Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Din / Qafqaz Müsəlmanları İdarəsi Avropa Oyunlarında iştirak edən idmançılarımızla bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Avropa Oyunlarında iştirak edən idmançılarımızla bağlı fətva verib

21.06.2015 [13:54]

Qafqaz Müsəlmanları İdarəsi birinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə bağlı fətva verib.
Bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası birinci Avropa Oyunlarında iştirak edən idmançılarımızın müraciətlərini nəzərə alaraq, İslam fiqhi və şəriətinə dair bəzi məsələlərə aydınlıq gətirməyə və öz münasibətini bildirməyə qərar verib.
Fətvada deyilir: “Bildiyiniz kimi, bu ilin Ramazan ayı ölkəmizin tarixində ilk dəfə keçirilən birinci Avropa Oyunları ilə eyni günlərə təsadüf edib. Bu möhtəşəm idman yarışı növbəti dəfə dünyanın diqqətini Vətənimizə yönəldib, qalib idmançılarımızın şərəfinə qaldırılan bayrağımız Azərbaycanın şanlı salnaməsinə öz dəyərli töhfəsini verib və yenə də verməkdədir. Mübarək hədisi-şərifdə buyurulub ki, Vətəni sevmək imandandır. Rəqabət meydanında güclü olmaq, Vətənin şərəfini qoruyaraq bayrağını ucaya qaldırmaq da iman göstəricisidir. Bunun üçün heç şübhəsiz ki, ruhi və cismani sağlamlıq mühümdür.
Ramazanın hər gəlişi İslam aləmi üçün böyük sevincdir və bizi də çox məmnun edir ki, hər il bu müqəddəs ibadətlərə Azərbaycan idmançıları da səbir və təqva ilə qoşulurlar. Fəqət bu il orucluq birinci Avropa Oyunlarının gərgin yarışlar dönəminə təsadüf edir. Ramazanda idmançı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər. Bununla bağlı səhih mənbələrdə bildirilir ki, belə səbəblərdən oruc tutmayan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidirlər. Çünki rəqiblə idman meydanında aparılan mübarizədə qalib gəlmək, Vətənin şərəfini qorumaq, bayrağını ucaltmaq vacib və savab əməllərdəndir.
Azərbaycan dindarları bu əziz günlərdə inanırlar ki, birinci Avropa Oyunlarında idmançılarımızın qələbəsi - torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərin xatirəsinə ən dəyərli töhfə, ölkəmizin şərəf salnaməsinə yazılan ən parlaq səhifədir. Mübarək Ramazanda edilən duaların qəbul olunacağına əmin olduğumuz üçün biz Allah-taaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük fədakarlıq göstərən dövlət rəhbərimiz İlham Əliyevə, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya sonsuz xeyir-dualar diləyir, tariximizə zəfərlər yazmaqda olan idmançılarımıza uğurlar arzulayırıq.
Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin, bizi daim müzəffər qərar versin, inşallah!”.

 
Paylaş:
Baxılıb: 1935 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30