Ana səhifə »  Dünya »  Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət
A+   Yenilə  A-
Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

Moskvada üç dövlətin Suriya ilə bağlı müzakirələr aparması dünya siyasətində rezonans doğurub. Müxtəlif səviyyələrdə bu hadisənin təhlili aparılır. Artıq meydana yeni bir əməkdaşlıq formatının çıxdığını vurğulayırlar. Bu prosesin müsbət, yaxud mənfi nəticələr verə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır. Ekspertlər hesab edirlər ki, hələlik kövrək olan Rusiya-Türkiyə-İran “üçlüyü”, eyni zamanda, Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilər. Burada əməkdaşlıq formatının nüvəsində Rusiyanın dayandığına əmindirlər. Həmin səbəbdən “üçlüyü” Moskvanın geosiyasi addımı olaraq qiymətləndirirlər. Onun fonunda isə Vaşinqtonun baş verənlərə münasibətini təhlil edirlər. Bu aspektdə də müəyyən ziddiyyətlər özünü göstərməkdədir. Onların işığında Rusiya-Türkiyə-İran əməkdaşlığının perspektivi necə görünür? Bu, qlobal geosiyasətin dinamikasında hansı dəyişikliklərə təkan verə bilər?
Yaxın Şərq kabusu: böyük dövlətlərin yeni manevrləri fonunda
Belə görünür ki, Yaxın Şərqdə böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoymaqdadır. Hər bir halda ekspertlər əmindirlər ki, artıq həmin regionda əvvəlki mənzərə mövcud deyil, qüvvələr nisbəti hiss ediləcək dərəcədə yeniləşib. Burada əsas təkanverici aktor rolunu Rusiyanın oynadığından yazırlar. Belə ki, Moskva Ankara və Tehranı bir araya gətirərək hələlik kövrək olan koalisiya formalaşdıra bilib. Doğrudur, burada əsas rolu Moskva və Ankaranın oynadığını deyirlər. Tehran yalnız Hələbdən insanların çıxarılması zamanı humanitar karvana hərbi müdaxilə ilə özünü Rusiya və Türkiyənin yanında qəbul etdirə bilib. Bununla bağlı Rusiyanın Din və Siyasət İnstitutunun prezidenti Aleksandr İqnatenko vurğulayıb: “Bu çox kövrək birliyin (Rusiya-Türkiyə-İran formulu nəzərdə tutulur - Newtimes.az) nüvəsi Rusiya və Türkiyədir. Onlar bütün Suriya böhranının həlli formulu ola biləcək üsulu Hələb böhranının həllində tapa bildilər... Ancaq Tehran Rusiya-Türkiyə planına mane olmaq üçün hər şeyi etdi - Hələbdən çıxarılan sünni qruplarını atəşə tutmağa qədər getdi. Bu aksiyalar və başqa tədbirlər nəticəsində İran Rusiya və Türkiyə “dueti”ndə iştirak etməyi məcburən qəbul etdirdi...” (bax: İqorğ Subbotin. Na Blijnem Vostoke - novıy peredel sfer vliəniə / “Nezavisimaə qazeta”, 22 dekabr 2016).
Ekspertin fikirlərinin nə dərəcədə dəqiq olduğunu deyə bilmərik, lakin bizcə, İran əvvəlcədən Rusiya ilə birlikdə Suriya məsələsində kifayət qədər təsiredici addımlar atırdı. Buna görə də onun Ankara-Moskva “dueti”nin yanında olması yalnız Hələb məsələsi ilə məhdudlaşa bilməz. Burada daha maraqlı olanı bir sıra ekspertlərin daim İslamda təriqət məsələsini vacib siyasi faktor kimi təqdim etməyə çalışmasıdır. Bu səbəbdən Türkiyə-İran münasibətlərini dini məzhəb münasibətləri çərçivəsinə salmaq çox təhlükəlidir. Hesab etmirik ki, regionun iki güclü dövləti bunu anlamasın. O cümlədən Suriya istiqamətində Ankara və Tehranın daha geniş prinsiplər üzrə əməkdaşlıq etdiklərinə şübhə etmirik. Məsələnin digər aspekti Qərbin, daha çox Amerikanın Rusiya-Türkiyə-İran koalisiyasına verdiyi reaksiya ilə bağlıdır.
Artıq bununla bağlı rəsmi münasibət vardır. Ekspertlər də müəyyən fikirlər ifadə edirlər. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bəyan edib ki, Rusiya ordusunun Suriyadakı fəaliyyəti onu göstərmir ki, Amerika ordusu dünyada aparıcı mövqeyini itirib. Əksinə, ABŞ dünya tarixində ən güclü hərbi sistemə malikdir. Buna görə də Amerikanın Yaxın Şərqdə liderliyi əldən verməsi haqqında deyilənlər əsassızdır (bax: Qosdep osporil vıskazıvanie Putina o prevosxodstve rossiyskoy armii / “Vedomosti”, 23 dekabr 2016).
Bununla yanaşı, C.Kirbi onu da qeyd edib ki, Moskvadakı danışıqlar Amerikanı kənara itələmək anlamına gəlmir. Bu, Suriyada sülhə nail olmağa yönəlmiş çoxsaylı cəhdlərdən biridir. Əgər həmin təşəbbüs müsbət nəticə verərsə, bu, Amerika tərəfini sevindirər. Buna görə də Vaşinqton “üzünü yana çevirmir” və alınan müsbət nəticələri dəstəkləyəcək (bax: İqorğ Subbotin. Na Blijnem Vostoke novıy peredel sfer vliəniə / “Nezavisimaə qazeta”, 22 dekabr 2016).
Eyni zamanda, C.Kirbi Vaşinqtonun Suriya ilə bağlı fəaliyyətini davam etdirdiyinə də işarə verib. O xüsusi qeyd edib ki, Moskvadakı diskussiyalarda iştirak etməsələr də, amerikan diplomatiyası daha genişmiqyaslı təşəbbüslərin müəllifi olaraq fəaliyyətini davam etdirir. Məsələn, “dövlət katibi Con Kerri Ər-Riyadda müzakirələr aparıb” (bax: əvvəlki mənbəyə). Məsələnin bu tərəfi C.Kerrinin bir fikri kontekstində daha çox maraq doğurur. C.Kirbinin dediyinə görə, “Kerri telefonda Lavrov və Türkiyə xarici işlər naziri ilə danışıb və yeni təşəbbüsün uğurlu olacağına bədbin münasibət göstərdiyini ifadə edib” (bax: Stanislav Tarasov. Stanet li ustoyçivım alğəns Rossii, İrana i Turüii? / “Regnum”, 22 dekabr 2016).
Ziddiyyətlər və əməkdaşlıq potensialı: Qərbin reaksiyası müstəvisində baxış
Sonuncu fikirləri əvvəlkilərlə müqayisə edəndə ABŞ dövlət katibinin mövqeyində müəyyən ziddiyyətin olduğu aydınlaşır. Çünki bir tərəfdən o, Suriya ilə bağlı istənilən təşəbbüsü dəstəklədiklərini bildirir, digər tərəfdən isə Hələbdə atəşkəsə nail olmuş bir əməkdaşlıq formatına bəri başdan bədbin münasibətini göstərir. Belə çıxır ki, Amerika alternativ addımlar atmaqda maraqlıdır. C.Kerrinin Ər-Riyadda danışıqlar aparması bu aspektdə hansı rolu oynaya bilər?
Əvvəlcə ekspertlərin bir fikrinə nəzər salaq. Onların bəziləri hesab edirlər ki, Türkiyə-Rusiya-İran koalisiyasına Səudiyyə Ərəbistanı və Qətər qısqanclıqla yanaşırlar. Hesab edirlər ki, sünnilərin hüquqları pozulur. Bu səbəbdən də Ər-Riyadla Doha ayrıca hərbi güc hazırlayırlar. Onlar “əl-Qaidə”nin oxşarını yaratmağa başlayıblar. Aleksandr İqnatenko bu məsələ ilə bağlı deyib: “Suriya qruplaşmalarının nəzarət etdiyi ərazilərdə sünni kvazidövləti yaradılır ki, artıq orada “əl-Qaidə”nin yeni variantının meydana gəldiyi haqqında anonslar verirlər” (bax: İqorğ Subbotin. Na Blijnem Vostoke - novıy peredel sfer vliəniə / “Nezavisimaə qazeta”, 22 dekabr 2016).
Maraqlıdır ki, Donald Tramp da artıq Suriyadan tez-tez danışır. “The New York Times”ın yazdığına görə, Pensilvaniyadakı mitinqdə ABŞ-ın yeni prezidenti deyib ki, Suriyada vəziyyət çox kədərlidir və “insanlara kömək etmək lazımdır” (bax: Stanislav Tarasov. Stanet li ustoyçivım alğəns Rossii, İrana i Turüii? / “Regnum”, 22 dekabr 2016). D.Tramp sözlərinə davam edərək, Suriyada “təhlükəsizlik zonaları” yaratmaq üçün Körfəz ölkələrindən maliyyə vəsaiti alacağını da dilə gətirib, ancaq onu necə təmin etməkdən danışmayıb. Lakin Hələbdə baş verənlərdən sonra Vaşinqtonun həmin ideyadan vaz keçdiyini söyləyirlər. Həm də D.Tramp rəsmən prezident kürsüsünə qalxana qədər Rusiyanın vəziyyəti daha çox dəyişəcəyindən bəhs edirlər ki, bununla da Vaşinqton gecikə bilər.
Bu məqamları da nəzərə alanda Səudiyyə Ərəbistanında dövlət katibinin müzakirələr aparmasından Rusiya-Türkiyə-İran koalisiyasına bir alternativin hazırlandığı nəticəsini çıxara bilərik. Bu isə birmənalı olaraq regionda geosiyasi-hərbi vəziyyəti daha da ağırlaşdıracaq və faktiki olaraq iki səviyyədə ziddiyyətlər meydana gətirəcək.
Birincisi, Yaxın Şərqin böyük dövlətləri arasında ixtilaflar yeni səviyyəyə yüksələcək. O cümlədən Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və İran arasında intriqalar daha aktiv fazaya keçə bilər. Bunun fonunda məzhəb qarşıdurmasında əvvəllər müşahidə edilməyən konflikt çalarları özünü göstərər. Məsələn, sünni dövlətlər arasında belə “yeni əl-Qaidə” vasitəsilə münaqişələr yaranar. Bundan kimlərin qazandığı gün kimi aydındır.
İkincisi, ABŞ-Rusiya-Avropa-Çin geosiyasi xəttində gərginlik yüksələ bilər. Bu isə qlobal miqyasda hərbi ilə yanaşı, iqtisadi və maliyyə sferalarında da növbəti böhranları meydana atar. Faktiki olaraq dünya növbəti “soyuq müharibə” girdabına düşər. Bu prosesin ümumbəşəri fəlakətlərə aparıb çıxara biləcəyi hər kəsə məlumdur. Onda yuxarıda vurğulanan geosiyasi məqsədli koalisiyaların yaranması arxasında nələr dayanır? Ümumiyyətlə, belə cəhdlərə ehtiyac varmı?
Doğrusu, bu kimi suallara cavab verməyi siyasətçilər xoşlamırlar. Bəşəriyyətin taleyi baxımından isə kimin nəyi xoşlaması arqument ola bilməz. Aydın olanı budur ki, hələ də böyük dövlətlər korporativ maraqlardan çıxış edirlər. Bu cür oyunların həmişə bir sonu olur. İndiki halda bunun növbəti dünya müharibəsi ilə nəticələnməməsini arzulardıq.
Newtimes.az

 
  • Oxunub:  8730  |  
  • Tarix:  12-01-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mol­do­va Pre­zi­den­ti İqor Do­don Hey­dər Əli­yev Mər­kə­zin­də olub

15:27
28 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Varşavada Polşanın Baş naziri ilə görüşüb
15:09
28 İyun
Azərbaycanın müdafiə naziri NATO-nun toplantısında iştirak edəcək
11:33
28 İyun
Buxarestdə Rumıniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd olunub
11:22
28 İyun
Güləşçilərimiz Avropa çempionatının ilk günündə 3 medal qazanıblar
11:14
28 İyun
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 146 dəfə pozub
11:05
28 İyun
Prezident Andjey Duda: Azərbaycan Polşanın Cənubi Qafqaz və Xəzər dənizi regionunda mühüm tərəfdaşıdır
10:52
28 İyun
Şəkidə “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalı başlayıb
10:46
28 İyun
Fransa portalı: Qaçqınlara diqqət Azərbaycan üçün prioritet məsələdir
18:07
27 İyun
Məcburi köçkün ailələrinə Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimi olub
17:48
27 İyun
Azərbaycan nümayəndə heyəti Astanada keçirilən beynəlxalq simpoziuma qatılıb
17:37
27 İyun
Oqtay Əsədov: Avrasiya ölkələri parlamentlərinin birgə səyləri bölgədəki bütün problemlərin həllini yaxınlaşdıra bilər
17:21
27 İyun
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
17:15
27 İyun
Prezident İlham Əliyev Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib
17:07
27 İyun
Səməd Seyidov: AŞPA üzvləri Dağlıq Qarabağa qeyri-qanuni səfər edəndə qurumun etimadı məsələsi niyə qaldırılmadı?
16:21
27 İyun
Azərbaycan və Polşa prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
16:03
27 İyun
Azərbaycan-Polşa sənədləri imzalanıb
15:45
27 İyun
Azərbaycan-İran münasibətlərinin inkişafında parlamentlər vacib rol oynayır
14:37
27 İyun
Milli Məclisin sədri: Azərbaycan ilə Çexiya dost və tərəfdaş ölkələrdir
14:30
27 İyun
Azərbaycan və Polşa prezidentlərinin geniş tərkibdə görüşü
14:19
27 İyun
Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunub
14:00
27 İyun
Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü olub
13:34
27 İyun
Azərbaycan Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi
12:44
27 İyun
Azərbaycanlı deputat Avropa Şurasını müsəlmanların hüquqlarının müdafiəsini gündəlikdə saxlamağa çağırıb
12:38
27 İyun
Milli Məclisin sədri Oqtay Əsədov Avrasiya Ölkələri Parlament Sədrlərinin II Müşavirəsində iştirak edir
12:24
27 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Polşaya rəsmi səfərə gəlib
12:04
27 İyun
Almaniya mediası: Formula-1 azarkeşləri Azərbaycanda maraqlı və həyəcan dolu bir yarış izləyiblər
23:16
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb
23:06
25 İyun
Yaponiya KİV-ləri Formula-1 Azərbaycan Qran-Prisindən yazırlar
22:50
25 İyun
İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb
21:41
25 İyun
Azərbaycan Qran-Prisinin qalibi: Bakıda Formula-1 yarışları üçün hər cür şərait var
21:34
25 İyun
Möhtəşəm Formula-1 Azərbaycan Qran-Prisi uğurla başa çatıb
19:27
25 İyun
“Red Bull Racing” komandasının pilotu Daniel Rikkiardo Formula-1 Azərbaycan Qran-Prisinin qalibi olub
18:49
25 İyun
“Toro Rosso”, “Sauber” və “Force India”nın pilotları Bakıda azarkeşlərlə görüşüblər
18:44
25 İyun
Dmitri Kozak: Formula-1 Azərbaycan Qran-Prisi yüksək səviyyədə təşkil olunub
18:08
25 İyun
Prezident İlham Əliyev “VTB Bank”ın prezidenti, idarə heyətinin sədrini qəbul edib
17:58
25 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib
17:05
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinə start verilib
16:52
25 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Formula-1-in rəhbər şəxslərini qəbul edib
16:23
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin açılış mərasimi başlayıb
15:37
25 İyun
Prezident İlham Əliyev Bakıda yeni salınan yolun açılışında iştirak edib
12:51
25 İyun
Prezident İlham Əliyev Rusiyanın “Zavtra” qəzetinin baş redaktorunu qəbul edib
10:54
25 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 148 dəfə pozub
10:12
25 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib
15:52
24 İyun
Türkiyə KİV-ləri: Bakıda “Formula-1 həyəcanı
15:49
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə “Mercedes”in pilotu fərqlənib
15:30
24 İyun
Türk dünyası mədəniyyəti və irsinin İtaliyada tanıdılması ilə bağlı layihələrin icrasına dair müzakirələr aparılıb
15:26
24 İyun
Muxtar respublikada maşınqayırma sənayesi sahəsində böyük nailiyyətlər əldə edilib
14:45
24 İyun
Prezident İlham Əliyev Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidentini qəbul edib
14:41
24 İyun
Zakir Həsənov: Azərbaycan Ordusu düşməndən üstün olduğunu bütün dünyaya sübut etdi
14:13
24 İyun
Formula-1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb
17:28
23 İyun
Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova Prezidenti Formula-1 paddokunda
17:24
23 İyun
Astanada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının üçüncü iclası keçirilib
17:22
23 İyun
Hamının can atdığı çətin peşə: dövlət qulluğu
17:19
23 İyun
Formula-1 pilotları ikinci sərbəst yürüşdə mübarizəyə başlayıblar
17:01
23 İyun
Eldar İbrahimov: Sahibkarlığın inkişafı ölkəmizin sosial-iqtisadi inkişafı prosesində mühüm rol oynayır
17:00
23 İyun
İtaliyada birinci Azərbaycan Film Festivalı “Əli və Nino” filmi il açılıb
16:49
23 İyun
Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər
16:29
23 İyun
Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının X konfransı keçirilib
16:26
23 İyun
Formula-1 Azərbaycan Qran-Prisi telekommunikasiya xidmətləri ilə təchiz olunub
16:07
23 İyun
Respublika Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub
16:01
23 İyun
Bolqarıstan ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə məlumat verilib
15:52
23 İyun
İqtisadiyyat naziri Qaxda vətəndaşların müraciətlərini dinləyib
15:42
23 İyun
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının IX konfransı keçirilib
15:37
23 İyun
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
15:15
23 İyun
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
15:08
23 İyun
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
15:03
23 İyun
Dövlət başçısı İlham Əliyev: “Azərbaycan Ordusu güclü ordular sırasındadır”
14:57
23 İyun
Moldova Prezidenti İqor Dodon Heydər Əliyev Mərkəzində olub
14:53
23 İyun
Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Koreyaya gedəcək
14:44
23 İyun
Prezident: "Dağlıq Qarabağ dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır"

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+29 +34
gecə+20 +23