Ana səhifə »  Dünya »  Ermənistanın geosiyasi xülyası: saxta ssenarilərin izi ilə
A+   Yenilə  A-
Ermənistanın geosiyasi xülyası: saxta ssenarilərin izi ilə

Amerika ilə Rusiya arasında Yaxın Şərqdə və Şərqi Avropada mübarizə kəskinləşdikcə, bir sıra dövlətləri qorxu bürüyür. Ermənistan onların sırasında birinci yerdədir. Rəsmi İrəvan iki supergücün savaşması fonunda daha pis duruma düşə biləcəyinin fərqinə varır. Erməni ekspertlər bununla bağlı müxtəlif ssenarilərdən bəhs edirlər. Lakin onların heç biri real arqumentlərə əsaslanmayıb, qondarma xarakter daşıyır. Burada daha çox Amerika və Rusiyaya şikayətlər yer alır. Müxtəlif bəhanələr gətirilərək, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılacağı haqqında absurd fikirlər irəli sürülür. Əslində isə ermənilər anlayırlar ki, bərbad xarici siyasi xətt yeritməklə özlərini dalana salıblar. Oradan çıxış yolu yoxdur. İstədikləri də regionun bütün ölkələrinin də dalana düşməsidir. Məhz bu aspektdə onların böyük səhv etdikləri aydın görünür.
Bombalamadan sonra: rəsmi İrəvanın həyəcanı
ABŞ-ın Suriyada Bəşər Əsəd ordusunu bombalamasından narahat olanlar sırasında Ermənistan da vardır. Bir qədər təəccüblü görünsə də, erməni ekspertlərin şərhləri məhz bu tezisin doğru olduğunu təsdiqləyir. Onlar yaranmış vəziyyətə ənənəvi olaraq İrəvanın müstəqil xarici siyasət yeridə biləcəyi kontekstində baxmayıb, başlıca olaraq ABŞ-Rusiya münasibətlərinin çərçivəsində Ermənistan üçün mövcud situasiyanı analiz etməyə çalışırlar.
Bu zaman erməni ekspertlər iki ssenari üzərində dayanırlar. Birincisi, ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırır. İkincisi, Rusiya bu regionda daha da güclənir (bax: Dva süenariə: Armeniə u opasnoy çertı / “Lragir.am”, 11 aprel 2017). Biz bu ssenarilərin nə dərəcədə real olduğundan bəhs etmək istəmirik. Sadəcə, Ermənistanda analitik dairələrin geosiyasi proseslərin məntiqindən hansı nəticələr çıxardıqlarını vurğulamaq istərdik.
Birinci ssenari real deyil, çünki Vaşinqtonun Moskvanın ənənəvi olaraq güclü olduğu bir bölgədən onu sıxışdırmaq cəhdi mücərrəd görünür. Hələlik mübarizə Yaxın Şərqdə gedir ki, burada da Rusiyanın mövqeyinin zəiflədiyindən danışmağa əsas yoxdur. Amerikanın bir dəfə harasa 59 “Tomahawk” raketi atması Rusiya kimi böyük dövlətlə münasibətlərdə kəskin dəyişiklik edəcəyi anlamına gəlməz. Əksinə, bu hadisədən sonra Kremlin göstərdiyi münasibət onu sübut edir ki, indiki mərhələdə mübarizənin gərginliyindən danışmaq düzgün olardı və Rusiyanın geri çəkilmək niyyəti yoxdur.
ABŞ və Avropanın böyük dövlətləri nə qədər hədə dilində danışsalar da, Moskva eyni qətiyyət və sərtliklə qarşılıq verir. Bu isə o deməkdir ki, Yaxın Şərqdə ABŞ-la Rusiya arasında kompromis ehtimalı daha yüksəkdir. Ən azından yaxın perspektivdə hansısa tərəfin üstünlük əldə etmək imkanı minimumdur. Belə bir şəraitdə Cənubi Qafqazdan Rusiyanın sıxışdırılmasından bəhs etməyin arxasında iki məqsəd dura bilər.
Birincisi, ermənilər blef edərək, özlərinin Moskvadan asılılıqlarını gizlədirlər. Guya onlar Qərbə meyilli, Rusiyadan isə narazıdırlar. Halbuki Ermənistanı ayaq üstdə saxlayan, hərbi baxımdan ona dəstək verən Rusiyadır. Moskva əlini çəkən kimi Ermənistan çökə bilər. Yəni birinci ssenari erməni siyasi şüurunun Qərbə yaltaqlıq jestidir. İkincisi, regiondakı real geosiyasi mənzərəni təhrif etməklə, İrəvan havadarlarına xidmət etmiş olur. Guya ki, Moskva regiondan gedə bilər və bu variantda da Ermənistan şanslı görünür. Bu cür yalanın ortaya atılmasında başqa bir məqam da gizlənib.
Ermənilər Rusiya-Azərbaycan münasibətlərinin normal və bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etməsindən bərk narahatdırlar. Onlar regionun geosiyasi dinamikası ilə bağlı hər bir analitik yanaşmalarında Moskva-Bakı əməkdaşlığını mənfi fonda göstərməyə çalışır, xırda bir anlaşılmazlığı belə böyük bir fikir ayrılığı kimi təqdim etməyə cəhd göstərirlər. Təəssüf ki, buna Rusiyanın bəzi dairələrinin qeyri-səmimi davranışları da rəvac verməkdədir.
Məsələn, rusiyalılar sırasında Dağlıq Qarabağa qanunsuz səfərlər edib, sonra bunu normal hal kimi təqdim edənlər vardır. Nə yazıq ki, Rusiya XİN də bu hallara kifayət qədər obyektiv qiymət verməyən bəyanatlarla çıxış edir. Təbii ki, belə qərəzli yanaşmalar İrəvandakı böhtançıların dəyirmanına su tökür, onlar da Azərbaycan-Rusiya münasibətlərinə ziyan vurmaq üçün müxtəlif addımlar atırlar. Rusiya hüquq-mühafizə orqanlarında ermənipərəst mövqedə olan və təxribata meyilli kadrlar da yox deyildir.
Əsassız ümidlər: erməni rəhbərliyi geosiyasi labirintdə
Ancaq bütün bunlar Moskvanın yeritdiyi siyasətin tam məzmununu təşkil edə bilməz. Kremlin Cənubi Qafqazda Azərbaycan kimi tərəfdaşa böyük ehtiyacı vardır. Bunu Moskvada gözəl anlayır və ona uyğun siyasət yeridirlər. Həmin səbəbdən İrəvanda başa düşürlər ki, Rusiya ilə Azərbaycan arasında münasibətləri korlaya bilmək gücünə malik deyillər. Qalır daxili auditoriya üçün müxtəlif saxta ssenarilər uydurmaq. Bu müstəvidə İrəvanın narahatlığının daha da artacağını təxmin etmək mümkündür. Hətta Ermənistan rəsmi dairələrinin tərəddüdlərinin artmasından da danışmaq olar. Bunun əyani göstəricisi onların geosiyasi proseslərin şərhində əsaslandıqları məntiqdir.
Məsələ ondan ibarətdir ki, erməni ekspertləri və siyasətçiləri regional problemlərdən danışanda bir dənə də olsun iqtisadi, maliyyə, energetik, yaxud mədəni arqument gətirə bilmirlər. Deyək ki, Türkiyəyə qarşı nifrət dolu fikirlər yazanda, Ankara-Vaşinqton münasibətlərini xarakterizə edəndə boş sözlərdən başqa bir fakt göstərə bilmirlər. Onların məntiqi çərçivəsi belədir - Amerika Türkiyəni parçalayacaq, onu regionda zəiflədəcək, strateji müttəfiqlikdən uzaqlaşdıracaq, çünki ermənilərin xoşuna belə gəlir.
