Ana səhifə »  Dünya »  ABŞ Konqresinin yeni sənədi: münaqişələrə ikili münasibətin təsdiqi
A+   Yenilə  A-
ABŞ Konqresinin yeni sənədi: münaqişələrə ikili münasibətin təsdiqi

KİV Amerika Konqresinin 2017-ci il üçün büdcə sənədini qəbul etdiyi barədə informasiya yayıb. Həmin sənəddə Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Bunun üçün ABŞ-ın dövlət orqanları qarşısında vəzifələr qoyularaq həmin ölkələrə ayrılacaq dəstək vəsaiti də göstərilib. Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə zərər verə biləcək hər hansı dövlətə yardım edilməyəcəyi vurğulanıb. Bunlar normal və başadüşüləndir. Lakin həmin sənəddə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün dəstəklənməsinə dair heç nə yoxdur. Avropa və postsovet məkanı ölkələrini “Rusiya aqressiyası”ndan qorumaq üçün 100 milyon dolların ayrılacağı haqqında mücərrəd bir bənd vardır. Ancaq konkret işğalçı olan, təcavüzkar Ermənistana qarşı heç bir müddəa yoxdur. Səbəb nədir? Əgər Rusiya “təcavüzkardırsa”, onun regiondakı ən yaxın müttəfiqi, Azərbaycanın 20 faizini işğal etmiş Ermənistan kimdir?
Büdcə sənədi: faktlar və suallar
ABŞ Konqresinin Nümayəndələr Palatası cari il üçün ölkə büdcəsini təsdiq edib. Orada xüsusi xidmət orqanlarının maliyyələşməsi məsələsi də vardır. “Deutsche Welle” nəşrinin yazdığına görə, sənəddə Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təmini ilə bağlı maddələr də yer alıb. Həmin maddələrə görə, Amerika bu iki ölkənin ərazi bütövlüyünü dəstəkləyir və bunun üçün konkret maliyyə məbləği ayırır.
Vaşinqton Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə xələl gətirən heç bir addımı qəbul etmir. Əksinə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımış heç bir ölkəyə yardım etməyəcək. Əlavə olaraq, bu regionlara olan Rusiya yardımlarına dəstək verən hər hansı orqan və ya dövlətə Amerika kömək etməyəcək. ABŞ orqanlarına isə belə bir fəaliyyət qəti qadağan edilib (bax: “Territorialğnaə üelostnostğ” Ukrainı i Qruzii propisana v bödjete SŞA / “Eadaily.com”, 5 may 2017).
Bunlarla yanaşı, Krıma da hər hansı yardım qadağan edilir. Onu tanıyan ölkələrə dəstək qadağan olunur. Amerika şirkətlərinin Ukraynanın suverenliyinə zərər verə biləcək addımlar atmadığına nəzarət Maliyyə Nazirliyinə tapşırılıb. Sənəddə bütün bunlar ümumi səviyyədə “Rusiyanın təsiri və aqressiyası”na qarşı durmaq üçün ABŞ-ın ayırdığı 100 milyon dollar çərçivəsində həyata keçirilməlidir. Həmin məbləğ Avropa və postsovet ölkələrində Moskvanın nüfuzunun qarşısını almağa, onun mümkün “aqressiv” davranışlarını əngəlləməyə xərclənməlidir.
Bu məbləğ, əsasən, müxtəlif qeyri-hökumət təşkilatlarına, demokratik institutlara və KİV-in azadlığına sərf edilməlidir. Başqa sözlə, “beşinci kolon” maliyyələşməkdə davam etməlidir. Təcrübə göstərir ki, ümumi ifadələr altında yardımdan söhbət gedirsə, Qərb başlıca olaraq özünə sərf edən hakimiyyətə dəstək verir, lakin müstəqil addımlar atan iqtidarlara qarşı “beşinci kolon”un imkanlarından istifadə edir. Buradan belə bir nəticə alınır ki, əgər yardımın konkret ünvanı (məsələn, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə dəstək kimi) göstərilməyibsə, ümumi ayrılan vəsaitin müstəqil ölkələrin suverenliyinə dəstək olacağı müəmmalıdır. Burada, əksinə, konkret ölkələrin qarışdırılması məqsədi istisna deyil. Həmin səbəbdən bizi 100 milyon ABŞ dollarının bu aspektdəki xərcləri bir qədər başqa kontekstdə maraqlandırır.
Məsələnin bu tərəfinə keçməzdən öncə, Tbilisinin bu informasiyaya reaksiyasına qısa nəzər salaq. Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze vurğulayıb ki, Amerikanın yeni büdcəsi ərazi bütövlüyünün (Gürcüstanın - Newtimes.az) bərpasına və tanınmama siyasətinə əhəmiyyətli dəstək verəcək. O, sözlərinə davam edərək deyib: “Bizim problem Amerika Konqresi tərəfindən aktiv surətdə dəstəklənir” (bax: əvvəlki mənbəyə).
Bundan başqa, bir qədər əvvəl 30 senator prezident Donald Trampa xüsusi müraciət etmişdi ki, ABŞ-ın Cənubi Qafqazdakı “etibarlı və mətin” regional tərəfdaşı olan Gürcüstana “ikipartiyalı” dəstək davam etsin, yəni respublikaçılar və demokratlar arasında bu məsələdə fikir ayrılığı olmasın.
2017-ci ilin martında isə Gürcüstanın müdafiə naziri Vladimir Çaçibaya bəyan etmişdi ki, ABŞ-la Gürcüstan arasında müdafiə və təhlükəsizliklə bağlı imzalanan memoranduma əsasən Vaşinqton Tbilisiyə 70 milyon dollar yardım edəcək (bax: əvvəlki mənbəyə). Eynilə Amerikanın Ukraynaya olan hərbi yardımları haqqında informasiyalar mövcuddur.
Bəs Vaşinqton bu cür ciddi dəstəklərin fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nələri düşünür? Yuxarıda vurğuladığımız kimi, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə olan yardımlar fonunda bizi problemin bu aspekti maraqlandırır. Məhz həmin məqamda bir sıra müəmmalı faktorlar meydana çıxır.
İlk növbədə, onu deyək ki, Konqresin qəbul etdiyi sənəddə Azərbaycanın ərazi bütövlüyünə qəsd edən ölkələrə qarşı hansısa addım atılacağı qeyd olunmayıb. Orada Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasına konkret dəstək ifadə edilməyib. Ümumi ifadə altında yuxarıda vurğuladığımız 100 milyonların Azərbaycanla bağlı hansı məqsədlərə istifadə edildiyi isə təcrübədən məlumdur. Onlar əsas olaraq “beşinci kolon”un bəslənməsinə, buradakı siyasi institutları dəstəkləmək adı ilə anti-Azərbaycan iyi gələn işlərə sərf olunur. Həmin işlər sırasında, təəssüf ki, separatçı qüvvələr də vardır.
İkili standartlar: Ermənistan təcavüzkar deyilmi?
Bunun konkret təsdiqi hər il ABŞ Konqresinin müxtəlif ad altında Dağlıq Qarabağdakı qondarma rejimə milyonlarla vəsait ayırmasındadır. Bu, sirr deyil. Rəsmi olaraq həmin pulu sözdə demokratik, humanist və s. məqsədlər üçün ayırdıqlarını deyirlər. Onda bəs abxaz, yaxud osetinlərin belə bir yardıma ehtiyacı yoxdurmu? Və ya Krımdakı sadə insanların eyni yardıma ehtiyacı yoxdurmu? Təbii ki, var. Ancaq Vaşinqtonu Gürcüstan və Ukraynadakı münaqişələr Rusiya təcavüzkarlığı aspektində maraqlandırırsa, Dağlıq Qarabağ erməni təcavüzkarlığını gizli yolla legitimləşdirmək kontekstində maraqlandırır. Fərq bundan ibarətdir və məhz həmin acı həqiqətə görə, sənəddə Azərbaycanın ərazi bütövlüyünü pozan hər hansı qüvvəyə qarşı konkret mövqe ifadə edilmir.
Bunun fonunda Amerika Ermənistana hər il ciddi maliyyə yardımı göstərir. Vaşinqtonu qane etməyən bircə şey var - İrəvan Moskva ilə dostluq edir. Bu gün Ermənistan Rusiyaya arxa çevirib, Amerikaya üstünlük versə, olacaq regionun ən demokratik ölkəsi, etibarlı və mətin müttəfiq, sülhpərvər, suverenlik aşiqi və s.
Onda ümumi mənzərə necə görünür? Amerika Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək ki, bunu da normal hal hesab edirik. Bu dərəcədə qeyri-obyektiv şəkildə isə Ermənistana, erməni separatçılarına yardımlarını davam etdirəcək. Eyni addımları Vaşinqton Yaxın Şərqdə, Suriya və İraqda atır. Orada da “yankilər” bir sıra terror qruplarına silahlar verir, maliyyə, təlim yardımları göstərir və bu cür oyunla regionun bütün dövlətlərini gərginlik içində saxlamağa çalışır.
Təbii ki, vaxt gələcək, Vaşinqton bu cür əsassız siyasətin fəsadlarını görəcək. Ancaq həm günahsız insanların qanı tökülür, həm də müsəlman ölkələrində dövlətçilik zəiflədilir. Güclü dövlət olmayan yerdə isə çoxlu sayda təhlükələr meydana gəlir. O cümlədən qlobal təhlükəsizlik sistemi işləməz hala düşür. Bunu artıq mütəxəssislər vurğulayırlar. Siyasətçilər isə əvvəlki ikili standartlarını inkişaf etdirməyin izinə düşüblər.
Yuxarıdakı faktlardan aydın olur ki, Cənubi Qafqazda münaqişələrin həlli ilə bağlı Amerikanın dəqiq planı, yaxud fəaliyyət kursu yoxdur. Hələlik amerikalıları Rusiyanın Gürcüstan siyasəti düşündürür. Ermənistanın təcavüzkarlığı sənədə belə yazılmır. Belə şərtlər daxilində regionda təhlükəsizliyin və sabitliyin təmini mümkün deyil. Deməli, hələ bir müddət də risklər və təhdidlər mövcud olacaq. Xüsusilə erməni terroru can almaqda davam edəcək. Onun mənfi sonuclarını isə bütün dünya bir daha hiss edəcək. Maraqlıdır ki, bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin özü məlumat yayıb.
Bu qurumun başında duran Daniel Kouts Senata təqdim etdiyi məruzədə 2017-ci ildə Dağlıq Qarabağda müharibənin alovlana biləcəyini vurğulayıb. O, səbəb kimi tərəflərin “güzəştdən imtina etməsi”ni göstərib (bax: Qlava Naürazvedki SŞA: voyna v Karabaxe mojet naçatğsə v 2017 q. / “Eadaily.com”, 12 may 2017).
Deməli, yenə ikili standartlar, yanlış əsaslandırma. Müharibənin alovlanmasının başlıca səbəbi təcavüzkar Ermənistanın cilovlanmaması, ona havadarlıq edilməsi və Azərbaycanın təbii haqlarının real olaraq tanınmaması ilə bağlıdır. Bu müstəvidə Konqresin qəbul etdiyi büdcə sənədi Vaşinqtonun ikili standartlar siyasətinə uyğun olmaqla ədalətdən, haqdan çox uzaqdır!
Newtimes.az

 
  • Oxunub:  22380  |  
  • Tarix:  24-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi

19:21
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
18:01
15 Oktyabr
Bakıda “Dini mərasimlər: tarix, ənənə və hüquq” mövzusunda konfrans keçirilib
17:59
15 Oktyabr
14 oktyabr - Ümumdünya Standartlar Gününə həsr olunmuş seminar keçirilib
17:56
15 Oktyabr
“Lerik şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin icrası başa çatıb
17:42
15 Oktyabr
Lerik rayonunda Piran-Hamarat-Vijaker avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
17:39
15 Oktyabr
2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollara yaxın investisiya qoyulub
17:30
15 Oktyabr
Bakıda Beynəlxalq fermer qadınlar günü qeyd olunub
16:57
15 Oktyabr
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə 202 Proqram qəbul edilib
16:33
15 Oktyabr
Penzada Müslüm Maqomayevin gənclik illərindən bəhs edən musiqili tamaşa göstərilib
16:33
15 Oktyabr
Lerikdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət
16:29
15 Oktyabr
Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb
16:20
15 Oktyabr
Astarada dənizkənarı park-bulvar kompleksinin ikinci hissəsinin tikintisi çərçivəsində yaradılan şəraitlə tanışlıq
16:12
15 Oktyabr
UNEC ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramına başlayır
16:10
15 Oktyabr
“YARAT” da əlliliyi olan insanların iştirakı ilə tamaşa təqdim olunub
15:52
15 Oktyabr
Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllində fəallıq göstərirlər
15:44
15 Oktyabr
Neft-qaz sənayesində rəqəmsal texnologiyaların tətbiqi müzakirə olunub
15:42
15 Oktyabr
Rusiyalı tarixçi-alim Oleq Kuznetsov Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüşüb
15:39
15 Oktyabr
“Astara şəhərinin içməli su təchizatı sistemləri” layihəsinin icrası başa çatdırılıb
15:36
15 Oktyabr
Yunanıstanda QDİƏT-in Parlament Məclisinin növbəti iclası keçiriləcək
15:22
15 Oktyabr
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib
15:05
15 Oktyabr
İqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdədir
14:50
15 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlib
14:44
15 Oktyabr
Lənkəran rayonunda Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub
14:27
15 Oktyabr
Siyavuş Novruzov: Kimliyindən asılı olmayaraq hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək
14:21
15 Oktyabr
“Azərxalça” ASC-nin Lənkəran filialı açılıb
14:07
15 Oktyabr
Dünyanın gənc geoloq alimləri Bakıda toplaşıblar
14:04
15 Oktyabr
Siyavuş Novruzov: Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır
14:02
15 Oktyabr
Ali Məhkəmənin sədri İstanbul beynəlxalq sammitində çıxış edib
13:55
15 Oktyabr
Hikmət Hacıyev: Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət sahəsində ciddi uğurlara imza atıb
13:48
15 Oktyabr
Vüsal Qasımlı: Dövlətimizin başçısının rəhbərliyi ilə "Doing Businnes" islahatlarının ölkədə yeni istiqamətləri müəyyənləşəcək
13:43
15 Oktyabr
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Son 15 ildə Azərbaycan iqtisadiyyatının artım tendensiyası heyranedicidir
13:37
15 Oktyabr
Professor Nərgiz Paşayeva Oksford Universitetinin Kanslerinin Xeyriyyəçilər Komitəsinin daimi üzvlüyünə qəbul edildi
13:32
15 Oktyabr
On beş il: sabit və təhlükəsiz Azərbaycan
13:27
15 Oktyabr
Azərbaycan “National Geographic Traveler Awards 2018” mükafatının ekskursiya turizmi üzrə ilk üçlüyündədir
12:41
15 Oktyabr
Akkan Suver: Prezident İlham Əliyevin 15 illik fəaliyyətinin araşdırılması üçün Əli Həsənovun məqaləsindən dəyərli mənbə kimi istifadə olunacaq
12:35
15 Oktyabr
Azərbaycanın dinamik inkişaf göstəriciləri: qazanılan nailiyyətlər - 2003-2018
12:26
15 Oktyabr
Lənkəran Olimpiya İdman Kompleksi istifadəyə verilib
12:24
15 Oktyabr
Azərbaycandan MDB ölkələrinə 728 milyon dollar dəyərində məhsul ixrac olunub
12:17
15 Oktyabr
Səyyar “ASAN xidmət” davam edir
12:12
15 Oktyabr
Bakı Kitab Mərkəzində Xalq yazıçısı Elçinlə görüş təşkil olunacaq
11:48
15 Oktyabr
Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
11:25
15 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran rayonuna səfərə gəlib
11:17
15 Oktyabr
18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında "Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir " adlı dəyirmi masa
11:08
15 Oktyabr
Möhtəşəm 15 il: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz inkişaf yolu keçib
11:03
15 Oktyabr
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə "BP Azərbaycan" arasında anlaşma memorandumu imzalanıb
10:38
15 Oktyabr
İtaliya Prezident Sarayında möhtəşəm Azərbaycan musiqilərindən ibarət konsert keçirilib
10:04
15 Oktyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
09:28
15 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
15:50
13 Oktyabr
Seçenov Universitetinin rektoru: Mehriban Əliyeva bizim Bakıdakı filialımızı daim dəstəkləyir
15:48
13 Oktyabr
Arzu Nağıyev: Frankofoniya təşkilatının rəhbərliyi də bu qurumun artıq yararsız olduğunu etiraf edir
15:43
13 Oktyabr
Azərbaycan Avtomobil Federasiyası XII Azərbaycan beynəlxalq təhsil sərgisində iştirak edir
15:29
13 Oktyabr
İlham Əliyev: Möhtəşəm və dayanıqlı inkişaf
15:24
13 Oktyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini yubiley münasibətilə təbrik edib
15:20
13 Oktyabr
Hikmət Hacıyev: Ermənistan hər vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur
15:16
13 Oktyabr
Kamilə Əliyeva: Həyata keçirilən siyasət ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır
15:13
13 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycan bütün sahələr üzrə ciddi nailiyyətlər əldə edib
13:32
13 Oktyabr
Avstriya BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib
13:13
13 Oktyabr
Elçin Mirzəbəyli: Beynəlxalq Frankofoniya Təşkilatına sahibliklə bağlı qarşıdurmanın Ermənistanda baş verməsi təsadüfi deyil
13:07
13 Oktyabr
Azərbaycan idmançısı ağırlıqqaldırma üzrə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb
12:51
13 Oktyabr
Arif Məlikovun mahnılarından ibarət konsert təqdim ediləcək
12:45
13 Oktyabr
Dünyanın ən yaxşı muzeylərinin reytinqi açıqlanıb
12:41
13 Oktyabr
Azərbaycanla Pakistan arasında ticarət missiyalarının mübadiləsi müzakirə olunub
12:36
13 Oktyabr
Muxtar respublikada gənclərin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb
11:55
13 Oktyabr
Tahir Rzayev: Azərbaycanda aqrar sahənin daha da inkişafı üçün bütün imkanlar mövcuddur
11:32
13 Oktyabr
MM-in deputatı: Beynəlxalq aləmdə dövlətimizin nüfuzu artıb və mövqeləri möhkəmlənib
10:49
13 Oktyabr
Səfir: Çingiz Aytmatov təkcə qırğız xalqının yox, bütün türk dünyasının fəxridir
10:48
13 Oktyabr
SOCAR “Gazprom”la əməkdaşlığın perspektivlərini müzakirə ediblər
10:44
13 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
17:52
12 Oktyabr
On beş ildə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması sahəsində ardıcıl tədbirlər görülüb
17:50
12 Oktyabr
Xırdalanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+13 +15