistanda böyük ajiotaja səbəb olub. “168 jam” qəzetinin verdiyi məlumata əsasən, Rusiya baş nazirinin müavini Dmitri Kozak erməni həmkarı Tiqran Avinyana məktub göndərib ki, gələn ildən qazın qiyməti 1000 kubmetr üçün 215 dollara satılacaq, qərar qətidir və müzakirə olunmayacaq. Xatırladaq ki, hazırda Ermənistan qazın min kubmetrini 150 dollara alır. Baş nazir müavini vəzifəsini icra edən T.Avinyanın ofisinin rəhbəri Varaq Siseryan məktubun yazılması xəbərini təkzib etsə də, D.Kozak ilə T.Avinyan arasında telefon danışığı olduğunu təsdiqləyib.
İşğalçı ölkənin son durumundan danışarkən vurğulamaq yerinə düşər ki, bu günlərdə Ermənistanı istefalar dalğası bürüyüb. Dövlət İqtisad Universitetinin rektoru Koryun Atoyan istefa verib və onun vəzifəsinin icrası “Mənim addımım” blokunun üzvü Ruben Hayrapetyana tapşırılıb. İctimai radionun icraçı direktoru Mark Qriqoryanın da istefa verməsi xəbəri yayılıb.
Artıq yol polisində kütləvi işdən çıxarılmalar barədə də xəbərlər yayılıb. Yayılan məlumatlarda yol polisi əməkdaşları tərəfindən təxribat siqnallarından sonra Polis xidmətinin rəhbəri Valeri Osipyanın tədbir gördüyü bildirilir. V.Osipyan isə narazılığın həmişə olduğunu, vəzifələrini yerinə yetirə bilmədikləri üçün bəzi polisləri vəzifədən azad etdiyini etiraf edib. Yeri gəlmişkən, V.Osipyan Ermənistanda kriminal avtoritetlərin toplantı keçirdiyi haqqında mətbuatda yayılan xəbərləri özünəməxsus şəkildə “təkzib” edib: “Bu şəxslər “oğru” olmaqla yanaşı, konstitusiyada verilən bütün hüquqlardan istifadə edir, vətəndaş kimi bütün hüquqlara malikdirlər”.
Xatırladaq ki, bu yaxınlarda erməni mediasında polisin kriminalitetlə əməkdaşlığına dair xəbərlər yayılıb. Həmin xəbərlərə görə, keçmiş prezident Serj Sarkisyanın axtarışda olan qardaşı oğlu Narek Sarkisyanın Praqada aşkara çıxarılması yeni hakimiyyətlə kriminal aləmin sıx əməkdaşlığının nəticəsidir. “Jamanak” qəzeti yazıb ki, N.Sarkisyanı “Zap” ləqəbli kriminal avtoritet Andranik Soqoyan satıb. A.Soqoyan Çexiyada uzun müddət cinayətkarlıqla məşğul olub və həmin ölkənin hüquq-mühafizə orqanlarından qaçaraq Ermənistanda gizlənir. Yeri gəlmişkən, seçkidən öncə N.Paşinyanın göstərişi və onun verdiyi səlahiyyətlə baş nazirin müavini vəzifəsini icra edən Ararat Mirzəyanın kriminal aləmin erməni avtoritetləri ilə görüşdüyü və məhz bu görüşdən sonra amnistiya elan olunması xəbərləri yayılmışdı. Maraqlıdır ki, əlaqədar şəxslər bu xəbərləri təkzib etməmişdilər.
Qeyd edək ki, məhz bu amnistiya işğalçı ölkədə kriminagen durumu daha da pisləşdirib. Polis xidmətinin rəisi hökumətin son iclasında açıq şəkildə etiraf edib ki, Paşinyanın amnistiyası ilə azadlığa çıxan 600 nəfərin bir çoxu artıq təkrar cinayət törədib.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 1390 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30