Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

19.04.2024 [12:21]

Stavropol diyarında qəzaya uğrayan Rusiyanın Tu-22M3 hərbi təyyarəsinin ekipaj üzvlərindən biri həlak olub.

Bu barədə Stavropol diyarının qubernatoru Vladimir Vladimirov məlumat verib.

Rusiya Hərbi-Kosmik Qüvvələrinin Tu-22M3 təyyarəsi Stavropol diyarının Krasnoqvardeyski rayonunda qəzaya uğrayıb. Daha əvvəl 3 ekipaj üzvünün təxliyə edildiyi, bir pilotun axtarışlarının davam etdiyi bildirilib.

Stavropol diyarının qubernatoru Vladimir Vladimirov “Telegram” kanalında hadisə ilə bağlı yenilənmiş məlumatların daxil olduğunu bildirib. Onun sözlərinə görə, üçüncü ekipaj üzvü həlak olub, dördüncü pilotun axtarışları davam edir.

Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarə döyüş tapşırığını yerinə yetirdikdən sonra öz aerodromuna qayıdarkən qəzaya uğrayıb.

Paylaş:
Baxılıb: 152 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31