Ana səhifə »  Dünya »  Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri
A+   Yenilə  A-
Terrorun yeni təzahürü: dünyaya yayılma təhlükəsinin bir sıra aspektləri

İŞİD müxtəlif ölkələrdə yenə terror hadisələri törədib. Bu prosesin davam edəcəyini bəyanlayıb. Mütəxəssislər bütövlükdə təhlükəli bir tendensiyanın meydana gəldiyindən bəhs edirlər. Söhbət terrorun, sadəcə, geniş məkana yayılmasından deyil, qrupların yeni təşkilatlanma formasına keçə biləcəyindən gedir. Bu da faktiki olaraq qlobal təhlükəsizlik sisteminin formalaşmasına ciddi əngəlin meydana gəlməsi deməkdir. Həmin aspektdə son günlər müşahidə edilən bir sıra hadisələrin geosiyasi qiymətləndirilməsinə ehtiyac duyulur. Burada bəzi regionlarda, o cümlədən Cənubi Qafqazda proseslərin gedişi maraq doğurur. Çünki bu region neçə illərdir ki, erməni terroru ilə üz-üzədir. Ona Ermənistan dövlət səviyyəsində ciddi dəstək verir. Dövlətlə terrorun qovuşduğu bu məkanda yeni terror dalğası hansı geosiyasi problemləri meydana çıxara bilər?
İŞİD-in yayılması: forma, yoxsa məzmun dəyişikliyi?
Terror hadisələrinin artması ekspertlərin verdikləri proqnozların təsdiqini tapdığı qənaətini yaradır. Yaxın Şərqdə İŞİD-i daha çox sıxışdırdıqca, müxtəlif regionlarda partlayışlar da çoxalır. Böyük Britaniya və Almaniyadan sonra Rusiya, İsveç və Misirdə də terror hadisələri baş verib. Onların hamısını İŞİD boynuna götürüb.
Son hadisələrdə əsasən xristian dini məbədləri hədəf kimi seçilib. Onun ən qorxuncu Misirdə baş verib. Burada iki məbəddə baş verən partlayışda onlarla insan həlak olub, çoxlu yaralılar vardır. Rusiyada Kazan şəhərində bütün dinlərin məbədi yandırılıb. Sankt-Peterburq, Moskva, Rostov kimi şəhərlərdə müxtəlif yerlərdən partlayıcılar tapılır, müəmmalı qəzalar baş verir. İsveçin Stokholm şəhərində isə yük maşınını insanların toplaşdığı yerə sürən şəxs İŞİD-in əmrini yerinə yetirdiyini söyləyib.
Suriyada onsuz da terrorun arası kəsilmir. Bu dalğanın orada daha da güclənməsi ehtimalını yüksək hesab edirlər. Ancaq Misirin aktiv terror hadisələrinin hədəfinə çevrilməsi daha düşündürücüdür. Maraqlıdır ki, prezident əs-Sisi ABŞ-a səfər edərək Donald Trampla görüşmüşdü. Orada Misir prezidentinə Vaşinqton böyük dəstək vermişdi. Sisi vətənə qayıdandan az sonra terror hadisələri baş verdi. İndi ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edilib. Ekspertlər hesab edirlər ki, səbəb rəsmi Qahirənin terrorun güclənməsindən çəkinməsindən ibarətdir. Deməli, hesab olunur ki, iki partlayış ötəri deyil, ölkədə konkret təhlükə mənbəyi vardır.
Burada bir məqamı vurğulamaq istərdik. Bir neçə ay əvvəl İsrailin Türkiyədəki səfiri jurnalistə verdiyi müsahibədə olduqca maraqlı fikir bildirmişdi. Daha doğrusu, bu, daha çox xəbərdarlığa bənzəyirdi. İsrail-Türkiyə əlaqələrinin normallaşması üçün ciddi fəaliyyət göstərən təcrübəli diplomat ifadə etmişdi ki, İŞİD-i Suriya və İraqda məhv etmək mümkündür. Lakin bu təşkilat elə çevik və yayğın struktura malikdir ki, bir yerdə sıxışdırıldıqca digər yerlərə yayıla bilir. İŞİD-in Suriya və İraqda məğlub edilməsi, eyni zamanda, onun Rusiya, Afrika və Avropa istiqamətlərində yayılmasına təkan verə bilər. Yəni burada həmin terror təşkilatının özəlliyi nəzərə alınmalıdır.
Yalnız raket və tanklarla onu məhv etmək olmaz. Kompleks tədbirlər görülməli, bütün kommunikasiya xətləri ləğv edilməlidir. Lakin bunu da tam həyata keçirmək mümkün deyil. Çünki İŞİD artıq cəmiyyətlərdə özünə yuvalar qurub. Zahirən sakit və normal görünən adamlar lazım gəldikdə radikallaşa bilirlər. Onlar anlayırlar ki, rahat yaşaya bilməyəcəklər. Ona görə də ən kəskin tədbirlərə əl atırlar. İsveçdə yük maşınını insanların üzərinə sürən adam tutulacağını da əvvəlcədən bilməmiş deyildi. Deməli, hadisəni şüurlu surətdə törədib. Digər olaylarda da analoji məntiq vardır.
İndi Misirdə fövqəladə vəziyyətin elan edilməsi problemin prinsipial həlli deyil. Həm də belə tədbirlər terrorun qonşu ölkələrə, Səudiyyə Ərəbistanına, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə, Türkiyəyə, İrana və sairlərə yayılmayacağına təminat vermir. Deyək ki, sünni dövlətlərində şiələrdən istifadə oluna bilər. Nəticədə, regionda məzhəb qarşıdurması yeni səviyyədə vüsət ala bilər. İŞİD-in buna stimul verəcəyinə qətiyyən şübhə olmamalıdır. Çünki qarışıqlıq onu xilas edə bilər.
Bunlar onu göstərir ki, terrorun yeni dalğası, əslində, bu bəlanın növbəti mübarizə taktikasına keçməsini ifadə edir. Bu mərhələdə terror qrupları əsasən öz varlıqlarını qorumağa üstünlük verə bilərlər. Bunun üçün dünyanın bütün guşələrində hərəkət edə bilmək imkanlarını nümayiş etdirməyə çalışacaqlar. Gözləmək olar ki, onların fəaliyyəti başlıca olaraq iki istiqamətdə - Avropa və Qafqaz-Mərkəzi Asiya-Rusiya-Çin istiqamətlərində aktivləşəcək.
Terror və təhlükəsizlik sistemi: təhdidlər artır
Bu prosesin böyük dövlətlər arasında geosiyasi mübarizənin kəskinləşməsi fonunda baş verməsi düşündürücüdür. Mütəxəssislər ehtiyat edirlər ki, bu kimi analogiyalar dövlətlərin terrora getdikcə daha çox dəstək verməsi əlaməti ola bilər. Onda müxtəlif terror qruplarının arxasında konkret ölkələrin dayanması kimi çox təhlükəli bir nəticə çıxarmaq olar. Bu, təsdiqini taparsa, terrorun kökünü kəsmək çox mürəkkəb olacaq. Eyni zamanda, qlobal təhlükəsizlik sisteminin formalaşması imkanları da xeyli azalmış kimi görünür.
Dünya sisteminin sabitliyini itirməsi yeni geosiyasi nizama keçidi əngəlləyir. Mütəxəssislər çoxdan vurğulayırlar ki, qlobal miqyasda yeni nizama keçid dünya üçün ciddi strateji əhəmiyyət daşıyır. Çünki artıq beynəlxalq hüquq normaları işləmir. İkili standartlar baş alıb gedir. Müxtəlif regionlarda yeni münaqişələr meydana gəlir. Mövcud olanlar isə daha da kəskinləşir. Və bütün bunlar bumeranq kimi qayıdıb terroru daha da alovlandırır. Bəşəriyyət sanki çıxılmaz dairəyə düşür.
Bu analizdən belə nəticə alınır ki, İŞİD-in müxtəlif regionlarda fəallaşması yalnız bu təşkilatın mənfur xisləti ilə bağlı deyil. Bir sıra dövlətlər faktiki olaraq öz qeyri-müəyyən siyasətləri ilə ona imkanlar yaradırlar.
Bir sıra ekspertlərin rəyinə görə, bu cür gedişat meydana yeni terror qruplarını çıxara bilər. Müəyyən mərhələdə İŞİD səmərəsini itirəndən sonra onu əvəz edə biləcək başqa təşkilatı ortaya ata bilərlər. Bu da terrorun tamamilə fərqli bir təzahürdə və miqyasda fəaliyyət göstərə bilməsi deməkdir. Həmin çərçivədə terrorun Cənubi Qafqaza vura biləcəyi zərərin üzərində düşünməyə dəyər.
Məsələ ondan ibarətdir ki, Ermənistan bu regionda birbaşa terror vasitəsilə qonşu dövlətin ərazisinin bir hissəsini işğal edib. Törədilən soyqırımlar, kütləvi qətliamlar, deportasiyalar və etnik təmizləmə siyasəti ilə 25 ildən çoxdur ki, Cənubi Qafqazda təcavüzkar mövqeyini saxlayır. Və dünya buna göz yumur. Deməli, İŞİD-in hələ çatmaq istədiyi aqressivlik səviyyəsinə erməni terror qrupları və rəsmi qurumları çoxdan nail olublar. Təsəvvür edin ki, bu hal İŞİD-in Cənubi Qafqaza yayılması üçün münbit bir şərait yaradır. Çünki bu təşkilat gəlib burada özünə oxşar erməni terror qruplarını tapacaq. Eyni zamanda, rəsmi İrəvanın siyasətinin regionda terrora stimul verdiyini görəcək. Bu səbəbdən Cənubi Qafqazın İŞİD terroruna daha həssas bir bölgə olduğunu qəbul etmək lazım gəlir.
Buradan Mərkəzi Asiyaya nüfuz etməyin yolu görünür. Onun digər marşrutu Əfqanıstandır. Burada artıq xeyli sayda terror təşkilatları uzun illərdir, tüğyan edirlər. İŞİD-in də mövqeyi getdikcə güclənir. Zaman-zaman o, Mərkəzi Asiya dövlətlərinə nüfuz edir. Son olaraq Qazaxıstanda baş verən terror hadisələri bu baxımdan düşündürücüdür. Şimali Qafqazda, Həştərxanda və Rusiyanın bəzi bölgələrində müşahidə edilən proseslər narahatlıq yaradır.
Bunların fonunda, təbii ki, Avropada terror dalğasının yüksəlməsi kifayət qədər təhlükəli görünür. Belə ki, burada qeyri-sabitliyin artması bütövlükdə dünyada meydana çoxlu sayda problemlərin çıxması deməkdir. Aİ-nin yeritdiyi ikili standartlar və miqrantlara qarşı dözümsüzlük vəziyyəti daha da mürəkkəbləşdirir. İndi avropalı siyasətçilər etiraf edirlər ki, son illər xarici siyasətdə ciddi səhvlərə yol veriblər.
Bütün bunlar onu təsdiq edir ki, müxtəlif ölkələrdə terrorun artması təsadüfi hal deyil. İndi yeni səviyyədə dinlərarası düşmənçilik toxumu səpilir. Əsasən müsəlmanların yeni düşmən obrazı yaradılır. Onları xristian dini abidələrini məhv edən zümrə kimi təqdim etməyə başlayırlar. Bunun bir aspekti ermənilərin təbliğat dəyirmanına su tökmək anlamına gəlir. Bütövlükdə isə dünyada dini qarşıdurmanı kəskinləşdirə bilərlər. Bu tendensiya qlobal təhlükəsizlik sisteminin formalaşdırılması üçün olduqca təhlükəli olmaqla geosiyasi risklərin artmasına da təkan verə bilər.
Düşündürücüsü odur ki, bu kimi proseslərdə İŞİD-dən istifadə edilir. Bu da həmin təşkilatın hələ missiyasını tam yerinə yetirmədiyi anlamını verir. Onun dünyaya yayılması yekunda terrorun məzmununu dəyişə bilər. Belə çıxır ki, bəşəriyyət terrorun görünməmiş təzahür forması ilə üz-üzə qala bilər.
Newtimes.az

 
  • Oxunub:  15270  |  
  • Tarix:  26-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

19:06
20 Yanvar
Antonio Gamito: Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkədə multikulturalizm, tolerantlıq ənənələrinin inkişafından xəbər verir
18:57
20 Yanvar
“The Jerusalem Post”: Qanlı “Qara Yanvar” Azərbaycanın müstəqilliyi yolunda başlanğıc nöqtə oldu
18:47
20 Yanvar
Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18:06
20 Yanvar
Naxçıvanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd edilib
17:19
20 Yanvar
Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
13:28
20 Yanvar
Qanlı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti
11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır
15:53
19 Yanvar
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
15:50
19 Yanvar
Çili radiosunun saytında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə yayılıb
15:40
19 Yanvar
Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq
14:13
19 Yanvar
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
14:05
19 Yanvar
YAP İdarə Heyətinin iclası keçirilmişdir
12:54
19 Yanvar
Vergilər naziri ABŞ səfiri ilə görüşüb
12:53
19 Yanvar
20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar
12:45
19 Yanvar
20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
12:42
19 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
12:40
19 Yanvar
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
12:38
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
12:33
19 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
12:30
19 Yanvar
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
12:11
19 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:04
19 Yanvar
20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:53
19 Yanvar
“Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib
11:09
19 Yanvar
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
11:05
19 Yanvar
Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
10:58
19 Yanvar
Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
10:47
19 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
10:45
19 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir
10:35
19 Yanvar
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar
10:24
19 Yanvar
Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
10:23
19 Yanvar
Azərbaycan neftinin bir barreli 70,85 dollara satılır
10:16
19 Yanvar
Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:13
19 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 116 dəfə pozub
21:54
18 Yanvar
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər
21:16
18 Yanvar
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:28
18 Yanvar
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir
20:03
18 Yanvar
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir
19:51
18 Yanvar
İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub
19:46
18 Yanvar
YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
19:27
18 Yanvar
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb
17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub
16:30
18 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşünün protokolu imzalanıb
15:21
18 Yanvar
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
14:51
18 Yanvar
Krakovda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA