Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Din / Qafqaz Müsəlmanları İdarəsində Fatimeyi-Zəhranın Şəhadət gününə həsr olunmuş tədbir keçirilib

Qafqaz Müsəlmanları İdarəsində Fatimeyi-Zəhranın Şəhadət gününə həsr olunmuş tədbir keçirilib

11.03.2016 [10:06]

Qafqaz Müsəlmanları İdarəsində Məhəmməd Peyğəmbər Əleyhissəlamın qızı Fatimeyi-Zəhranın Şəhadət gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qarşılıqlı Fəaliyyət Şurası, Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil etdiyi “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumunun nümayəndələri iştirak ediblər.
Əvvəlcə müqəddəs Qurani-Kərimdən surələr oxunub.
Qonaqları salamlayan və onları təqdim edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə bildirib ki, IV Qlobal Bakı Forumunda 53 ölkədən 300-dən çox nümayəndə iştirak edir. Şeyxülislam xatırladıb ki, forumda başqa məsələlərlə yanaşı, münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikülturalizm və inteqrasiya, qlobal təhlükəsizliyin təmin edilməsi kimi aktual problemlər də müzakirə olunub.
Dövlətlə din arasında münasibətlərdən söz açan A.Paşazadə vurğulayıb ki, Azərbaycan dini münaqişələrin heç vaxt müşahidə olunmadığı çoxkonfessiyalı ölkədir, dünyanın bir çox ölkələri üçün tolerantlıq və dini dözümlülük örnəyidir.
Görüş iştirakçısı Ayətullah Seyid Məhəmməd Təqi əl-Müdərrisi İslamda Peyğəmbər Əleyhissəlamın qızının yerindən danışaraq bildirib ki, Fatimeyi-Zəhranın bu günlərdə qeyd olunan Mövludu günü İslam dünyasında ən əlamətdar günlərdən biri sayılır. Fatimeyi-Zəhra qısa və mənalı ömrü ilə bütün zəmanələrin möminlərinə, gələcək nəsillərə ibrətamiz irs qoyub gedib. Fatimeyi-Zəhra müsəlmanlar üçün möminlik və səbir, habelə ən gözəl mənəvi keyfiyyətlərin mücəssəməsidir.
Sonra Fatimeyi-Zəhranın şəhadətinə həsr olunmuş mərsiyə oxunub.
Sonda tədbir iştirakçılarına ehsan verilib.

Paylaş:
Baxılıb: 2325 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30