Ana səhifə »  Dünya »  2 aprel Serj Sarkisyan üçün “qara bazar günü” olacaq
A+   Yenilə  A-
2 aprel Serj Sarkisyan üçün “qara bazar günü” olacaq

Ermənistanda müxalifət liderləri parlament seçkilərində hakimiyyətə ciddi rəqib olacaqlarına əmindirlər
Martın 5-dən Ermənistanda start götürən parlament seçkiləri təşviqat kampaniyası artıq finiş xəttinə yaxınlaşmaqdadır. Serj Sarkisyanın on ildən bəri ölkədə yaratmış olduğu kriminal rejiminin ömrünü uzatmaq üçün min bir oyundan çıxması, saxta referendum yolu ilə konstitusiyanı dəyişməsi, müxalifət təmsilçilərinin parlament seçkilərində sərbəst şəkildə iştirakını maksimum dərəcədə əngəlləməsinə baxmayaraq, qarşıdan gələn bazar gününün hakimiyyət üçün qorxunc nəticələrlə sonuclanacağı heç də istisna edilmir. Belə ki, ölkə müxalifəti 2 aprel tarixində keçiriləcək parlament seçkilərində hakimiyyətə ciddi müqavimət göstərmək niyyətindədir. Elə seçki öncəsi ölkədə keçirilən rəy sorğuları da Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyasının reytinqinin digərlərindən qat-qat aşağı olduğunu isbatlayıb.
Ermənistanın populyar internet resurslarından olan “tert. am” saytının yazdığına görə, martın 25-də Serj Sarkisyanın işğal altında olan Dağlıq Qarabağa gözlənilmədən səfər etməsinin də əsl səbəbi bununla bağlıdır. Belə ki, on ildən artıq bir müddətdə yürütdüyü səbatsız daxili və xarici siyasəti ilə Ermənistan dövlətini məhv olmaq təhlükəsi ilə üz-üzə qoyması, ölkəni iqtisadi bataqlığa sürükləməsi, işsizlik və miqrasiya səviyyəsinin indiyədək görünməmiş həddə çatması, ölkənin xarici borclarının 6 milyard ABŞ dollarınadək yüksəlməsi hakim partiyanın nüfuzunu kifayət qədər aşağı sala bilib. Bundan əlavə, ötən ilin aprelində Ermənistan ordusunun düçar olduğu uğursuzluq hakimiyyətin ordu quruculuğu sahəsindəki yarıtmaz fəaliyyətini tam aydınlığı ilə ortaya qoymuş oldu. Bütün bunlar isə parlament seçkisi öncəsi Serj Sarkisyanın rəqibləri üçün lap göydəndüşmə fürsət olub. İndi müxalifət təmsilçiləri seçicilərilə görüşlərdə Serj Sarkisyanın ünvanına kifayət qədər sərt ittihamlar səsləndirməkdədirlər. Yerli ekspertlərin sözlərinə görə, bütün bunların fonunda Serj Sarkisyanın tez-tələsik Dağlıq Qarabağa səfər edərək əsgərlərlə görüşməsi, orada ölkənin gələcək inkişafı və bu inkişafda hakim Respublika Partiyasının rolu barədə fikirlər səsləndirməsi gözə kül üfürməkdən başqa bir şey deyil və ordu hissələrinin hesabına hakim partiyanın xeyrinə səs toplamaq məqsədi daşıyır.
Xatırladaq ki, 2015-ci il dekabrın 6-da saxta referendum keçirməklə Ermənistan prezidenti ölkənin konstitusiya quruluşunu ciddi şəkildə dəyişməyə müvəffəq olub. Artıq Ermənistan prezident üsul-idarəli respublikadan parlament respublikasına keçib. Başqa sözlə, prezidentin əsas səlahiyyətləri bundan sonra baş nazirə keçib. Müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısını isə parlament üzvləri seçəcəklər. Bundan əlavə, referendumla ölkədə majoritar seçki sistemi ləğv edilib. Aprelin 2-də baş tutacaq parlament seçkiləri yalnız proporsional seçki sistemi üzrə keçiriləcək. Budəfəki seçkilərdə 9 siyasi partiya və seçki bloku iştirak edir ki, onların da əksəriyyəti Serj Sarkisyan rejiminə qarşıdır. Odur ki, hakim partiyanın sədri öz çıxışlarında “bizim üçün ölkənin və xalqın təhlükəsizliyindən vacib heç bir şey yoxdur” deyib durmaqdadır. Yerli ekspertlər isə belə hesab edirlər ki, Serj Sarkisyanın bu kimi bəyanatları çox da effektiv olmayacaq. Çünki artıq müxalifət təmsilçiləri də öz seçki platformalarında hakimiyyətə qarşı “Qarabağ kart”ından istifadə etməkdədirlər.
Məsələn, müxalif “Ohanyan-Raffi-Oskanyan” seçki blokunun platformasında əsas diqqət ordu quruculuğuna yönəldilib. Burada 18 yaşlı gənclərin ordu sıralarında xidmətə çağırılarkən arxa cəbhələrdə xidmət keçmələri, ön cəbhədə müqavilə əsasında xidmət edən əsgərlərin yerləşdirilməsi və onların əmək haqlarının 240 min dramadək (təqribən 500 ABŞ dolları), zabit və gizirlərin əmək haqlarının isə 480 min dramadək (1000 ABŞ dolları) artırılması kimi məsələlər öz əksini tapır. “Büdcədən maliyyələşən təşkilatlarda əmək haqları, pensiyalar, təqaüdlər illik inflyasiya həddinə uyğunlaşdırılmalıdır. Ön cəbhədə təhlükəsizliyə nail olmaq üçün arxa cəbhədə iqtisadiyyatı inkişaf etdirmək vacibdir”, - deyə blokun seçki platformasında qeyd olunur.
“Azərbaycan ilə münasibətləri tənzimləmək lazımdır. Qarabağ məsələsini elə həll etmək lazımdır ki, həm Ermənistanın, həm də Dağlıq Qarabağın təhlükəsizliyi təmin olunsun. Bu, Madrid prinsiplərinə əsaslanan ATƏT-in Minsk qrupunun proqramıdır, hansı ki, 2007-ci ildə Ermənistan hakimiyyəti tərəfindən qəbul edilib”. Bu fikirləri isə Ermənistan Milli Konqresinin parlament fraksiyasının rəhbəri Levon Zurabyan seçki kampaniyası çərçivəsində çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti yorulmadan bu istiqamətdə öz diplomatik səylərini artırmalıdır. “Biz əminik ki, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimlədikdən, qonşular ilə normal münasibətlər yaradıldıqdan sonra önümüzdə bütün yollar açılacaq, biz regionda reallaşdırılan bütün iri layihələrdə iştirak edə bilərik”, - deyə L.Zurabyan vurğulayıb.
“Elk” seçki bloku və “Azad demokratlar” Partiyasının platformasında isə Ermənistanın Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk edərək Qərbə üz tutmasının vacibliyi vurğulanır. “Ermənistanın inkişaf istiqamətlərinin dəyişilməsi lazımdır. Biz Aİİ-dən imtina edərək, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlıq etməliyik. Belə hesab edirik ki, Aİİ ilə əməkdaşlıq bizim üçün yalnız Ermənistanın dövlət müstəqilliyinin itirilməsi ilə nəticələnəcək. Avropa İttifaqı ilə əməkdaşlıq isə bizə yeni tərəfdaş ölkələr gətirə bilər. Eyni zamanda, NATO ilə də əməkdaşlıq etmiş olarıq”, - deyə “Azad demokratlar”ın rəhbəri Xaçatur Kokobelyan çıxışı zamanı vurğulayıb. O, daha sonra qeyd edib ki, “Azad demokratlar”ın seçki platformasında on əsas bənd yer alıb ki, bunların da əksəriyyətini ölkədə mövcud olan kölgə iqtisadiyyatı ilə mübarizə təşkil edir.
Seçkilərə qatılan digər blok - “Çıxış” seçki bloku da belə hesab edir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması çox səhv bir addım idi. Bu haqda Mane Tandilyan bildirib. Onun sözlərinə görə, Avropa strukturları ilə əməkdaşlıq ölkəyə daha faydalı olardı, nəinki Avrasiya İqtisadi İttifaqı.
“Ermənistanın bu gün düçar olduğu çətin vəziyyətə Qarabağ münaqişəsi ilə haqq qazandırmaq olmaz”. Bu fikri isə Ermənistan Xalq Partiyasının sədri, deputat Stepan Dəmirçiyan bildirib. Parlament seçkilərində blok şəklində iştirak edən “Ermənistan Xalq Partiyası- Ermənistan Milli Konqresi” seçki bloku adından çıxış edən Stepan Dəmirçiyan daha sonra bildirib: “Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Münaqişənin sülh yolu ilə nizamlanması hər iki tərəfin xeyrinədir. Bununla belə, ölkənin hazırkı durumunu Qarabağ münaqişəsi ilə əlaqələndirmək heç doğru deyildir”, - deyən S.Dəmirçiyan seçki blokunun əsas məqsədlərindən birinin də ölkədə tüğyan edən korrupsiyaya qarşı mübarizə aparmaq olduğunu vurğulayıb.
Analitiklər belə hesab edirlər ki, parlament seçkilərinə sayılı günlər qalmış hadisələrin bu formada cərəyan etməsi Serj Sarkisyan üçün yaxşı heç nə vəd etmir. Yerli ekspertlərin fikrincə, ölkənin konstitusiya quruluşunu dəyişmək Serj Sarkisyan üçün belə asan olsa da, bu, hələ hər şeyin bitməsi demək deyil, əksinə, hakimiyyət uğrunda mübarizə hələ bundan sonra daha da qızışacaq. Xəyanət etdiyi sələfləri - Levon Ter-Petrosyan və Robert Köçəryan, eləcə də onları dəstəkləyən qüvvələr bir yana, müxalifətdən olan partiyaların hakimiyyət arzusu ölkədə qüvvələr balansını dəyişə bilər. Bu isə Serj Sarkisyan üçün heç də xoş olmayan nəticələrə yol aça bilər. Başqa sözlə, 2 aprel tarixinin Serj Sarkisyan üçün “qara bazar günü” olacağı heç də istisna edilmir.
Səlim LOĞMANOĞLU

 
  • Oxunub:  3270  |  
  • Tarix:  28-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin yüksək nüfuzunun göstəricisidir

18:06
25 Aprel
Türkiyəli nazir ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
18:01
25 Aprel
Dövlət İdarəçilik Akademiyasında italiyalı professorla görüş keçirilib
17:52
25 Aprel
Rafael Hüseynov: Avropa Şurası bu təşkilatın qurucularından olan Türkiyəyə münasibətdə ədalətli deyil
17:49
25 Aprel
Vergi Məcəlləsində dəyişikliklər edilib
17:48
25 Aprel
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş elmi konfrans keçiriləcək
17:40
25 Aprel
Avropa Xalq Partiyası Siyasi Qrupunun vitse-prezidenti Milli Məclisdə olub
17:37
25 Aprel
Azərbaycan-Litva əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:33
25 Aprel
YAP İcra katibinin müavini Siyavuş Novruzov: Azərbaycan dünyaya nümunə göstərir
17:10
25 Aprel
Akademik Abel Məhərrəmov: Ölkəmizdə dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparılır
17:05
25 Aprel
Milli Məclisdə "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib
16:45
25 Aprel
Azərbaycanın ilk hərbi səhiyyə ocağının yaranmasından 25 il ötür
16:16
25 Aprel
Azərbaycan Yəmənə humanitar yardım göstərib
16:04
25 Aprel
Avropa Parlamentinin üzvü: Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artır
15:52
25 Aprel
Siyavuş Novruzov: Azərbaycanda intellektual cəmiyyət formalaşıb, radikalizmə yer yoxdur
15:30
25 Aprel
Vaşinqtonda və Los-Ancelesdə türk və Azərbaycan icmaları ermənilərə cavab etiraz nümayişləri keçiriblər
15:24
25 Aprel
Aprelin 25-i Azərbaycanda “Sahibkarlar Günü”dür
15:22
25 Aprel
Günay Əfəndiyeva: Türk dünyasının qadın sahibkarları arasında əlaqələrin inkişafı çox ciddi faktordur
15:09
25 Aprel
Taekvando üzrə yığmamız lisenziya xarakterli beynəlxalq turnirdə 35 idmançı ilə təmsil olunacaq
14:58
25 Aprel
Bakıda qadın sahibkarlığının inkişafı mövzusuna həsr edilən beynəlxalq konfrans keçirilir
14:55
25 Aprel
“Bakı-2017”: su səyahətinin Qax mərhələsi Ram-rama şəlaləsindən başlayıb
14:50
25 Aprel
Xoşbəxt Yusifzadə: Azərbaycanda bu ilin sonunadək 2 milyard ton neft hasil ediləcək
14:42
25 Aprel
Məlahət İbrahimqızı: Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir
14:38
25 Aprel
Əli Əhmədov: Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri bütün dünya üçün bir örnəkdir
14:22
25 Aprel
Azərbaycan neft sənayesi sahəsində dünyanın logistika mərkəzlərindən biridir
14:18
25 Aprel
Səməd Seyidov: Azərbaycanın maraqlarını Avropa Şurası tribunasından ən yüksək səviyyədə müdafiə edəcəyik
14:16
25 Aprel
Baş nazirin müavini Əli Əhmədov: Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları ölkə həyatının müxtəlif sahələrində təmsil olunurlar
14:09
25 Aprel
"Yol hərəkəti haqqında" Qanuna dəyişikliklər edilib
13:59
25 Aprel
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:49
25 Aprel
Hicran Hüseynova: Azərbaycanda iqtisadi sahədə fəaliyyət göstərən qadınların sayı artır
12:39
25 Aprel
Ziyafət Əsgərov: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yerləşdiyi regionlar üçün mühüm əhəmiyyət kəsb edir
12:17
25 Aprel
Qafqaz Müsəlmanları İdarəsinin sədri Finlandiyada keçiriləcək konfransda iştirak edəcək
12:09
25 Aprel
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yerləşdiyi regionlar üçün mühüm əhəmiyyət kəsb edir
12:05
25 Aprel
Avstriya səfiri: Azərbaycanla turizm sektorunda çoxşaxəli əməkdaşlıq qurulması mümkündür
11:54
25 Aprel
“ASAN qatar” Şəmkirdə bölgə vətəndaşlarına xidmət göstərir
11:52
25 Aprel
Bakıda QDİƏT PA-nın komitə iclası başlayıb
11:46
25 Aprel
Valeh Ələsgərov: Xəzərin delimitasiyasının təşəbbüskarı Azərbaycan olub
11:24
25 Aprel
Əli Əhmədov: Qadın sahibkarlığının inkişafı bütövlükdə cəmiyyətin inkişafına müsbət təsir göstərir
11:16
25 Aprel
Baş katib: İƏT Azərbaycana qarşı erməni təcavüzünü qəti şəkildə pisləyir
11:07
25 Aprel
Cocuq Mərcanlı yolunun tikintisi yekunlaşmaq üzrədir
11:05
25 Aprel
Azərbaycan və Belarus investorlarının özəlləşdirmə prosesinə cəlb edilməsi məsələləri müzakirə olunub
10:57
25 Aprel
Natiq Əliyev: Neftin qiymətinin stabilliyini saxlamaq tədbirləri öz bəhrəsini verir
10:51
25 Aprel
Azərbaycan-Türkiyə təlimlərində istifadə ediləcək silahların və texnikanın nümayişi keçirilib
10:48
25 Aprel
Milli Məclisin iclasında 36 məsələyə baxılacaq
10:44
25 Aprel
Bakıda “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başlayıb
10:38
25 Aprel
Prezident İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
10:31
25 Aprel
Prezident Tramp Osmanlı İmperiyasında 1915-ci il hadisələri ilə əlaqədar bəyanatında “soyqırımı” sözündən istifadə etməyib
10:28
25 Aprel
Linas Linkeviçius: Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəkləyir
10:14
25 Aprel
Vüsal Hüseynov: Azərbaycan torpaqlarının işğalının davam etməsi regionda sülhə böyük təhlükədir
10:06
25 Aprel
Sevinc Fətəliyeva: Cəbhə bölgəsində azərbaycanlı uşaqlar erməni snayperlərin hədəfi olurlar
18:06
24 Aprel
Birinci rübdə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin olunub
18:04
24 Aprel
Azərbaycan Qazaxıstanın Almatı şəhərində öz məhsullarını təqdim edir
17:48
24 Aprel
Naxçıvanda görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi qeyd olunub
17:45
24 Aprel
Azərbaycan və Litva beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir
17:41
24 Aprel
İƏT-in Baş katibi: Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır
17:39
24 Aprel
Azərbaycan “ArabianTravel Market-2017” beynəlxalq turizm sərgisində iştirak edir
17:24
24 Aprel
Nasir Əbdül Kərim: Turizmin inkişafı ölkə iqtisadiyyatına ən böyük yatırımdır
17:00
24 Aprel
Əli Əhmədov: Gender bərabərliyi məsələləri Azərbaycan hökumətinin fəaliyyətində əhəmiyyətli rol oynayır
16:35
24 Aprel
Aureliya Qriqoriu: Ermənilərin əsassız bəyanatları tarixi, hüquqi, faktiki baxımdan təsdiqlənmir
16:20
24 Aprel
Fəzail İbrahimli: Ermənilərin tarixi yalan və saxtakarlıq üzərində qurulub
16:09
24 Aprel
Azərbaycanda icbari tibbi sığortanın tətbiq edildiyi qısa vaxtda böyük işlər görülüb
15:44
24 Aprel
Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana gəlir
15:32
24 Aprel
Pirallahıda əhalinin yarıdan çoxunun tibbi müayinəsi aparılıb
15:16
24 Aprel
Parlamentin komitə iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunur
15:06
24 Aprel
YAP Qadınlar Şurasının və AQUPDK-nin birgə təşəbbüsü ilə “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda silsilə tədbirlər keçirilir
14:56
24 Aprel
MM-in deputatı: Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub
14:48
24 Aprel
Aprel döyüşlərində yaralanmış əsgər və zabitlər protezlərlə təmin ediliblər
14:42
24 Aprel
Hikmət Hacıyev: IV İslam Həmrəylik Oyunları və Formula-1 yarışı öncəsi bir sıra Qərb media orqanlarında Azərbaycan haqqında “fakenews” və antitəbliğat xarakterli yazılar artıq özünü büruzə verməyə başlayıb
14:18
24 Aprel
Ailə Sağlamlıq mərkəzlərində əhaliyə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb
14:11
24 Aprel
Ukrayna dövlət qulluğu sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır
12:50
24 Aprel
Xaricdə təhsil almış 200-ə yaxın Azərbaycan vətəndaşı dini ayinlər həyata keçirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA