Ana səhifə »  Diaspor »  Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası keçirilib
A+   Yenilə  A-
Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası keçirilib

Azərbaycan turizm sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olacaq
Dekabrın 4-də Bakıda Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam assosiasiyanın qeyri-hökumət təşkilatı kimi Azərbaycan hotellərinin maraqlarını təmsil və təşviq etdiyini bildirib. Eyni zamanda, Azərbaycan Hotellər Assosiasiyasının təşkilati strukturu, nizamnaməsi, məqsədləri və gələcək fəaliyyəti haqqında ətraflı məlumat verib.
Bildirilib ki, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, bugünkü görüş bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan Hotellər Assosiasiyası bu sahənin iştirakçılarını birləşdirib və birinci Baş Assambleyasını təşkil edib. “Bildiyiniz kimi, turizm ölkənin əsas prioritet sahələrindən biridir. Son illərdə bu sahədə kifayət qədər işlər görülüb, Azərbaycanın turizm imkanlarının tanıdılması üçün mühüm addımlar atılıb. Ancaq ölkənin turizm sahəsində bəzi problemlərin mövcud olması da hər kəsə məlumdur. Dövlət Turizm Agentliyinin qarşısında mövcud problemləri aradan qaldırmaq, turizmi daha da inkişaf etdirmək kimi vəzifə durur. Biz bu məsuliyyətin fərqindəyik və öz işimizi Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirdiyi siyasətə uyğun olaraq qurmuşuq. Fürsətdən istifadə edib, ölkə turizminin inkişafında bizə hər zaman dəstək verdiyi üçün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürümüzü bildiririk”, - deyə F.Nağıyev vurğulayıb.
Turizmin inkişafının bir-biri ilə sıx bağlı olan bir çox sahənin birgə fəaliyyətindən asılı olduğunu söyləyən Dövlət Turizm Agentliyinin sədri deyib ki, bunların içərisində hotelçilik əsas yerdə durur. Bugünkü tədbirin də əsas məqsədi hotelçilik sənayesi nümayəndələrini bir araya gətirərək yeni yaradılmış Azərbaycan Hotellər Assosiasiyası barəsində məlumat verməkdir. Azərbaycan Hotellər Assosiasiyası hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək, xidmət səviyyəsinin keyfiyyətini artırmaq üçün bu sahənin nümayəndələrini bir araya toplayan platforma rolunu oynayacaq. Əlbəttə, hotelçilik sahəsində gözəçarpan ən əsas amil xidmət səviyyəsinin keyfiyyətidir. Bu sahədə problemlər mövcuddur və bu problemlərin həlli istiqamətində işlər görülür.
Fuad Nağıyev deyib: “İxtisaslı kadrların hazırlanması və onların peşəkar kimi yetişməsində sözsüz ki, təhsil müəssisələri mühüm rol oynayırlar. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyət kəsb edir. Turizm təhsilinin inkişafı ölkədə yerli turizm kadrlarının hazırlanmasına, xidmət keyfiyyətinin artmasına birbaşa olaraq təsir edir. Bunu nəzərə alaraq təhsil müəssisələrində də işlər aparılır”.
Hotelçilik sahəsində mövcud problemlərdən söz açan natiq diqqətə çatdırıb ki, bu sahədəki çatışmazlıqlardan biri də ulduz verilməsi sistemində olan problemlərdir. Bunu nəzərə alaraq bu gün Azərbaycan Hotellər Assosiasiyasının birinci Baş Assambleyasında ölkədə tətbiq olunacaq yeni milli ulduz təsnifat sistemi barəsində də məlumat veriləcək. Ölkədə turizm sahəsində mövsümilik problemi də mövcuddur. Bunun aradan qaldırılması, hotellərin ilboyu xidmət göstərə bilməsi istiqamətində müvafiq işlər gedir. Həm paytaxt Bakıda, həm də regionlarda nisbətən daha kiçik və ulduz sayı az olan hotellərin fəaliyyətini stimullaşdırmaq üçün tədbirlər görülür. Bütövlükdə, Azərbaycanda mövcud olan hotelçilik sisteminin Avropa standartlarına uyğunlaşdırılması qarşımızda duran əsas məqsədlərdən biridir. Məhz bu amili nəzərə alaraq beynəlxalq təşkilatlara üzv olmaq məsələsi gündəmdədir.
“Azərbaycanın bütün dünyada turizm destinasiyası kimi tanıdılması və yeni brendimizlə xarici bazarlarda ölkənin turizm imkanlarının təbliğində səyləri birləşdirməliyik. Çünki mövcud olan bütün problemlərin həllində ancaq turizm sənayesinin bütün iştirakçılarının, o cümlədən və xüsusilə hotelçilik sahəsinin mütəxəssislərinin birgə mütəşəkkil şəkildə fəaliyyəti önəmlidir. Turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması, turistlərin ölkəmizdən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır. Bu sahədə çalışan hər kəs turizmin inkişafındakı rolunu və üzərinə düşən məsuliyyəti başa düşməlidir. İnanırıq ki, Azərbaycan Hotel Assosiasiyası bütün bu vəzifələrin öhdəsindən uğurla gələcək və hotelçilik sisteminin inkişafına öz töhfəsini verəcəkdir”, - deyə Fuad Nağıyev vurğulayıb.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Hotellər Assosiasiyasının yaradılmasının ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlardan biri olduğunu və assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə tədbirlərin həyata keçiriləcəyini qeyd edib.
“Bu tədbir turizm sahəsinin əsas fundamental çağırışları üçün əhəmiyyətlidir. Biz qarşıya mühüm hədəflər qoymuşuq. Məqsədimiz Azərbaycanı növbəti 5 il ərzində turistlər üçün Qafqazın ən cəlbedici məkanına çevirməkdir. Rəqabətlik qlobal xarakter daşıyır. Biz əsasən milli turizmin inkişafı naminə dövlət və özəl qurumların əməkdaşlığına nail olmalıyıq. Azərbaycan Hotellər Assosiasiyasının təsis olunması bu sahənin inkişafına öz töhfəsini verəcək”, - deyə natiq bildirib.
Növbəti illərdə Azərbaycan Turizm Bürosunun dünyanın müxtəlif ölkələrində altı nümayəndəliyinin açılacağını söyləyən baş icraçı direktor Florian Zenqstşmid deyib ki, 2020-ci illə qədər 20-dək beynəlxalq sərgidə iştirak etməyi planlaşdırırlar.
Tədbirdə Azərbaycan Hotellər Assosiasiyasının prezidenti Jiri Kobos, “Hotrec - Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai də çıxış edərək beynəlxalq təşkilatlara, xüsusilə də “Hotrec” təşkilatına üzv olma planlarından bəhs ediblər.
Sonra üzvlük kateqoriyaları, eləcə də yeni milli ulduz təsnifat sistemi, assosiasiyaya üzvlüyün verdiyi üstünlüklər haqqında məlumat verilib.
Qeyd edək ki, 2019-cu il üçün Assosiasiyaya üzvlük haqları tətbiq olunmayacaq. 2020-ci ildən başlayaraq isə müxtəlif kateqoriyalara uyğun olaraq üzvlük haqları müəyyənləşəcək.

 
  • Oxunub:  1890  |  
  • Tarix:  05-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İdarə Heyətinin iclası keçirilib

20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
14:09
14 Dekabr
Mədəniyyət naziri Hacıqabulda vətəndaşlarla görüşüb
13:08
14 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işə başlayıb
12:50
14 Dekabr
Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsində maraqlıdır
12:43
14 Dekabr
Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra məsələlər həll edilib
12:35
14 Dekabr
“Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər vasitəsilə təbliği” mövzusunda maarifləndirici təlim maraqla qarşılanıb
12:28
14 Dekabr
Beyləqanda 22 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunun tikintisi yekunlaşıb
12:26
14 Dekabr
Edvard Karvardin: Naxçıvanda gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıb
12:20
14 Dekabr
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
12:16
14 Dekabr
QDTİB Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası hazırlayacaq
12:11
14 Dekabr
İlin sonunadək Bakı limanından 47 mindən çox sərnişin daşınması proqnozlaşdırılıb
12:03
14 Dekabr
Bakıda informasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir
12:00
14 Dekabr
ABŞ hökuməti “Cənub Qaz Dəhlizi” layihəsini reallaşmasını bir daha dəstəkləyib
11:51
14 Dekabr
Oqtay Əsədov: Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir
11:37
14 Dekabr
Bakıda I Karyera sərgisi keçirilir
11:36
14 Dekabr
Masallıda dini radikalizmlə mübarizə mövzusunda ikigünlük seminar-müşavirə keçirilib
11:31
14 Dekabr
UNESCO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub
10:50
14 Dekabr
Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin Qlobal Konfransının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər
10:45
14 Dekabr
Mahmud Məmməd-Quliyev: Azərbaycan-Aİ tərəfdaşlıq sazişinin mətni martadək razılaşdırıla bilər
10:29
14 Dekabr
Nazir müavini: Bərpaolunan enerji mənbələrinin inkişafı özəl sektorun iştirakı ilə təmin edilə bilər
10:23
14 Dekabr
Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçirilir
10:13
14 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
20:50
13 Dekabr
Bakıda “İstedadların hazırlığı laboratoriyası” II Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
20:47
13 Dekabr
Rumıniyada keçirilən anım mərasimində Ulu Öndərin diaspor quruculuğuna böyük töhfələrindən danışılıb
20:21
13 Dekabr
Belarusda ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
20:15
13 Dekabr
Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA