Ana səhifə »  Dünya »  Suriyadakı bombalar: geosiyasi risklərə verilən təkan
A+   Yenilə  A-
Suriyadakı bombalar: geosiyasi risklərə verilən təkan

Son vaxtlar Suriyada hadisələr çox təhlükəli istiqamətdə cərəyan edir. Amerikanın Bəşər Əsəd ordusuna məxsus hərbi bazanı bombalamasından sonra vəziyyət daha da gərginləşib. Rusiyanın təpkisi çox sərt olub. Moskva hətta savaşla hədələyib. Bəşər Əsəd də kəskin mövqe bildirib. İranın reaksiyası kifayət qədər tez özünü göstərib. Tehran Amerikaya qarşı addım atılmasını tələb edir. Regionun böyük dövlətləri olan Səudiyyə Ərəbistanı və Türkiyə də öz mövqelərini açıq ifadə ediblər. Ər-Riyad sevincini prezident Donald Trampa telefonla çatdırıb. Ankara isə daha təmkinli və böyük dövlətlərə xas güclü mövqedədir. Türkiyə Suriyada problemin kökündən həll edilməsini vacib sayır. O, nə Ər-Riyad kimi ifrat sevinir, nə də kənarda qalmaq istəmir. Türkiyə məsələnin həllində özünün rasional iştirakına çalışır. ABŞ və Rusiya da siyasətlərini bu əsasda qurmaqdadırlar.
Zərbə: ABŞ yumruğunu endirdi
Amerikanın Suriya ordusuna məxsus hərbi bazanı bombalamasından sonra dünya siyasəti əməlli-başlı qarışıb. Vaşinqton İdlibin Xan-Şeyhun bələdiyyəsinə aid ərazidə B.Əsəd rejiminin kimyəvi silah tətbiq etdiyini əsas gətirərək, “Tomahawk” raketləri ilə bazaya zərbə endirib. Bir neçə qırıcı məhv edilib, əsgərlər həlak olublar. Bu hadisədən dərhal sonra prezident D.Tramp amerikalılara və dünyaya müraciət edərək, atdıqları addımın məntiqli olduğunu vurğulayıb. ABŞ-ın müttəfiqləri də onu dəstəkləyiblər. O cümlədən Böyük Britaniya və Türkiyə razılıqlarını bəyan ediblər.
Lakin Ankara Amerikanın sona qədər hərəkət etməsini gözlədiyini də ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun atdığı addımı doğru saydığını desə də, bunun kifayət etmədiyini də qeyd edib. Səudiyyə Ərəbistanının kralı Salman D.Trampa birbaşa telefon edərək, onu təbrik edib. Amerikanın çox doğru iş gördüyünü vurğulayıb.
Rusiya və İran isə dərhal əks-reaksiya veriblər. Onlar Vaşinqtonun regionda vəziyyəti gərginləşdirməkdə davam etdiyini vurğulayıblar. Vladimir Putin və Həsən Ruhani ABŞ-ın “qırmızı cizgiləri keçdiyini” bildiriblər. Bu səbəbdən də “bundan sonra hər atılan addıma cavab verəcəklərini” bəyanlayıblar (bax: Rusya ve İran’dan ortak açıklama: Artık her türlü saldırıya karşılık vereceğiz / “Habertürk”, 9 aprel 2017).
Bundan başqa, Moskva və Tehran Amerikanın hücumunu beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Özlərinin situasiyaya müdaxiləsini isə tam normal hesab edirlər. Onlar B.Əsəd rejiminin dəvəti ilə Suriyada olduqlarını bildirirlər. Rəsmi Dəməşq də Vaşinqtonun hərəkətinə kəskin etirazını ifadə edib və artıq Qərb koalisiyasının qırıcılarını vuracağını bildirib.
Maraqlıdır ki, Avropada bu hadisələrə daha çox Böyük Britaniya reaksiya verib. Xarici işlər naziri Boris Conson Moskvaya olacaq səfərini təxirə salıb. Müdafiə naziri Maykl Fallon isə Putini “kuklaçı” adlandırıb (bax: İngiltere Savunma Bakanı’ndan Rusya açıklaması / “Habertürk”, 9 aprel 2017). O, B.Əsəd rejiminin kimyəvi silah tətbiq etməsində Rusiyanın məsuliyyət daşıdığını bildirib. Nazir “Rusiya Əsədin əsas dəstəkçisidir”, - deyərək Kremlin bu mövqeyindən dərhal çəkilməli olduğunu bəyan edib. Bununla yanaşı, Fallon Rusiyanı Suriya məsələsində əməkdaşlığa da dəvət edib.
Ankaranın baş verənlərə aktiv reaksiyası tamamilə gözlənilən idi. Ekspertlər Türkiyənin Suriyada təbii haqlarının olduğunu vurğulayırlar. Bundan başqa, Ankara regionda həm Qərb, həm də Rusiya-İran cütlüyü ilə əməkdaşlıq edir. Bir sıra ekspertlər Türkiyənin hansı tərəfi - ABŞ-ı, yoxsa Rusiyanımı dəstəkləyəcəyi sualını qaldırırlar.
Buna cavab olaraq xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankaranın belə bir problemi yoxdur. O, həmin kontekstdə bəyan edib: “Biz Rusiya ilə ABŞ arasında seçim etmək məcburiyyətində olan bir ölkə deyilik. Əlaqələrimizi tarazlı şəkildə qururuq” (bax: Çavuşoğlu: Rusya’yla ABD arasında tercih yapmak zorunda değiliz / “Habertürk”, 9 aprel 2017).
Regionda savaş: təhdidlər və risklər fonunda
Türkiyəli nazir sözlərinə davam edərək, Əsəd rejiminin əvvəllər də kimyəvi silah tətbiq etdiyini, lakin bunun cəzasız qaldığını ifadə edib. Buna görə də B.Əsəd bir daha bu işi görməyə cəsarət edib. Rusiya isə ona əngəl olmur. M.Çavuşoğlu bunları dəfələrlə Moskva ilə müzakirə etdiklərini, ancaq Kremldən bir cavab ala bilmədiklərini söyləyib.
Ankara, eyni zamanda, Qərb koalisiyasının üzvü kimi də Suriyadakı hərəkatda iştirak edir. ABŞ-ın bombardmanını da həmin kontekstdə dəstəkləyir. Lakin bu, qaneedici deyil. Çünki başlıca məqsəd B.Əsəd rejiminin çökdürülməsi olmalıdır. Bunu isə, Vaşinqton həmin istiqamətdə sistemli və ardıcıl addım atmadığından, indi demək imkansızdır (bax: əvvəlki mənbəyə).
Bundan başqa, ABŞ və Rusiya Suriyada PYD-yə dəstək vermək uğrunda yarışa qoşulublar. Bunu ilk dəfə söylədiyini bildirən M.Çavuşoğlu Vaşinqton və Moskvanın qəribə bir arqument gətirdiklərini ifadə edib. Hər ikisi hərəkətlərini belə əsaslandırıblar ki, əgər PYD-ni öz tərəflərinə çəkməsələr, qarşı cəbhəyə keçəcək. Yəni terrorçuları ona görə dəstəkləyirlər ki, ondan öz məqsədləri üçün istifadə etsinlər, eyni zamanda, qarşı tərəf də bundan yararlana bilməsin. Bu isə çox təhlükəli və süni bir oyundur. Çünki istənilən halda iki böyük dövlət terror təşkilatı ilə əməkdaşlıq etmiş olur. Bu, nonsensdir. Başqa ölkələrin də öz maraqları üçün müxtəlif terror qruplarından istifadə haqqına hüquqi əsas vermək deməkdir. Təbii ki, belə bir hal beynəlxalq hüququn tamamilə iflic halına salınması anlamını verir.
Vurğulanan məqamlar onu göstərir ki, Suriya məsələsində böyük dövlətlər arasında yeni miqyasda ziddiyyətlər qabarır. Əsasən ABŞ və Rusiya gərgin mübarizəyə girişiblər. Onlar bu savaşda kimin qalib gələcəyini bütövlükdə dünya liderliyi ilə birbaşa əlaqələndirir, həmin səbəbdən çox təhlükəli manevrlər edirlər.
Amerika və Rusiya Yaxın Şərqlə kifayətlənməyərək, Şərqi Avropa və Qafqazda da sərt rəqabətə meyil edirlər. Ekspertlər bunun əlamətləri barədə danışırlar. Onlar hesab edirlər ki, Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiya uğrunda həlledici savaş mərhələsi başlayıb. D.Trampın getdikcə daha sərt mövqe tutduğu aydın hiss edilir. V.Putin də mövqeyindən bir addım belə çəkilmir. O hətta Suriya səmasında savaş ola biləcəyini də vurğulayır. Şübhəsiz ki, İran bu məsələdə Moskvanın yanındadır. Tehranın başqa yolu da yoxdur. Çünki Qərbin Suriyadan sonra ona qarşı nələr edə biləcəyini yaxşı bilir. Əslində, Rusiya da Suriyada özünü qoruyur.
Avropanın böyük dövlətlərindən yalnız Böyük Britaniya Amerikanı aktiv dəstəkləyir. Fransa və Almaniya Vaşinqtonun sərt addımlarına isti baxmırlar. Onlar Aİ-nin zəifləməsində Amerikanı günahkar bilirlər. Xüsusilə NATO məsələsində narazılıqları vardır. Təsadüfi deyil ki, Avropa ordusunun yaradılmasından daha çox Berlin və Paris danışır. Deməli, Yaxın Şərqdə ABŞ-Avropa əməkdaşlığı heç də tam aydın olan məsələ deyil.
Türkiyənin buradakı mövqeyi olduqca maraqlıdır. Ankara müstəqil söz sahibi olmaq iddiasını gizlətmir. Vaşinqton da müəyyən mənada onu dəstəkləyir. Ancaq Amerika daha çox “sözəbaxan” Türkiyə görmək arzusundadır. Digər tərəfdən, İsrailin maraqlarının təmin edilməsi problemini unutmaq olmaz. Təl-Əviv İrana qarşı çox sərt mövqe tutur. Hətta onun məhv edilməsinə çalışır. Bu isə region dövlətləri üçün sərfəli deyil. Bütövlükdə müsəlman dövlətlərinin hamısı arzuolunmaz vəziyyətdə qala bilər.
Başqa maraqlı məqam ondan ibarətdir ki, Ankara getdikcə daha qətiyyətli surətdə regionda və dünyada mövqeyini möhkəmlədir. Aydın olur ki, Türkiyənin potensial imkanları olduqca güclüdür. Bütün sahələrdə, o cümlədən hərbi aspektdə o, özünü təmin edə bilər. Yeni idarəetmə sisteminə keçid də bu istiqamətdə Ankaranı daha qətiyyətli işlər görməyə sövq edə bilər. Bu da regionda Türkiyənin ABŞ və Rusiya ilə çətin mübarizə apara biləcəyini göstərir. Belə proqnoz vermək olar ki, Türkiyə regionun əsas söz sahibi olmaq istiqamətində təşəbbüslərini daha da inkişaf etdirəcək.
Deməli, Yaxın Şərqin geosiyasi mənzərəsinə yeni gərgin çalarlar əlavə olunur. Böyük dövlətlər qəti uğur əldə etməyə çalışırlar. Bu da onlar arasında savaşın daha geniş məkanlara sıçramasına təkan verə bilər. Konkret olaraq, Qafqaz və Mərkəzi Asiyada geosiyasi həssaslıq arta bilər.
Newtimes.az

 
  • Oxunub:  8430  |  
  • Tarix:  13-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan jurnalistləri sosial şəbəkələrdə “İlham Əliyevin dostları” səhifəsi yaradıblar

16:54
22 Avqust
Sabiq Prezident Petar Stoyanov: Azərbaycan çox gözəl, nadir və tolerant ölkədir
16:51
22 Avqust
Azərbaycan şahmatçıları Abu-Dabidə keçirilən beynəlxalq festivalın liderləri sırasındadırlar
16:39
22 Avqust
Tahir Rzayev: Dövlət proqramlarının icrası ötən dövr ərzində bölgələrdə infrastruktur və keyfiyyət dəyişiklikləri yaradıb
16:36
22 Avqust
Güləşçimiz Elvin Mürsəliyev dünya çempionatının yarımfinalına yüksəlib
16:19
22 Avqust
Piter Teyz: Azərbaycanda müxtəlif dinlərə və etnik qruplara mənsub insanlar əsrlər boyu bir ailə kimi yaşayıblar
15:55
22 Avqust
Misirin İsgəndəriyyə Kitabxanasının direktoru: Bakının dünya üçün vacib məsələlərin müzakirəsini təşkil etmək ənənəsi formalaşıb
15:27
22 Avqust
Hikmət Çətin: Azərbaycan qlobal tədbirlərin keçirildiyi məkana çevrilib
15:16
22 Avqust
ABŞ təmsilçisi: Qlobal Gənc Liderlər Forumu gələcək uğurlarımızda bir açar ola bilər
15:09
22 Avqust
“Qarabağ” oyunöncəsi Danimarkada son məşqinə çıxacaq
15:00
22 Avqust
Elmar Məmmədyarov İtaliyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
14:08
22 Avqust
“Gəncə Marafonu-2017”də artıq 1000-dən çox iştirakçı qeydiyyatdan keçib
14:04
22 Avqust
Rusiya ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib
13:55
22 Avqust
Gürcüstan Prezidenti Azərbaycana minnətdarlıq edib
12:59
22 Avqust
Sevinc Hüseynova: Dövlət başçısının hər bir səfəri bölgələrimizin yeni-yeni uğurları ilə müşaiyət olunur
12:54
22 Avqust
Sabah paytaxtda hava günəşli olacaq
12:18
22 Avqust
Füzulidə barama istehsalı 8 dəfə artıb
12:16
22 Avqust
Rusiyanın Birinci kanalında “Jara-2017” çərçivəsində Qriqori Lepsin yaradıcılıq gecəsi yayımlanacaq
11:55
22 Avqust
Ermənistan silahlı qüvvələrində növbəti biabırçılıq
11:40
22 Avqust
Qlobal Gənc Liderlər Forumunun ikinci iş günündə qadın və kişi liderliyi mövzusu müzakirə edilib
11:09
22 Avqust
Peru Azərbaycanın neft-qaz sahəsindəki təcrübəsindən istifadə etməyə maraqlıdır
10:37
22 Avqust
Şamaxıda 40 min tonadək taxıl istehsal olunub
10:29
22 Avqust
Azərbaycan FHN-in helikopteri Gürcüstandakı meşə yanğınlarının söndürülməsində iştirak edir
10:25
22 Avqust
Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 134 dəfə pozub
10:20
22 Avqust
Ruslana: Azərbaycan mənim üçün doğma yerdir
18:12
21 Avqust
Samuxda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işləri davam etdiriləcək
17:59
21 Avqust
Azərbaycan jurnalistləri "İlham Əliyevin dostları" səhifəsi yaradıblar
17:46
21 Avqust
Aydın Hüseynov: Yeni iqtisadi siyasi kurs çərçivəsində aparılan islahatlar öz bəhrəsini verir
17:42
21 Avqust
Ermənistan silahlı qüvvələrinin zabiti intihar edib
17:25
21 Avqust
Bu ilin 7 ayında Dövlət Məşğulluq Xidmətinin xətti ilə 35,8 min nəfərdən çox şəxs münasib işlərlə təmin edilib
17:07
21 Avqust
Hikmət Çətin: Qlobal Gənc Liderlər Forumu üzləşdiyimiz problemlərin həllinə töhfə verəcək
17:03
21 Avqust
Rafiq Məmmədhəsənov: «Turizm haqqında» yeni qanun bu sahənin inkişafına böyük təkan verəcək
16:39
21 Avqust
Daniel Qoldstern: Qlobal Gənc Liderlər Forumu gənclərin öyrənmələri üçün yaxşı platformadır
16:37
21 Avqust
Prezident İlham Əliyev: Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq
16:16
21 Avqust
Rasim Musabəyov: Erməni tərəfi anlayır ki, Azərbaycanın hərbi qüdrəti xeyli artıb
15:59
21 Avqust
Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə Gürcüstana helikopter göndərib
15:56
21 Avqust
Azərbaycan Prezidenti: Bundan sonra kənd təsərrüfatı ancaq məhsuldarlığın artımı hesabına inkişaf etməlidir
15:55
21 Avqust
İsmail Serageldin: Gələcəyin liderləri ilə birlikdə işləmək qısa müddətdə öz faydasını verəcək
15:50
21 Avqust
Elman Nəsirov: Minsk qrupu münaqişənin həlli ilə bağlı üzərinə düşən məsuliyyətə uyğun fəaliyyət ortaya qoya bilməyib
15:14
21 Avqust
Petar Stoyanov: Bakı vacib çağırışların müzakirə edilməsi baxımından əhəmiyyətli platformaya çevrilib
14:51
21 Avqust
Ankarada keçirilən beynəlxalq festivalda “Azərbaycan gecəsi” təşkil olunub
14:17
21 Avqust
Prezident İlham Əliyev: Yol infrastrukturuna görə Azərbaycan indi dünya miqyasında qabaqcıl yerdədir
14:13
21 Avqust
Ümumdünya Yay Universiadasının taekvando yarışlarında Azərbaycanı 12 idmançı təmsil edəcək
14:02
21 Avqust
“Kopenhagen”–“Qarabağ” matçını ispaniyalı hakimlər briqadası idarə edəcək
13:55
21 Avqust
Prezident İlham Əliyev Qlobal Gənc Liderlər Forumunda iştirak edən sabiq dövlət və hökumət başçılarını qəbul edib
13:51
21 Avqust
Şabranda qısa müddətdə səyyar “ASAN qatar”ın xidmətindən 700-dən çox vətəndaş faydalanıb
12:26
21 Avqust
Honco Beynəlxalq Təqaüd Fondunun yubiley konfransında Azərbaycan həqiqətlərindən danışılıb
12:20
21 Avqust
UNEC nüfuzlu beynəlxalq akkreditasiya qazanıb
12:14
21 Avqust
Latviyanın sabiq Prezidenti: Qlobal Gənc Liderlər Forumu əla ideyadır
12:03
21 Avqust
Bu gün Fransada güləş üzrə dünya çempionatı start götürür
11:06
21 Avqust
Valdis Zatlers: Qlobal Gənc Liderlər Forumu gənclərin təcrübəli insanlarla görüşdüyü yeni platformadır
11:04
21 Avqust
Rosen Plevneliev: Gənc liderlər sülhməramlı olmalı, müharibəyə qarşı çıxış etməlidirlər
10:52
21 Avqust
Katerina Yuşenko: Azərbaycan Qlobal Gənc Liderlər Forumunu keçirməklə dünyaya növbəti töhfəsini verir
10:46
21 Avqust
Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin açılışında iştirak edib
10:44
21 Avqust
“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub
10:42
21 Avqust
Prezident, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub
10:41
21 Avqust
Ali məktəblərin boş qalan plan yerlərinə abituriyentlərin ixtisas seçimi başa çatıb
10:38
21 Avqust
Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin sonuncu mərhələsi başlayıb
10:36
21 Avqust
“Azərişıq” ASC-nin Şəmkir avtomat idarəetmə və nəzarət mərkəzi işə salınıb
10:34
21 Avqust
Əsaslı şəkildə yenidən qurulan Şəmkir Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq
10:31
21 Avqust
Prezident İlham Əliyev Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun açılışında iştirak edib
10:28
21 Avqust
Bakıda Qlobal Gənc Liderlər Forumu işə başlayıb
10:26
21 Avqust
Azərbaycan Prezidenti İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib
10:24
21 Avqust
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi sürətlə davam etdirilir
10:22
21 Avqust
Prezident İlham Əliyev Gədəbəy rayonunun içməli su təchizatı layihəsinin açılışında iştirak edib
10:20
21 Avqust
Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini 119 dəfə pozub
10:19
21 Avqust
Gədəbəydə Heydər Əliyev Mərkəzinin açılışı olub
10:16
21 Avqust
“Gədəbəy” elektrik yarımstansiyası işə salınıb
10:13
21 Avqust
Hikmət Hacıyev: Humanizm prinsiplərinə sadiq olan Azərbaycan beynəlxalq humanitar missiyaları dəstəkləyir
11:37
20 Avqust
Prezident İlham Əliyev Gədəbəy limonad zavodunun açılışında iştirak edib
11:18
20 Avqust
“Gədəbəy” elektrik yarımstansiyası işə salınıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA