Ana səhifə »  Dünya »  Alternativ qlobal sistemlər: yanaşı mövcudluq şansı varmı?
A+   Yenilə  A-
Alternativ qlobal sistemlər: yanaşı mövcudluq şansı varmı?

Sirr deyil ki, müasir dünya sistemi böhran içindədir. Dövlətlərarası münasibətlərdə çətinliklər artır. Sivilizasiyalar və dinlər arasındakı dialoq real olaraq baş tutmur. Fərqli mədəniyyətlərə malik insanların ümumi dil tapması qarşısında əngəllər qalır. Bunların fonunda Yaxın Şərqdə münaqişənin getdikcə daha miqyaslı və qanlı məzmun kəsb etməsi diqqətdən yayınmır. Böyük dövlətlər sanki orada “kim daha çox qan tökə bilər” yarışına giriblər. Siyasi-diplomatik səviyyədə isə fərqli mövqelərin toqquşması aydın görünür. Onların hər birinin insan haqları, sosial inkişaf, siyasi əməkdaşlıq, təhlükəsizlik və s. məsələlər üzrə uyuşmayan prinsiplərə dayandıqları hiss edilir. Mütəxəssislər təbii olaraq bu proseslərə reaksiya verir, münasibət bildirirlər. Biz həmin bağlılıqda Böyük Britaniyanın tanınmış analitiklərindən birinin fikirləri üzərində geniş dayanmağa çalışacağıq. Təbii ki, irəli sürülən tezislərin tam həqiqəti ifadə etdiyini demək olmaz. Lakin bir peşəkar tədqiqatçının yaranmış vəziyyətə münasibəti çox maraqlıdır.
İflasın səbəbləri: daxildə yetişmiş problemlər
“Arzunun ölümü”. Kral Beynəlxalq Münasibətlər İnstitutu - “Chatham House”un direktoru Robin Niblett liberal dünya nizamının indiki vəziyyətini bu cür bədbin tonda xarakterizə edib. Onun gətirdiyi arqumentlər kifayət qədər maraqlıdır. Britaniyalı mütəxəssis qlobal geosiyasi nizamın təkamülü prosesinə maraqlı kontekstdə nəzər salır. İlk fakt kimi Avropa İttifaqının (Aİ) fəaliyyətinin dünya nizamına vurduğu zərəri göstərir.
Belə ki, 50 ildən çox bir müddətdə Avropa İttifaqı “daha sıx əməkdaşlıq naminə ölkələrin suverenliklərini birləşdirməklə yeni liberalizmin avanqardı olub” (bax: Robin Niblett. Liberalism in Retreat. The Demise of a Dream / “Foreign Affairs”, January/February 2017, Volume 96, Number 1, p.115-125). Ancaq bu gün həmin prosesə ciddi şübhələr yaranıb. Onun əsas səbəbi isə Aİ-nin daxili böhranlara düşməsindən ibarətdir. Həmin sırada liberalizm üçün ciddi zərbələrdən biri Böyük Britaniyanın təşkilatı tərk etməsindən ibarətdir.
Bu hadisənin geosiyasi nizamlılıq baxımından mənası liberal dünyagörüşünün təsir dairəsinin məhdudlaşmasıdır. Aİ-nin özü isə coğrafi məkan olaraq genişlənmək əvəzinə daha da məhdudlaşır. Bu da bütövlükdə liberal dünyagörüşünün geri çəkilməsi anlamına gəlir (bax: əvvəlki mənbəyə).
R.Niblett irəli sürdüyü bu tezisin dərin köklərini, təəssüf ki, araşdırmır, yaxud bilərəkdən təqdim etmir. Məsələ belədir ki, Qərbin Aİ-nin timsalında iflasa doğru getməsinin ilkin səbəbi təşkilatın fəaliyyətindəki qüsurlarla sıx bağlıdır. 50 il müddətində Avropa İttifaqı özünü liberal düşüncənin mahiyyətinə zidd olaraq “xristian klubu” kimi aparıb. Sözdə demokratiya və insan haqları olsa da, əməldə fərqli davranışlar özünü göstərib. Təbii ki, bu, dünyanın başqa regionlarında daha yaxşı, demokratik və liberal proseslərin getdiyi nəticəsini çıxarmağa əsas vermir. Aİ bu kontekstdə ona görə əsas analiz hədəfidir ki, məhz Qərb liberal dünya nizamının yaradılmasının təşəbbüskarı və aparıcı kəsimi idi. İndi aydın olur ki, sistemin korlanması da birbaşa “başdakı problemlərlə”, yəni Qərbin daxilində yetişmiş qeyri-obyektiv yanaşmalarla əlaqəlidir.
Bu cəhəti analitiklər əsaslı təhlil etmədikcə, əksinə, onu ört-basdır etdikcə dünyanın liberal nizamı xilas ola bilməyəcək. Təəssüf ki, bunun dərki Qərbdə mövcud olsa da, əməldə ifadəsi yox dərəcəsindədir. Nəticədə, bütövlükdə bəşəriyyət yeni-yeni risklərlə üz-üzə qalmaqdadır.
Müəllif hesab edir ki, burada ABŞ-ın dünya liderliyinə sadiqliyi məsələsi də öz rolunu oynayır. Belə ki, son zamanlar Amerika öz rolunu lazımi səviyyədə yerinə yetirmir (bax: əvvəlki mənbəyə). Buna isə təkan verən şəxslər sırasında Donald Tramp ayrıca yer tutur. R.Niblett “Amerika hər şeydən öncədir” şüarı ilə ABŞ-ın dünya liderliyi rolunu reallaşdıra bilməsinin çox çətin olduğunu vurğulayır. Bunun fonunda başqa bir maraqlı proses gedir.
R.Niblettin fikrinə görə, Barak Obamanın “Asiyaya dönüş” şüarı hələ yerində sayır. Vaşinqton addım atana kimi Pekin Avrasiyanı öz modeli üzrə birləşdirməyə başlayıb. Analitik burada Çinin regional geosiyasi təşkilatlar yaratmaq və “Yeni İpək Yolu” layihəsini həyata keçirmək istiqamətində həyata keçirdiyi proqramları nəzərdə tutur. Burada aparıcı rolun Çinə məxsus olması şübhə yaratmır.
Belə çıxır ki, britaniyalı mütəxəssis Qərb siyasi və analitik şüurunu son zamanlar narahat edən bir faktoru önə çəkir. Əslində, bu məqam, ümumiyyətlə, Qərb siyasi elitasını qayğılandırmaqdan ibarətdir. Onlar belə düşünürlər ki, Amerika dünya liderliyindən çəkildikcə, qlobal səviyyədə Çin və Rusiya Qərb dəyərlərinə uyğun gəlməyən yeni inteqrativ struktur, geosiyasi nizam sistemi yaradacaqlar. Yəni əsas problem liberal dünya nizamı deyil, Qərb dövlətlərinin maraqlarının zədələnməsi narahatlıq yaradır. Onlar dünyada aparıcı rollarını itirmək istəmirlər. Vərdiş etdikləri formada dünya işlərini idarə etməkdən çəkilməyi düşünmürlər.
Çıxış yolu: liberalizmin güzəşti
Bu incə məqamın fonunda Donald Trampın “öncə Amerika” şüarını hər şeydən əvvəl öz təhlükəsizliklərinə təhdid kimi qəbul edirlər. Diqqət etsək, görərik ki, bu özəllik Qərbin, demək olar, hər bir aparıcı mütəxəssisinin gətirdiyi əsas arqumentlərdən biridir. Onlar bəzən bu narahatlığı liberalizmlə populizmin mübarizəsinin kəskinləşməsi kontekstində ifadə edirlər. Onda belə çıxır ki, R.Niblettin gəldiyi bir qənaət doğrudur. Onun fikirlərinə görə, liberal dünya sistemi özünün yaratdığı çağırışlarla üz-üzə qalıb (bax: əvvəlki mənbəyə). Belə olan halda mövcud şərtlər daxilində bir zamanlar demokratiyanı inkişaf etdirən “siyasi enerji və dinamikanı qaytarmaq” (R.Niblettin) mümkün deyildir.
Çıxış yolu nədə ola bilər? Bu bağlılıqda, həqiqətən də, britaniyalı mütəxəssis maraqlı və düşündürücü tezis irəli sürür. Müəllifin fikrinə görə, qlobal miqyas üçün nəzərdə tutulan liberal nizam daha “təvazökar” bir layihəyə transformasiya edə bilər. Bu, “fərqli siyasi sistemləri əhatə edən liberal dünya iqtisadi nizamı ola bilər” (bax: əvvəlki mənbəyə). Yəni Qərb siyasi-ideoloji və mədəni inteqrasiya iddialarından əl çəkməlidir. Əvvəlki miqyasda və intensivlikdə öz dəyərlərini (əsasən siyasi mahiyyətli) dünyaya yaymaqdan imtina etməlidir. Başlıca olaraq diqqəti iqtisadi faktora yönəltməlidir.
Burada da iki mərhələni ayırmaq lazımdır. Onların biri yaxın perspektivdə reallaşa biləcək məqsədlərdir. Buraya demokratlarla onların qeyri-liberal tərəfdaşları arasında yanaşı yaşaya bilmək üsulunun tapılması daxildir. Uzaq perspektivdə isə liberal demokratiya dünyada dominant vəziyyətini bərpa edə bilər (bax: əvvəlki mənbəyə).
Nəzəri baxımdan son dərəcə düşündürücü, praktiki olaraq isə maraqlı qənaətlərdir. Çünki onlarda faktiki olaraq dünyanın bundan sonra hansı mexanizm əsasında geosiyasi bütövləşməsi imkanları qaldırılıb. R.Niblett, əslində, ehtiyatlı bir formul irəli sürür. Birincisi, o görür ki, indiki şəraitdə liberalizm, yaxud qeyri-liberal dünyagörüşünün qəti qələbəsi mümkün deyil. Buna çoxlu sayda maneələr vardır. Ayrı-ayrı dövlətlərin maraqlarından tutmuş, siyasi institutların zəifliyinə qədər geniş spektrdə çətinliklər mövcuddur.
Eyni zamanda, bir sıra ölkələr sürətlə inkişaf edir, qlobal siyasətdə söz sahibi olurlar. Bütövlükdə dünya siyasi səhnəsində böyük oyunçuların sayı artır. Lakin onların hamısı beynəlxalq münasibətlərə Qərbin gözü ilə baxmaq istəmirlər. Buraya dinlər və sivilizasiyalar arasında olan ixtilafları da əlavə etmək gərəkdir. Nə qədər dialoqa can atılsa da, intriqalar hələlik üstünlük təşkil edir.
İkincisi, ixtilafların daha da dərinləşib, liberalizmin tamamilə şansını itirməməsi üçün R.Niblett qeyri-liberalizmə müvəqqəti güzəşt etməyi təklif edir. Bu da ifadəsini qeyri-liberal siyasi sistemə malik dövlətlərin də liberal iqtisadi inteqrasiya prosesində iştirakını təmin etməklə bağlıdır. Görünür, bunda da mütəxəssis zaman keçdikcə əyani olaraq insanların liberal düşüncənin üstünlüyünü anlayacaqlarına stavka edir. Çünki o əmindir ki, uzaq perspektivdə məhz liberal dünya nizamı qalib gələcək.
Təbii ki, R.Niblettin bu qənaətində nə dərəcədə haqlı olduğunu zaman göstərəcək. Ancaq indiki halda aydın olur ki, Qərbin siyasi və ideoloji dairələri liberal dünya nizamının laxladığını qəti olaraq qəbul ediblər. Onlar alternativi istisna etmirlər. Bu cür vəziyyətdə manevr etmək daha uyğun görünür. Alternativ siyasi-ideoloji sistemləri inkar etməməkdə liberalizmin də mövcudluğunu legitimləşdirmək istəyi durur.
Həm də bu manevr iki fərqli sistemin yanaşı yaşamasını təmin edir, ancaq mübarizə də dayanmır. Deməli, əslində, mütəxəssis savaşın məzmununu və formasını dəyişməyə üstünlük verir. Belə bir mövqenin dünyanı hansı situasiyaya apara biləcəyini indidən demək çətindir. Bununla yanaşı, artıq analitik təfəkkürün qlobal problemlərdən çıxış yolu aradığı aydın görünür. Bu da müsbət haldır.
Newtimes.az

 
  • Oxunub:  12570  |  
  • Tarix:  21-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

16:16
15 Dekabr
Prezident İlham Əliyev: Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir
15:56
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilib
15:53
15 Dekabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:48
15 Dekabr
Siyavuş Novruzov: Həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil
15:19
15 Dekabr
Qara dəniz ölkələri Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən fəal istifadə etməyə çağırılıb
15:14
15 Dekabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb
15:08
15 Dekabr
Prezident İlham Əliyev “Baku Steel Company” MMC-nin Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib
15:02
15 Dekabr
Mahmud Məmməd-Quliyev: Dağlıq Qarabağ münaqişəsi Qara dəniz ölkələri arasında regional layihələrə maneə olur
14:46
15 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Salyanda vətəndaşlarla görüşüb
14:42
15 Dekabr
Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir
14:32
15 Dekabr
Bakıda “İslam Həmrəyliyi İli” çərçivəsində yekun beynəlxalq konfrans keçiriləcək
14:29
15 Dekabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclasında iki qanun layihəsinə baxılıb
14:24
15 Dekabr
Azərbaycan-Böyük Britaniya əlaqələrinin enerji istiqaməti müzakirə olunub
14:18
15 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edəcək
14:13
15 Dekabr
Nazir müavini: Təhsil Nazirliyi doktoranturanın təkmilləşdirilməsi işlərini davam etdirir
14:12
15 Dekabr
Ömrünü Azərbaycan təbiətinin tədqiqinə həsr etmiş görkəmli alimin xatirəsi yad olunub
14:06
15 Dekabr
Malayziyada “Heydər Əliyev” kitabının malay dilində nəşrinin təqdimatı olub, “Azərbaycanı kəşf et” sərgisi açılıb
14:02
15 Dekabr
"Van Shopping Fest-2018" Azərbaycan ilə Van arasında turizm axınını artıra bilər
14:00
15 Dekabr
Bakıda “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib
13:49
15 Dekabr
Bakı Ali Neft Məktəbində “CİSCO”nun Şəbəkə Akademiyasının yaradılması qərara alınıb
12:45
15 Dekabr
Sumqayıtda Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq
12:43
15 Dekabr
YAP-ın 25 illik yubileyi münasibətilə keçirilən “700 min ağac əkək” kampaniyası çərçivəsində 250 mindən artıq ağac əkilib
12:40
15 Dekabr
AMEA-nın prezidenti: Akademiya elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edir
12:33
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıtda “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub
12:28
15 Dekabr
Azad Rəhimov: Gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr həyata keçirilir
12:27
15 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:21
15 Dekabr
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib
12:11
15 Dekabr
Bakıda Azərbaycanın UNESCO-ya üzvlüyünün 25 illiyi qeyd olunacaq
12:03
15 Dekabr
Sumqayıtda Bayraq Muzeyinin açılışı olub
11:58
15 Dekabr
ADA Universitetində "Big Data" Tədqiqat Mərkəzi fəaliyyətə başlayıb
11:47
15 Dekabr
Kolumbiya Senatında Azərbaycanla bağlı təqdimat keçirilib
11:41
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında olub
11:32
15 Dekabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
11:26
15 Dekabr
Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilir
10:58
15 Dekabr
Türkiyə XİN: Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır
10:53
15 Dekabr
Azərbaycan ilə Britaniya arasında 23-ə yaxın layihə uğurla həyata keçirilib
10:49
15 Dekabr
Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
10:31
15 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
10:25
15 Dekabr
İqtisadiyyat naziri Britaniya şirkətlərini Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib
10:23
15 Dekabr
Parisdə azərbaycanlı girovlara həsr edilmiş konfrans keçirilib
10:19
15 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 128 dəfə pozub
10:15
15 Dekabr
Azərbaycan əhalisinin sayı 9,9 milyon nəfərə çatır
17:55
14 Dekabr
Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb
17:52
14 Dekabr
Hadi Rəcəbli: Aparılan islahatlar sosial xidmət sisteminin daha da inkişaf etməsinə və səmərəliliyinin artmasına təkan verir
17:51
14 Dekabr
Tərtər rayonunda 4 min ağac əkilib
17:38
14 Dekabr
Nizami rayonunda “Hərəyə bir ağac əkək” aksiyası keçirib
17:37
14 Dekabr
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qılıncoynatma Federasiyasının konqresində iştirak edib
17:34
14 Dekabr
“700 min ağac əkək” kampaniyası çərçivəsində Biləsuvarda növbəti ağacəkmə aksiyası keçirilib
17:28
14 Dekabr
“The Jerusalem Post”: Ermənistan terrorçuların populyarlaşdırılmasını dəstəkləməklə faşizmi dövlət siyasətinə çevirib
17:13
14 Dekabr
YAP Siyəzən rayon təşkilatı “700 min ağac əkək” kampaniyasına start verib
16:37
14 Dekabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
16:18
14 Dekabr
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
16:08
14 Dekabr
Gündüz İsmayılov: Bəzi dini qruplar məqsədli şəkildə dini kimliyimizlə milli kimliyimizi qarşı-qarşıya qoyurlar
15:37
14 Dekabr
Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizəyə həsr olunan beynəlxalq konfrans davam edir
15:20
14 Dekabr
YAP Qax rayon təşkilatının üzvləri ağacəkmə kampaniyasına fəal qoşulublar
15:15
14 Dekabr
Tahir Rzayev: Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır
15:08
14 Dekabr
Nazir: Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 mlrd. dollardan çox investisiya qoyub
15:05
14 Dekabr
Ekspert: Azərbaycan həm də müsəlman ölkəsi kimi birincilərdən olduğunu əməli fəaliyyəti ilə sübuta yetirir
14:32
14 Dekabr
YAP-ın yaradılmasının 25 illiyi münasibətilə partiyanın Səbail rayon təşkilatının gördüyü işlər müzakirə edilib
13:46
14 Dekabr
İsa Həbibbəyli: İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur
13:40
14 Dekabr
Vitse-spiker: Bu təhlükə Avropanın özünə yaxınlaşdıqda münasibət bildirməli olur
13:37
14 Dekabr
Musa Quliyev: Proqramların uğurla reallaşması nəticəsində respublikamızda yüzminlərlə yeni iş yeri açılıb
13:30
14 Dekabr
Tbilisidə GUAM PA-nın 10-cu sessiyası keçiriləcək
12:48
14 Dekabr
Bakının "Ekspo 2025" Ümumdünya sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib
12:31
14 Dekabr
Fövqəladə hallar naziri: FHN xilasediciləri bu il çimərliklərdə 296 nəfəri xilas ediblər
12:15
14 Dekabr
Azərbaycan media təmsilçiləri İstanbulda səfərdədirlər
12:11
14 Dekabr
Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
11:58
14 Dekabr
Azərbaycan Prezidentinin İƏT-in zirvə görüşündəki çıxışı Türkiyə mediasında geniş işıqlandırılıb
11:35
14 Dekabr
İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında İƏT Gənclər Forumunun fəaliyyəti dəstəklənib
11:20
14 Dekabr
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7