Bunun fonunda Rusiyanı pisləməyin arxasında da eyni qondarma arqument dayanır. Konkret olaraq, Moskva ona görə “səhv edir” ki, türklər və azərbaycanlılarla əməkdaşlıq edir. Bu da düz deyil, çünki yenə də ermənilərin xoşuna gəlmir. Bu baza tezisin üzərində min cür məntiqi əllaməlik edir və adını da analitika qoyurlar. Təbii ki, reallıq tamamilə fərqli mənzərəni ortaya çıxarır.
Belə ki, sırf dini faktora görə nə Qərb, nə də Rusiya böyük oyunda Ermənistanın iradəsini müdafiə etməzlər. Onların öz dövlət maraqları var. Ermənistan bu miqyasdakı oyunda yalnız həmin maraqlara uyğun gələnə qədər gedə bilər. Lazım olanda onun başından elə vururlar ki, quyunun dibinə düşür. Tarixdə belə halların çox olduğunu hətta bəzi erməni yazarlar da etiraf edirlər.
Digər tərəfdən, nəyə görə Qərb, yaxud Rusiya birbaşa Ermənistanı sona qədər müdafiə etməlidirlər? Buna heç bir real əsas yoxdur. Çünki İrəvan konkret heç bir addım ata, əməkdaşlıq təklif edə, yaxud layihə həyata keçirə bilmir. Azərbaycan isə 20 ildən çoxdur ki, həm Qərbə, həm də Rusiyaya sübut edir ki, etibarlı və ədalətli tərəfdaşdır. Bakının aktiv iştirak etdiyi, təşəbbüskarı olduğu beynəlxalq energetik, iqtisadi, nəqliyyat, mədəni və təhlükəsizlik layihələri səmərə verməkdədir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TAP, TANAP, “Cənub qaz dəhlizi”, “Yeni İpək Yolu”, Şimal-Cənub nəqliyyat dəhlizi, dialoq və təhlükəsizlik sahəsində “Bakı prosesi”, müxtəlif mədəni tədbirlər, idman oyunlarının təşkili və s. layihələrin əksəriyyəti Azərbaycanın adı ilə bağlıdır, digərlərində isə Bakı aktiv iştirak edir. Özü də bu layihələrdə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində körpü rolunu oynamaqdadır. Bu, əyani olaraq mövcuddur. Bəs Ermənistan hansı addımları atıb?
Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, İran onun üçün həyat yoludur. Ermənistanın enerji ilə bağlı planlarının bir qismi Rusiya ilə, digərləri isə İranla bağlıdır. Hər iki ölkəyə Qərbin, ilk növbədə ABŞ-ın münasibəti məlumdur. Xüsusilə son zamanlar Donald Tramp Rusiya və İrana qarşı çox sərt davranır. Onda Qərb hansı əsasla Ermənistanın geosiyasi əhəmiyyətindən bəhs edə bilər?
Rusiyaya gəldikdə isə, Ermənistanın İranla enerji sahəsindəki əməkdaşlığına Moskvada qısqanclıqla yanaşırlar. Çünki Tehran enerjidə böyük oyunçudur və Rusiyanın maraqlarına zidd olan layihələrə qol qoya bilir. Deməli, Ermənistanın İranla əməkdaşlığına daim Moskvadan məhdudiyyətlər qoyulub və bu, belə də davam edəcək. Həm də bu səbəbdəndir ki, Çin “Yeni İpək Yolu” layihəsində Azərbaycan-Türkiyə xəttinə üstünlük verir.
Bunlar onu sübut edir ki, Ermənistan regionda ən qeyri-müəyyən geosiyasi statusa malik olan ölkə olaraq qalır. Bir sıra erməni ekspertin üzdəniraq proqnozları isə havaya atılan boş güllədən başqa bir şey deyildir. Ermənistan dövlət olaraq Kremlin əmrlərini yerinə yetirməkdən başqa heç bir şeyə yaramır. Əmr qulu isə həmişə istifadə edilib, sonra kənara atılır. Ermənistan həmin səbəbdən keçən əsrin 90-cı illərindən bu yana həmişə geosiyasi “magistral”dan kənarda lazımsız əşya statusunda olub. ABŞ-ın Suriyanı bombalaması bu mənzərədə heç nəyi dəyişməyib.
Newtimes.az

 
  • Oxunub:  13350  |  
  • Tarix:  05-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi uğurlu nəticələr verir

17:55
17 Noyabr
Azərbaycan Texniki Universitetin İdman Sarayının əsaslı təmirdən sonra açılışı olub
17:43
17 Noyabr
Elman Nəsirov: Ermənistan bu gün dalana dirənmiş siyasətin ağır nəticələri ilə üz-üzə qalıb
17:39
17 Noyabr
MDB dövlətləri Məşvərət Şurasının iclasında ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar maraqla qarşılanıb
17:34
17 Noyabr
IDEA Heyvanlara Qayğı Mərkəzində sahibsiz itlərin sterilizasiyası üzrə aksiya keçirilir
17:33
17 Noyabr
Prezident İlham Əliyev: Xoş niyyətlə gələn bütün qonaqlara öz qapılarımızı açırıq
17:00
17 Noyabr
Siyavuş Novruzov: Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
16:55
17 Noyabr
Məlahət İbrahimqızı: Son vaxtlar Avropanın bir sıra strukturları Azərbaycana qarşı qərəzli kampaniyaya başlayıblar
16:53
17 Noyabr
Oqtay Əsədov: Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması ilə bağlı işlərə start verilib
16:29
17 Noyabr
Tur-aksiya zamanı Azərbaycan Ordusunun şanlı aprel qələbəsindən danışılıb
15:43
17 Noyabr
Bakı metrosunda vaqonların təmiri müəssisəsi istifadəyə verilib
15:33
17 Noyabr
Rusiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
15:02
17 Noyabr
Ekspert: Bakı bu paytaxtların hər birini geridə qoydu
14:40
17 Noyabr
İqtisadiyyat naziri Biləsuvarda vətəndaşları qəbul edib
14:34
17 Noyabr
Kənd təsərrüfatı naziri Bərdədə vətəndaşlarla görüşüb
14:21
17 Noyabr
Komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib
14:15
17 Noyabr
Azay Quliyev: Bir qrup beynəlxalq QHT Azərbaycanla Aİ arasındakı proseslərə zərbə vurmağa çalışır
13:58
17 Noyabr
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Ağdaşda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
13:48
17 Noyabr
Ölkəmizdə ödənişli avtomobil yollarının əhatə dairəsi dəqiqləşdirilir
13:15
17 Noyabr
Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatlara mühüm töhfə verir
12:47
17 Noyabr
Pakistanın Sind əyalətinin iş adamları Azərbaycanla əməkdaşlığa dəvət olunublar
12:39
17 Noyabr
Şeyxülislam: Azərbaycanda dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğu böyük nailiyyətdir
12:21
17 Noyabr
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
12:11
17 Noyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
11:58
17 Noyabr
Türkmənistan Azərbaycan Dövlət Dəniz Administrasiyasının təcrübəsindən yararlanacaq
11:20
17 Noyabr
Elman Məmmədov: Danışıqlar prosesinin intensivləşməsi müsbət haldır
11:02
17 Noyabr
Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib
10:45
17 Noyabr
Ərdoğan: Biz Vladimir Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdik
10:34
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
10:27
17 Noyabr
Milli Məclisin bu günkü iclasında bir sıra qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirə edilməsi nəzərdə tutulur
10:23
17 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 117 dəfə pozub
17:59
16 Noyabr
ABŞ-Çin münasibətləri: "Fukidid tələsi", yoxsa yeni perspektivlər?
