Ana səhifə »  Dünya »  Ermənistan: defolt və geosiyasi “tənbəllik” məngənəsində
A+   Yenilə  A-
Ermənistan: defolt və geosiyasi “tənbəllik” məngənəsində

Mütəxəssislər son zamanlar qlobal geosiyasi miqyasda baş verən sürətli hadisələrin arxasında dayanan məqamları təhlil edirlər. Analizlər göstərir ki, bütövlükdə dünyanın siyasi mənzərəsi dəyişir. Dövlətlərarası münasibətlər daha həssas məqamlarla zənginləşir. Bunun fonunda xarici siyasət də çevik olmalı və müasir çağırışlara cavab verməlidir. Ermənistanın siyasi rəhbərliyinin atdığı addımların təhlili təsdiq edir ki, rəsmi İrəvan xeyli fərqli mövqedədir. Ermənistan faktiki olaraq müasir şəraitə zidd olan, qeyri-çevik və səbatsız siyasət yeritməkdədir. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyinin tutduğu mövqe narahatlıq doğurur. Burada hələ də köhnə stereotiplərdən xilas ola bilməyiblər. Absurd məqsədlər uğrunda səmərəsiz fəaliyyət göstərməkdədirlər. Bu isə Cənubi Qafqaz üçün risk faktoru yaradır. Hər an müharibə alovlana bilər.
Tənəzzül: iqtisadi geriləmə və siyasi çıxılmazlıq
Ermənistanda defoltdan danışmağa başlayıblar. Onun xarici borcları ödəyə bilmək imkanlarını itirməkdə olduğunu vurğulayırlar. Hökumət sərmayə qoyuluşu ilə bağlı proqramları yarıya qədər ixtisar edib. Yaranmış vəziyyətdən çıxmaq üçün ümumi daxili məhsulun həcmi 7-8% artırılmalıdır. Lakin proqnozlara görə, Ermənistanda bu göstərici sıfıra yaxınlaşacaq. Deməli, işsizlərin sayı yenidən artacaq. Bu, ölkəni yüz minlərlə insanın tərk etməyə məcbur qalması deməkdir. Rəsmi məlumata görə, ötən il Ermənistanın xarici borcları 789 milyon ABŞ dolları artaraq, bütövlükdə 5 milyard dollardan çox olub. 2017-ci ildə isə bu rəqəmin 6 milyard 277 milyon ABŞ dolları olacağı gözlənilir. Ötən ildə Ermənistandan ən çox sərmayə çıxarışı Rusiyaya olub - 55,3 milyard dram. İkinci yerdə Livandır - 12,7 milyard dram. Bunun qarşılığında Rusiyadan Ermənistana olan maliyyə transferləri 2 dəfə azalıb. Lakin Ermənistan daha çox Ümumdünya Bankı, Dünya Valyuta Fondu və s. kimi beynəlxalq strukturlara borcludur (bax: Naira Ayrumən. V Armenii zaqovorili o defolte / “Lragir.am”, 2 dekabr 2016).
Bu proseslər Ermənistanla bağlı iki məsələni aktuallaşdırıb. Birincisi, rəsmi İrəvanın Avrasiya İqtisadi İttifaqına daxil olması ölkəyə Rusiyadan sərmayə qoyuluşunu artırmayıb. Əksinə, Ermənistandan Rusiyaya kapital axını artıb, ölkə daxilinə isə bu proses azalıb. Səbəb nədir? Bu, rəsmi İrəvanın xarici siyasət strategiyasının yararsızlığının göstəricisidirmi? İndi erməni ekspertlər bu suallara cavab axtarırlar. Onlar hesab edirlər ki, Ermənistanın siyasi rəhbərliyi geosiyasi xətti düzgün seçmədiyindən, ölkə iflasa doğru gedir.
İkincisi, Ermənistanın məhz Qərb maliyyə strukturlarına borclanması arxasında hansı məqamlar dayanır? ABŞ başda olmaqla Qərb dövlətləri bu asılılıqdan istifadə edib, Ermənistanı xaosa sürükləyə bilərmi? Bu variant istisna edilmir. Təcrübə göstərir ki, Qərb həmin taktikadan məharətlə yararlana bilir. Getdikcə daha çox borcu olan İrəvana təzyiqləri artırıb, onu Rusiyaya qarşı qaldıra bilərlər. Təbii ki, Moskva buna cavab verəcək və nəticədə, regionda hərbi gərginlik meydana çıxa bilər. Bu, o deməkdir ki, İrəvanın apardığı siyasət bütövlükdə Cənubi Qafqazı növbəti dəfə təhlükəli vəziyyətlə üz-üzə qoya bilər.
Bu kontekstdə məsələ həm də ondan ibarətdir ki, Ermənistan rəhbərliyi qlobal miqyasda gedən mühüm geosiyasi proseslərdən adekvat nəticə çıxara bilmir. Müşahidələr göstərir ki, onun addımlarının arxasında yalnız özünün qəsbkar, xudbin və son dərəcə eqoist istəklərinin ödənilməsi dayanır. Başqa dövlətlərin haqqına hörmət məqamı erməni siyasətində qətiyyən mövcud deyil. Bu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi İrəvanın son zamanlar söylədiyi fikirlərdə daha qabarıq şəkildə özünü büruzə verir. İndi Ermənistan kimi - hakimiyyət dəyişikliyi baş verən ABŞ-ı, yaxud ənənəvi müttəfiqi sayılan Rusiyanımı ağa seçmək məsələsi üzərində baş sındırır. Bir tərəfdən Rusiyanın hərbi çətiri altında gizlənərək, özünü təhlükəsiz hiss etməyə çalışır, digər tərəfdən isə yalançı demokratiyadan dəm vuraraq, Amerikanın yeni prezidentinin komandasında özünə himayədar axtarır.
Bu bağlılıqda erməni mətbuatının ABŞ-ın yeni vitse-prezidenti M.Penslə S.Sarkisyanın telefon danışığını şərh etməsi maraq doğurur. Həmin danışıqda hər hansı ciddi məsələ faktiki olaraq müzakirə edilməyib. Vaşinqton ənənəvi olaraq münasibətlərin inkişaf etdirilməsi zərurətini vurğulayıb (bax: Akop Badalən. Novaə administraüiə SŞA sformulirovala zadaçu Armenii / “Lragir.am”, 2 dekabr 2016).
Bu, diplomatiyada adi haldır, çünki heç bir dövlət hansısa ölkə ilə əməkdaşlıq etmək fikrində olmadığını bəri başdan bəyan etməz. O başqa məsələdir ki, konkret siyasətə gəldikdə, meydana çoxlu sayda şərtlər çıxır. Ermənistanla bağlı situasiyada isə Vaşinqton erməni rəhbərliyinin aparacağı siyasətdən asılı olaraq İrəvanla əlaqələrə baxacaq.
Yeniləşən dünyada: Ermənistan köhnə bataqlıqda
Ermənistan üçün vəziyyəti qəlizləşdirən məqam onun Rusiya və İranla çox yaxın olmasıdır. Məlumdur ki, bütövlükdə Qərbdə həmin ölkələrlə əməkdaşlığa elə də maraq göstərilmir. D.Trampın vəzifələrə təyin etmək istədiyi kadrlar sırasında isə “qırğılar” əksəriyyət təşkil edir və onlar artıq antirusiya xarakterli bəyanatlar verməkdədirlər. Bu halda Rusiyanın Cənubi Qafqazdakı forpostuna Amerika hörmətlə yanaşarmı? Mümkün deyil.
Rəsmi Vaşinqton ancaq öz maraqlarına uyğun gələn məqamlarda Ermənistandan oyuncaq kimi istifadə etməyə çalışacaq. Bu cür siyasət isə davamlı olmur, üstəlik, Ermənistanın maraqlarının ödənməsindən söhbət gedə bilməz. Erməni ekspertlərin “Amerika Ermənistanın yeni vəzifələrini müəyyənləşdirdi” kimi ifadələr işlətməsi məhz bu köləliyin, asılılığın və başqasının əmrinə tabeçiliyin əlamətidir. Şərəfi və ləyaqəti olan heç bir müstəqil dövlətin analitiki, yaxud eksperti belə fikir ifadə etməz.
Dağlıq Qarabağ münaqişəsinin həllinə də erməni siyasətçilər və ekspertlər həmin asılılıq mövqeyindən yanaşırlar. Ermənistan prezidentinin mətbuat katibinin söylədiyi bir fikrə münasibət bunu bir daha təsdiq edir. V.Akopyan erməni jurnalistə deyib ki, Dağlıq Qarabağ ətrafında olan ərazilər qaytarıla bilər, lakin əvvəlcə “dqr”in statusu müəyyənləşməlidir.
Əslində, Akopyan yeni heç nə deməyib və deyə də bilməz. Bu, onun səlahiyyətləri daxilində deyil. Burada erməni ekspertlər, ümumiyyətlə, “ərazi güzəşti” adlandırdıqları hadisənin qəbuledilməzliyini vurğulayırlar. Onlar o dərəcədə ədalət hissini itirib regionun siyasi coğrafiyasının reallıqlarını unudublar ki, işğal altında olan rayonları öz dədə-baba torpaqları hesab edirlər. Bu illüziya altında gah Amerikadan, gah da Rusiyadan mədəd umurlar. Bu mövqedə də onlar sabit qala bilmirlər. Deyək ki, Rusiya “İskəndər” raketlərini Ermənistana yerləşdirəndə ermənilər Azərbaycana hədə-qorxu gəlir, pafosla danışırdılar ki, indi ölkənin müdafiəsi təminatlıdır. İndi isə Rusiyanın Ermənistanın əl-qolunu bağladığından dəm vururlar.
Ermənistanın reallıqda öz “əl-qolu” da yoxdur. O, nə edirsə, xaricdəki havadarlarının əmrləri ilə edir. Sonra isə, rəsmi İrəvan Rusiyanın regiondakı roluna konkret mövqe bildirə bilmirsə, onunla etibarlı tərəfdaş kimi münasibətləri kim qura bilər? Çünki gizli deyil ki, məhz Rusiya Cənubi Qafqazda erməni dövlətini yaratdı. İndi buna nankor münasibət yaranıbsa, Ermənistan, ümumiyyətlə, kimsə ilə dost ola bilməz - o, mövqeyini daim dəyişəcək, bir cəbhədən başqasına keçməyə çalışacaq.
Təbii ki, bu cür marginallıq pisdir, qəbuledilməzdir. Çünki onu yeridən istənilən dövlət daim xaos, qeyri-müəyyənlik, risk mənbəyi olaraq qalır. Ermənistan da hazırkı mərhələdə birbaşa həmin rolu oynayır. Bu bağlılıqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşəbbüsün gah Fransa, gah Rusiya, gah da ABŞ-ın əlinə keçməsindən bəhs etmək ya situasiyanı real qiymətləndirə bilməməkdir, ya da siyasi-ideoloji blefdir, yəni bu cür uydurmalarla danışıqlar prosesini konkret nəticə olmadan uzatmaq arzusundan qaynaqlanan haldır. Belə çıxır ki, Ermənistan rəhbərliyi münaqişənin həllində obyektiv mövqeyə gəlməkdən uzaqdır. Bu da regionda savaş riskinin hələ də yüksək olduğunu göstərir.
Hətta onun daha həssas bir vəziyyətə gəldiyini deyə bilərik. Dünyada geosiyasi proseslərin sürəti və mürəkkəbliyinin intensivləşdiyi bir mərhələdə Ermənistan rəhbərliyi heyrətedici konservatizm, qeyri-çeviklik, siyasi naşılıq nümayiş etdirir, hadisələrə yöndəmsiz reaksiya verir. Ermənistanın siyasi qeyri-çevikliyi ilə ümumi mənzərə arasında ziddiyyətlərin olması bir nöqtədə partlayışın labüdlüyünü şərtləndirir.
Newtimes.az

 
  • Oxunub:  5490  |  
  • Tarix:  29-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə böyük töhfələr verir

17:15
18 Avqust
Şahin İsmayılov: Bakıda keçirilən Dünya Skaut Konfransı mühüm bir beynəlxalq tədbirdir
16:54
18 Avqust
Nazirlər Kabinetində Azərbaycan-Boliviya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
16:24
18 Avqust
Gündüz İsmayılov: İslam həmrəyliyi irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səsləyir
16:23
18 Avqust
Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb
16:11
18 Avqust
Türkiyə Prezidenti Azərbaycana səfər edəcək
16:06
18 Avqust
Bakıda sabiq dövlət və hökumət başçıları ilə gənc liderlərin diskussiyası təşkil olunacaq
16:01
18 Avqust
Kristos Papageorgiou: Skautların Bakı konfransı çox məhsuldar keçdi
15:47
18 Avqust
Özbəkistan qəzeti Azərbaycan haqqında yazır
15:41
18 Avqust
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1106 şəxs daimi dövlət təminatında yaşayır
15:29
18 Avqust
Dünya Skaut Komitəsinin yeni sədr mavini: Azərbaycanda skaut hərəkatının daha da inkişaf edəcəyinə əminəm
15:18
18 Avqust
Müdafiə Nazirliyi: Ermənistan tərəfindən yayılan məlumatlar və sənədlər tamamilə saxtadır, uydurmadır
14:33
18 Avqust
Bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatına start verilib
14:12
18 Avqust
Sona Əliyeva: Ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir
14:09
18 Avqust
Amerikalı skaut: Azərbaycana yenidən qayıdacağımı arzulayıram
14:04
18 Avqust
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
14:01
18 Avqust
Kamerun Skaut Assosiasiyasının rəsmisi: Bakı konfransı skautinqin inkişafına təkan verəcək
13:58
18 Avqust
“Euronews”un “No comment” rubrikasında Bakıda keçirilən Dünya Skaut Konfransından görüntülər verilib
13:54
18 Avqust
Qreq Turpi: Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram
12:45
18 Avqust
Strateji yol xəritələri qeyri-neft sektorunun dirçəlişi baxımından böyük əhəmiyyətə malikdir
12:31
18 Avqust
Boliviyanın xarici işlər naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:14
18 Avqust
Azərbaycanda əhalinin nominal gəlirləri 7,5 faiz artıb
12:06
18 Avqust
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb
11:59
18 Avqust
Bakıda Dünya Skaut Komitəsinin yeni sədri və sədr müavinləri seçilib
11:06
18 Avqust
Azərbaycan Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyir
11:04
18 Avqust
Gürcü rejissorunun filmi “YARAT” da nümayiş ediləcək
10:59
18 Avqust
Azərbaycan sahibkarları “Moldova Biznes Həftəsi 2017”yə dəvət olunurlar
10:36
18 Avqust
Skaut Raxşan Pereyra: Bakı konfransı yüksək səviyyəli təşkilatçılığı ilə fərqlənir
10:19
18 Avqust
Ermənistan ordusunda qətl və intihar halları artır
10:15
18 Avqust
Birjalarda neftin qiyməti
10:07
18 Avqust
“Neues Deutschland” qəzetində Azərbaycandan bəhs olunub
10:01
18 Avqust
Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatına start verilir
09:57
18 Avqust
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 112 dəfə pozub
17:23
17 Avqust
Bir sıra ölkələrin prezidentlərinin və sabiq prezidentlərinin övladları Azərbaycana gələcək
17:20
17 Avqust
Yusif Abdullayev: Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması prioritet istiqamətlərdəndir
17:05
17 Avqust
Bu ilin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə təqribən 17 milyon ton xam neft ixrac edilib
16:33
17 Avqust
Azər Badamov: Tütünçülüyün inkişafı üçün bölgələrimizdə geniş potensial mövcuddur
16:08
17 Avqust
Dünya Skaut Forumu müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə tanış olmaq üçün nadir imkan yaradır
15:36
17 Avqust
Sevinc Fətəliyeva: Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib
15:09
17 Avqust
Birləşmiş Ərəb Əmirlikləri qəzeti: Bakı sadəliyin, sakit yaşamın ünvanıdır
14:36
17 Avqust
Azərbaycan-Koreya parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
14:34
17 Avqust
Əhalinin banklardakı əmanətlərinin 73,4 faizi xarici valyutada qoyulub
14:07
17 Avqust
2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyard olacaq
13:51
17 Avqust
Pakistanlı Zubair Lodhi: Biz şahidi olduq ki, skautinqin ideyaları Azərbaycan cəmiyyətinə çox yaxındır
13:48
17 Avqust
Yeni mənzil alan mətbuat işçiləri Azərbaycan Prezidentinə minnətdarlıq edirlər
13:06
17 Avqust
MM-in komitə sədri: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur
12:48
17 Avqust
Sentyabrda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək
12:21
17 Avqust
Dünya Bankı Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizm hazırlamağa kömək etməyə hazırdır
12:02
17 Avqust
Azərbaycanlı nümayəndə ilk dəfə olaraq Dünya Skaut Hərəkatı Təşkilatında aparıcı vəzifəyə seçilib
11:09
17 Avqust
Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək
10:58
17 Avqust
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 14,4 dəfə artıb
10:49
17 Avqust
Bu gün Müslüm Maqomayevin anadan olmasının 75 illiyidir
10:25
17 Avqust
Paris-2017: Bersi Arena güləş üzrə dünya çempionatına hazırdır
10:22
17 Avqust
Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəsi 117 dəfə pozub
10:19
17 Avqust
Avstraliyalı nazir: Azərbaycan regionda strateji baxımdan çox əhəmiyyətli ölkədir
18:03
16 Avqust
Fransalı skaut: Skaut hərəkatı Azərbaycanda daha geniş vüsət alacaq
17:51
16 Avqust
Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub
16:53
16 Avqust
Azərbaycan-Polşa əməkdaşlığının inkişafı ilə bağlı məsələlərə dair müzakirələr aparılıb
16:49
16 Avqust
MM-in deputatı: Bakı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün ən əhəmiyyətli məkanlardan biridir
16:42
16 Avqust
Sevinc Fətəliyeva: Azərbaycanla Türkmənistan arasında siyasi, iqtisadi, humanitar istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar yaranıb
16:14
16 Avqust
İspaniya portalı “Qarabağ”ın “Kopenhagen” üzərindəki qələbədən bəhs edir
16:00
16 Avqust
Rektor tələbə adını qazanan abituriyentlərin sənəd qəbulu prosesi ilə tanış olub
15:56
16 Avqust
Əli Həsənov: Müsəlman ölkələrinin həmrəyliyi güclənməsə, proseslər elə bu cür də davam edəcək
15:41
16 Avqust
Pan Gi Mun: Azərbaycan-Koreya əlaqələrini genişləndirmək üçün böyük potensial var
15:36
16 Avqust
Valeh Ələsgərov: Azərbaycan gənc dövlət olmasına baxmayaraq, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir
15:27
16 Avqust
Dohyun Kim: Dünyada ilk dəfədir ki, bu qədər skaut bir araya gəlib
15:05
16 Avqust
Riçard Hoqland: Biz Dağlıq Qarabağ münaqişəsi tərəflərini yekun qərar qəbul etməyə məcbur edə bilmərik
14:39
16 Avqust
Skautinq həvəs deyil, həyat tərzidir
14:22
16 Avqust
Xarici müəssisə və təşkilatlar əsas kapitala 5 milyard manatdan çox vəsait yönəldib
13:59
16 Avqust
Dövlət büdcəsinin gəlirləri 9,4 milyard manat, xərcləri isə 9,7 milyard manat olub
13:38
16 Avqust
Seymur Orucov: Bu hadisə Azərbaycan gəncləri üçün də əlamətdardır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA