Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Diaspor / Almaniyada “Azərbaycan sülh və ədalət istəyir” şüarı altında aksiya keçirilib

Almaniyada “Azərbaycan sülh və ədalət istəyir” şüarı altında aksiya keçirilib

26.01.2019 [10:45]

Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür və Dayanışma Cəmiyyətinin, Kölndə fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin, Alman-Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Almaniyada aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən qəzetimizə verilən məlumata görə, Avropanın aparıcı dövləti olan Almaniyada insan azadlığı və hüquqlarına həssas yanaşılması, bu ölkənin ATƏT-də nüfuz sahibi olması və ən əsası, beynəlxalq hüquq və prinsiplərə hər zaman hörmətlə yanaşması belə bir aksiyanın keçirilməsinə stimul verib.
Aksiya “Azərbaycan sülh və ədalət istəyir!”, “Avropa, uşaqların qətlinə göz yumma!”, “Dinc əhalinin qətlini dayandırın!”, “Ermənistanın təcavüzünə son!”, “Snayper gülləsinə tuş gələn uşaq!”, “1992-2018: uşaqların qətli davam edir!”, “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!”, “Biz sülh deyirik!”, “Dilqəm və Şahbaza Azadlıq!” şüarları altında keçirilib.
Aksiyada çıxış edən soydaşlarımız erməni vandalizmindən söz açıb, Dağlıq Qarabağın Azərbaycanın tarixi əraziləri olduğunu konkret faktlarla qeyd ediblər. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı bir milyondan çox insanın doğma yurdlarından didərgin salınması, mülki şəxslərə qarşı erməni qəddarlığı, öz dədə-baba yurdlarına, doğmalarının qəbirlərinin ziyarətinə getmiş Dilqəm və Şahbazın girov götürülməsi, onlara qeyri-insani yanaşaraq işgəncələr verilməsi və s. məsələlər aksiya zamanı bir daha alman cəmiyyətinin və turistlərin diqqətinə çatdırılıb. Eyni zamanda, aksiya çərçivəsində Azərbaycan Respublikası haqqında tarixi məlumatları, Dağlıq Qarabağın tarixini, Azərbaycanın ərazi bütövlüyünə dair BMT qətnamələrini, Azərbaycan xalqının etnik tərkibi haqqında məlumatları özündə əks etdirən minlərlə vərəqə alman cəmiyyətinin nümayəndələrinə və turistlərə paylanılıb.
Aksiyanın sonunda, tədbirin nəticəsi olaraq, Almaniyanın hakim dairələrinə bəyanat təqdim olunması qərara alınıb. Bəyanat aksiya iştirakçıları tərəfindən təsdiqlənib və qeyd olunub ki, ən qısa zamanda Almaniyanın ali qurumlarına təqdim ediləcək.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 1448 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31