17:56
16 Noyabr
ADA Universitetində beynəlxalq təhsil üzrə amerikalı ekspertin məruzəsi dinlənilib
17:41
16 Noyabr
Səfir Vladimir Doroxin: Rusiyanın demək olar ki, bütün regionlarının Azərbaycanla ticarət əlaqəsi var
17:28
16 Noyabr
Siyavuş Novruzov: Partiyamızın üzvləri müstəqil ölkəmizin inkişafında aktiv iştirak edirlər
17:07
16 Noyabr
Məktəblilərin Nizami yurdu ilə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb
16:58
16 Noyabr
Gəncədə “Xalqların qədim irsinin qorunması və təbliğində kitabların rolu” adlı konfrans keçirilir
16:13
16 Noyabr
Prezident ilham Əliyev: Azərbaycan 2017-ci ili iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə başa vurur
16:02
16 Noyabr
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
15:51
16 Noyabr
Doqquz ayda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 6,5 faiz artıb
15:43
16 Noyabr
Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb
15:24
16 Noyabr
Rövnəq Abdullayev: SOCAR müxtəlif ölkələrə investisiya qoymağa davam edəcək
15:21
16 Noyabr
Heydər Əliyev Fondu və “Caspian International Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15:09
16 Noyabr
Hikmət Hacıyev: Azərbaycan xarici işlər nazirinin həmsədrlərlə görüşü konstruktiv və substantiv xarakter daşıyıb
15:04
16 Noyabr
Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır
15:02
16 Noyabr
Görkəmli alim və hərbi xadim Kərim Kərimovun anadan olmasının 100 illik yubileyi qeyd edilib
14:59
16 Noyabr
Nərimanov rayon məktəbliləri cənub bölgəsinə yola düşüblər
14:57
16 Noyabr
Bir qrup azərbaycanlı gənc Ermənistanın Tbilisidəki səfirliyi qarşısında etiraz aksiyası keçirib
14:54
16 Noyabr
Şahin Mustafayev: YAP Azərbaycanın davamlı və dayanıqlı inkişafına önəmli töhfələr verir
14:38
16 Noyabr
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi başa çatıb
14:34
16 Noyabr
Rövnəq Abdullayev: Karbamid zavodunun illik gəliri 140-150 milyon dollar olacaq
14:24
16 Noyabr
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
14:21
16 Noyabr
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,7 faiz artıb
14:12
16 Noyabr
Səbailli məktəblilər tur-aksiya çərçivəsində qədim Gəncəyə yola düşüblər
14:09
16 Noyabr
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib
12:58
16 Noyabr
Azərbaycanın və Moldovanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq daha da genişlənir
12:54
16 Noyabr
YAP-ın yaranmasının 25 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:53
16 Noyabr
Mariya Zaxarova: Azərbaycan Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır
12:47
16 Noyabr
Elmar Məmmədyarov Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
12:43
16 Noyabr
Sahibə Qafarova: müstəqil Azərbaycan dövlətinin inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır
12:22
16 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Baş nazirinin birinci müavinini qəbul edib
12:20
16 Noyabr
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının ildönümü qeyd olunub
12:18
16 Noyabr
Bahar Muradova beynəlxalq cinayətlərin qarşısının alınması ilə bağlı qanun layihəsindən danışdı
12:16
16 Noyabr
Azay Quliyev: Azərbaycana qarşı beynəlxalq cinayətlərin bütün formaları törədilib
12:10
16 Noyabr
Parlamentin mədəniyyət komitəsinin iclasında bir sıra qanun layihələri barədə müzakirələr aparılıb
12:03
16 Noyabr
Beynəlxalq Türk Akademiyası türkdilli xalqların yaxınlaşması istiqamətində mühüm işlər görür
12:00
16 Noyabr
Misirli qubernator: Şopinq festivalı iqtisadiyyatın inkişaf etdirilməsi baxımından çox yaxşı ideyadır
11:49
16 Noyabr
Abşeron rayonunun Masazır qəsəbəsində 5 nömrəli tam orta məktəbin açılışı olub
11:44
16 Noyabr
Bölgələrimizlə tanışlıq şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq
11:41
16 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub
11:38
16 Noyabr
Bakıda akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA