Ana səhifə »  Dünya »  Gərginlik artır: Brüssel sammitindən sonra NATO-Rusiya qarşıdurması
A+   Yenilə  A-
Gərginlik artır: Brüssel sammitindən sonra NATO-Rusiya qarşıdurması

Şimali Atlantika Alyansı üzvlərinin müdafiə nazirlərinin Brüsseldə son görüşündən sonra Moskvadan maraqlı açıqlamalar verilir. Rusiyanın NATO-dakı daimi nümayəndəsi A.Qruşko isə bununla bağlı ayrıca müsahibə verib. Kremlin qiymətləndirməsinə görə, dünyanın ən güclü hərbi bloku Rusiyaya qarşı mövqeyini daha da sərtləşdirməkdədir. Belə ki, Brüsseldə qəbul olunan qərarlar təşkilatın şərq cinahına doğru daha da irəliləməsini, Şərqi Avropada ABŞ-ın hərbi qüdrətinin artırılmasını nəzərdə tutur. Bunu Vaşinqton təşkilata üzv olan ölkələrin hərbi xərclərini artırması hesabına etmək fikrindədir. Aydın görünür ki, Şimali Atlantika Alyansı nəinki hərbi ixtisara getmək niyyətində deyil, hətta daha qüdrətli hala gəlməyi düşünür. Moskvanın da buna cavab verəcəyi gözlənilir. Bununla da dünya miqyasında hərbi qarşıdurma təhlükəsinin yarandığı qənaətini almaq olar.
Amerikanın tələbi: hərbi xərclər və silahlanma artırılsın
NATO-Rusiya münasibətlərinin hamar olmadığı çoxdan məlumdur. Şimali Atlantika Alyansı bir neçə ildir ki, RF-nin sərhədlərinə yaxınlaşır. Bunu dövlətin təhlükəsizliyinə təhdid kimi qiymətləndirən rəsmi Moskva cavab tədbirləri görür. Son illər bu müstəvidə tərəflər arasında münasibətlər daha da gərginləşib. NATO yeni tədbirlər həyata keçirir, Kreml də öz növbəsində lazım bildiyi addımları atır. Hazırda Avropa istiqamətində onların sərt bir şəkildə qarşı-qarşıya durduğunu demək olar.
Xüsusilə NATO-nun cənub və şərq cinahlarında Moskva ilə münasibətlər ağırdır. Daima qarşılıqlı hədələr və bəzi hallarda çox yaxın məsafələrdə edilən hərbi manevrlər sinirləri pozur. Lakin belə görünür ki, heç bir tərəf geri çəkilmək fikrində deyil. Ekspertlər Donald Trampın prezident olması ilə Rusiya ilə münasibətlərdə keyfiyyət dəyişikliyinin baş verəcəyinə müəyyən qədər inanırdılar. Ancaq NATO ölkələri müdafiə nazirlərinin Brüssel görüşü tamam başqa mənzərəni ortaya qoydu.
Görüşdə iştirak edən Pentaqonun şefi Ceyms Mettis üzv dövlətlərdən hərbi bloka xərcləri 2%-ə çatdırmağı tələb edib. Alyansın hər bir üzvü dövlət büdcəsinin 2%-ni NATO-ya verməlidir. Bu, birmənalı qarşılanmayıb. Birincisi, NATO üzvlərinin heç də hər biri həmin vəsaitə malik deyil. Ekspertlərin dediyinə görə, bu rəqəmi Böyük Britaniya, Fransa və Almaniya ödəyə bilər. Bloka yenicə daxil olanlar isə çox zəifdirlər. Məsələn, Rumıniya, yaxud Polşa bu həcmdə xərcin altından çıxa bilməzlər. Yunanıstandan isə heç danışmağa dəyməz.
İkincisi, müasir cəmiyyətlərdə təhsilə həmin miqdarda vəsaitin ayrılması vacib sayılır, lakin heç də bütün ölkələr bunu edə bilmir. Belə çıxır ki, Şimali Atlantika Alyansı üçün hərbi güc təhsildən daha önəmlidir. Hər bir halda indi üzv ölkələr 2% ilə bağlı narazılıqlarını açıq bildirirlər.
Vaşinqtonun isə öz arqumentləri var. Amerika blokun xərclərinin 70%-ni təmin edir ki, bu da ildə 700 milyard ABŞ dolları deməkdir. Vaşinqton artıq bu qədər yükü çəkmək fikrində deyil. Digər tərəfdən, dünyada baş verən geosiyasi hadisələr göstərir ki, NATO öz vəzifəsinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Deməli, mütləq dəyişikliyə ehtiyac vardır. Buna görədir ki, D.Tramp NATO-dakı müttəfiqlərindən xərcləri artırmaqla təşkilatda islahatların aparılmasına hazır olmağı tələb edir.
Brüssel toplantısı məhz bu problemlər prizmasından kifayət qədər aktual görünür. Rəsmi Moskva da alınan qərarlara reaksiya verib. Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko müsahibəsində Şimali Atlantika Alyansının yeni məqsədləri barədə geniş danışıb (bax: “NATO perexodit na silovıe sxemı” / “Kommersantc”, 27 fevral 2017).
Brüsseldə Vaşinqton 2%-lik şərti o dərəcədə sərt şəkildə qoyub ki, onu üzv dövlətlər milli plan kimi həyata keçirməlidirlər. Bu ilin may ayının 25-də NATO-nun sammitində həmin məsələ öz həllini tapmalıdır.
A.Qruşko NATO-Rusiya münasibətləri kontekstində digər aktual məsələ kimi cənub-şərq seqmenti ilə bağlı qərarı göstərib (bax: əvvəlki mənbəyə). NATO rumın briqadasının bazasında çoxmillətli hərbi qruplaşma yaratmaq fikrindədir. Artıq 8 ölkə briqada səviyyəsində qərargaha daxil olmağa hazır olduğunu bəyan edib. 5 ölkə isə bu briqadaya əlavə havadan və yerdən dəstək verəcəklər. Həmin sırada NATO-nun hərbi-dəniz qüvvələrini Qara dənizdə gücləndirmək qərara alınıb. A.Qruşko bununla bağlı ifadə edib: “Bu, regionlarda gərginliyi gücləndirən daha bir addımdır ki, RF-nin həyati maraqlarına toxunur” (bax: əvvəlki mənbəyə).
Cavab addımları: Kreml xəbərdarlıq edir
Buna qarşılıq Moskva “təbii ki, zəruri tədbirləri görəcək” (A.Qruşko). Bundan iki siyasi nəticə çıxarılır. Əvvəla, NATO şərq cəbhəsində güclənməkdə davam edir. İkincisi, Vaşinqton gündəmə yeni münaqişə gətirir. Rusiya nümayəndəsinin fikrinə görə, bu kimi addımlar yeni təhlükələrə qarşı birləşməyə ciddi mane olur. Bəs həmin təhlükələr hansılardır?
Qərb və Rusiya siyasi liderlərinin ifadə etdikləri fikirlərdən aydın olur ki, onlar hər şeydən əvvəl dini radikalizmi əsas təhlükə hesab edirlər. Konkret olaraq isə müsəlmanların terror aktlarından ehtiyatlanırlar. Belə çıxır ki, Moskva Qərbə bu təhdidə qarşı ortaq hərəkət etməyi təklif edir. Məsələnin bu tərəfi NATO-Rusiya münasibətlərinin xüsusi aspektini təşkil edir ki, bunun da ayrıca təhlilə ehtiyacı var.
Eyni zamanda, konkret regional münaqişələrdə ABŞ-la Rusiyanın maraqları ziddiyyət təşkil edir. Bir sıra hallarda isə uzlaşma nöqtəsini tapmaq olduqca çətindir. Bu səbəbdən nəzəri olaraq hər kəsin anladığı və qəbul etdiyi terrora qarşı ABŞ-Rusiya əməkdaşlığının reallaşması mürəkkəb xarakterli məsələ təsiri bağışlayır.
Bunlarla yanaşı, A.Qruşko başqa maraqlı məqama da diqqət yetirib. Onun dediyinə görə, Şimali Atlantika Alyansı bilərəkdən Rusiya təhlükəsini mifləşdirir. Deyək ki, Avropa ölkələrinin hərbi xərci 250 milyard ABŞ dollarıdır ki, bu da Rusiya və Çinin birlikdə hərbi məsrəflərindən artıqdır (bax: əvvəlki mənbəyə). Burada diqqət yönəldilməli olan başqa məsələ NATO üzvlərinin ən müasir silahlarla təmin edilməsi planı ilə bağlıdır. A.Qruşko “əgər bu planlar baş tutsa, biz “soyuq müharibə” situasiyasına düşə bilərik”, - deyə xəbərdarlıq edir (bax: əvvəlki mənbəyə). Çünki hərbi planlaşma əvvəl-axır özünə uyğun siyasi xətt formalaşdırır. Tarix bunun əyani nümunələrini verib.
Bununla qapalı dairə yaranır - təhlükələrdən xilas olmaq üçün hərbi xərclər artırılır ki, bu da öz növbəsində siyasi gərginləşmə meydana gətirir və sonuncu yenidən hərbi məsrəflərin artmasına təkan verir. Bu yükün altından heç kim çıxa bilməz.
Bunlarla yanaşı, Şərqi Avropada ABŞ-ın hərbi qüvvəsinin artırılması, yeni bazaların yaradılması və bütövlükdə hərbi infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Belə addımları Moskva özünə qarşı təhlükə hesab edir. Maraqlıdır ki, yuxarıda vurğulanan təhlükəli məqamların fonunda A.Qruşko Rusiya və ABŞ generallarının Bakı görüşünün müsbət nəticə verə biləcəyini ayrıca vurğulayıb.
Rusiya təmsilçisi Bakı görüşünü çox mühüm əhəmiyyət daşıyan və strateji təsir xarakterli başqa məsələlərin həlli ilə müqayisə edib. Məsələn, strateji təyinatlı silahların ixtisarı, Suriya və s. kimi problemlərdə ortaq dil tapdıqları kimi, Amerika və Rusiya rəhbərliyi Bakı müzakirələrindən də qlobal problemləri həll etmək istiqamətində yararlana bilərlər. Bu da Azərbaycan paytaxtında təşkil edilən görüşün ciddi əhəmiyyətindən xəbər verir.
Vurğulanan məqamlar qlobal təhlükəsizlik üçün önəm kəsb edən bir sıra aspektlərin aktuallaşdığını təsdiq edir. Bütövlükdə NATO ilə Rusiya arasında münasibətlər gərginləşməkdə davam edir. Belə düşünmək olar ki, 2017-ci ildə bu proses daha da dərinləşə bilər. Vaşinqton və Moskva qarşıdurma vəziyyətinə gələ bilərlər. Xüsusilə Ukrayna istiqamətində mürəkkəb və ziddiyyətli proseslər özünü göstərir. Bir sıra ekspertlər Şərqi Ukraynada genişmiqyaslı hərbi əməliyyatların meydana gələ biləcəyini proqnozlaşdırırlar.
Digər həssas məqam Cənubi Qafqazda gərginliyin yüksəlmə ehtimalı ilə əlaqəlidir. Burada ekspertlər İran faktorunu daha çox vurğulayırlar. Lakin Ermənistanın aqressivliyi NATO-Rusiya münasibətlərinin gərginliyə doğru getməsinə öz təsirini göstərməkdədir. Təəssüf ki, hələlik nə Vaşinqton, nə də Moskva problemin bu aspektindən bəhs etmirlər.
Newtimes.az

 
  • Oxunub:  6300  |  
  • Tarix:  17-03-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq

17:54
19 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
17:50
19 Oktyabr
YAP Qəbələ rayon təşkilatının IX konfransı keçirilib
17:49
19 Oktyabr
Rövşən Rzayev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir
17:31
19 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir
17:23
19 Oktyabr
YAP Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir
17:02
19 Oktyabr
Azərbaycan-Litva münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var
16:41
19 Oktyabr
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir
16:06
19 Oktyabr
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
15:33
19 Oktyabr
Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilir
15:23
19 Oktyabr
Litva Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verir
15:17
19 Oktyabr
İtaliya Senatında Azərbaycan-İtaliya əlaqələrinin 25 illiyi ilə bağlı konfrans təşkil olunub
15:09
19 Oktyabr
Arye Qut: “Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir”
15:03
19 Oktyabr
Riqada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir
14:51
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edəcək
14:47
19 Oktyabr
Musa Qasımlı: Ermənistan öz iddialarından əl çəkməlidir
14:45
19 Oktyabr
Litva Seyminin nümayəndələri ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıblar
14:04
19 Oktyabr
Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
13:53
19 Oktyabr
Sevinc Fətəliyeva: Dünyada baş verən münaqişələrdə uşaqların qətl obyektinə çevrilmələri qəbuledilməzdir
13:40
19 Oktyabr
Sona Əliyeva: Azərbaycan sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir
12:58
19 Oktyabr
Du Can: Çin Azərbaycanı turizm sahəsində əməkdaşlıq üçün əsas istiqamətlərdən biri kimi görür
12:33
19 Oktyabr
Ebrima Silla: Festival ölkənin region və dünyadakı strateji maraqları üçün çox önəmlidir
12:23
19 Oktyabr
Bakı Ali Neft Məktəbində yeni ixtisaslar açılacaq
12:15
19 Oktyabr
Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin növbəti müzakirəsi aparılacaq
12:12
19 Oktyabr
Azərbaycan XİN rəhbəri Körfəz Əməkdaşlıq Şurasının baş katibini qəbul edib
11:52
19 Oktyabr
Pekində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib
11:32
19 Oktyabr
Ulu öndər Heydər Əliyevin yenilməz iradəsi Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edib
11:23
19 Oktyabr
Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli bəstəkarın yetmiş illik yubileyi qeyd olunub
11:19
19 Oktyabr
Bakı regionun ən iri biznes mükafatının təqdimatının keçiriləcəyi məkan seçilib
11:15
19 Oktyabr
Səkkiz ayda Azərbaycanda qeyri-neft ixracı 30 faiz artıb
11:09
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının yaranması müstəqillik tariximizdə yeni mərhələnin əsasını qoyub
11:04
19 Oktyabr
Zakir Həsənov: Əlahiddə Ümumqoşun Ordusu qarşıya qoyulan bütün vəzifələri yerinə yetirməyə qadirdir
10:53
19 Oktyabr
Şahin Mustafayev: Azərbaycanda pambıq emalı 400 min tona çatdırılacaq
10:32
19 Oktyabr
Azərbaycanın Dövlət Müstəqilliyi Günü İstanbulda qeyd olunub
10:28
19 Oktyabr
Prezident İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
10:27
19 Oktyabr
Azərbaycanın ABŞ-dakı səfirliyində Dövlət Müstəqilliyi Günü qeyd olunub
17:47
18 Oktyabr
Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi palitrasına yeni nəfəs gətirib
17:45
18 Oktyabr
Sahibə Qafarova: Rusiyanın Ermənistana silah verməsi regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər
17:36
18 Oktyabr
Sınaq təcrübə stansiyalarında nümunəvi əkinlər zamanı ABŞ-ın təcrübəsi tətbiq oluna bilər
17:31
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında hüquqi əməkdaşlıq genişlənir
17:15
18 Oktyabr
İspaniya mətbuatı: Bakının mərkəzi hissəsi avanqard üslubda binalar və dəbdəbəli mehmanxanalarla zəngindir
17:02
18 Oktyabr
Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilib
16:22
18 Oktyabr
YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
16:04
18 Oktyabr
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib
15:59
18 Oktyabr
Azərbaycanın suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir
15:48
18 Oktyabr
Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir
15:45
18 Oktyabr
Şahin Mustafayev: Prezident İlham Əliyev sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib
15:44
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əlaqələr uğurla inkişaf edir
15:22
18 Oktyabr
Rob Sobhani: Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir
15:14
18 Oktyabr
Yaqub Mahmudov: Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətimizdir
15:11
18 Oktyabr
Nazir müavini: İkinci Bakı Şopinq Festivalında əsas hədəfimiz xarici turistlərdir
14:41
18 Oktyabr
Azərbaycan ilə Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr var
14:24
18 Oktyabr
Elmar Məmmədyarov: Sarkisyan məsuliyyətsiz şəkildə birgə bəyanatın çərçivəsindən kənara çıxdı
14:17
18 Oktyabr
Xalça Muzeyində maraqlı sərgi - “Uçan xalça”
14:14
18 Oktyabr
Müstəqilliyimizə qədəm qoyduğumuz gündən qazandığımız nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir
14:10
18 Oktyabr
Bakıda “Caspian Energy Tourism Forum” keçirilib
14:06
18 Oktyabr
Vitold Vaşçikovski: Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir
14:01
18 Oktyabr
Fəzail İbrahimli: Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda şərəflə mübarizə aparıb
12:50
18 Oktyabr
Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlara başlayıb
12:07
18 Oktyabr
Elman Məmmədov: Sarkisyan beynəlxalq hüquqa uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır
12:06
18 Oktyabr
Vitali Kliçko: Bakının inkişafına tətbiq olunan təcrübəni Kiyevdə istifadə etmək istəyirik
12:03
18 Oktyabr
Azərbaycan-Avstraliya biznes-forumunun iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
11:46
18 Oktyabr
Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub
11:26
18 Oktyabr
“Atletiko Madrid” klubunun saytında Bakı haqqında videosujet yerləşdirilib
11:22
18 Oktyabr
MM-in deputatı Musa Quliyev: Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır
11:14
18 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
10:47
18 Oktyabr
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
10:43
18 Oktyabr
Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu işə başlayıb
10:41
18 Oktyabr
UEFA Çempionlar Liqası: “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək
10:22
18 Oktyabr
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib
10:08
18 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+17 +20
gecə+11 +13