Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Pekin Vaşinqtonla fikir ayrılıqlarını aradan qaldırmaq niyyətindədir

Pekin Vaşinqtonla fikir ayrılıqlarını aradan qaldırmaq niyyətindədir

23.04.2024 [15:07]

Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin sözçüsü bildirib ki, Pekin və Vaşinqton arasındakı münasibətlərdə fikir ayrılıqlarının hakim olmasının qarşısını almaq lazımdır. "Yeni Azərbaycan" xəbər verir ki, o, bunu ABŞ-ın dövlət katibi Antoni Blinkenin Çinə səfəri ərəfəsində keçirdiyi brifinqdə deyib. 

“Çin və ABŞ arasında fikir ayrılıqları keçmişdə olub, indi də var və gələcəkdə də qala bilər, lakin onların Çin-Amerika münasibətlərində hökmranlıq etməsinə icazə vermək olmaz, bütün prosesin idarə olunmasına riayət etmək lazımdır”, - deyə diplomat bildirib.

Qeyd edək ki, bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika  Departamentinin nümayəndəsi Çin və ABŞ arasında münasibətlərdə əsas məsələnin adını çəkib. O qeyd edib ki, böyük dövlətlər arasında rəqabət Pekinin, Vaşinqtonun və digər ölkələrin  üzləşdiyi problemlərini  həll etməyəcək.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 155 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31