Ana səhifə »  Dünya »  Soçi müzakirələri: Putinin iki ciddi addımı və üç mümkün ssenari
A+   Yenilə  A-
Soçi müzakirələri: Putinin iki ciddi addımı və üç mümkün ssenari

Amerika Prezidentinin müxtəlif sərt bəyanatlar verdiyi bir zamanda Rusiya dövlət başçısı geosiyasi əhəmiyyətli iki ciddi addım atıb. Vladimir Putin Soçidə əvvəlcə Angela Merkel, bir neçə gün sonra isə Rəcəb Tayyib Ərdoğanla görüşüb. Hər iki liderlə Yaxın Şərq və Avrasiya üçün əhəmiyyəti olan məsələlər müzakirə edilib. Almaniya ilə əməkdaşlıq hələlik ciddi maneələrlə üzləşirsə, ekspertlər Rusiya-Türkiyə əlaqələrinin inkişaf imkanlarına ciddi qiymət verirlər. Soçidə Putin-Ərdoğan görüşünün geniş məsələləri əhatə etdiyi və tərəflərin nikbin olduğu bildirilir. İki liderin danışıqları bütövlükdə regionda yeni geosiyasi proseslərə təkan verə bilər. Bu baxımdan məsələnin bu tərəfi üzərində bir qədər geniş dayanmaq istərdik.
Geosiyasi zərurət: Ankara-Moskva xəttində hərarət artır
Ekspertlər Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın Soçi görüşünün böyük geosiyasi əhəmiyyətinin olduğunu vurğulayırlar. Onlar iki ölkənin geniş sahədə əməkdaşlığı yeni səviyyəyə yüksəldəcəyinə, iqtisadi-ticari, energetik sferalarla yanaşı, müdafiə sənayesi üzrə də əlaqələrini dərinləşdirəcəyinə inanırlar. Məsələnin bu tərəfi Türkiyənin NATO-nun üzvü olması səbəbindən xeyli düşündürücüdür. Ancaq müasir geosiyasətdə artıq təəccübləndirici bir şeyin qalmadığı da faktdır. Bu günə qədər əməkdaşlığı olmayan ölkələr arasında belə dost münasibət yarana bilir və əksinə, köhnə dostlar ayrılırlar.
Buna misal olaraq Türkiyə-Avropa İttifaqı münasibətlərini göstərmək olar. Ankara bəyan edib ki, yeni müzakirə fəsilləri açılmasa, Aİ ilə vidalaşacaq. Brüssel də öz növbəsində yeni fəsillərin açılmasından söhbət getmədiyini vurğulayıb. Belə çıxır ki, Türkiyə, həqiqətən də, Aİ-dən uzaqlaşa bilər. Bunun fonunda ekspertlər Rusiya-Türkiyə müttəfiqliyi ehtimalının yüksəldiyindən danışırlar.
Burada Amerika faktorunu ayrıca vurğulamaq gərəkdir. Məsələ ondan ibarətdir ki, Donald Trampın ABŞ-ı müttəfiqləri ilə daha yaxın edə biləcək gücdə olmadığı getdikcə daha aydın olur. Onun siyasəti o dərəcədə dağınıqdır ki, əsas məqsədin nədən ibarət olduğunu ekspertlər müəyyənləşdirə bilmirlər. Bir az əvvəl Şimali Koreyanı hədələyən D.Tramp indi Kim Çen Inı görüşə dəvət edir. Başqa tərəfdən, yeni silahların hazırlanması üçün 1 trilyon ABŞ dolları miqdarında vəsait ayırır. Belə görünür ki, Amerika silahlanma yarışını yeni səviyyəyə qaldırır.
Təbii ki, bu kimi hadisələrə dünyanın digər böyük dövlətləri reaksiya verəcəklər. O cümlədən Rusiya və Türkiyə müəyyən addımlar atmalıdırlar. Onu da vurğulayaq ki, V.Putin R.T.Ərdoğandan öncə A.Merkel ilə görüşüb. Almaniya ilə Rusiya arasında münasibətlər heç də ürəkaçan deyil. Soçidə tərəflər Suriya, Liviya, Əfqanıstan məsələlərini müzakirə ediblər. Ayrıca, Ukraynadakı duruma münasibət bildirilib. Bu məsələlərin heç biri üzrə ortaq nəticəyə gəlinməyib. Hətta A.Merkel insan haqları ilə bağlı V.Putinə iradlarını da bildirib.
Bunların fonunda Ərdoğan-Putin müzakirələrinin bütövlükdə qlobal səviyyədə müəyyən təsiri ola biləcəyi nəticəsini çıxarmaq mümkündür. Əslində, V.Putin buna işarə edib. O deyib ki, hazırda Rusiya-Türkiyə münasibətləri xüsusi status alıb. Türkiyə Prezidenti də görüşdən sonra mətbuata verdiyi açıqlamada iki ölkənin atdığı addımların Yaxın Şərqin taleyini dəyişə biləcəyini ayrıca vurğulayıb. Bu, kifayət qədər ciddi hadisədir. İndiyə qədər Türkiyə ilə Rusiya arasında əməkdaşlığın bu səviyyədə qənaətlər əldə etməyə imkan vermədiyi məlumdur. Deməli, ölkə başçıları dünya siyasətində qüvvələr nisbətini dəyişə biləcək addımlar atmağa hazırlaşırlar. Rusiya Prezidentinin dedikləri də bu tezisin əsaslı olduğunu təsdiqləyir.
V.Putin R.T.Ərdoğanla beynəlxalq vəziyyətin aktual və kəskin problemlərini müzakirə etdiklərini, o cümlədən Suriya məsələsi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib. Bir çox istiqamətlərdə Ərdoğanla birlikdə addımlar atdıqlarını ifadə edən V.Putin bunların əhəmiyyətinin yüksək olmasına da işarə edib, eyni zamanda, prezidentlərin atacağı addımların parlamentdə müzakirəsi zərurətini də vurğulayıb.
Ekspertlər bu fikirlərdən belə qənaətə gəlirlər ki, söhbət strateji təsirli tədbirlərin həyata keçirilməsindən gedir. O cümlədən hərbi sahədə tərəflər arasında aparılan danışıqların geniş sahələri əhatə etdiyi vurğulanır. Bu kontekstdə ekspertlər Türkiyənin S-400-ləri alması məsələsini xüsusi qeyd edirlər. Ankara bu məsələ ilə bağlı danışıqların finişə yaxınlaşdığını artıq bəyan edib. Rusiyalı mütəxəssislər hesab edirlər ki, bu, blef deyil və hər iki dövlət hərbi əməkdaşlıqda maraqlıdır. Ayrıca, Türkiyə NATO-nun əsas üzvlərindən biri olduğundan, Moskva üçün onunla hərbi əməkdaşlıq olduqca vacibdir.
Üç ssenari: yeni qüvvələr nisbətinə doğru
Maraqlıdır ki, indi rusiyalı mütəxəssislər Türkiyənin hərbi sahədə ciddi fəaliyyət göstərdiyini və yeni silahlar istehsal etdiyini vurğulayırlar. Xüsusilə zirehlər, radiolokasiya sistemləri və qırıcı təyyarələr sahəsində Ankaranın uğurlar əldə etdiyinə diqqət çəkirlər. Bu, o deməkdir ki, Türkiyənin hərbi sənayesi Rusiya ilə birgə yeni silah istehsalı üçün tamamilə yararlıdır. Lakin bunun üçün əlverişli siyasi mühit olmalıdır.
Problemin çox vacib tərəfi də məhz bundan ibarətdir. Xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz üzrə Ankara ilə Moskvanın ortaq mövqeyə gəlməsi zəruridir. Hazırda Rusiya Suriyada Bəşər Əsədə ciddi dəstək verir, eyni zamanda, PYD ilə əlaqələrini də gücləndirir. Türkiyə isə PYD-ni terror təşkilatı kimi tanıyaraq, onunla hər hansı əməkdaşlığı qəbul etmir. Faktiki olaraq, Suriyanın Türkiyə ilə sərhədində Dəməşqin deyil, PYD-nin bayrağını sancıblar. Ankara bəyan edir ki, indiki hədəfi Münbicdir. Bunun üçün Afrin də azad olunmalıdır. Ancaq Rusiyanın Afrində, Amerikanın isə Münbicdə hərbi qüvvələri var.
Paralel olaraq, Amerika Rakka əməliyyatında kürd silahlı qrupları ilə əməkdaşlığını genişləndirir. Onlar bəzən nümayişkaranə şəkildə Türkiyəyə qarşı hərbi güc göstərirlər. Bunlara baxmayaraq, Türkiyə ordusu Sincardakı PKK mövqelərini və Suriyadakı kürd qruplarını bombalayıb. Buna Vaşinqton və Moskva etiraz etsə də, Prezident R.T.Ərdoğan son çıxışlarının birində bəyan etdi ki, indi əsas məqsəd Münbici azad etməkdir.
Bunlar onu göstərir ki, Suriya ilə İraqda ABŞ, Rusiya və Türkiyə arasında gərgin mübarizə gedir. Ankaranın güzəştə getmək fikri yoxdur. Amerikalılar isə kürd radikal qruplarından əl çəkmirlər. Moskva həm Ankara, həm də PYD ilə işləməyə çalışır. Etiraf etmək lazımdır ki, kifayət qədər mürəkkəb və dolaşıq vəziyyətdir. Bunun fonunda Putinlə Ərdoğanın Soçi görüşündə hansı konkret pozitiv nəticələr ola bilər?
Şübhə yoxdur ki, hazırkı qlobal geosiyasi vəziyyətdə Rusiya ilə Türkiyə əməkdaşlığı yeni səviyyəyə qaldırmalıdırlar. Onlar Avrasiya coğrafiyasında böyük dövlətlərdirlər. Həm də onların Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarında ortaq maraqları az deyil. Hər ikisinə qarşı Qərbin mövqeyi səmimi deyil. Deməli, Moskva və Ankara anlaşmağa məhkumdurlar. Əsas məsələ onların nə dərəcədə ortaq mövqeyə gələ bilməsindədir. Burada üç ssenari ola bilər.
Birincisi, Türkiyə ilə Rusiya strateji müttəfiqlik səviyyəsinə keçə bilərlər. Bu, yuxarıda vurğuladığımız üç regionda geosiyasi dinamikaya yeni tarazlıq verə bilər. Əsrlərdir geniş geosiyasi ərazidə özünü göstərən bir çox ixtilafların kökü kəsilə bilər.
İkincisi, Avrasiyanın iki böyük dövləti əməkdaşlığı inkişaf etdirər, ancaq müttəfiqlik səviyyəsinə yüksəldə bilməz. Bu ssenaridə Yaxın Şərq və Qafqazda müəyyən fikir ayrılığı qala bilər ki, bu da münaqişələrin həllində ciddi əngələ çevrilər. O halda hər iki dövlət daha çox öz maraqları çərçivəsində hərəkət edəcək, strateji məsələlərdə isə aralarında ziddiyyət daha da kəskinləşə bilər.
Üçüncüsü, Moskva və Ankara keçmişin təsirlərindən və hazırda güddükləri maraqlardan yaxa qurtara bilməzlər, onların danışıqları söz səviyyəsində qalar. Bu halda Yaxın Şərq və Cənubi Qafqazda gərgin geosiyasi vəziyyət davam edə bilər, münaqişələrin həlli imkanları minimuma enər. Sonuncu ssenari hər iki ölkəyə xeyir verməz.
Əvvəlki iki ssenaridən biri daha real görünür. Hətta strateji müttəfiqlik belə yarana bilər. Bu ssenaridə Azərbaycan üçün də əlverişli geosiyasi dividendlər meydana gələ bilər. Gözləmək olar ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bütövlükdə regionun maraqlarını daha üstün tutacaqlar və Soçidə verilən bəyanatlardakı fikirlər reallaşacaq. Buna geosiyasi şərtlər tam imkan verir.
Newtimes.az

 
  • Oxunub:  13080  |  
  • Tarix:  24-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2018-ci ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi başa çatıb

17:52
24 Noyabr
“Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində Aran zonası üzrə regional turnir keçirilib
17:51
24 Noyabr
Pakistanın nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib
17:46
24 Noyabr
Professor Timuçin Əfəndiyev: Sankt-Peterburq forumu Azərbaycanın təmsil olunduğu nüfuzlu mədəniyyət tədbirlərindəndir
17:45
24 Noyabr
Səhiyyə naziri Biləsuvarda vətəndaşları qəbul edib
17:43
24 Noyabr
Tahir Budaqov: Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində konkret addımlar atılıb
17:41
24 Noyabr
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi
17:35
24 Noyabr
Sevinc Fətəliyeva: NATO Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir
17:25
24 Noyabr
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib
17:18
24 Noyabr
Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edib
17:14
24 Noyabr
Astanada beynəlxalq parlament konfransı keçiriləcək
17:12
24 Noyabr
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında qərargah danışıqları keçirilib
17:01
24 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
16:53
24 Noyabr
Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
16:43
24 Noyabr
Kiyev meriyası Bakıda aparılan yenidənqurma işləri ilə bağlı təcrübəni öyrənir
16:24
24 Noyabr
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Mərakeşdə təqdimatı keçirilib
16:12
24 Noyabr
Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilir
16:02
24 Noyabr
Britaniyanın dövlət naziri: Əminəm ki, Azərbaycanla müxtəlif sahələrdə əlaqələrimiz genişlənəcək
15:50
24 Noyabr
Nikolay Patruşev və Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı məsələlərini müzakirə ediblər
15:22
24 Noyabr
Mərkəzi Seçki Komissiyasında Qazaxıstan MSK-nın nümayəndə heyəti ilə görüş olub
15:19
24 Noyabr
İtaliyanın populyar turizm portalı Bakının görməli yerləri haqqında yazır
15:11
24 Noyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək
15:09
24 Noyabr
Beyləqanda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
15:03
24 Noyabr
“Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
14:35
24 Noyabr
Qafqaz Müsəlmanları İdarəsinin sədri Sankt-Peterburqda bir sıra görüşlər keçirib
14:24
24 Noyabr
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada növbəti xeyriyyə aksiyası keçirilib
14:21
24 Noyabr
Əhliman Əmiraslanov: 2018-ci ilin dövlət büdcəsi mükəmməl və peşəkarlıqla hazırlanıb
14:19
24 Noyabr
İlham Quliyev: Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir
14:12
24 Noyabr
Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələri müzakirə olunub
14:05
24 Noyabr
Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar investisiya yatırıb
14:02
24 Noyabr
Londonda Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirilən audit yoxlamasının nəticələrinin hesabatı dinləniləcək
14:00
24 Noyabr
Qahirədə keçirilən forumda multikulturalizmin Azərbaycan modelindən danışılıb
13:57
24 Noyabr
UNESCO-da “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı müzakirələr aparılıb
13:53
24 Noyabr
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib
13:48
24 Noyabr
Hikmət Babaoğlu: 2018-ci il dövlət büdcəsini ilk növbədə, sosialyönümlü və milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin edəcək büdcə kimi qiymətləndirməliyik
12:54
24 Noyabr
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib
12:47
24 Noyabr
Milli Gimnastika Arenasında ən güclülər müəyyənləşir
12:31
24 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib
12:29
24 Noyabr
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
12:24
24 Noyabr
Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyi müəyyənləşib
12:20
24 Noyabr
Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər
12:17
24 Noyabr
Bakı Ali Neft Məktəbi Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir
12:11
24 Noyabr
Gələn il İranda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlarının görüşü olacaq
12:03
24 Noyabr
Şahin Mustafayev: Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1400 şirkəti fəaliyyət göstərir
12:00
24 Noyabr
Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans keçirilir
10:56
24 Noyabr
Heydər Əliyev Fondu fəaliyyətini Çin Xalq Respublikasında genişləndirir
10:27
24 Noyabr
UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub
10:18
24 Noyabr
Vüqar Gülməmmədov: Gələn il Hesablama Palatasının büdcəsi 3,8 milyon manat nəzərdə tutulub
10:16
24 Noyabr
Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçiriləcək
10:13
24 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 122 dəfə pozub
21:25
23 Noyabr
Bakıda Latviyanın milli bayramı qeyd edilib
21:17
23 Noyabr
Azərbaycan ilə Tacikistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
21:02
23 Noyabr
M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir
20:55
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilib
19:52
23 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək
19:39
23 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
18:00
23 Noyabr
“ADA” Universitetində Bakı Fond Birjasının “Bilik mübadiləsi” layihəsi çərçivəsində təlim keçirilib
17:50
23 Noyabr
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksək Səviyyəli Afina Toplantısı başa çatıb
17:32
23 Noyabr
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
17:23
23 Noyabr
Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər
17:20
23 Noyabr
Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
17:01
23 Noyabr
MM-də büdcə müzakirələri başa çatıb
16:44
23 Noyabr
Azərbaycanla Pakistan arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq müzakirə olunub
16:41
23 Noyabr
Azərbaycan və Benilüks ölkələri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalanıb
16:34
23 Noyabr
Ziyad Səmədzadə: Gələn il üçün yaşayış minimumu 11 faiz artırılacaq
16:30
23 Noyabr
Bakı-Tbilisi-Qars layihəsi İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Müşavirəsində müzakirə edilir
16:21
23 Noyabr
Gələn il əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq
16:17
23 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlir və xərcləri 3,5 milyard manat proqnozlaşdırılır
16:13
23 Noyabr
Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan polad magistrallarına birləşdirilməsi 2020-ci ildə başlanıla bilər
15:56
23 Noyabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
15:47
23 Noyabr
Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+6 +8