Ana səhifə »  Dünya »  ABŞ-Rusiya: güc nümayişi və qarşılıqlı ittihamlar
A+   Yenilə  A-
ABŞ-Rusiya: güc nümayişi və qarşılıqlı ittihamlar

Soçidən bir qədər aralıda Rusiyaya məxsus hərbi təyyarənin qəzaya uğraması müəyyən sualların yaranmasına səbəb olub. Ekspertlər terror versiyasını araşdırırlar, ancaq məsələ yalnız bununla bağlı deyil. Daha düşündürücüsü odur ki, təyyarə olayı, ümumiyyətlə, Vaşinqtonla Moskva arasında hərbi imkanlarla bağlı mübahisələrin şiddətlənməsi, qarşılıqlı ittihamların artması, Ukraynada hərbi toqquşmaların intensivləşməsi və Suriyada vəziyyətin xeyli ağırlaşması fonunda baş verib. Bütün bunlar sistem halında qlobal geosiyasi mənzərəyə necə təsir göstərə bilər? Vaşinqtonla Moskva arasında münasibətlər daha da kəskinləşə bilərmi? Yaxud silahlanma yarışı yenidən alovlanarmı?
Kim daha güclüdür: iki böyük dövlətin qarşıdurması
Son günlər dünyanın iki supergücü - Amerika ilə Rusiya arasında hərbi qüvvələrin müqayisəsi ilə bağlı qiyabi dialoq gedir. Rəsmi Moskva dünyada ən güclü “nüvə üçlüyü”nə malik olduğunu bəyan edib. Buna cavab olaraq, Vaşinqton dərhal dünya tarixində ən mükəmməl orduya malik olduğunu bəyan edib. Əlavə olaraq, D.Tramp Amerikanın nüvə imkanlarını daha da artırmaqda maraqlı olduğunu bildirib.
Ekspertlər bunu ABŞ-ın yeni prezidentinin ölkənin dünyada ən güclü hərbi nüvə sisteminə malik olmasını təsdiq etməsi kimi qiymətləndiriblər. Üstəlik, D.Tramp daha qabağa gedərək, “MSNBC” telekanalına bildirib: “Qoy nüvə silahı üzrə silahlanma yarışına başlasınlar. Biz onlara hər addımda üstün gələcəyik və geridə qoyacağıq” (bax: Trump on Nukes: “Let it be an arms race” / “MSNBC”, 23 dekabr 2016).
Maraqlıdır ki, bunlara Rusiya prezidenti sakit reaksiya verib. O, ölkə vətəndaşları ilə ənənəvi onlayn görüşdə deyib ki, “ABŞ-ın yeni prezidenti normal fikirlər bildirib. Doğrudan da, Amerika dünyanın ən güclü ordusuna malikdir, bununla heç kəs mübahisə etmir. Ancaq ABŞ-ın getməkdə olan administrasiyası uduzduğunu sakit qarşılaya bilmir. Biz isə istənilən potensial təcavüzkardan güclü olduğumuzu deyirik və bu, belədir” (bax: Putin otreaqiroval na slova Trampa o ədernom potenüiale SŞA / “RİA Novosti”, 23 dekabr 2016).
Bütün bunlar hansı proseslərin əlamətləri ola bilər? Aydındır ki, artıq Amerika ilə Rusiya əvvəlki münasibətlərə qayıda bilmirlər. Onlar arasında gərginlik zaman-zaman fərqli məsələlər səbəbindən alovlanır. Lakin problemlərin hamısı qlobal geosiyasi hadisələrlə bağlı olur. Analitiklər də etiraf edirlər ki, dünyanın yenidən bölüşdürülməsi, liderlik və regionlarda nüfuz uğrunda savaş yeni səviyyəyə yüksəlib. Bir qədər öncə üstüörtülü və diplomatik ibarələrlə deyilən sözlər indi açıq şəkildə çatdırılır. Tərəflər konkret olaraq kimin daha güclü hərbi potensiala malik olması barədə mübahisə edirlər. Onun səbəbi nə ola bilər?
Burada ilk olaraq Suriyada baş verənlərə diqqət çəkilir. Hələbdən Suriyanın müxalif qüvvələrinin sıxışdırılıb çıxarılması regionda qüvvələr nisbətini bir qədər dəyişib. Özü də Rusiya və rəsmi Dəməşqə bu prosesdə Türkiyə yaxından yardım göstərib. Ankara əvəzində Əl-Bab və Münbici ələ keçirməyə Moskva və Dəməşqin mane olmaması təminatını alıb. Artıq Əl-Babda türk ordusunun işi tamamlaması qısa zamana bağlıdır. Rəsmi Ankara elitar hissələri göndərməkdədir. Onların sayı az, döyüş qabiliyyəti isə çox yüksəkdir. Yeni hərbi kontingent Suriyada hücum güclərini arxadan qorumalı, onları terror aktlarından mühafizə etməlidir.
Deməli, Hələbin Əsəd ordusu tərəfindən ələ keçirilməsi yalnız hərbi hadisə deyil. Bu əməliyyat həm də Rusiyanın geosiyasi addımları ilə səsləşməkdədir. Ənənəvi olaraq, ABŞ-ın müttəfiqi olan Türkiyə indi Rusiya-İran ikiliyi ilə birgə hərəkət edir. Təbii ki, Vaşinqton buna reaksiya verməli idi. O başqa məsələdir ki, həmin reaksiyada hərbi güc nümayişi az yer tutmur.
Amerika həm dostları, həm də düşmənlərinə çatdırır ki, dünyanın ən qüdrətli hərbi gücüdür və deməli, rusların Suriyadakı uğurları müvəqqətidir. Mübarizə bundan sonra başlayır. Buna qarşılıq Kreml özünün hərbi potensialı ilə bağlı nikbin fikirləri dünyaya bəyan edir. Prezident V.Putin daha ehtiyatlı mövqe tutaraq, istənilən təcavüzkara cavab verə biləcəklərini bildirir. Əslində, Rusiya prezidenti bir çox dövlət başçısının da ifadə etdiyi fikri deyib. Çünki əksər dövlətlər bəyan edirlər ki, istənilən təcavüzə qarşı durmağa hazırdırlar. V.Putin bu cür sakit və normal psixoloji durumu ilə Amerika rəsmilərini üstələyir - Ağ Ev nədənsə aqressiv və həyəcanlı görünür.
Havada partlayış: terror, yoxsa təsadüf?
Başqa bir məsələ Ukrayna ilə bağlı müşahidə edilən proseslərlə əlaqəlidir. Burada Ukrayna ordusunun Donbasda hücum əməliyyatlarını aparması diqqəti çəkir. Yayılan informasiyalara görə, ağır döyüşlər gedir. Hər iki tərəf itki verir. Lakin aydındır ki, Ukrayna məsələsində Qərblə Rusiyanın əvvəllər əldə etdikləri sazişin şərtləri pozulub. O cümlədən Minskdə gəlinən razılıqların üstündən xətt çəkilir. Bu isə o deməkdir ki, Ukraynada vəziyyət getdikcə daha da pisləşə bilər.
Bu arada BMT-də Krımdakı vəziyyəti əks etdirən sənəd qəbul olunub. Qətnaməyə əsasən, Rusiya Krımda insan haqlarını pozur, o cümlədən tatarları diskriminasiya edir. Bundan başqa, rəsmi Moskva yarımadada öz hüquqi prosedurlarını insanlara zorla yeritməyə çalışır (bax: Turüiə vıstupila protiv Rossii v OON / “gazeta.ru”, 21 dekabr 2016). Rəsmi Brüssel də Rusiyaya tətbiq etdiyi sanksiyaların vaxtını Ukrayna məsələsinə görə daha 6 ay uzadıb.
Vurğulanan faktlara dekabrın 25-də daha biri əlavə olunub. İçində çoxlu sayda hərbçi, jurnalist və dövlət adamları olan Rusiyaya məxsus “Tu-154” təyyarəsi Soçidən 5,5 kilometr aralıda qəzaya uğrayıb. Son məlumatlara görə, təyyarə havadaykən partlayıb. Mütəxəssislər “Tu-154”ün etibarlı olmasını nəzərə alaraq, partlayışın kənar müdaxilə ilə törədildiyi qənaətindədirlər (bax: İstoçnik soobhil ob otrabotke versii terakta na bortu Tu-154 / “lenta.ru”, 25 dekabr 2016).
Təyyarədə olan 64 hərbçi Suriyaya uçurmuş. Hmeymim hərbi bazasında rus əsgərlərə Yeni il konserti veriləcəkmiş. Ancaq təyyarənin partlaması tamamilə başqa əhval-ruhiyyə yaradıb. Əgər bu, terror aktı idisə, Suriyada vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırmaq olar. Ekspertlər hesab edirlər ki, müxalif qüvvələr Moskvaya Hələbi bağışlamayacaqlar. Mümkündür ki, Rusiyanın öz ərazisində terror aktları baş versin.
Belə qənaətə gəlmək olar ki, ABŞ-la Rusiya arasında hərbi güclə bağlı mübahisələrin intensivləşdiyi bir vaxtda maraqlı geosiyasi hadisələr baş verir. Suriyada Hələb B.Əsədin əlinə keçir, Əl-Babda Türkiyə uğur qazanır, BMT-də Krımla bağlı Rusiyanın əleyhinə qətnamə qəbul edilir, Ukraynada hərbi toqquşmalar şiddətlənir və Rusiyaya məxsus hərbi təyinatlı təyyarə göydə partlayır (yaxud partladılır). Bu proseslər cəm halında hansısa riskli mənzərənin yaranmaqda olduğundan xəbər verir. Onun mərkəzində, fikrimizcə, Yaxın Şərqdə baş verən hadisələr dayanır. Konkret olaraq, Qərb təşəbbüsün Rusiyanın əlinə keçməsinə ciddi maneələr törədir.
Bunun fonunda çoxlu sayda gözlənilməz hadisələr özünü göstərə bilər. Mümkündür ki, İsrail də bu proseslərə cəlb edilsin. Lakin əsas aktorlar Amerika, Rusiya və Avropadır. Onların arasında Suriya və İraq cəbhəsində nələrin baş verəcəyindən çox məqamlar asılıdır. Burada Türkiyənin də getdikcə daha böyük ölçüdə qlobal geosiyasi mübarizəyə qatıldığını demək lazımdır. Rəsmi Ankara Yaxın Şərqdə uğurlu hərbi-diplomatik addımlarını atmaqdadır. Gözləniləndir ki, bu proses son hadisələrin fonunda yeni səviyyəyə yüksəlsin. Hər nə olsa da, artıq Türkiyəyə dünyanın ən güclü dövlətləri belə “sən kimsən” məntiqi ilə yanaşa bilmirlər. Deməli, regionda qüvvələr nisbəti yenidən dəyişə bilər. Bu kontekstdə İran, Səudiyyə Ərəbistanı, Qətər və Misirin hansı keyfiyyətdə bu oyunda iştirak edəcəyi də maraq doğurur.
Yuxarıda vurğuladığımız məqamlar bağlılığında ən təhlükəli tendensiyalardan biri ABŞ-la Rusiya arasında silahlanma yarışının növbəti dəfə alovlana bilməsi ilə əlaqəlidir. Belə görünür ki, D.Tramp bu variantı istisna etmir. Əgər həmin proqnoz özünü doğrultsa, bütövlükdə bəşəriyyət daha mürəkkəb risklərlə üzləşə bilər. Çünki təcrübə göstərir ki, hərbi güc faktoru önə çıxdıqda daha amansız və güzəştsiz rəqabət başlayır.
Newtimes.az

 
  • Oxunub:  6810  |  
  • Tarix:  19-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisin sədri Sankt-Peterburqda ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşüb

17:49
29 Mart
İlham Məmmədov: Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamaqdadır
17:43
29 Mart
Oqtay Əsədov: Danışıqlar prosesi sonsuza qədər davam edə bilməz
17:38
29 Mart
Azərbaycanın din xadimləri 31 mart soyqırımı ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
17:31
29 Mart
Bahar Muradova: Beynəlxalq təşkilatlar yekdil mövqe nümayiş etdirməlidirlər
17:26
29 Mart
IV İslam Həmrəyliyi oyunları ilə bağlı yollarda “Oyunlar zolağı"nın çəkilişinə başlanılır
17:20
29 Mart
Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır
17:18
29 Mart
Muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi artıb
16:43
29 Mart
Yaqub Mahmudov: Ermənilərin törətdiyi hadisələr bütün dünya tarixi üçün silinməz ləkədir
16:21
29 Mart
31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir
16:00
29 Mart
Portuqaliya səfiri: Regiondakı mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir
15:31
29 Mart
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində yeddi qanun layihəsinə baxılıb
15:19
29 Mart
BDU-da 31 mart soyqırımı qurbanları anılıb
14:54
29 Mart
İqbal Məmmədov: Ölkəmizdə aqrar sahəyə qoyulan investisiyaların həcmi hər il mütəmadi olaraq artmaqdadır
14:50
29 Mart
Səlim Müslümov: Azərbaycan dünya çempionatına işçi göndərmək üçün Qətərlə müqavilə bağlayacaq
14:38
29 Mart
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi-praktik konfrans keçirilib
14:21
29 Mart
YAP Gənclər Birliyi “31 Mart Azərbaycanlıların soyqırımı” günü ilə əlaqədar tədbir keçirmişdir
14:09
29 Mart
Aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir
14:02
29 Mart
Berndə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirilib
13:25
29 Mart
Prezident Həsən Ruhani: Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı xalqlarımızın mənafeyinə uyğundur
12:38
29 Mart
Azərbaycanın daxili işlər naziri Dubay şəhərinin polis rəisi ilə görüşüb
11:42
29 Mart
Əbülfəs Qarayev Portuqaliya səfiri ilə görüşüb
11:14
29 Mart
Məmməd Musayev: Azərbaycanda əlverişli biznes mühiti mövcuddur
11:10
29 Mart
Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək
11:03
29 Mart
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi iyunun sonunda baş tutacaq
10:58
29 Mart
Prezident İlham Əliyev BP şirkətinin regional prezidentini qəbul edib
10:44
29 Mart
Rauf Əliyev: Ölkəmizdə turizmin daha da inkişafı üçün geniş potensial var
10:40
29 Mart
Güləşçilərimiz Avropa çempionatının ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar
10:35
29 Mart
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin hüquq mühafizə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
10:30
29 Mart
“Bakı-2017”də cüdo və atletika idman növlərində iştirak edəcək paralimpiyaçılarımızın sayı müəyyənləşib
10:27
29 Mart
“İrəli” İctimai Birliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkələrdə aksiyalara start verib
10:25
29 Mart
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 125 dəfə pozub
17:51
28 Mart
Azərbaycan Prezidenti: Azərbaycanda dövlət həmişə sahibkarlara kömək göstərir
17:42
28 Mart
Nizami Cəfərov: V Qlobal Bakı Forumunun keçirilməsi əlamətdar hadisələrdən biridir
17:38
28 Mart
ATƏT PA-nın vitse-prezidenti: Demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə qurban verilməməlidir
17:26
28 Mart
ABŞ-ın Dövlət katibi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıdır
17:22
28 Mart
Joao Mestre: “Azərbaycanla bağlı sənədli filmimlə bu ölkənin ali dəyərlərini dünyaya təqdim etməyi düşünürəm”
17:18
28 Mart
Formula-1 Azərbaycan Qran-prisi üçün yerli media nümayəndələrinin qeydiyyatı davam edir
16:55
28 Mart
IDEA “Eko-skaut” layihəsinə start verib
16:19
28 Mart
Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında əməkdaşlıq genişlənir
16:05
28 Mart
Prezident: Pambıqçılığın inkişafı Azərbaycanda yüngül sənayenin inkişafına da böyük təkan verəcək
15:46
28 Mart
Azərbaycan parlamentinin AŞPA və Rusiya Dövlət Duması ilə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
15:31
28 Mart
Azərbaycan Əbu-Dabidə keçirilən “Təhlükəsizlik naminə birlik” adlı beynəlxalq konfransda təmsil olunub
15:18
28 Mart
Milli Məclisin sədri Sankt-Peterburqda ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşüb
14:47
28 Mart
Prezident İlham Əliyev: Bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir
14:44
28 Mart
Bir qrup yüksək rütbəli hərbi qulluqçu ehtiyata və istefaya buraxılıb
14:35
28 Mart
Dilarə Cəbrayılova: Belə bir mötəbər beynəlxalq tədbirdə dünyada mövcud olan aktual məsələlər geniş müzakirə olunur
14:19
28 Mart
İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib
14:11
28 Mart
Prezident İlham Əliyev: Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir
14:07
28 Mart
Yanvarda Türkiyə Azərbaycandan 590,35 milyon kubmetr təbii qaz idxal edib
12:56
28 Mart
Hadi Rəcəbli: Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir
12:36
28 Mart
Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir
12:20
28 Mart
Bakıda 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçiriləcək
11:18
28 Mart
Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib
11:16
28 Mart
Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışı olub
11:13
28 Mart
İslam Oyunlarında tibbi yardım göstərəcək xəstəxanalar müəyyənləşib
11:01
28 Mart
Prezident İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olub
10:58
28 Mart
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 130 dəfə pozub
10:37
28 Mart
Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
10:26
28 Mart
Prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib
10:17
28 Mart
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib
10:12
28 Mart
Azərbaycan Prezidenti İlham Əliyev Saatlıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
10:03
28 Mart
TÜRKSOY-un Buxarestdə möhtəşəm konserti keçirilib
10:01
28 Mart
UNESCO-nun baş qərargahında Novruz bayramı qeyd olunub
09:57
28 Mart
Azərbaycanlı deputat Avropa Parlamentində AŞPA-nı təmsil edib
17:52
27 Mart
“Moment istinı” qəzetinin Azərbaycanın müasir ictimai-siyasi həyatına dair xüsusi buraxılışı işıq üzü görüb
17:50
27 Mart
Eldar İbrahimov: Həyata keçirilən iri layihələr sosial-iqtisadi inkişafa xidmət edir
17:48
27 Mart
Ziyad Səmədzadə: Görülən işlər Azərbaycanın iqtisadi həyatını canlandırır
17:27
27 Mart
“Olimpiya Hərəkatı-2017” proqramı çərçivəsində rayondaxili yarışlar davam edir
17:27
27 Mart
Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək
16:27
27 Mart
Paralimpiyaçılarımız IX Fəza Beynəlxalq Qran-pri yarışında uğurla çıxış ediblər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA