Ana səhifə »  Dünya »  İşğalçı Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşir
A+   Yenilə  A-
İşğalçı Ermənistanda sosial-iqtisadi böhran daha da dərinləşir

Erməni ekspertlər hesab edirlər ki, belə vəziyyətdə ölkədə yeni etiraz aksiyalarının başlayacağı qaçılmazdır
İşğalçılıq siyasəti ucbatından bütün regional layihələrdən uzaq düşən Ermənistanda sosial-iqtisadi böhran hər keçən gün daha da dərinləşməkdədir. Ermənistan KİV-in məlumatlarına əsasən, səfalət içərisində yaşayan ölkə vətəndaşları hakimiyyətin hansısa tədbirlər görəcəyini gözləyirlər. Lakin təcavüzkar siyasətindən əl çəkməyən Sarkisyan hakimiyyəti problemlərin həlli üçün heç bir tədbir görmür. Yayılan məlumatlarda qeyd olunur ki, problemlər Ermənistanın builki dövlət büdcəsində də öz əksini tapır. Məlumat üçün bildirək ki, 2018-ci il Ermənistanın dövlət büdcəsinin kəsiri 4 faiz olacaq. Eyni zamanda, inflyasiyanın fonunda işğalçı ölkədə maaşların, pensiyaların və müavinətlərin artırılması nəzərdə tutulmur.
Bütün bunların fonunda Ermənistanda yanvarın 1-dən gözlənilmədən benzin, dizel yanacağı və sıxılmış qazın qiyməti 15 faiz artıb. Sürücülər yeni ildən əvvəl litrini 390 drama aldıqları benzinə artıq 430 dram verirlər. Daha çox əyalətlərdə ehtiyac olan dizel yancağı isə 390 dramdan 440 drama yüksəlib. Sürücülər bir kubmetr sıxılmış qaz üçün isə 210-220 dram ödəyirlər. Halbuki ötən ilin sonuna kimi bu 180-190 dram idi. Yanacağın qiymətinin birdən-birə kəskin artması vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanıb. Etirazçıların sözlərinə görə, hökumət inflyasiya səbəbindən təqaüd və minimum əməkhaqqını artırmaqdan imtina edir. Qiymətləri isə qaldırmaqdan çəkinmir. Ermənistanda nəqliyyatda gediş giymətlərinin də artacağı istisna deyil. Bu vəziyyət işğalçı ölkədə haqlı narazılıqlar doğurur. Belə ki, ictimai fəallar əhalini meydanlara səsləyirlər. Öz növbəsində baş verənlərə münasibət bildirən iqtisadçı Mesrop Arakelyan deyib ki, yaxın vaxtlarda etiraz aksiyalarının keçiriləcəyi qaçılmazdır. Çünki dizel yanacağı, benzin və sıxılmış qazın qiymətinin artması sosial cəhətdən problemləri olan əhaliyə mənfi təsir göstərəcək. Arakelyan bildirib ki, yanvarın 8-nə kimi ölkədə tətildir. Dövlət qurumları işə başlayandan sonra etirazların miqyası genişlənəcək.
“Ermənistanda sosial-iqtisadi vəziyyət olduqca ağırdır”. Bunu isə “Tsarukyan” blokunun deputatı, Avropa İnteqrasiya Daimi Komitəsinin sədri Naira Zöhrabyan yerli KİV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, ölkədə ərzaq məhsullarının bahalaşması “olimpiya atışı” ilə davam edir: “Hökumətin həyata keçirdiyi siyasət tamamilə səmərəsizdir və bunun hansı ağır nəticələrə səbəb olacağını deməyə çətinlik çəkirəm. Ölkədə fəlakətli köç, yoxsulluq və işsizlik daha da sürətlə artacaq”.
Deputatın fikrincə, bütün bunlar qısa zamanda həllini tapmalıdır: “Birmənalı olaraq, baş verənlər nəticəsində ölkədən köçənlərin sayı kəskin şəkildə artacaq”.
Deputatın sözlərinə görə, ölkədə miqrasiya, yoxsulluq və işsizlik səviyyəsi durmadan artır. Ermənistanda hər üç nəfərdən biri səfil həyat tərzi sürür. Bu səbəbdən də onlar çıxış yolunu xaricə üz tutmaqda görürlər. Bunun nəticəsində isə Ermənistanda iqtisadi fəal əhalinin sayı 2012-ci ildən hər il orta hesabla 40 000 nəfər azalıb.
“Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir”. Bunu isə işğalçı ölkə parlamentinin vitse-spikeri Mikael Melkumyan deyib. Onun sözlərinə görə, Ermənistanda yoxsulluq səviyyəsi 30 faiz həddindən aşağı düşmür. İşsizlik səviyyəsi rəsmi məlumatda 20 faiz göstərilsə də, bu, həqiqəti əks etdirmir. Əgər əhali Ermənistanda iş tapa bilsəydi, ölkədən əmək miqrantlarının axını bu qədər böyük olmazdı. Melkumyan onu da vurğulayıb ki, sözügedən məsələlərin həll olunmasında problemlər mövcuddur və hazırkı sosial-iqtisadi vəziyyət daha mənfi nəticələrə gətirib çıxara bilər.
Nardar BAYRAMLI

 
  • Oxunub:  1650  |  
  • Tarix:  06-01-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər

17:47
23 Yanvar
Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda iştirak edir
17:21
23 Yanvar
Təmsilçilərimiz Parisdə “Karate-1 Premyer Liqa” turnirində mübarizə aparacaqlar
16:50
23 Yanvar
Avropa Şurasında Azərbaycanda milli azlıqların dilləri və mədəniyyətlərinə dövlət qayğısından danışılıb
16:25
23 Yanvar
İsa Həbibbəyli: Yeni yaradılmış sayt Azərbaycan dili barədə məlumatların əldə edilməsinə imkan verəcək
16:18
23 Yanvar
Azərbaycan hər zaman Beynəlxalq Hərbi İdman Şurasına böyük dəstək verir
16:10
23 Yanvar
Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının aktual məsələləri müzakirə olunub
15:30
23 Yanvar
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Əmmanda İordaniya rəsmiləri ilə görüşüblər
14:50
23 Yanvar
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyası qarşıdan gələn seçkilərə tam şəkildə hazır vəziyyətdədir
14:49
23 Yanvar
SOCAR-AQŞ “Günəşli” yatağında yeni quyu qazır
14:46
23 Yanvar
Lisa Givert: TAP layihəsi üzrə işlərin 65 faizi tamamlanıb
14:42
23 Yanvar
Milli Nüvə Tədqiqatları Mərkəzi: Ermənistan atom reaktorunun ətraf mühitə təsiri ilə bağlı hesabat təqdim etməlidir
14:40
23 Yanvar
Bakı Dövlət Universiteti ilə Almaniyanın Antiproton və İon Mərkəzi arasında memorandum imzalanıb
14:33
23 Yanvar
Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının beşinci iclası keçirilib
14:31
23 Yanvar
Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib
14:28
23 Yanvar
ADA Universitetində “Vəzifədən kənar: Millətlər arasında ədalətli sayılan diplomatlar” sərgisi təşkil olunub
14:25
23 Yanvar
Zahid Oruc: İşğalçı tərəfin məqsədi mümkün qədər status-kvonu qoruyub saxlamaqdır
14:21
23 Yanvar
Prezident İlham Əliyev Davosda OPEC-in baş katibi ilə görüşüb
12:41
23 Yanvar
Cüdoçularımız Fransada və Almaniyada keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər
12:22
23 Yanvar
Bakı Ali Neft Məktəbinin tələbələri neft və qaz qazma sahəsində təcrübələrini artıracaqlar
12:18
23 Yanvar
Rektor: Tədrisin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir
12:04
23 Yanvar
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları təlimlərə başlayıblar
11:57
23 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Pakistanda “Şəhidlər ölməz və unudulmazdır” adlı tədbir keçirilib
11:52
23 Yanvar
İqtisadi şaxələndirmə ilə bağlı aparılan islahatlar Azərbaycanın inklüziv inkişaf potensialını daha da artırıb
11:49
23 Yanvar
Mir Cəlal Paşayevin hekayələr toplusu Türkiyədə çap edilib
11:22
23 Yanvar
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Berlində keçirilmiş Beynəlxalq Yaşıl Həftə sərgisində iştirak edib
11:19
23 Yanvar
Azərbaycanda aparılan vergi islahatları beynəlxalq təşkilatların hesabatlarında yüksək qiymətləndirilib
11:15
23 Yanvar
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib
11:00
23 Yanvar
Türkiyənin BİLGESAM Mərkəzi AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsinə dair məqaləsini yayıb
10:51
23 Yanvar
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Los-Ancelesdə nümayiş etdirilib
10:41
23 Yanvar
Türkiyədən Azərbaycana daşınan yük ilk dəfə olaraq İranın Astara limanından gəmi ilə yola salınıb
10:33
23 Yanvar
Rafael Hüseynov: Avropa Şurası gələcək mövcudluğu üçün ikili standartlar siyasətindən əl çəkməlidir
10:29
23 Yanvar
Səfir: "Şimal-Cənub” dəhlizi Hindistandan Azərbaycana ən qısa və ucuz marşrut olacaq
10:27
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
21:54
22 Yanvar
Prezident İlham Əliyev “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb
21:39
22 Yanvar
Prezident İlham Əliyevin Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşü olub
20:47
22 Yanvar
Prezident İlham Əliyev Davosda ABŞ-ın “Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru ilə görüşüb
20:44
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri
20:30
22 Yanvar
Avropa Şurasının baş katibi Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib
20:12
22 Yanvar
Prezident İlham Əliyevin Sərəncamı 31 mart soyqırımı qurbanlarının xatirəsinə hörmət və ehtiramın göstəricisidir
17:54
22 Yanvar
Məlahət İbrahimqızı: Beynəlxalq birlik işğalçını sülhə məcbur etməlidir
17:53
22 Yanvar
Ramil Usubov: İnsanlara həssas münasibət və qayğı polisin nüfuzunu daha da yüksəldir
17:51
22 Yanvar
Beynəlxalq Hərbi İdman Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir
17:50
22 Yanvar
Əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən asan və rahat şəkildə faydalanmaq imkanı yaradılıb
17:40
22 Yanvar
İçməli suyun istifadəyə yararlılığını yoxlayan test hazırlanıb
17:35
22 Yanvar
Əkbər Hacıyev: Qaz itkilərinin qarşısının alınması üçün bundan sonrada lazimi tədbirlərin görülməsi davam etdiriləcəkdir
17:21
22 Yanvar
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Bakıya gələcək
17:07
22 Yanvar
Qırğızıstan KİV-ləri 20 Yanvar faciəsinin 28-ci ildönümünü geniş işıqlandırıb
17:03
22 Yanvar
Bu Forum ölkələrin inkişafı və əməkdaşlığı üçün bir vasitədir
17:00
22 Yanvar
Kürdəmir rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
16:41
22 Yanvar
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb
16:07
22 Yanvar
Azərbaycan Davosda Mədəniyyət Nazirlərinin konfransında təmsil olunub
16:05
22 Yanvar
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Beynəlxalq Hərbi İdman Şurasının ordeni ilə təltif olunub
16:02
22 Yanvar
Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib
15:57
22 Yanvar
SOCAR: İndiyədək Türkiyədəki layihələrə 12,6 milyard dollar investisiya qoyulub
15:36
22 Yanvar
Badminton üzrə Azərbaycan millisi Avropa çempionatına altı idmançı ilə qatılacaq
15:31
22 Yanvar
Elman Nəsirov: İşğalçı öz adı ilə çağırılmalıdır
15:29
22 Yanvar
Fransalı deputatlar multikulturalizmin Azərbaycan modeli barədə məlumatlandırılıblar
15:15
22 Yanvar
“The Australian” qəzetində avstraliyalı səyyahın Azərbaycana səfərinin təəssüratlarına dair məqalə dərc edilib
15:03
22 Yanvar
AŞPA-nın yeni sədri seçilib
14:42
22 Yanvar
Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub
14:29
22 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib
14:20
22 Yanvar
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
14:17
22 Yanvar
Yaqub Mahmudov: Prezident İlham Əliyevin «1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında» Sərəncamı tarixi önəm kəsb edir
14:09
22 Yanvar
AŞPA-nın qış sessiyası işə başlayıb
14:05
22 Yanvar
Ötən il Azərbaycanla Moldova arasında ticarət dövriyyəsi 6 milyon 993,86 dollar təşkil edib
14:03
22 Yanvar
Andreas Peşke: Almaniya Azərbaycan ilə əməkdaşlığa böyük önəm verir
12:44
22 Yanvar
“Əl-Cəzirə” qəzeti 20 Yanvar faciəsindən yazır
12:38
22 Yanvar
Perunun “El Peruano” qəzetində Qanlı Yanvar hadisələrindən bəhs edən məqalə dərc olunub
12:33
22 Yanvar
Davosda Bakının "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçiriləcək
12:20
22 Yanvar
Gənc Tamaşaçılar Teatrında 20 Yanvar şəhidlərinin xatirəsi alınıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+1 +3