Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

Si Cinpin Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edib

16.04.2024 [15:15]

ÇXR Sədri Si Cinpin Ukrayna böhranının nəzarətdən çıxmasına yol verməmək və sülhə mümkün qədər tez nail olmaq üçün dörd prinsip təklif edib.

Sinxua agentliyi xəbər verir ki, Si Cinpin bunu Pekində Almaniya kansleri Olaf Şoltsla görüşü zamanı deyib. Məlumata görə, tərəflər Ukrayna böhranı ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

“Birincisi, sülh və sabitliyin qorunub saxlanmasını prioritet hesab etməliyik və mənfəət güdməkdən çəkinməliyik. İkincisi, odun üstünə körüklə getmək əvəzinə, gərginliyi azaltmağa çalışmalıyıq. Üçüncüsü, sülhün bərpası üçün şərait yaratmalı və eskalasiyaya yol verməməliyik. Dördüncüsü isə qlobal iqtisadiyyata mənfi təsirləri azaltmalı, həmçinin sənaye və təchizat zəncirlərinin sabitliyini pozmamalıyıq”, - deyə Çin lideri bildirib.

Qeyd edək ki, Olaf Şolts aprelin 12-dən Çində səfərdədir. Bu, onun kansler kimi ÇXR-ə ikinci səfəridir. Almaniya hökumətinin başçısını ətraf mühit, kənd təsərrüfatı və nəqliyyat nazirləri müşayiət edir. Nümayəndə heyətinə, həmçinin Almaniyanın aparıcı şirkətlərinin, o cümlədən “Siemens”, BMW və “Mercedes-Benz” kompaniyalarının nümayəndələri daxildir. Səfər zamanı əsas diqqətin ikitərəfli iqtisadi-ticarət əlaqələrinə yönəldiyi bildirilir.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft ucuzlaşıb

29 Aprel 10:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30