Ana səhifə »  Dünya »  Yaxın Şərq: yeni geosiyasi proqnozlar işığında
A+   Yenilə  A-
Yaxın Şərq: yeni geosiyasi proqnozlar işığında

Son zamanlar Qərbin analitik və ekspertləri müsəlman ölkələri ilə bağlı tez-tez proqnostik fikirlər irəli sürürlər. Onların analizi göstərir ki, burada konkret ideyalardan çox müəyyən məqsədlər vardır. Bir sıra dairələr Yaxın Şərqdən tutmuş Çinə qədər olan məkanda yeni ixtilaflar və qarşıdurmalar yaradıb, bunun arxasında öz maraqlarını təmin etməyin həvəsinə düşüblər. O cümlədən müsəlman cəmiyyətlərində sünni-şiə münaqişəsini dərinləşdirib, İslam aləmini cəhənnəmə çevirməyə cəhdlərin göstərilməsi müşahidə edilir. Maraqlıdır ki, bu prosesdə İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi müsəlman dövlətləri arasında ziddiyyətlərin yaradılması aspekti xüsusi yer tutur. Həmin məqamlar üzərində geniş dayanmaq lazım gəlir.
Məzhəb savaşı: amerikalı ekspertin və ermənilərin ümid yeri
Qərb analitik dairələri müsəlman dövlətləri ilə bağlı mütəmadi təhlillər aparır və proqnozlar verirlər. Onlar iki aspektə maraq kəsb edir. Birincisi, Qərbdə müsəlman dövlətləri haqqında hansı mövqe mövcuddur? İkincisi, İslam ölkələrinin gələcəyini Qərbdə necə görürlər. Çünki analiz və proqnozlar adətən müəlliflərin həm də öz istəklərini ifadə edir. Bu səbəbdən ABŞ və Avropa ölkələrinin analitik-ekspert dairələrinin düşüncələri diqqəti çəkir.
Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun eksperti Ceffri Uatt müsəlman dövlətləri arasındakı münasibətlərlə bağlı bəzi tezislər irəli sürüb. O, əsas olaraq İran-Türkiyə-Səudiyyə Ərəbistanı “üçbucağı”nda gərgin mübarizənin gedəcəyini proqnozlaşdırır. Onun fikirlərinə görə, bunun fonunda bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərənin dinamikası yeni məzmun çalarları kəsb edəcək. Ekspert İran faktorunun geosiyasi çəkisini məhz həmin kontekstdə müəyyənləşdirməyə çalışır.
O, ilk olaraq Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrinin öz geosiyasi mövqelərini itirə biləcəkləri tezisini ifadə edir. Səbəb isə neftin qiymətinin aşağı həddə qala biləcəyi proqnozları ilə bağlıdır. Çünki həmin ölkələr müasir sənaye infrastrukturu yarada bilməyiblər. Etiraf edilməlidir ki, bu arqument ciddi əhəmiyyətə malikdir. Ona görə ki, müasir tarixi mərhələdə özünün sənaye infrastrukturunu və diversifikasiya olunmuş iqtisadi sistemini yarada bilməyən dövlətin nüfuzu yüksək ola bilməz.
Hesab edirik ki, məsələnin bu tərəfində ekspert haqlıdır. Lakin hər şey sürətlə dəyişir və Səudiyyə Ərəbistanı kimi ölkə də özünün sənaye infrastrukturunu formalaşdıra bilər. Digər tərəfdən, OPEK və ona daxil olmayan enerji ehtiyatlarına malik dövlətlər qiymət məsələsi ilə bağlı artıq razılığa gəlirlər. Bu, davamlı olsa, neftin qiymətinin aşağı ola biləcəyi ilə bağlı proqnozlara düzəliş etmək lazım gələcək. O halda İran-Səudiyyə Ərəbistanı münasibətlərinin fərqli mənzərəsi meydana gələ bilər.
Üstəlik, C.Uatt hesab edir ki, hazırda transmilli radikal təşkilatlar İranı hərbi və siyasi münaqişələr şəbəkəsinə cəlb etmək planlarını qururlar. Məqsədləri isə, sən demə, İranı zəiflətmək və onun inkişafına əngəl olmaqdan ibarətdir. Hazırda bəzi dairələr İranı Əfqanıstandakı dini təşkilatlarla toqquşdurmağa çalışırlar. Ancaq Əfqanıstan məsələsi Pakistanla sıx bağlıdır. Pakistanın isə Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri mövcuddur. Deməli, ekspert hesab edir ki, sünni-şiə qarşıdurmasının əsas gərginlik mərkəzi Pakistan-İran xəttində özünü göstərə bilər. Nəhayət, İran-Pakistan və İran-Əfqanıstan münasibətlərinin böhrana düşməsi Hindistan və Çini də proseslərə qata bilər. Bu isə, C.Uattın fikrincə, qlobal miqyasda münaqişənin yaranması deməkdir.
Əvvəlcə, onu vurğulayaq ki, biz bilərəkdən bu fikirləri erməni ekspertin təqdimatında necədirsə, o məzmunda verdik (bax: İqorğ Muradən. Amerikanskie gkspertı ob İrane - Djeffri Uatt / “Lragir.am”, 8 dekabr 2016). Çünki həm amerikalı ekspertin müsəlman ölkələri ilə bağlı tezislərində, həm də erməni ekspertin təqdimat formasında ziddiyyət və qərəzlilik açıq-aydın hiss olunur. Hər ikisini birləşdirən məqsəd müsəlman ölkələri arasında ixtilaf yaratmaq, onu qabartmaq və bunun fonunda Amerikanın əsl niyyətlərini ört-basdır etməkdir.
Guya Yaxın Şərqdə İran-Səudiyyə Ərəbistanı-Türkiyə xəttindəki münasibətlərə Qərbin kənardan təsiri yoxdur, “sözdə demokratların” həmin bölgə ilə əlaqəli geosiyasi planları da mövcud deyil. Guya hər şeyi adı çəkilən ölkələrin öz aralarındakı ixtilaflar həll edəcək və Qərb də buna qarışmayacaq. Bu, sadəlövhlər üçün uydurulmuş bir nağıldır. Lakin onun təhlükəli tərəfləri də az deyildir. Bu aspektdə ən qorxulu fikir sünni-şiə bölgüsünü siyasətə daha sıx bağlamaqdan ibarətdir. Diqqət edin, amerikalı ekspert və onun erməni “sözçüsü” Yaxın Şərqdən başlayaraq Çin və Hindistana qədər geniş bir ərazidə İslamdakı dini məzhəb münasibətlərinin qlobal münaqişə yaradacağını oxuculara çatdırmaq istəyirlər.
Gizli planlar: İslam aləmini parçalamaq niyyəti
Bu, əslində, elə Qərbin gizli servislərinin planlarının fraqmentar olaraq təqdimatından başqa bir şeyə bənzəmir. Ayrı-ayrı ekspertlərin dili ilə onu təqdim edirlər. Biz bir qədər sonra başqa ABŞ eksperti - Devid Şenkerin də fikirlərini verəcəyik və mənzərə bir qədər tamamlanmış olacaq. İndi onu vurğulayaq ki, bir sıra dairələrin əsas məqsədlərindən biri İranla Türkiyəni üz-üzə gətirməkdən ibarətdir. Bu prosesdə Səudiyyə Ərəbistanına da müəyyən rol ayrılıb. Ər-Riyada, yəqin ki, toxunmazlar, çünki o, anqlo-saksların planından meydana gəlmiş bir dövlətdir. Bu səbəbdən, səudilər “qızışdırıcı” rol oynaya bilərlər.
Devid Şenkerin fikirləri erməni yazarın təqdimatında bununla bağlı müəyyən təsəvvürlər formalaşdıra bilir (bax: İqorğ Muradən. Amerikanskie gkspertı ob İrane - Dgvid Şenker / “Lragir.am”, 10 dekabr 2016). Onun da rəyinə görə, Yaxın Şərqdə mübarizə yeni başlayır. Belə çıxır ki, Qərbin əsas işi bu prosesi yaratmaqdan ibarət olub, çünki bir neçə il əvvəl “ərəb baharı” adlandırdıqları hadisəni törətdilər və ismini regionun demokratikləşməsi qoydular. İndi necə oldu ki, “əsl mübarizə yeni başladı”? D.Şenker hesab edir ki, onun əsas əlamətlərindən biri Fars körfəzində böhranın meydana gəlməsi ola bilər. Qətər Türkiyəni İranla qarşıdurmaya çəkməyə can atır. Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyənin nüfuz qazanması regionun radikal İslam təşkilatlarının Fars körfəzində təsirlərinin genişlənməsinə aparıb çıxara bilər.
Doğrusu, anlamaq çətindir, hansı səbəblərə görə Türkiyənin nüfuzunun artması regionda radikal qrupların təsirinin genişlənməsi ilə nəticələnə bilər? Axı “əl-Qaidə” və İŞİD-i Qərb, “Hizbullah”ı İran, “Həmas”ı ərəb ölkələri, Suriyada tüğyan edən müxtəlif radikal qrupları da müxtəlif ölkələr yaradıblar. Bu faktlar kənarda qala-qala, Türkiyə məsələsini ortaya atmaqda məqsəd nədir? Təbii, cavab məlumdur - bu, reallıq deyil, Qərbdəki müəyyən dairələrin və ermənilərin görmək istədikləri mənzərədir. Bu cənab da belə deyir ki, zaman-zaman sünni-şiə qarşıdurması güclənəcək və İranın regiondakı mövqeyi zəifləyəcək. Müəyyən müddətdən sonra İran Yaxın Şərqdə təcridolma yolunu tuta bilər.
Bundan sonrası da maraqlıdır. Ekspert hesab edir ki, hazırda ərəb dünyasının sünni və şiə kəsimlərə bölünməsi prosesi gedir. Bu şərtlərdə Türkiyə sünni hissənin lideri ola bilər. Çünki Səudiyyə Ərəbistanı bu rolu oynamaq iqtidarında deyil. Lakin Misir Türkiyəyə rəqib ola bilər. ABŞ isə Misirə dəstək verəcək. Onun ardınca ərəb dövlətləri də Qahirəyə üstünlük verə bilərlər. Onların əvəzində radikal İslam təşkilatları Türkiyəni müdafiə edəcək. İran isə bu prosesə qarışmayaraq, sünni-şiə savaşının sonunu gözləyəcək. Bunun fonunda ABŞ-İran münasibətləri inkişaf edə bilər (bax: əvvəlki mənbəyə).
Doğrusu, bu cümlələrə “proqnoz” deməyə adamın dili gəlmir, onlar yalnız istehza yarada bilərlər. Çünki amerikalı ekspertin ifadə etdiklərinin reallıqla heç bir əlaqəsi yoxdur. O, əvvəlcədən, xüsusi məqsədlə müəyyən edilmiş hədəfləri sıra ilə aktuallaşdırmağa xidmət edir. İran sünni-şiə ixtilafından kənarda qalıb, Vaşinqtonla əməkdaşlıq edəcək? Bu absurda kim inana bilər? Regiondakı radikal qrupların Türkiyə tərəfə keçəcəyi ilə bağlı sərsəm iddia isə xüsusi məqsəd güdür - indidən Türkiyəni radikal dini qruplara dəstək verən ölkə kimi təqdim edib, sonra bəhanə ilə vurmaq! Bunun da əsas səbəbi ondan ibarətdir ki, Qərb Türkiyənin regionun ən potensiallı və sürətli inkişaf edən dövləti olduğunu çox yaxşı bilir. Yuxarıdakı fikirlərdən də açıq hiss edilir ki, onların əsas məqsədi Türkiyə-İran, Türkiyə-Misir, Türkiyə-Səudiyyə Ərəbistanı ziddiyyətlərini yaradıb, “parçala, hökm sür” siyasətini davam etdirməkdir. Təbii ki, bundan ən çox sevinənlər ermənilər ola bilər.
Ancaq bir şeyi unudurlar. Müsəlman dövlətləri, ilk növbədə isə Türkiyə sürətlə dəyişir. İndi Yaxın Şərqdə kimin dost, kimin düşmən olduğunu yerli əhali yaxşı bilir. Bu səbəbdən bəzi üzdəniraq ekspertlərin proqnozları bir nəticə verməyəcək. Ankara, Tehran, Ər-Riyad, Qahirənin ağlı və səbri doğru olanı müəyyən etməyə çatar!
Newtimes.az

 
  • Oxunub:  5910  |  
  • Tarix:  07-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunub

17:51
28 Aprel
BSU və YAP Gənclər Birliyinin təşkilatçılığı ilə «Heydər Əliyev və Azərbaycan gəncliyi» mövzusunda elmi konfrans keçirilib
17:43
28 Aprel
Şahin İsmayılov: AŞPA müsəlman dövlətlərinə qarşı ikili standartlarla çıxış edir
17:24
28 Aprel
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
17:21
28 Aprel
AŞ PA-nın monitorinq komitəsinin həmməruzəçisi Azərbaycanın mədəni irsinin məhv edilməsi məsələsini öyrənəcək
17:18
28 Aprel
Dövlət Statistika Komitəsi beynəlxalq uyğunluq sertifikatına layiq görülüb
17:00
28 Aprel
Azad Rəhimov: Bakıda keçirilən Dünya Kuboku Azərbaycanda bədii gimnastikanın inkişafında və təbliğində əhəmiyyətli rol oynayacaq
16:50
28 Aprel
Bakı-Tbilisi-Qars dəmir yolu xətti iyunun sonunda istifadəyə veriləcək
16:32
28 Aprel
XİN: Nazirlərin görüşündə prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar müzakirə edilib
16:00
28 Aprel
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
15:50
28 Aprel
Musa Quliyev: AŞPA-nın Türkiyəyə qarşı qərarının heç əsası yoxdur
15:08
28 Aprel
Akif Əlizadə: Bu il 200-dən çox magistrant AMEA-da çalışacaq
14:57
28 Aprel
Avropa türkofobiya meyillərini yalançı demokratiya pərdəsi altında gizlədir
14:55
28 Aprel
Parlamentin komitə iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunub
14:33
28 Aprel
Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatları təqdim olunub
14:27
28 Aprel
İranda Azərbaycan Mədəniyyət Günlərinin təşkilinə dair müzakirələr aparılıb
14:18
28 Aprel
Goranboyda yaradılan yeni təsərrüfat sahələri rayonda məşğulluğu iki dəfədən çox artıracaq
14:14
28 Aprel
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib
14:11
28 Aprel
Kənd təsərrüfatı naziri xarici iş adamlarını Azərbaycanda aqrar sektora investisiya yatırmağa dəvət edib
14:08
28 Aprel
“Müasir İpək Yolu” layihəsi ümumtürk mədəni irsinin təbliğində əhəmiyyətlidir
13:12
28 Aprel
YAP-ın təşəbbüsü ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə görmə qabiliyətini tam itirmiş insanların hərtərəfli tibbi müayinəsi təşkil olunub
12:52
28 Aprel
Müdafiə Nazirliyi: Ermənistan “OSA” zenit raket kompleksindən istifadə edib
12:43
28 Aprel
Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir
12:25
28 Aprel
Sevinc Fətəliyeva: Türkiyə haqqında qeyri-obyektiv qərarın qəbul olunması daha çox AŞPA-nın öz nüfuzuna böyük zərbə vurur
12:21
28 Aprel
Prezident İlham Əliyev Sumqayıtda karbamid zavodunun tikintisində işlərin gedişi ilə tanış olub
12:20
28 Aprel
Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib
12:11
28 Aprel
XİN: Ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzindədir
11:55
28 Aprel
II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu başa çatıb
11:41
28 Aprel
AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin aktual problemləri və prioritetləri müzakirə olunur
11:28
28 Aprel
Helsinkidə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda konfrans keçirilib
10:43
28 Aprel
Səhiyyə nümayəndələri akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər
10:35
28 Aprel
Mərakeş IV İslam Həmrəyliyi Oyunlarına 145 idmançı ilə qatılacaq
10:33
28 Aprel
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 120 dəfə pozub
10:28
28 Aprel
Qorxmaz Hüseynov: İçməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir
10:17
28 Aprel
“Bakı-2017”: Su festivalının Qəbələ mərhələsində böyük coşqu yaşanıb
10:13
28 Aprel
Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasından 94 il keçir
10:05
28 Aprel
Zakir Həsənov: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə ciddi təhdiddir
18:07
27 Aprel
“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır
18:01
27 Aprel
Bakıda Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü prosesi ilə bağlı seminar keçirilir
17:59
27 Aprel
Vüqar Rəhimzadə: “Qoca qitə”nin İslam dünyasına baxışı ədalətsiz və qərəzlidir
17:43
27 Aprel
Zərifə xanım Əliyevanın zəngin həyat yolu bugünkü və gələcək nəsillər üçün örnək və yaşam etalonudur
17:40
27 Aprel
Əli Əhmədov: Azərbaycanda neft sektorundan sonra ən böyük sərmayə tikinti sektoruna qoyulub
17:38
27 Aprel
Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
17:21
27 Aprel
Mariya Zaxarova: Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada ATƏT Minsk qrupu ilə görüşəcək
17:09
27 Aprel
YAP Yevlax rayon təşkilatının IX Konfransı keçirildi
16:56
27 Aprel
Milisa Markoviç: Suveren ölkənin daxili işlərinə müdaxilə etmək yolverilməzdir
16:18
27 Aprel
Siyavuş Novruzov: AŞ PA-nın Türkiyə ilə bağlı qərarı siyasi qərəzdir
15:51
27 Aprel
İslamiadaya qatılacaq Azərbaycan idmançılarının sayı açıqlanıb
15:27
27 Aprel
Azərbaycan və İtaliya strateji tərəfdaşlardır
14:49
27 Aprel
İsveçli nazir müavini Azərbaycanın multikultural və tolerant ənənələri barədə məlumatlandırılıb
14:30
27 Aprel
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq insidentsiz başa çatıb
14:15
27 Aprel
Azərbaycan ilə Çexiya arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
14:13
27 Aprel
“Bakı-2017”: Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət millimizin heyəti açıqlanıb
12:58
27 Aprel
Xəzərdən başlayan su səyahətinin iştirakçıları qədim və müasir Qəbələdə
12:51
27 Aprel
Məşhur qrossmeysterlər Şəmkirdə gənc şahmatçılarla dostluq görüşü keçiriblər
12:46
27 Aprel
Əli Əhmədov: tikinti sektorunda qeyri-rəsmi məşğulluq aradan qaldırılacaq
12:38
27 Aprel
Ramiz Həsənov: Azərbaycan açıq hökumət prinsipinin təşviqinə töhfəsini verib
12:24
27 Aprel
Rafael Hüseynov: Türkiyə uzun illərdir sübuta yetirib ki, o, demokratik dövlətdir
12:12
27 Aprel
Son 10-12 ildə Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb
12:09
27 Aprel
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib
12:02
27 Aprel
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə edilir
11:42
27 Aprel
Fuad Ələsgərov: Azərbaycanda korrupsiyaya qarşı bütün mexanizmlər yaradılır
11:32
27 Aprel
Görkəmli yazıçı, alim-pedaqoq Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı binada “Ədibin evi”nin açılışı olub
11:22
27 Aprel
Azərbaycanın və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilir
11:12
27 Aprel
Litva Seyminin bir qrup üzvü Xocalı soyqırımı ilə bağlı müraciət qəbul edib
11:08
27 Aprel
Ötən il dövlət tərəfindən tikinti sektoruna 11,4 milyard manat vəsait qoyulub
11:04
27 Aprel
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
10:49
27 Aprel
Azərbaycanlı deputat: Multikultural dəyərləri qorumaq bu gün həyati əhəmiyyət kəsb edən məsələdir
10:40
27 Aprel
Əli Əhmədov: Son 10 il ərzində Azərbaycan iqtisadiyyatı 3,5 dəfə artıb
10:39
27 Aprel
Silahlı Qüvvələrin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib
10:35
27 Aprel
Viktor Dovqan: Ukrayna və Azərbaycan Transxəzər Nəqliyyat Marşrutunun əsas tərkib hissələridir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA