Ana səhifə »  Diaspor »  Tarixçi-alimin növbəti kitabı Cümhuriyyət irsinin tədqiqinə həsr olunub
A+   Yenilə  A-
Tarixçi-alimin növbəti kitabı Cümhuriyyət irsinin tədqiqinə həsr olunub

“Azərbaycan Xalq Cümhuriyyəti işığında (1918-1920). Araşdırmalar, məqalələr” kitabı işıq üzü görüb
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizdə silsilə tədbirlərə qeyd edilməkdədir. Ölkə başçısı tərəfindən elan olunan “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində cümhuriyyət irsinin dərindən öyrəniləsi və təbliği sahəsində də mühüm işlər görülür. Bu günlərdə Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafanın “Azərbaycan Xalq Cümhuriyyəti işığında (1918-1920). Araşdırmalar, məqalələr” kitabının işıq üzü görməsi cümhuriyyət irsinin tədqiqi baxımından dəyərli töhfə hesab edilə bilər.
AZƏRTAC xəbər verir ki, kitabda müəllifin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid tədqiqatlarının nəticəsi olaraq ərsəyə gələn elmi məqalələrinin, beynəlxalq konfranslarda etdiyi məruzələrinin və mətbuat səhifələrində işıq üzü görmüş bir sıra məqalələrinin mətnləri toplanılıb.
Kitabda əksini tapan materiallar “Elmi məqalələr” və “Mətbuatda dərc edilən məqalələr” başlıqları altında yerləşdirilib. Müəllifin məqalələri əsasən zəngin arxiv sənədləri, AXC dövründə dərc edilən materiallar və ayrı-ayrı tədqiqat əsərlərinə, xüsusən də erməni müəlliflərinin etiraflarını özündə əks etdirən kitablara istinadən qələmə alınıb.
Müəllif “1918-1920-ci illərdə İrəvan quberniyasında erməni təcavüzünə qarşı azərbaycanlıların mübarizəsi tarixindən” sərlövhəli araşdırmasında azərbaycanlıların soyqırımı tarixinin tədqiqi ilə yanaşı, müqavimət hərəkatının da ciddi şəkildə öyrənilməsinin tarixşünaslığın problemi kimi önə çəkilməsinin vacibliyini göstərir.
Nazim Mustafanın tədqiqatlarında yaxından bələd olduğu Qərbi Azərbaycan və Şərqi Anadolunun tarixi-coğrafiyası və orada cərəyan edən hadisələrin işıqlandırılması mühüm yer tutur. Onun Azərbaycan arxivlərində saxlanılan sənədlər əsasında qələmə aldığı “1918-1920-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri soyqırımı” məqaləsi təkcə Azərbaycan oxucuları üçün deyil, eyni zamanda, Türkiyə tarixçiləri üçün də yeni-yeni faktların elmi-tədqiqat dövriyyəsinə cəlb edilməsindən xəbər verir.
Tədqiqatçının bir problem kimi araşdırdığı qaçqınlar problemi XX əsrin əvvəllərində olduğu kimi, bu gün də aktualdır və müstəqil Azərbaycanın əsas problerimdəndir. Onun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-ərazi münaqişələri və qaçqınlar problemi” başlıqlı araşdırması bu mövzuda aparılan ilk tədqiqat nümunələrindəndir.
“Azərbaycan Xalq Cümhuriyyəti dövründə sülh danışıqları” mövzusunda araşdırmasında müəllif arxiv materiallarına istinadən Cənubu Qafqazda yeni yaranan dövlətlər arasında əsasən milli-ərazi mübahisələrinin həll edilməsi məqsədilə keçirilən konfransları xronoloji ardıcıllıqla işıqlandırır. Məqalədən aydın olur ki, hazırda olduğu kimi, ötən əsrin əvvəllərində də ermənilər Azərbaycana qarşı ərazi iddiasını silah gücünə reallaşdırmaq yolunu tutmuşdur. Azərbaycan tərəfinin 1919-cu ilin noyabrında Tiflisdə keçirilən sülh konfransında imzalanan sazişin şərtlərinə əsasən Zəngəzur cəbhəsindən öz qoşunlarını geri çəkməsi fürsətindən istifadə edən Ermənistan ordusu, bu gün Azərbaycanı Naxçıvandan ayrı salan Zəngəzur bölgəsini tamamilə işğal etmişdir.
Müəllifin “1918-1920-ci illərdə ermənilərin Cənubi Qafqazda və Qars vilayətində ruslara qarşı törətdikləri terror və qırğınlar” mövzusunda araşdırması bu gün özlərini mədəni xalq kimi dünya ictimaiyyətinə təqdim etməyə çalışan ermənilərin əsl simasını ortaya qoyur.
Nazim Mustafanın “1918-1920-ci illərdə Ermənistanın xüsusi xidmət orqanlarının Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətləri” mövzusunda araşdırması da bu istiqamətdə aparılan ilk tədqiqatlardandır.
Müəllifin “Tariximizin şanlı və ibrətamiz səhifəsi” başlıqlı məqaləsi Xalq Cümhuriyyəti Parlamentinin yaranmasının 100 illiyinə həsr edilib.
Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti Nazim Mustafanın əsas tədqiqat obyektlərindəndir. Bu məsələ ilə bağlı müəllifin “Xalq Cümhuriyyəti dövründə Azərbaycanın Ermənistandakı daimi nümayəndəliyinin fəaliyyəti”, “Azərbaycanın Ermənistandakı ilk diplomatik nümayəndəsi Məhəmməd xan Təkinski”, “Diplomatik nümayəndə Əbdürrəhim bəy Haqverdiyevə qarşı Ermənistan hökumətinin həyata keçirdiyi cinayətin təfsilatı” və “Diplomat Teymur bəy Makinski” mövzularında araşdırmaları kitabda öz əksini tapır.
Müəllifin “Xalq qəzeti”ndə dərc etdirdiyi “Fətəli xan Xoyski”, “Nəsib bəy Yusifbəyli”, “Əlimərdan bəy Topçubaşov” sərlövhəli məqalələrində Xalq Cümhuriyyətinin qurucularının həyat və fəaliyyətləri işıqlandırılır.
1919-cu ildə Şərqi Anadoluda qurulan ilk demokratik cümhuriyyətin - Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin və onun qurucularının fəaliyyətinin işıqlandırılması, Azərbaycan Xalq Cümhuriyyəti ilə onların əlaqələri Nazim Mustafanın tədqiqat mövzularındandır. Oxuculara təqdim olunan bu kitabda həmin mövzu ilə bağlı müəllifin “Cənub-Qərbi Qafqaz Cümhuriyyəti”, “Anadoluda ilk cümhuriyyətin qurucusu İbrahim bəy Cahangirov (Cihangiroğlu)”, “Hacı Abbas oğlu Kərbəlayi Məhəmməd ağa” başlıqlı məqalələri öz əksini tapır.
Ümumiyyətlə, “Azərbaycan Xalq Cümhuriyyəti işığında (1918-1920). Araşdırmalar, məqalələr” kitabına müəllifin elmi jurnallarda, “Xalq qəzeti” və “Azərbaycan” qəzetlərində dərc edilən 22 məqaləsi daxil edilib.
Kitab Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əziz xatirəsinə həsr olunub.

 
  • Oxunub:  4620  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24 May 18:13
Qafqazşünasların II Beynəlxalq Forumu başa çatıb
24 May 17:49
Bahar Muradova: İdmandan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir
24 May 17:42
Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib
24 May 17:38
Pərvin Kərimzadə: “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +28
gecə+16 +19