Ana səhifə »  Dünya »  Yaxın Şərq böhranı yeni səviyyədə: böyük güclər fəallaşırlar
A+   Yenilə  A-
Yaxın Şərq böhranı yeni səviyyədə: böyük güclər fəallaşırlar

Son günlər Suriya və İraqda hərbi toqquşmalar daha da şiddətlənib. Onun əsas əlamətlərindən biri dinc əhalinin bombalanmasıdır. Nəticədə, yüzlərlə insan qətlə yetirilib, minlərlə insan isə qaçqın vəziyyətinə düşüb. Xüsusilə Mosulda situasiya o dərəcədə gərgindir ki, hökumət hərbi əməliyyatları dayandırıb. Suriyada isə Minbic və Afrin ətrafında geosiyasi gərginlik artıb. Burada Vaşinqton və Moskva PYD-yə açıq dəstək verməyə başlayıblar. Amerikalılar Rakkaya hücumdan bəhs edirlərsə, ruslar Afrinə nümayəndələrini yerləşdirib, maraqlarını təmin etməyə çalışırlar. Bunlara Ankara uyğun reaksiya verib. “Fərat qalxanı” əməliyyatının davam edəcəyini deyirlər. Bununla da Yaxın Şərqdə yeni gərginlik “üçbucağı”nın - ABŞ-Rusiya-Türkiyə mübarizəsinin cizgiləri yaranmış kimi görünür.
Seçim: dövlət, yoxsa terror qrupu
Getdikcə daha aydın olur ki, böyük dövlətlər Yaxın Şərqdə yeni səviyyədə gərginlik yaradırlar. Suriya və İraqda baş verənlər deyilənlərin əyani sübutudur. Burada əsas olaraq ABŞ, Rusiya, Türkiyə, İran, Avropa İttifaqının güclü dövlətləri fəallıqlarını artırıblar. Son günlər İraq və Suriyada müşahidə edilən proseslərin təhlili göstərir ki, vəziyyət sülhə doğru deyil, savaşın daha da genişlənməsinə meyillənib. Burada geosiyasi aspektdə diqqəti çəkən bir sıra mühüm məqamlar vardır ki, onları vurğulamaq gərəkdir.
Hər şeydən əvvəl, ABŞ və Rusiyanın Yaxın Şərqdəki münaqişələri həll etmək üçün yerli dövlətlərə deyil, döyüşən radikal qruplara üstünlük verməsi diqqəti çəkir. Müasir mürəkkəb qlobal geosiyasi mərhələdə bu, xeyli dərəcədə riskli görünür. Həmin tezis iki aspektdə əhəmiyyətlidir.
Birincisi, hansı səbəblərdən böyük dövlətlər əsrlərdir mövcud olan müsəlman dövlətlərinə deyil, onlara qarşı olan radikal qruplara üstünlük verirlər? Bu taktika bütövlükdə qlobal təhlükəsizliyi yeni risklər qarşısında qoymurmu?
İkincisi, Qərb koalisiyası və Rusiya sanki hərbi zərbələri növbələyirlər. Rusiya Hələbi bombalayanda, ABŞ etiraz etdi. İndi Qərb koalisiyası Mosulu bombalayır, Moskva etirazını bildirir. Onlar hətta BMT-də belə dartışırlar, lakin real vəziyyət dəyişmir. Yəni Suriya və İraqda dinc əhali kütləvi qətlə yetirilir. Müsəlmanların yaşadıqları regionların infrastrukturu dağıdılır, qaçqınların sayı artır. İŞİD səhnədən getmir, bir sıra terrorçu qruplar isə mövqelərini möhkəmləndirirlər.
Konkret olaraq, ABŞ və Rusiya Suriyadakı PYD/PKK qruplaşmasına yardımlar etməyə başlayıblar. Onlara ağır silahlar verilir, zəbt etdikləri şəhər və qəsəbələrdə yanlarında olub çalışırlar ki, müdafiə sipərləri düzəltsinlər. İndi Suriyanın şimal bölgəsində bu proses daha qabarıq surətdə özünü göstərir.
Minbicdə amerikalılar öz xüsusi təyinatlılarını yerləşdiriblər. Əvvəl 500 nəfərlik kontingent vardısa, indi bu rəqəm xeyli artıb. Onlar PYD-nin yerləşdiyi ərazini qərb tərəfdən mühafizə edirlər. Həmin marşrut “Fərat qalxanı” əməliyyatının mümkün inkişaf istiqamətlərindən biridir. Maraqlıdır ki, PYD və onun tərəfdaşları bunu özünümüdafiə kimi təqdim edirlər. Son zamanlar ABŞ onlara 200 zirehli maşın, tankvuran raketlər və hətta məşhur “Stinger”lərdən verib. Bölgədən yayılan videokadrlardan görünür ki, PYD və yandaşları Rakkaya hücum üçün Fərat çayının qərb sahillərinə keçirlər. Onlar amerikalı əsgərlərlə birgə hərəkət edirlər.
Rusiya isə Türkiyə sərhədindən 40 kilometr məsafədə olan Afrinə hərbi kontingent yerləşdirib. Novruz bayramı günlərində rus zabitlər PYD emblemləri ilə pozalar veriblər. Həmin günlərdə Afrindən açılan snayper atəşi ilə Türkiyədə bir məhmətcik şəhid edilib. Ankara buna sərt təpki göstərsə də, konkret addım atmayıb. Ruslar isə hələ ki, susurlar.
ABŞ və Rusiyanın bu hərəkətləri nəyi ifadə edir? Onlar min kilometrlərlə uzaqdan gəlib Suriyada öz qaydalarını tətbiq etməyə çalışırlar. Bunun üçün Moskva Dəməşqin dəvətini əsas gətirir, Amerika isə müxalifətin maraqlarını önə sürür. Ancaq hər ikisini birləşdirən bir məqam var - onlar mövcud müsəlman dövlətçiliyinin inkişafına əngəllər törədirlər. Yaxın Şərqdə elə geosiyasi situasiya yaratmaq istəyirlər ki, özlərinə uyğun qruplar dominant rol oynasınlar. Çünki bu halda yerli dövlətlərə daim təzyiq etmək və onları təsir altında saxlamaq mümkün ola bilər.
Təhdid obyekti: dinc müsəlmanlar
İraqdakı vəziyyət də Suriyadan elə fərqlənmir. Burada Mosulda dinc əhali kütləvi qətlə yetirilir. Əsrlərlə formalaşmış sosial-mədəni mühiti dağıtmağa cəhd edilir. Sanki 100 il əvvəl ingilis hərbçi “Ərəbistanlı Lourens” (o, bir ingilis serinin bic doğulmuş oğlu olub) və diplomatlar Sayks-Piko cütlüyünün planlarını bir qədər başqa formada təkrar edirlər.
Şəhərin qərb hissəsində yaşayan insanlar artıq evlərini tərk edirlər. Bir sıra ekspertlərin qənaətinə görə, bu üsulla bölgənin demoqrafik tərkibini dəyişib, orada qondarma qurum yaratmaq planları mövcuddur. Həmin kontekstdə Kərkükdə ərəb və kürd dillərinə rəsmi status vermələri çox düşündürücüdür. Çünki əsrlərdir ki, orada yaşayan türklər (onların böyük əksəriyyəti Azərbaycan türkləridir) ana dillərindən rəsmi səviyyədə istifadə edə bilmirlər.
Təbii ki, bütün bunlar İran və Türkiyənin diqqətindən kənarda qalmır. Tehranın baş verənlərə müqavimət göstərmədiyi aydındır. Hətta ABŞ Müdafiə Nazirliyinin yaydığı informasiyaya görə, onlara Mosulda koordinatları şiə qruplaşması verib. Lakin bu, qəsdən belə təqdim edilə bilər. Çünki həmin bölgədə Amerika kəşfiyyatının kifayət qədər geniş şəbəkəsi var. Necə olur ki, bütün Yaxın Şərqdə at oynadan MKİ Mosulun qərbində kimlərin yaşadığını bilmir? Buna görə də, günahı şiələrin üstünə atmaq dolayısı ilə regionda məzhəb düşmənçiliyini körükləmək anlamına gəlir.
Ankaranın bunlara öz reaksiyası vardır. Türkiyə Suriyada ABŞ və Rusiyanın terrorçularla iş birliyi içində olmasını tənqid edir. Rəsmi dairələr bunun gərginliyi daha da artırdığını ifadə edirlər. Prezident Rəcəb Tayyib Ərdoğan “Show TV”yə verdiyi son müsahibədə bəyan edib ki, Azad Suriya Ordusu Minbicə doğru irəliləyir. Bu o deməkdir ki, Türkiyə vəd etdiyi 5 min kvadrat kilometrlik təhlükəsizlik zonasını yaratmaqda qərarlıdır.
Ankaranın Afrin məsələsində də israrlı olacağını gözləmək olar. Çünki bu bölgə Türkiyə sərhədi yaxınlığındadır və orada kənar qüvvələrin dominant olmasına imkan verilməməlidir.
Belə çıxır ki, Suriya böhranı nəinki səngiyir, hətta yeni çalarlar kəsb edir. Qərb və Rusiya orada öz maraqları uğrunda daha kəskin mübarizəyə başlayıblar. Bu, region dövlətlərinin deyil, kənar qüvvələrin Yaxın Şərqdə nüfuz sahibi olmaları üçündür. Təbii ki, proseslərin belə məzmunda davam etməsi çox təhlükəlidir. Müharibə regionun digər dövlətlərinə sıçraya bilər. Artıq bu təhlükədən tez-tez danışırlar. Bəzi informasiyalara görə, deyək ki, Türkiyəyə 3 milyon yeni qaçqın dalğası yönləndirə bilərlər. İran isə çoxdandır ki, Amerika və İsrailin hədəfindədir.
Terror və separatizmin region dövlətlərinə yayılması bütövlükdə Yaxın Şərqdə sabitliyi və təhlükəsizliyi çox ciddi təhlükələrə atacaqdır. Bu proses dayandırılmasa, Qafqaz və Mərkəzi Asiyada hansı hadisələrin baş verə biləcəyini təsəvvür etmək çətin deyil.
Beləliklə, Suriya və İraqda gərginliyin daha da artması Yaxın Şərqdə qeyri-sabit vəziyyətin növbəti səviyyəyə keçməsinə şərait yarada bilər. Burada bir tərəfdən terror qruplarına yeni silahlar verilib daha da gücləndirilir, digər tərəfdən isə böyük dövlətlərin özlərinin hərbi kontingenti genişlənir. Onlar məsləhətçi və birbaşa iştirakçı statusunda region dövlətlərinin daxili mühitini qarışdırmaqdadırlar. Belə şəraitdə çətin ki, hansısa münaqişə ədalətli surətdə həll edilə bilə. Əksinə, meydana yeni ixtilafların çıxması ehtimalı böyükdür. O cümlədən Yaxın Şərqin böyük dövlətləri birbaşa savaşa cəlb oluna bilərlər.
Digər təhlükəli məqam Yaxın Şərqdə yeni miqrant dalğasının meydana gəlməsi ola bilər. İŞİD-lə mübarizə adı altında əsas olaraq dinc əhaliyə zərər yetirilir. Hansı səbəbi gətirmələrindən asılı olmayaraq, atılan güllələrin hədəfi ancaq dinc müsəlmanlardır. Yurdlarını tərk edənlərin sayı gündən-günə artır. Maraqlıdır ki, bu, daha çox sünnilərə aiddir. Onlar kütləvi surətdə yaşadıqları yerləri tərk edirlər. Əvəzlərində isə başqaları həmin yerlərdə peyda olurlar. Nədənsə, beynəlxalq təşkilatlar bu məqamı gözardı edirlər.
Deməli, Yaxın Şərq getdikcə daha böyük ölçüdə ziddiyyətlər içinə sürüklənir. Tarixin bu mərhələsində burada hansı geosiyasi nizamın formalaşacağı aydın deyil. Bu da bütün dünya üçün ciddi təhlükə mənbəyidir.
Newtimes.az

 
  • Oxunub:  11190  |  
  • Tarix:  07-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir

17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq
13:24
18 İyul
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcək
12:31
18 İyul
Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
11:51
18 İyul
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
11:48
18 İyul
Azərbaycan-İtaliya sənədləri imzalanıb
11:46
18 İyul
Azərbaycanda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb
11:30
18 İyul
Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir
11:24
18 İyul
Bəhruz Quliyev: Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb
11:17
18 İyul
Ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə təlim keçirilir
11:11
18 İyul
İtaliya Prezidentinin qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub
11:10
18 İyul
Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib
11:07
18 İyul
Tbilisidə Cənubi Qafqaz regionunda medianın inkişafına həsr olunan beynəlxalq konfrans keçirilir
11:05
18 İyul
UEFA Çempionlar Liqası: “Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək
11:04
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü
10:11
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
10:10
18 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:53
18 İyul
İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub
18:19
17 İyul
Pakistanlı iş adamları Azərbaycanla fəal əməkdaşlığa dəvət ediliblər
18:17
17 İyul
Aynur Camalqızı: Hər bir ölkə vətəndaşı, o cümlədən media nümayəndələri bu cür təxribatları yaymağa cəhd göstərənlərə qarşı sərt mövqe sərgiləməlidir
18:01
17 İyul
Allahşükür Paşazadə: Gəncə hadisələrinin İslamla heç bir əlaqəsi yoxdur
18:00
17 İyul
Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır
17:56
17 İyul
Rauf Zeyni: Terror və təxribat vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa çalışanlar ən sərt şəkildə cəzalandırılmalıdır
17:50
17 İyul
Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçiriləcək
17:25
17 İyul
MM-in deputatı: Ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır
17:20
17 İyul
Elman Nəsirov: Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır
17:16
17 İyul
Məcburi köçkünlərlə növbəti görüş olub
17:10
17 İyul
Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
17:00
17 İyul
Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb
16:56
17 İyul
Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib
16:54
17 İyul
Bilik Fondu tibbi maarifləndirmə istiqamətində tədbirləri davam etdirir
16:50
17 İyul
MM-in deputatı: Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir
16:26
17 İyul
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16:22
17 İyul
The Boston Consulting Group Bakı şəhərinin Baş Planının hazırlanması prosesində iştirak edəcək
16:15
17 İyul
Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar
16:13
17 İyul
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:42
17 İyul
Hikmət Babaoğlu: “Prezident milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”
15:19
17 İyul
Beynəlxalq donor təşkilatları ilə görüşdə yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb
15:02
17 İyul
Barselonada Avropa Azərbaycanlılar Konqresi İdarə Heyətinin iclası keçirilib
14:51
17 İyul
Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib
14:46
17 İyul
Gəncə hadisələri ilə bağlı daha dörd nəfər həbs olundu
14:26
17 İyul
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb
14:15
17 İyul
Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
14:09
17 İyul
Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsini öyrənir
14:08
17 İyul
Neft Fondu bu vaxtadək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,2 milyard manat ayırıb
14:03
17 İyul
Türkiyədə azərbaycanlı tələbələrin birliyi yaradılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA