Ana səhifə »  Dünya »  Serj Sarkisyanın müharibə paradiqması: uçurum kənarında süni manevrlər
A+   Yenilə  A-
Serj Sarkisyanın müharibə paradiqması: uçurum kənarında süni manevrlər

Ermənistanın dövlət başçısı son zamanlar daha məntiqsiz fikirlər söyləməyə başlayıb. Onun bəyanatları ölkədə keçirilən parlament seçkisi ilə əlaqələndirilir. Lakin S.Sarkisyan o dərəcədə absurd və təhlükəli məqamlardan bəhs edir ki, onun zərərini bütün region görə bilər. Ermənistan prezidenti Azərbaycanı hədələyərək, “İsgəndər” raketlərini tətbiq edə biləcəyini deyir. O, ümumiyyətlə, təbliğatında xarici düşmən obrazı yaratmaqdan başqa heç nə etmir. Guya Ermənistan “demokratiya adası”dır və onu hər tərəfdən “pis ölkələr” əhatə edib. Buna görə də ermənilər yalnız S.Sarkisyana səs verməlidirlər ki, salamat qala bilsinlər. Tarixdə belə süni düşmən obrazı yaratmaq taktikası çox olub. Ancaq son anda bu kursdan xalq zərər görüb. S.Sarkisyan da bu mənada erməni xalqına tarixi zərbələr vurmaqda davam edir.
Hərb və inkişaf: erməni liderin təcavüzkar mövqeyi
Ermənistan prezidenti növbəti dəfə əsassız bəyanatları ilə özünü ifşa edib. Siyasi mövqeyinin sürətlə zəifləməsini anladıqca, onun söylədiklərində və atdığı addımlarda məntiqsizlik daha çox özünü göstərir. Son bir neçə gündə Serj Sarkisyan daxili auditoriyaya ünvanlanmış o qədər böhtan xarakterli fikirlər ifadə edib ki, hətta erməni ekspertlər belə onu anlamaqda çətinlik çəkirlər. Əslində, burada mürəkkəb bir vəziyyət də yoxdur. Hamı dərk edir ki, S.Sarkisyan öz maraqları naminə yenə primitiv təbliğat kampaniyasını aparır.
Məsələnin mahiyyəti yalnız bundan ibarətdir. Ekspertlər hesab edirlər ki, Ermənistan geosiyasi aspektdə növbəti mərhələni arxada qoyub. Rəsmi İrəvan geosiyasi kursunu dəqiqləşdirməyə məcburdur. Artıq əvvəlki süni manevrlər keçmir. Məsələn, erməni ekspertlərin fikrinə görə, S.Sarkisyanın Türkiyə ilə diplomatik əlaqələrin qurulması ilə bağlı atdığı addımlar əsasən onun öz marağına uyğun manevr idi. Bunun da sifarişçisi kənar qüvvələr olub. Deməli, bu məsələdə də Ermənistan səmimi olmayıb və özbaşına hərəkət etməyib. İndi faktiki olaraq heç bir şey dəyişməyib. S.Sarkisyan yenə də gah Moskvadan, gah da Avropadan əmrlər alır.
Bu bağlılıqda onun hərbi paltar geyərək Dağlıq Qarabağa qanunsuz səfər etməsi və orada erməni ordusunu ağızdolusu tərif etməsi təsadüfi deyil. Hər şeydən əvvəl, S.Sarkisyanın söylədiklərindən açıq hiss olunub ki, onun dərdi seçkidir. Nə dövlət, nə müstəqillik, nə də hərbi güc onu elə də maraqlandırmır. Əsas məqsədi insanları növbəti dəfə ucuz ultramillətçi pafosla aldadıb, parlament seçkisində qələbə qazanmaqdan ibarət olub. Konkret fikirlərə nəzər salaq.
S.Sarkisyan qanunsuz səfər etdiyi Dağlıq Qarabağda deyib: “Bəli, müdafiə olunaraq inkişaf etmək mümkündür. Beləliklə, bu günlərdə Ermənistanın inkişafının sükanını kimə etibar etməyin mümkün olduğunu müzakirə edərkən, hər bir adam özünə sual etməlidir ki, kim müdafiəni təşkil edə bilər ki, inkişafı təmin etmək imkanı olsun”.
İlk baxışdan vətənpərvərlik nümunəsi kimi görünən bu cümlələrin, əslində, saxta məntiqə əsaslandığı və hətta ermənilərin özləri üçün zərərli olan məqamlara istinad etdiyi gün kimi aydındır. Baxın, prezident funksiyasını yerinə yetirən adam əvvəlcə Ermənistanın “demokratiyanı həyat tərzi” etdiyini söyləyir, sonra özlərini “söz azadlığının, insan haqlarının, xristianlığın və tolerantlığın cənub sərhədi” adlandırır. Bundan sonra ağzından müharibə, silahlanma, qonşu ölkəyə qarşı nifrət, onunla savaşmağa hazır olma, məhv etmə kimi sözlər eşidilir. Və ən paradoksalı odur ki, bütün bunları ermənilərə inkişaf etməyin yeganə perspektivli yolu kimi “yedizdirir”.
Buna müasir siyasi nəzəriyyələrdə “müharibə paradiqması” deyilir. Yəni siyasətçi müharibəni, kənardan olan təhlükələri əsas gətirərək, cəmiyyəti ətrafında birləşdirməyə çalışır. Araşdırmalar göstərir ki, müharibə paradiqması əsasən bir halda siyasətçiyə lazım olur: onun ölkəni inkişaf etdirmək üçün heç bir real və səmərəli proqramı olmadıqda. Ermənistan rəhbərliyi indiyə qədər ölkənin sosial-iqtisadi vəziyyətini inkişaf etdirən heç bir tutarlı proqram həyata keçirməyib. Bu ölkə heç bir regional və qlobal layihənin iştirakçısı deyil. Onun fəaliyyəti Kremlin çəkdiyi sərhədlərdən kənara çıxmır. Molla Nəsrəddinin məşhur lətifəsində olduğu kimi, Ermənistan rəhbərliyi ayağını həmin xətdən bir az kənara çıxaran kimi, Moskva təpinir. Bu səbəbdəndir ki, fikir versəniz, indiyə qədər Ermənistanın heç bir siyasi lideri ölkənin yeni, fundamental islahatlar səciyyəsinə keçməsinin dəqiq proqramını təqdim edə bilməyib. S.Sarkisyan da Dağlıq Qarabağda pafoslu danışarkən, həm boyca çox kiçik, həm də siyasi arqumentcə, tutduğu mövqeyə görə olduqca cılız adam təsiri bağışlayırdı.
Paradiqma seçimi: demokratiyadan qaçış
Onun mövqeyinin ermənilər üçün təhlükəli tərəfi də bu məqamla əlaqəlidir. Belə ki, Ermənistanın inkişafını hərbi güclə sıx bağlamaq və sosial-iqtisadi inkişaf haqqında konkret proqramdan bəhs etməmək növbəti 5 il üçün qeyri-müəyyən siyasi kursu qəbul etmək deməkdir. Həm də Ermənistanın hərbi cəhətdən elə bir gücə sahib olmadığını gizlətməkdir. Çünki aprel döyüşlərindən sonra erməni ordusunda hansı dəyişikliklər aparılmadı?
İndi yüksək tonla əsgərlərinin “qəhrəmanlığından” danışan həmin S.Sarkisyan qısa müddətdə neçə generalı və zabiti ordudan kənarlaşdırdı? Çoxlu sayda və onların hər biri də ordu strukturunun həlledici həlqələrində yer almışdılar. Buraya hərbi əməliyyatların, kəşfiyyatın təminindən tutmuş, maddi-texniki təchizata qədər bütün mühüm sferalar daxildir. İndi də erməni KİV-i keçmiş müdafiə naziri S.Ohanyanın cinayətlərindən yazır. S.Ohanyan da açıq deyir ki, ordu üçün alınan yanacağa dizel qatmışdılar ki, texnika da buna görə hərəkət edə bilmədi. Bəli, S.Sarkisyan müdafiəni bu cür təşkil etdiyindən qürur duyur. Əslində, biz də onun bu əməlini təqdir edirik, çünki işğalçı həmişə rəzil olmalıdır ki, digərləri üçün də dərs olsun.
Son 1 ildə nə dəyişib ki? Ermənistan ordusunda hansı köklü islahatlar aparılıb? Heç bir islahat aparılmayıb. Yalnız Moskva “İsgəndər” raketlərini Ermənistanda yerləşdirib, bəzi texniki cihazlar quraşdırılıb. Bununla ordu güclənmir, yeniləşmə görüntüsü yaradılır. Guya həmin üsulla Azərbaycan Ordusuna tab gətirə bilərlər. Heç bir “İsgəndər” Azərbaycan əsgərinin Vətən sevgisini, şücaətini azalda bilməz. Onun qürurunu sındıra bilməz. Üstəlik, Azərbaycan Ordusunda “İsgəndər”lərdən dəfələrlə güclü silahlar var.
Bunları S.Sarkisyan da bilir. Ancaq başqa əlacı yoxdur, çünki real inkişaf proqramına malik deyil. Bu səbəbdən də daha absurd şeylər danışır. O vurğulayır ki, Azərbaycana qarşı raketləri göz qırpmadan tətbiq edə bilər. Və bunu “güclü olmaq kimi” qələmə verir. Burada da özünü dolaşdırıb. Əvvəlcə, deyir ki, Azərbaycanın azad etdiyi torpaqları yenidən işğal edə bilməmək zəiflik deyil. Çünki güclü olmaq torpaqları yenidən tuta bilməməyi dərk etməklə müdafiəni yaxşı qurmaqdır.
Deməli, S.Sarkisyan etiraf edir ki, o torpaqlar onun deyil. Onu əsl sahibi ondan azad edib. Sonra, indi də əmin deyil ki, Azərbaycanın irəliləyişinin qarşısını ala biləcək. Çünki “İsgəndər”lərə güvənir. Azərbaycanın ərazilərinin dərinliyində kəşfiyyat apara bildiyini deyir. Bütün bunlar sadəlövh ermənilər üçündür. İnsanlar real hərbi gücün və kəşfiyyatın nə olduğunu yaxşı bilirlər.
Onu deyək ki, S.Sarkisyanın təbliğ etdiyi müharibə paradiqmasından fərqli olanı inkişaf paradiqmasıdır. Bu paradiqma insanların həyat səviyyəsini yüksəltməyi, daxili sosial-iqtisadi infrastrukturu yeniləşdirməyi, səmərəli proqramlar həyata keçirməyi, idarəetmədə islahatlar aparmağı nəzərdə tutur. İnkişaf paradiqmasının regionda ən gözəl nümunəsi Azərbaycandır.
Bütün bunlara görə, beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi və beynəlxalq münasibətlərin sivil təşkili aspektlərində də S.Sarkisyanın dediyi qətiyyən qəbuledilməzdir. O, faktiki olaraq qonşu dövləti faşistsayağı hədələyib. Budurmu demokratik həyat tərzi, insan haqları, xristian şəfqəti və tolerantlıq? Axı, S.Sarkisyan Qərb demokratiyasının, xristianlığın və insan haqları təşkilatlarının adından danışıb... Buna niyə reaksiya vermirlər? Ya etiraf edilməlidir ki, demokratiya, xristian şəfqətliyi və tolerantlıq müsəlmanlara qarşı ballistik raket atmaqla sıx bağlıdır, ya da Sarkisyan kimilərin ağzı yumdurulmalıdır.
Bunların heç biri edilmir və Ermənistanın kriminal xunta rejimi növbəti dəfə yaramaz əməllərini davam etdirir. O, öz təbliğatı ilə regionda münaqişələr yaradır, millətlər və dinlərarası münasibətləri gərginləşdirir, mədəniyyətə qarşı aqressiv planlar qurur. Bütün bunlar bütövlükdə dünyaya təhlükə yaradır. Gec, yaxud tez ermənilərin havadarları da bunun zərərini görəcəklər. Ancaq onda gec ola bilər.
Newtimes.az

 
  • Oxunub:  12150  |  
  • Tarix:  04-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir

17:59
18 İyul
Yeni Azərbaycan Partiyasında müşavirə keçirilib
17:53
18 İyul
AQTA qanunsuz heyvan kəsimi fəaliyyətləri dayandırmaq üçün reydlərə başlayıb
17:52
18 İyul
IDEA İctimai Birliyinin nümayəndəsi: Düşərgə iştirakçılarının günləri olduqca maraqlı və səmərəli keçəcək
17:45
18 İyul
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev mətbuatın inkişafını xüsusi diqqət mərkəzində saxlayır
17:37
18 İyul
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək
17:20
18 İyul
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
17:15
18 İyul
Azərbaycan indiyədək İtaliyaya 140 milyon dollar dəyərində investisiya yatırıb
17:12
18 İyul
Əflatun Amaşov: “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir”
17:03
18 İyul
Azərbaycanda Beynəlxalq Media Forumu keçiriləcək
16:32
18 İyul
Azərbaycanda yüzə yaxın İtaliya şirkəti fəaliyyət göstərir
16:25
18 İyul
Qaxda “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
16:11
18 İyul
İctimaiyyət nümayəndələri müəllimlərin işə qəbulu üzrə imtahanı izləyiblər
15:30
18 İyul
Beynəlxalq forumun iştirakçıları Azərbaycanda mühəndis kadrların yetişdirilməsi barədə məlumatlandırılıb
15:28
18 İyul
Dövlət Dəniz Akademiyasının Təlim Tədris Mərkəzinə media-tur təşkil olunub
15:02
18 İyul
Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
14:57
18 İyul
Prezident Sercio Mattarella: İtaliya həmişə Azərbaycanın yanında olacaq
14:54
18 İyul
I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb
14:50
18 İyul
Mərkəzi Elmi Kitabxana Milli Mətbuat Günü ilə bağlı media qurumlarını və jurnalistləri mükafatlandırıb
14:46
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir
14:39
18 İyul
Deputat Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri seçilib
14:32
18 İyul
İtaliya Prezidenti: Cənub Qaz Dəhlizi və Xəzər dənizinin qazı Avropa üçün çox önəmlidir
14:24
18 İyul
Sercio Mattarella: İtaliya ATƏT-ə sədrlik çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcək
14:08
18 İyul
Prezident Sercio Mattarella: İtaliya qlobal səviyyədə də Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verir
14:05
18 İyul
DSX rəisi sərhəd pozucuları ilə atışmada yaralanan hərbçini təltif edib
14:03
18 İyul
Prezident İlham Əliyev: Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır
13:59
18 İyul
Prezident İlham Əliyev: Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynayacaq
13:24
18 İyul
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcək
12:31
18 İyul
Üzən günəş panelləri sistemi ilə bağlı pilot layihə həyata keçiriləcək
11:51
18 İyul
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
11:48
18 İyul
Azərbaycan-İtaliya sənədləri imzalanıb
11:46
18 İyul
Azərbaycanda qeydiyyatdan keçən mətbuat orqanlarının sayı açıqlanıb
11:30
18 İyul
Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir
11:24
18 İyul
Bəhruz Quliyev: Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb
11:17
18 İyul
Ətraf mühitin vəziyyətinə dair hesabatların işlənib hazırlanması üzrə təlim keçirilir
11:11
18 İyul
İtaliya Prezidentinin qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub
11:10
18 İyul
Səhiyyə naziri Oğuzda vətəndaşları qəbul edib
11:07
18 İyul
Tbilisidə Cənubi Qafqaz regionunda medianın inkişafına həsr olunan beynəlxalq konfrans keçirilir
11:05
18 İyul
UEFA Çempionlar Liqası: “Qarabağ” klubu Bakıda “Olimpiya”nı qəbul edəcək
11:04
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü
10:11
18 İyul
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub
10:10
18 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:53
18 İyul
İtaliya Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi olub
18:19
17 İyul
Pakistanlı iş adamları Azərbaycanla fəal əməkdaşlığa dəvət ediliblər
18:17
17 İyul
Aynur Camalqızı: Hər bir ölkə vətəndaşı, o cümlədən media nümayəndələri bu cür təxribatları yaymağa cəhd göstərənlərə qarşı sərt mövqe sərgiləməlidir
18:01
17 İyul
Allahşükür Paşazadə: Gəncə hadisələrinin İslamla heç bir əlaqəsi yoxdur
18:00
17 İyul
Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır
17:56
17 İyul
Rauf Zeyni: Terror və təxribat vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa çalışanlar ən sərt şəkildə cəzalandırılmalıdır
17:50
17 İyul
Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçiriləcək
17:25
17 İyul
MM-in deputatı: Ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır
17:20
17 İyul
Elman Nəsirov: Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır
17:16
17 İyul
Məcburi köçkünlərlə növbəti görüş olub
17:10
17 İyul
Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
17:00
17 İyul
Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb
16:56
17 İyul
Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib
16:54
17 İyul
Bilik Fondu tibbi maarifləndirmə istiqamətində tədbirləri davam etdirir
16:50
17 İyul
MM-in deputatı: Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir
16:26
17 İyul
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16:22
17 İyul
The Boston Consulting Group Bakı şəhərinin Baş Planının hazırlanması prosesində iştirak edəcək
16:15
17 İyul
Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar
16:13
17 İyul
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:42
17 İyul
Hikmət Babaoğlu: “Prezident milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”
15:19
17 İyul
Beynəlxalq donor təşkilatları ilə görüşdə yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb
15:02
17 İyul
Barselonada Avropa Azərbaycanlılar Konqresi İdarə Heyətinin iclası keçirilib
14:51
17 İyul
Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib
14:46
17 İyul
Gəncə hadisələri ilə bağlı daha dörd nəfər həbs olundu
14:26
17 İyul
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb
14:15
17 İyul
Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
14:09
17 İyul
Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsini öyrənir
14:08
17 İyul
Neft Fondu bu vaxtadək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,2 milyard manat ayırıb
14:03
17 İyul
Türkiyədə azərbaycanlı tələbələrin birliyi yaradılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+24 +26