Ana səhifə »  Dünya »  Ya­xın Şərq­də də­yi­şik­lik: par­ça­la­ma si­ya­sə­ti­nin ye­ni əla­mət­lə­ri
A+   Yenilə  A-
Ya­xın Şərq­də də­yi­şik­lik: par­ça­la­ma si­ya­sə­ti­nin ye­ni əla­mət­lə­ri

Su­ri­ya ət­ra­fın­da geo­si­ya­si və­ziy­yə­tin da­ha da gər­gin­ləş­mə­si mü­tə­xəs­sis­lə­ri na­ra­hat edir. Fak­ti­ki ola­raq öl­kə­nin par­ça­lan­ma­sı pro­se­si­nə baş­la­yıb­lar. Müx­tə­lif böl­gə­lər­də bir ne­çə bö­yük döv­lət öz hər­bi güc­lə­ri­ni yer­ləş­dir­mək­də­dir. ABŞ, Ru­si­ya, Tür­ki­yə və İran han­sı mə­kan­lar­da hər­bi qüv­və­lə­ri­ni yer­ləş­di­rə­cək­lə­ri­ni mü­za­ki­rə edir­lər. On­lar­dan baş­qa bir sı­ra ərəb döv­lət­lə­ri də öz “pay­la­rı­nı” al­maq­da is­rar­lı­dır­lar. Qə­tər böh­ra­nı­nın ar­xa­sın­da du­ran mə­qam­lar­dan bi­ri­nin bun­dan iba­rət ol­du­ğu­nu ya­zır­lar. Bü­tün bu pro­ses­lər Ya­xın Şərq­də risk­lə­ri və təh­did­lə­ri ar­tı­rır. Ey­ni za­man­da, bu dal­ğa­nın Qaf­qaz və Mər­kə­zi Asi­ya­ya ya­yıl­ma­sı eh­ti­ma­lı­nı ço­xal­dır. Ye­kun ola­raq be­lə bir ten­den­si­ya­nın ge­niş geo­si­ya­si mə­kan­da han­sı nə­ti­cə­lər ve­rə bi­lə­cə­yi üzə­rin­də dü­şün­mə­yə də­yər.
Qar­şı­dur­ma: iki bö­yük gü­cün mü­ba­ri­zə­sin­də ye­ni sə­hi­fə
Su­ri­ya mə­sə­lə­si qlo­bal geo­si­ya­si miq­yas­da ye­ni ça­lar­lar kəsb et­mə­yə baş­la­yıb. Bö­yük döv­lət­lə­rin Ya­xın Şərq­də nü­fuz uğ­run­da mü­ba­ri­zə­si as­pek­tin­də bu mə­sə­lə da­ha həs­sas məz­mun kəsb et­mək­də­dir. Bu­ra­da iki is­ti­qa­mət­də pro­ses­lə­rin da­ha tə­si­re­di­ci ol­du­ğu­nu vur­ğu­la­maq la­zım gə­lir. Bi­rin­ci­si - Ru­si­ya-Tür­ki­yə-İran “üç­lü­yü”nün, ikin­ci­si - ABŞ baş­da ol­maq­la Qərb döv­lət­lə­ri­nin öz tə­sir dai­rə­si­ni ge­niş­lən­dir­mək üçün da­ha fə­al ge­diş­lər et­mə­si ilə bağ­lı­dır.
Bu iki is­ti­qa­mət bir yer­də nə­in­ki Su­ri­ya­da, hət­ta bü­töv­lük­də Ya­xın Şərq­də ki­fa­yət qə­dər gər­gin və risk­li və­ziy­yət mey­da­na gə­ti­rib. Eks­pert­lər he­sab edir­lər ki, Qə­tər böh­ra­nı da onun “yan tə­sir­lə­rin­dən” bi­ri­dir. Su­ri­ya­nın özün­də isə mü­rək­kəb di­na­mi­ka özü­nü gös­tər­mək­də­dir.
Dö­yüş mey­da­nın­da İŞİD-lə sa­vaş­da xey­li gər­gin­lik möv­cud­dur. Rak­ka, Mo­sul və Deyr əz-Zor is­ti­qa­mət­lə­rin­də qan­lı dö­yüş­lər ge­dir. Hər­bi eks­pert­lər ar­tıq İŞİD-in son gün­lə­ri­ni ya­şa­dı­ğı­nı vur­ğu­la­yır­lar. Xü­su­si­lə Ame­ri­ka­nın dəs­tək­lə­di­yi “Su­ri­ya De­mok­ra­tik Güc­lə­ri” ad­la­nan, an­caq da­ha çox ra­di­kal et­nik qrup­lar­dan təş­kil olun­muş qüv­və­lər Rak­ka­ya zər­bə­lər en­di­rir­lər. Mo­sul­da da şid­dət­li dö­yüş­lər ge­dir. İra­qın baş na­zi­ri Hey­dər əl-İba­di bir ne­çə gün əv­vəl bə­yan et­miş­di ki, ya­xın vaxt­lar­da şə­hər İŞİD-dən tam tə­miz­lə­nə­cək. La­kin dö­yüş­lər hə­lə də da­vam edir.
Da­ha mü­rək­kəb və­ziy­yət Su­ri­ya­nın şi­ma­lın­da ya­ra­nıb. Bu­ra­da ABŞ, Ru­si­ya, İran və Tür­ki­yə ara­sın­da hər­bi üs­tün­lük uğ­run­da cid­di mü­ba­ri­zə özü­nü gös­tə­rir. Ru­si­ya və İran Deyr əz-Zo­ru ələ ke­çir­mək üçün tə­lə­sir­lər. Va­şinq­ton da bu­ra­ya can atır. Çün­ki hə­min yer Su­ri­ya­nın İraq və də­niz­lə əla­qə­si üçün stra­te­ji əhə­miy­yət da­şı­yır. Onun baş­qa əhə­miy­yə­ti kürd qrup­laş­ma­la­rı­na nə­za­rət üçün əl­ve­riş­li coğ­ra­fi möv­qe­də ol­ma­sı ilə izah edi­lir.
İran Sə­nən­dəc­lə Laz­ki­yə ara­sın­da də­mir yo­lu xət­ti in­şa et­mək fik­rin­də­dir. Bu, Teh­ra­nı Ara­lıq də­ni­zi­nə çı­xa­ra­caq. ABŞ da öz növ­bə­sin­də Əm­man-Bağ­dad av­to­mo­bil yo­lu­nu çək­mək­lə müt­tə­fiq­lə­ri­nin də­ni­zə çı­xı­şı­nı tə­min et­mə­yə ça­lı­şır. Bu iki güc ara­sın­da Deyr əz-Zor uğ­run­da gər­gin sa­va­şın sə­bə­bi­ni bu­nun­la izah edir­lər.
Bun­lar­la ya­na­şı, Ru­si­ya və Tür­ki­yə­nin hər­bi güc yer­ləş­dir­mək­lə bağ­lı ra­zı­lı­ğa gəl­dik­lə­ri haq­qın­da in­for­ma­si­ya­lar ya­yı­lır. Be­lə ki, İd­lib­də Tür­ki­yə və Ru­si­ya­nın, Də­məşq ət­ra­fın­da İran və Ru­si­ya­nın hər­bi qrup yer­ləş­di­rə­cə­yi de­yi­lir. Əla­və ola­raq Tür­ki­yə Af­rin­lə Mün­bic ara­sın­da yer­lə­şən Azez-Ma­re xət­tin­də hər­bi ta­ğım yer­ləş­dir­mə­li­dir. Bu, An­ka­ra­ya həm Hə­lə­bin şi­ma­lı­na nə­za­rət et­mə­yə, həm də Af­rin­lə Mün­bi­cin ara­sı­nı kəs­mə­yə im­kan ve­rir. Be­lə olan­da PYD əra­zi­də təc­rid olun­muş ha­la dü­şür.
Tə­bii ki, bun­la­ra Va­şinq­ton səs­siz qa­la bil­məz. O, Ru­si­ya və Tür­ki­yə­nin hə­min plan­la­rı­nı poz­maq üçün ad­dım­lar atır. Qə­tər mə­sə­lə­si məhz bu­ra­dan qay­naq­la­nır. Be­lə bir böh­ran ya­rat­maq­la Va­şinq­ton həm Qə­tə­ri öz tə­rə­fi­nə çə­kir, həm də As­ta­na gö­rü­şü­nü poz­ma­ğa ça­lı­şır. Bun­dan son­ra və­ziy­yət tə­rəf­lə­rin qə­tiy­yə­tin­dən ası­lı ola­caq.
Onu da vur­ğu­la­yaq ki, KİV Ame­ri­ka­nın İor­da­ni­ya ilə baş­qa bir plan üzə­rin­də iş­lə­di­yi­ni ya­zır. ABŞ Su­ri­ya­nın cə­nub böl­gə­sin­də nə­za­rə­ti ələ ke­çir­mə­yə cəhd gös­tə­rir. O, ənə­nə­vi müt­tə­fi­qi Tür­ki­yə ilə de­yil, İor­da­ni­ya ilə bir­lik­də hə­rə­kət edir. Mə­sə­lə bun­dan iba­rət­dir ki, Ame­ri­ka yal­nız lo­kal cə­nub böl­gə­si ilə (Su­ri­ya­nın) ki­fa­yət­lən­mir, bü­töv­lük­də öl­kə­yə cid­di tə­sir et­mək və kom­mu­ni­ka­si­ya mə­ka­nın­da güc­lü ol­maq fik­rin­də­dir. Bü­tün bun­la­rın fo­nun­da Ya­xın Şərq­də ya­ran­mış ye­ni geo­si­ya­si mən­zə­rə ki­fa­yət qə­dər risk­li və təh­lü­kə­li gö­rü­nür.
Bö­lün­mə sind­ro­mu: ərəb dün­ya­sı təh­lü­kə qar­şı­sın­da
Ha­zır­da fak­ti­ki ola­raq re­gi­on döv­lət­lə­ri iki cəb­hə­yə bö­lün­mək­də­dir­lər. Bir tə­rəf­də Ame­ri­ka­ya qul­luq edən Səu­diy­yə Ərə­bis­ta­nı, Mi­sir, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri və Bəh­rey­nin baş­çı­lıq et­di­yi ərəb döv­lət­lə­ri var­dır. Di­gər tə­rəf­də isə Tür­ki­yə və İra­na qar­şı ol­maq is­tə­mə­yən Qə­tər və İor­da­ni­ya. Bun­la­rın ya­nın­da re­gio­nun ki­çik döv­lət­lə­ri də yer alır. Kü­veyt isə ba­rış­dı­rı­cı rol oy­na­ma­ğa ça­lı­şır.
Açıq gö­rü­nür ki, Ya­xın Şərq geo­si­ya­si mə­kan ola­raq kə­nar­dan par­ça­la­nır. Ərəb dün­ya­sı­nı si­ya­si müs­tə­vi­də qar­şı-qar­şı­ya qo­yur­lar. Bu­nun so­nu bü­tün ərəb öl­kə­lə­ri üçün fa­ciə­vi ola bi­lər. Ar­tıq Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri bə­yan edib ki, əgər Qə­tər şərt­lə­ri qə­bul et­mə­sə, yol­lar ay­rı­la­caq. Üs­tə­lik, Tür­ki­yə və İran­la mü­na­si­bət­lər da­ha pis müs­tə­vi­yə ke­çə­cək. De­mə­li, çox mü­hüm bir dö­nəm­də kə­nar qüv­və­lər ərəb dün­ya­sı­nı si­ya­si as­pekt­də çök­dür­mək­də­dir­lər. Bu pro­ses­də on­la­ra məhz bir sı­ra ərəb döv­lət­lə­ri yar­dım edir. Bu da var­lı ol­ma­ğın hə­lə müs­tə­qil döv­lət­çi­li­yi tə­min et­mə­di­yi an­la­mı­nı ve­rir.
Be­lə çı­xır ki, Ya­xın Şərq üçün ye­ni bir “sürp­riz” ha­zır­la­nır. Bu, Su­ri­ya böh­ra­nı­nın da­va­mı ki­mi xa­rak­te­ri­zə olu­na bi­lər. Be­lə ki, re­gi­on­da da­ha bir ix­ti­laf mey­da­nı or­ta­ya çı­xa­rı­lır. Su­ri­ya mü­na­qi­şə­si həl­li­ni tap­ma­dan in­di da­ha çox ərəb döv­lə­ti bir-bi­ri ilə int­ri­qa­ya baş vur­maq­da­dır. Bu isə o de­mək­dir ki, Su­ri­ya mə­sə­lə­si nə­in­ki həll edil­mə­yə ya­xın­dır, onun hət­ta da­ha ge­niş miq­yas­lı bir ix­ti­laf içi­nə sı­xış­dı­rıl­ma­sı pro­se­si baş­la­yıb.
Bu an­lam­da bö­yük döv­lət­lə­rin Su­ri­ya­nın müx­tə­lif böl­gə­lə­ri­nə hər­bi güc yer­ləş­dir­mə­si son de­yil, ye­ni ix­ti­laf mər­hə­lə­si­nin baş­lan­ğı­cı­dır. Gö­rü­nür, kə­nar­dan plan qu­ran­lar təd­ri­ci ola­raq Ya­xın Şərq mü­na­qi­şə­si­nə bö­yük döv­lət­lə­ri cəlb et­mək­lə re­gio­nal sa­vaş sse­na­ri­si­ni hə­ya­ta ke­çi­rir­lər. Bu­nun mil­yon­lar­la gü­nah­sız in­sa­nın fa­ciə­si ilə nə­ti­cə­lə­nə­cə­yi­nə şüb­hə yox­dur.
Pro­ses­lə­rin Su­ri­ya­nın par­ça­lan­ma­sı­na doğ­ru get­di­yi­ni təs­diq­lə­yən fakt ki­mi eks­pert­lər ame­ri­ka­lı­la­rın öl­kə­nin cə­nu­bun­da yer­lə­şən Ət-Tan­fa şə­hə­rin­dən 70 km. şi­mal-şərq­də yer­lə­şən ya­şa­yış mən­tə­qə­sin­də mo­bil ra­ket-ar­til­le­ri­ya sis­tem­lə­ri olan “Hi­mars”la­rı yer­ləş­dir­mə­si­ni gös­tə­rir­lər. Hər­bi eks­pert And­rey Koş­ki­nin fik­ri­nə gö­rə, Va­şinq­ton İŞİD da­ğı­dı­lan­dan son­ra Su­ri­ya­nın cə­nub ra­yon­la­rı­nı əbə­di nə­za­rət­də sax­la­maq niy­yə­tin­də­dir.
Bu, çox cid­di bir id­dia­dır. Özü də elə bir coğ­ra­fi əra­zi­dən bəhs edi­lir ki, ərəb dün­ya­sı­nı or­ta­dan bö­lür. Be­lə bir mən­zə­rə­nin geo­si­ya­si nə­ti­cə­lə­ri çox cid­di ola bi­lər. Bi­rin­ci­si, ərəb dün­ya­sı ye­ni­dən par­ça­lan­mış olur. Os­man­lı­nı par­ça­la­maq bu­nun ilk mər­hə­lə­si idi - in­di isə müs­tə­qil ərəb mə­ka­nı­nı bö­lür­lər.
İkin­ci­si, Su­ri­ya-İraq zo­la­ğın­da kürd döv­lə­ti­ni ya­rat­maq şan­sı ar­tır. Çün­ki bu­nun­la Qərb fak­ti­ki ola­raq kürd­lə­ri ərəb­lə­rin “təz­yi­qin­dən” sı­ğor­ta­la­mış olur.
Üçün­cü­sü, Tür­ki­yə, İraq və İra­nın bö­lün­mə­si üçün ye­ni mey­dan ya­ra­dı­lır.
Dör­dün­cü­sü, İran və Tür­ki­yə mə­sə­lə­si­ni həll et­dik­dən son­ra Ru­si­ya və Çin is­ti­qa­mə­tin­də da­ha fə­al ol­maq şan­sı ya­ra­nır. Bu da baş­qa pro­ses­lər­lə ya­na­şı, Qaf­qaz və Mər­kə­zi Asi­ya­da ter­ror dal­ğa­sı­nın vü­sət al­ma­sı sse­na­ri­si­nin möv­cud­lu­ğun­dan xə­bər ve­rir.
Bü­tün bun­lar­dan ma­raq­lı nə­ti­cə­lər al­maq müm­kün­dür. İlk ola­raq ay­dın­dır ki, Ya­xın Şərq­də geo­si­ya­si və­ziy­yə­ti da­ha mü­rək­kəb və risk­li ha­la gə­tir­mək­də­dir­lər. Ame­ri­ka əsas ola­raq iq­ti­sa­di-ma­liy­yə və hər­bi təz­yiq­lər­lə re­gi­on­da nə­zər­də tut­du­ğu geo­si­ya­si də­yi­şik­lik­lə­rə na­il ol­maq əz­min­də­dir. Bu­na qar­şı Mosk­va­nın baş­çı­lıq et­di­yi döv­lət­lər qru­pu öz ira­də­si­ni qo­yur. İn­di­ki mər­hə­lə­də on­lar ara­sın­da mü­ba­ri­zə get­dik­cə da­ha gər­gin məz­mun kəsb edir.
Göz­lə­ni­lən­dir ki, re­gi­on­da hər­bi güc ye­ni sə­viy­yə­yə keç­sin. Bu da re­gio­nal sa­va­şın mey­da­na gəl­mə­si eh­ti­ma­lı­nı ar­tı­rır. Hə­dəf­də əsas ola­raq İra­nın ol­du­ğu­nu eks­pert­lər vur­ğu­la­yır­lar. La­kin bü­töv­lük­də mü­səl­man döv­lət­lə­ri­nin bir-bi­ri ilə ix­ti­la­fa gir­mə­si niy­yə­ti­ni də is­tis­na et­mək ol­maz. Tə­əs­süf ki, bu pro­ses­də bir sı­ra mü­səl­man öl­kə­lə­ri öz din­daş­la­rı­na qar­şı doğ­ru ol­ma­yan möv­qe tu­tub­lar. Qa­ra bu­lud­lar get­dik­cə sıx­la­şır...
New­ti­mes.az

 
  • Oxunub:  15180  |  
  • Tarix:  01-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

19:06
20 Yanvar
Antonio Gamito: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkədə multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir
18:57
20 Yanvar
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu
18:47
20 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:06
20 Yanvar
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
17:19
20 Yanvar
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:28
20 Yanvar
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır
15:53
19 Yanvar
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
15:50
19 Yanvar
Çili radiosunun saytında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə yayılıb
15:40
19 Yanvar
Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq
14:13
19 Yanvar
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
14:05
19 Yanvar
YAP İdarə Heyətinin iclası keçirilmişdir
12:54
19 Yanvar
Vergilər naziri ABŞ səfiri ilə görüşüb
12:53
19 Yanvar
20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar
12:45
19 Yanvar
20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
12:42
19 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
12:40
19 Yanvar
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
12:38
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
12:33
19 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
12:30
19 Yanvar
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
12:11
19 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:04
19 Yanvar
20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:53
19 Yanvar
“Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib
11:09
19 Yanvar
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
11:05
19 Yanvar
Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
10:58
19 Yanvar
Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
10:47
19 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
10:45
19 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir
10:35
19 Yanvar
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar
10:24
19 Yanvar
Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
10:23
19 Yanvar
Azərbaycan neftinin bir barreli 70,85 dollara satılır
10:16
19 Yanvar
Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:13
19 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 116 dəfə pozub
21:54
18 Yanvar
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər
21:16
18 Yanvar
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:28
18 Yanvar
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir
20:03
18 Yanvar
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir
19:51
18 Yanvar
İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub
19:46
18 Yanvar
YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
19:27
18 Yanvar
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb
17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub
16:30
18 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşünün protokolu imzalanıb
15:21
18 Yanvar
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
14:51
18 Yanvar
Krakovda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA