Ana səhifə »  Dünya »  Trampın ilk mesajları: yeni xarici siyasətin bəzi məqamları
A+   Yenilə  A-
Trampın ilk mesajları: yeni xarici siyasətin bəzi məqamları

Amerikanın yeni prezidenti, nəhayət ki, aparacağı xarici siyasətlə bağlı müəyyən fikirlər səsləndirib. O, “ABC” və “FoxNews” telekanallarına verdiyi müsahibədə konkret olaraq Suriya, Meksika, Rusiya və Avropa istiqamətlərində həyata keçirmək istədiyi xəttin müəyyən məqamlarına toxunub. Ekspertlər vurğulayırlar ki, ABŞ-ın yeni dövlət başçısı kifayət qədər sərt və bir qədər də radikal siyasi xəttə üstünlük verir. O, Meksika ilə sərhəddə divar hörülməsində israrlıdır. Suriya məsələsində “İŞİD-in canını almaq” arzusundadır və təhlükəsizlik zonası yaratmağı düşünür. Avropanın miqrantların ayağı altında qalmasını “fəlakət” adlandırır. Rusiya məsələsində isə Kremllə anlaşmağa meyilli olduğunu ifadə edir. Ancaq bütün bunları deyərkən D.Trampın öncə Amerikanı düşündüyü də açıq hiss olunur. Məsələn, Yaxın Şərqdən danışanda ABŞ-da problemlərin onsuz da çox olduğunu qeyd edir.
İraq səhvi: nəticə çıxarılırmı?
Amerikanın yeni prezidenti Donald Tramp televiziyaya ilk müsahibəsini verib. O, “ABC” kanalının əməkdaşı Devid Mura həyata keçirmək fikrində olduğu bir neçə plan barədə danışıb. Eyni zamanda, D.Tramp Vaşinqtonun son illər yeritdiyi xarici siyasətə, ölkənin düşdüyü vəziyyətə toxunub. ABŞ-ın dövlət başçısı dünyanın maraqla gözlədiyi Suriya məsələsinə Ağ evin münasibətindən də danışıb (bax: ABC News anchor David Muir interviews President Trump / “abcnews.go.com”, 25 yanvar 2017).
D.Tramp Yaxın Şərqdə geosiyasi mənzərənin kifayət qədər mürəkkəb olduğunu etiraf edib. O, obrazlı şəkildə “dünyada zatən böyük hirs var və bizim atacağımız addımlar bunu dəyişdirməyəcək” kimi cümlələr işlədib (bax: əvvəlki mənbəyə). Ekspertlər bu kimi fikirləri ABŞ-ın dövlət başçısının ifadə etməsini pis əlamət hesab edirlər. Çünki, əslində, Yaxın Şərq də daxil olmaqla əksər regionlarda indi müşahidə olunan “hirs və nifrətin” yaranmasında böyük dövlətlərin rolu az olmayıb. İlk növbədə Vaşinqtonun dünyaya ağalıq iddiasından qaynaqlanan kifayət qədər müdaxilə faktları vardır.
Bunların bir qismini D.Tramp verdiyi müsahibədə etiraf edir. Onun sözlərinə görə, ümumiyyətlə, İraqa hərbi müdaxilə yanlış addım idi. Amerika indiyə qədər Yaxın Şərqə 6 trilyon ABŞ dolları xərcləyib, lakin konkret bir nəticə yoxdur. Bundan başqa, Barak Obamanın prezidentliyi dövründə növbəti səhv buraxılıb. D.Tramp İraqdan çəkilərkən neftə nəzarəti saxlamaq lazım olduğunu deyib. Ancaq Vaşinqton bunu etmədi və meydana İŞİD çıxdı. Bu terror təşkilatı məhz neftdən əldə etdiyi gəlirlər hesabına indi dünyaya meydan oxuyur (bax: əvvəlki mənbəyə).
Deməli, D.Tramp açıq etiraf edir ki, hazırda Yaxın Şərqdə müşahidə edilən ixtilafların kökündə Amerikanın xarici siyasətinin qüsurları dayanır. Birincisi, həmin region dövlətlərinin daxili işlərinə hərbi müdaxiləyə yol vermək olmazdı. İkincisi, oradan hərbi qüvvələri çəkməklə faktiki olaraq ölkələri müdafiəsiz qoyurlar. Bunun da əsas səbəbi odur ki, Qərb müsəlman dövlətlərinin güclü hərbi strukturunun yaranmasına mane olur ki, bu da təhlükəsizlik sahəsində problemlər yaradır. Eynilə, ABŞ İraq ordusunu dağıtdı, hakimiyyəti zəiflətdi və özü təhlükəsizliyi təmin edə bilmədi. Nəticədə, radikal qruplar yaranmış situasiyadan istifadə etməkdədirlər. Bunlar onu sübut edir ki, dolayı da olsa, Vaşinqton Yaxın Şərqdəki münaqişələrin yaranmasında Qərbin oynadığı həlledici rolu etiraf edir.
Lakin bu anlama ola-ola, D.Tramp əvvəlki prezidentlərin səhvlərini təkrar edir. Belə ki, o, Suriyada təhlükəsizlik zonaları yaradacağını kəskin dillə deyir, sanki Suriyanın ağası odur. ABŞ-ın yeni prezidenti deyib: “Suriyada xalq üçün qəti surətdə təhlükəsizlik zonaları yaradacağam. Məncə, Avropa milyonlarla insanın Almaniya və digər ölkələrə axmasına izin verməklə böyük bir xəta etdi. İndi orada baş verənlər tam bir fəlakətdir” (bax: əvvəlki mənbəyə). Bununla Tramp nəticəni səbəb kimi göstərməyə çalışır.
Günahkar axtarışı, yaxud vəziyyətdən çıxış yolu: mövqe qeyri-müəyyənliyi
Proseslər Suriyanın daxili işlərinə kobudcasına müdaxilə ilə başlayıb. Milyonlarla insan bu səbəbdən yurdlarını tərk edib. Məhz buna imkan vermək olmazdı. Avropaya gəldikdə isə, miqrantları humanizm xatirinə qəbul etməlidirlər, onlar həm də baş verənlərə görə müəyyən dərəcədə məsuliyyət daşıyırlar. Belə bir vəziyyətdə Türkiyə çoxdandır ki, təhlükəsizlik zonası yaratmaqdan danışır. Ancaq böyük dövlətlər onu qəbul etmək istəmirdilər. Bunun yeganə səbəbi isə ondan ibarətdir ki, ABŞ, Avropa və Rusiya yalnız öz maraqlarına uyğun “təhlükəsizlik” arzulayırlar. İndi D.Trampın Suriyada “qəti təhlükəsizlik zonası” yaratmaqdan danışması elə də səmimi təsir bağışlamır. Lakin bu da irəliyə doğru bir addımdır. Əgər Vaşinqton həqiqi mənada təhlükəsizlik zonaları yaratsa, suriyalıların evlərinə qayıtma şansları artmış olar.
Rusiyalı analitiklər Amerika prezidentinin bu təklifinə birmənalı yanaşmırlar. Onların sırasında D.Trampın Rusiyanı Suriyadan sıxışdırmaq niyyətinin olduğunu iddia edənlər də var. Onlar hesab edirlər ki, ABŞ uçuşa qadağa qoyulan ərazilər elan etməklə rus qırıcıları və Bəşər Əsəd təyyarələrini oralardan vurub çıxara bilər ki, bu da Rusiyanın Suriyadakı aparıcı roluna uyğun gəlmir. Rəsmi Moskva da ABŞ prezidentinin təklifi üzərində düşünməyin lazım olduğunu bildirib. Dmitri Peskov deyib ki, Amerika təhlükəsizlik zonaları yaratmağın verə biləcəyi nəticələri də nəzərə almalıdır və bu qərarı o, bizimlə razılaşdırmayıb (bax: Trump’a Türkiye ve Rusya’dan ‘Suriye’de güvenli bölge’ yanıtı / “Habertürk”, 26 yanvar 2017).
Bunlar onu ifadə edir ki, Kreml Vaşinqtonun dediklərini avtomatik qəbul etmək fikrində olmayıb, özünün maraqlarının nəzərə alınmasında israrlıdır. Ayrıca, Moskva özünü Suriyada vəziyyətə hakim hesab edir. Bu səbəbdən D.Trampın sözləri hələ konkret işə keçmək əlaməti sayıla bilinməz. Ekspertlərə görə, Suriya ətrafında belə bir situasiyanın yaranması Yaxın Şərqdə ABŞ-Rusiya qarşıdurmasının hələ davam edəcəyi anlamına gəlir. İndi real vəziyyət tərəflərin konkret hansı addımlar atacağından xeyli dərəcədə asılı olacaq. Burada ABŞ-İslam ölkələri münasibətlərinin necə olacağı da ciddi əhəmiyyət kəsb edir.
Məsələ ondan ibarətdir ki, D.Tramp telemüsahibəsində Meksika ilə sərhəddə divar hörülməsini və müsəlmanlarla miqrasiya aspektlərində çox sərt danışmaq lazım gəldiyini bildirib. O, “Meksika bütün xərcləri ödəyəcək” kimi cümlə işlədib (bax: Trump: Suriye’de kesinlikle güvenli bölgeler oluşturacağım / “Habertürk”, 26 yanvar 2017).
Amerikanın yeni prezidenti bir az da qabağa gedərək ifadə edib ki, əgər Meksika bunu etməsə, prezident Enrike Nyetonun Vaşinqtona səfərini ləğv edə bilər. Cavabında Meksikanın dövlət başçısı “ABŞ-a getmirəm” mesajını verib. Ekspertlər bu dialoqu Trampın xarici siyasəti baxımından müsbət qiymətləndirmirlər. Belə güman edilir ki, D.Tramp çevik və incə olmayan hərəkətləri ilə münasibətləri gərginləşdirə bilər.
Eyni fikir Amerikanın dövlət başçısının müsəlman ölkələri haqqında dediklərindən yaranır. O, bir sıra ölkələrin vətəndaşlarına ABŞ-a getmək üçün ağır şərtlər qoyulmasının tərəfdarı olduğunu deyib. İslam ölkələrinin buna münasibətinin pis ola biləcəyinə gəldikdə isə prezident onsuz da vəziyyətin yaxşı olmadığını deyib. Bununla aydın olur ki, Vaşinqton mümkün problemləri nəzərə alaraq hərəkət edir. Bu da bütövlükdə situasiyanın gərginliyindən və mürəkkəbliyindən xəbər verir.
Amerikanın dövlət başçısının yuxarıda vurğulanan fikirləri beynəlxalq miqyasda həssas proseslərin meydana çıxa biləcəyini göstərir. Vaşinqtonun Yaxın Şərqdə daha sərt mövqe tutması ehtimal olunur. Orada Qərbin Rusiya ilə münasibətlərində yeni ziddiyyətlər özünü göstərə bilər.
Hərçənd, son günlər KİV D.Trampın İŞİD-ə qarşı Rusiya ilə birgə hərəkət etməyə hazır olması barədə informasiyalar yayır. Bu barədə ABŞ prezidenti “Fox News”a verdiyi müsahibədə vurğulayıb, D.Tramp deyib ki, biz Rusiya ilə birlikdə “İŞİD-in canını ala bilərik” (bax: Trump defends order for visa crackdown, refugee halt: ‘We can’t take chances’ / “foxnews.com”, 27 yanvar 2017). Buna baxmayaraq, dünyanın iki böyük dövlətinin konkret olaraq hansı punktlarda razılaşa biləcəkləri aydın deyil.
Elsevər Abdullayev
Newtimes.az

 
  • Oxunub:  5940  |  
  • Tarix:  01-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək

18:05
25 İyul
Ağdam, Ağstafa, Qazax və digər rayonlarda sənaye zonalarının yaradılması imkanları araşdırılır
17:32
25 İyul
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib
17:28
25 İyul
Lerikdə İslam həmrəyliyi mövzusunda regional konfrans keçirilib
17:27
25 İyul
“ADA” Universiteti abituriyentləri "Açıq qapı" gününə dəvət edir
17:20
25 İyul
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Mərkəzçi Demokratlar İnternasionalının nümayəndəsi ilə görüşüb
17:13
25 İyul
İsa Həbibbəyli: Elm sahələri arasında qarşılıqlı əlaqələrin sintezi və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri hesab olunur
17:12
25 İyul
Elmira Axundova: Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
16:14
25 İyul
Atıcılıq üzrə Avropa çempionatının tüfənglə 50 metr məsafəyə atəşaçma yarışına yekun vurulub
15:49
25 İyul
Ermənistan növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə edib
15:20
25 İyul
Ağsuda cari ilin altı ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
15:13
25 İyul
Pirallahı rayonunda bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
15:09
25 İyul
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
15:07
25 İyul
Elmar Məmmədyarov: Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasından daim boyun qaçıra bilməz
14:50
25 İyul
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Lerikdə vətəndaşları qəbul edib
14:47
25 İyul
V Beynəlxalq multikulturalizm yay məktəbinin ikinci günü maraqlı müzakirələrlə yadda qalıb
14:28
25 İyul
Vətəndaşlar “ASAN Kommunal”ın xidmətlərindən sifarişli əsaslarla səyyar formada yararlana bilərlər
14:24
25 İyul
2019-cu və 2021-ci illərdə keçiriləcək boks üzrə dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib
13:04
25 İyul
“ASAN xidmət”in internet səhifəsi yenilənib
12:58
25 İyul
Ağdamın “Qarabağ” klubu Moldovanın “Şerif” komandasını qəbul edəcək
12:57
25 İyul
İlk dəfə "Azexport"a İsveç, Maldiv adaları, Kolumbiya, Əfqanıstan və Seneqaldan sifarişlər daxil olub
12:27
25 İyul
Bakıda keçiriləcək “Dəniz kuboku-2017”də 300-ə yaxın şəxsi heyət iştirak edəcək
11:38
25 İyul
OPEC+ Monitorinq Komitəsi 2017-ci ilin birinci yarısına yekun vurub
11:10
25 İyul
Hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisası üzrə qəbul imtahanı keçiriləcək
10:44
25 İyul
Dünya birjalarında neftin qiyməti
10:22
25 İyul
Azərbaycan-Macarıstan strateji tərəfdaşlıq əlaqələrinin inkişafında parlament diplomatiyası xüsusi rola malikdir
10:21
25 İyul
XİN: Ermənistanın xalqımıza məxsus maddi-mədəniyyət abidələrini özününküləşdirməsi beynəlxalq humanitar hüquqa ziddir
10:16
25 İyul
Mikayıl Cabbarov: Yüksək Texnologiyalar Parkında reallaşan birgə layihələrin uğurlu nəticəsini görəcəyik
10:03
25 İyul
Deputat: Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə cavabdır
09:58
25 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 140 dəfə pozub
09:52
25 İyul
Tbilisidə Azərbaycan yazıçılarının kitablarının təqdimatı olub
09:40
25 İyul
Eldar İbrahimov: Dövlət proqramının uğurlu icrası ölkəmizdə kənd təsərrüfatının inkişafında yeni mərhələnin başlanğıcı olacaq
17:15
24 İyul
Macarıstan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir
17:09
24 İyul
İƏT XİN rəhbərləri İstanbulda toplaşacaq
16:59
24 İyul
Cüdoçularımız açıq Avropa çempionatında dörd medala sahib olublar
16:52
24 İyul
Akademik Akif Əlizadə: Yüksək Texnologiyalar Parkında innovativ qərarlar tətbiq edilir
16:45
24 İyul
Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib
16:35
24 İyul
“Retro Bakı” layihəsi çərçivəsində konsert
16:10
24 İyul
Mətbuat Şurasının Prezident İlham Əliyevə təşəkkür məktubu: Media təmsilçiləri Sizi ölkədə mövcud söz və ifadə azadlığının təminatçısı qismində görürlər
16:07
24 İyul
“Brexit” və “Frexit”: Aİ-də siyasi təlatümlər davam edir
16:02
24 İyul
Peter Siyatro: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib tərəfdaşdır
15:24
24 İyul
Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ilin birinci yarısına dair müşavirə keçirilib
15:13
24 İyul
Bakı Ali Neft Məktəbinin 20 tələbəsi yay istehsalat təcrübəsini Türkiyədə keçir
14:02
24 İyul
1 saylı ASAN Kommunal Mərkəzində Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin xidmət pəncərəsi yaradılıb
13:55
24 İyul
“İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği” mövzusunda konfrans keçirilib
13:48
24 İyul
Yüksək Texnologiyalar Parkı elm və təhsil müəssisələri üçün mühüm əməkdaşlıq platformasına çevriləcək
13:44
24 İyul
Sankt-Peterburqda OPEC+ Nazirlərinin Monitorinq Komitəsinin iclası keçiriləcək
13:40
24 İyul
Sevinc Fətəliyeva: Prezidentlərin Soçi görüşü Azərbaycanın bölgədəki nüfuzunu bir daha göstərdi
12:29
24 İyul
Milli mətbuata göstərilən diqqət və qayğıya görə media təmsilçiləri Prezident İlham Əliyevə təşəkkür edirlər
12:23
24 İyul
Sual kitabçaları və test tapşırıqlarının izahı DİM-in saytında yerləşdirilib
11:58
24 İyul
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbinə başlanılır
11:33
24 İyul
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11:27
24 İyul
İsmayıl İsmayılov: Uğurlu idman siyasəti nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır
10:52
24 İyul
Müdafiə Nazirliyi: Ermənistan Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmağa çalışır
10:44
24 İyul
Səyyar “ASAN qatar” Siyəzəndə vətəndaşlara xidmət göstərəcək
10:24
24 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 155 dəfə pozub
10:19
24 İyul
Qarabağın adı Türkiyənin daha bir şəhərində əbədiləşdirilib
10:09
24 İyul
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib
09:32
24 İyul
Azərbaycanlı sahibkarlar Mədinə şəhərinə yüngül sənaye və əl işləri sərgisinə dəvət olunurlar
09:30
24 İyul
Rasim Musabəyov: Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq cəhdlərinin əbəs olduğunu göstərdi
09:27
24 İyul
Umud Mirzəyev: Prezidentlərin Soçi görüşü Azərbaycanın regiondakı əhəmiyyətini bir daha nümayiş etdirir
22:23
22 İyul
Azərbaycan-Rusiya: strateji münasibətlərin inkişafı üçün yeni impuls
22:02
22 İyul
Atıcılıq üzrə Avropa çempionatının Azərbaycanda keçirilməsi ölkəmizdə idmanın bu növünün inkişafının göstəricisidir
21:03
22 İyul
Atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi keçirilib
20:15
22 İyul
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19:07
22 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
18:50
22 İyul
Elçin Əhmədov: Azərbaycan və Rusiya prezidentlərinin hər görüşü uğurla davam edən ikitərəfli münasibətlərin inkişafına yeni təkan verir
18:24
22 İyul
Sven Mikser: Estoniya Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
17:39
22 İyul
Prezidentlərin Soçi görüşü Azərbaycan və Rusiya arasında strateji əməkdaşlığın geniş perspektivindən xəbər verir
17:21
22 İyul
Azərbaycan şahmatçısı “Czech Open-2017” turnirində liderlik edir
14:14
22 İyul
Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü qeyd olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA