Ana səhifə »  Dünya »  Astana görüşü: Suriya böhranında dönüş nöqtəsidirmi?
A+   Yenilə  A-
Astana görüşü: Suriya böhranında dönüş nöqtəsidirmi?

Qazaxıstanın paytaxtı Astana şəhərində Rusiya, Türkiyə və İran nümayəndələrinin Suriya böhranının həlli ilə bağlı apardıqları müzakirələrə dünya KİV-i ciddi maraq göstərib. Müxtəlif aspektlərdən edilən təhlillər təsdiq edir ki, bu görüş Cenevrə müzakirələrindən fərqli olaraq, daha konkret məqamlarla əlaqəlidir. Yekunda qəbul edilən bəyannamədə bir neçə bənd üzrə ortaq mövqe ifadə olunub. Ekspertlər belə bir sənədin qəbulunu, ümumiyyətlə, müsbət hal adlandırırlar. Tərəflər bütövlükdə Suriya məsələsini sülh yolu ilə həll etməkdə eyni mövqedə olduqlarını təsdiqləyiblər. Ancaq Rusiya-Türkiyə-İran “üçlüyü”nün əldə etdiyi razılıqlara Suriyadakı qüvvələrin nə dərəcədə əməl edəcəkləri tam aydın deyil. Çünki hətta rəsmi Dəməşqə belə Kreml atəşkəslə bağlı xəbərdarlıq edir, reallıqda isə B.Əsəd ordusu intensiv surətdə bu rejimi pozur. Eyni fikri bir sıra müxalif qruplara və kənar təsirlər altında olan silahlılara da aid etmək olar. Belə mürəkkəb şəraitdə Suriyadakı münaqişənin taleyi necə ola bilər? Müharibəni dayandırmaq mümkündürmü?
Razılaşdırılmış bəndlər: əməl ediləcəkmi?
Astana görüşünə ümidlər böyük idi. Ekspertlər əmin idilər ki, Rusiya, Türkiyə və İran Qazaxıstanın paytaxtında Suriya ilə bağlı tutarlı nəticələr əldə edəcəklər. Əslində, bu ümidlər qismən özünü doğrultdu. Astanada nəzərdə tutulan formatda müzakirələr baş tutdu. Lakin bir düzəlişi də unutmaq olmaz. Suriya müxalifəti Bəşər Əsədin nümayəndələri ilə üz-üzə danışmayacağını bildirdi. Görüşü təşkil edən dairələr bu tələblə razılaşmalı oldular. Ancaq Qazaxıstanın paytaxtında Türkiyə, Rusiya və İran təmsilçiləri sona qədər fikir mübadiləsi apara bildilər və yekunda ortaq bəyannamə qəbul edildi.
Ekspertlər alınan nəticəni müsbət qiymətləndirirlər. Onlar hesab edirlər ki, Astana müzakirələri Cenevrədə aparılan danışıqlardan daha səmərəliliyi və real nəticələri ilə fərqlənir. Hər bir halda bu prosesi qlobal və regional geosiyasi kontekstdə analiz etməyə ehtiyac duyulur.
Suriya məsələsi mahiyyətcə çox mürəkkəbdir. Bu ölkədə ixtilaflar dərinliklərə qədər işləyib. Burada iqtidar-müxalifət, sünni-şiə və s. qarşıdurması özünə yer alıb. Əlavə olaraq, böyük dövlətlərin maraqlarına xidmət edən bir neçə radikal qrup öz təsirlərini göstərir. Müxtəlif region ölkələri də proseslərə fərqli səviyyələrdə müdaxilə edirlər. Bunlardan əlavə, ümumiyyətlə, Suriya ixtilafını başladan dairələrin pərdə arxasında hansı işlər gördüyü də məlum deyil.
Son zamanlar Suriya üçün daha çox təhlükə törədən faktor radikal qrupların yeni silahlarla təmini prosesinin intensivləşməsidir. Onlar daha güclü silahla təmin edildikcə intiqam hissi də alovlanır, revanş götürmək ehtirası güclənir. Nəticədə, meydana yeni-yeni münaqişələr çıxır. Təəssüf ki, bu prosesin də qarşısı alınmır - silah tacirləri fəallıqlarını azaltmırlar.
Bu mənzərədə İŞİD-in yeri və rolu ayrıcadır. Dünyanın hərbi cəhətdən ən güclü dövlətləri belə İŞİD-ə qarşı savaş aparır (yaxud belə görüntü var). İlk zamanlar bu terror təşkilatının Suriya və İraqdakı mövqeləri sanki zəifləmişdi. Lakin İŞİD-in Palmiranı geri qaytarması, Yəməndə fəallaşması, Mərkəzi Asiyaya nüfuz etməyə başlaması, Der-əz-Zora hücumu, Əl-Babda ciddi müqavimət göstərməsi sübut edir ki, real vəziyyət heç də böyük dövlətlərin təqdim etdiyi kimi deyil. İŞİD kənardan gizli dəstək hesabına bütün dünyaya meydan oxuyur.
Burada ABŞ-ın mövqeyini də mütləq nəzərə almaq lazımdır. Ölkənin yeni iqtidarı isə hələlik Suriya məsələsi haqqında konkret fikir bildirmir. Bir sıra ekspertlər hesab edirlər ki, bu vəziyyət bütövlükdə Suriyadakı prosesləri qeyri-müəyyənlikdə saxlayır (bax: məs., Rossiə i Turüiə “podelili” Siriö / “Svobodnaə pressa”, 25 yanvar 2017).
Kənar qüvvələrin təsiri: daxili ziddiyyətləri alovlandıranlar
Şübhə yoxdur ki, Donald Tramp dəqiq mövqe ifadə etmədiyi surətdə Suriyada real dəyişikliklərdən danışmaq imkansızdır. Bu cür mürəkkəb və ziddiyyətli situasiyada isə hansısa qalıcı nəticələrə nail olmaq xeyli çətindir. Mütəxəssislər Astana görüşünü məhz həmin aspektdə qiymətləndirməyi daha düzgün hesab edirlər. Əslində, orada iştirakçılar bir sıra maraqlı razılaşmalar əldə ediblər. Yekun kommünikeyə görə, Rusiya, Türkiyə və İran Suriyada hərbi yolla problemi həll etməyin mümkün olmadığı qənaətindədirlər. Həll yolu BMT-nin 2254 saylı qətnaməsi əsasında mümkün ola bilər (bax: Astana görüşmelerinde ikinci gün / “Habertürk”, 24 yanvar 2017). Bu, siyasi proses ola bilər, onun hərbi elementi qəbuledilməzdir. Sonra razılığa gəlinib ki, Türkiyə, Rusiya və İran Suriyada atəşkəsi dəstəkləmək üçün ortaq nəzarət mexanizmi quracaqlar. Bundan başqa, müxalif qrupların Cenevrə görüşmələrinə qatılmasına dəstək veriləcək. Nəhayət, İŞİD və “Cəbhətül-Nusra”ya qarşı birgə mübarizə aparılacaq və digər silahlı müxalif qruplar onlardan ayrı tutulacaq (bax: əvvəlki mənbəyə).
Bu şərtlərdən göründüyü kimi, Moskva, Ankara və Tehran böhranın həllində yalnız ilkin addımları atırlar. Onlar hələlik bütövlükdə ölkədə vəziyyəti sabitləşdirməyə çalışırlar. Bunun üçün isə atəşkəs rejiminə ciddi əməl olunmalıdır. Təcrübə göstərir ki, bu şərt ödənilmir. Bir tərəfdən, rejim gücləri, digər tərəfdən, İrana meyilli qruplar daim atəşkəsi pozurlar. Suriyalı müxalifləri Astanada təmsil edənlər bu faktı açıq söyləyiblər. Onlar İranın Suriyaya hərbi təsirinin zəiflədilməsini tələb ediblər. Əks halda, orada heç bir atəşkəs rejiminin baş tutmayacağını bəyan ediblər. Müxaliflər yekun bəyannaməni də bu şərt ödənmədiyinə görə imzalamaqdan imtina ediblər.
Düşündürücüdür ki, Rusiyanın təkidlərinə baxmayaraq, B.Əsədə bağlı qüvvələr də atəşkəsə əməl etmirlər. Moskva Astana görüşü ərəfəsində rəsmi Dəməşqi sərt şəkildə xəbərdar edib. Ekspertlərin rəyinə görə, B.Əsədi İran bu addımlara təhrik edir. Sirr deyil ki, Suriya rejiminin ən güclü dəstəkçisi şiə faktoruna görə Tehrandır. Hər bir halda daim Moskvaya müharibədə dönüş yaratdığına görə minnətdarlıq edən Əsəd indi onu müəyyən məsələlərdə eşitmək istəmir. Bu isə o deməkdir ki, hansısa gizli məqamlar mövcuddur ki, Suriyada kimin kim olduğunu tam aydınlaşdırmağa imkan vermir.
Bunların fonunda ekspertlər Rusiya və Türkiyənin Suriyada ciddi nəticələr əldə edə biləcəklərini də vurğulayırlar. Onlar faktiki olaraq Suriyada öz nüfuz dairələrini müəyyənləşdiriblər. Bundan başqa, müxalif hərbi qüvvələrin 80 faizinin Türkiyəyə hörmətlə yanaşdığı vurğulanır. Məsələn, rusiyalı ekspert Yuri Mavaşev həmin məqamı açıq qeyd edir (bax: Rossiə i Turüiə “podelili” Siriö / “Svobodnaə pressa”, 25 yanvar 2017). Ekspertin fikrincə, Ankara və Moskva üçün ən böyük maneə Vaşinqton ola bilər. Yuxarıda vurğuladığımız kimi, bu məsələdə isə hələlik aydınlıq yoxdur.
Nəhayət, Suriya məsələsində böyük ərəb dövlətlərinin maraqlarının nə dərəcədə təmin edildiyi müəmmalıdır. O cümlədən Səudiyyə Ərəbistanının mövqeyi məlum deyil. Ər-Riyadın ABŞ-ı müdafiə edəcəyi daha çox ehtimal olunur.
Bütün bunlardan belə çıxır ki, Astana müzakirələri ilkin addım kimi uğurlu sayıla bilər. Lakin Suriyada və onun ətrafında situasiyanın mürəkkəb olduğunu nəzərə alsaq, bu pozitiv məqamın inkişaf etdirilib-etdirilməyəcəyi barədə konkret fikir söyləmək çətindir. Gözlənilir ki, Qərb tərəfdən Rusiya və Türkiyəni pis vəziyyətə salmaq üçün hansısa addımlar atılsın. Məsələn, belə məlumatlar yayılır ki, Amerika Suriyanın şimalında yeni hərbi baza tikir və oraya xüsusi təyinatlıları yerləşdirməklə məşğuldur. Həmin qüvvələrin Suriyada hansı rolu oynayacaqları aydın deyil.
Digər düşündürücü məqam Şimali İraqdakı kürd muxtariyyəti rəhbərliyinin İrana qarşı sərt mövqedə olması ilə bağlıdır. Kürd muxtar regionunun başçısı Məsud Bərzani açıq bildirib ki, əgər İrana meyilli Nuri əl-Maliki İraqda yenidən baş nazir olsa, müstəqillik elan edəcəklər. Bu fikir ayrılığı Suriya məsələsində də özünü göstərir.
Belə görünür ki, Astanada əsası qoyulan razılaşmaların reallaşması haqqında dəqiq fikir bildirmək hələ tezdir. Yaxın Şərqi müxtəlif təbiətli ziddiyyətlər elə bürüyüb ki, hansı faktorun necə təsir edəcəyini proqnozlaşdırmaq da xeyli mürəkkəbləşib. Buna baxmayaraq, regionda Rusiya və Türkiyənin öz geosiyasi maraqlarını əsaslı şəkildə uyğunlaşdırmağa başladığı hiss edilir. Regionun gələcək taleyi aspektində bu faktın böyük əhəmiyyəti ola bilər.
Newtimes.az

 
  • Oxunub:  16920  |  
  • Tarix:  09-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
23 Aprel 16:49
Hikmət Babaoğlu: Hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir
23 Aprel 16:43
Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir
23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+5 +7