Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Diaspor / Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar

05.12.2018 [10:02]

Dekabrın 4-də Beynəlxalq Əlillər Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) “Əlilliyi olan şəxslər: fiziki məhdudiyyətdən sosial inteqrasiyaya” mövzusunda birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinə dair tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və Fondun Müşahidə Şurasının sədri, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, ƏƏSMN yanında İctimai Şuranın rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri və Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, qəzetlərin baş redaktorları, nazirliyin və KİVDF-nin əməkdaşları, kütləvi informasiya vasitələri (KİV) nümayəndələri iştirak ediblər.
S.Babayev fiziki məhdudiyyətli insanların sosial müdafiəsinin gücləndirilməsinin, onların cəmiyyətə fəal inteqrasiyasına şərait yaradılmasının Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir bildirib ki, KİVDF ilə birgə təşkil olunan bu müsabiqə də bu istiqamətdə aparılan işlər barədə geniş ictimai məlumatlandırmanın artırılması, eyni zamanda, fiziki qüsurlu vətəndaşların ictimai həyatda bərabərhüquqlu iştirakının təmin olunması, onların bacarıqlarının, məşğulluq imkanlarının dəstəklənməsi məsələlərinə cəmiyyətin diqqətinin artırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədi daşıyır. Müsabiqədə KİV nümayəndələrinin fəal iştirakı, müvafiq mövzularda araşdırmalar aparmaqla daha məzmunlu, əhatəli, oxunaqlı materiallar dərc etdirməyə səy göstərmələri müsbət haldır.
Nazir diqqətə çatdırıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu gün nazirliyin fəaliyyət sahələrində mühüm islahatlar aparılır. Əsas məqsəd dövlət sosial xidmətlərinin innovativ həllərin tətbiqi şəraitində vahid platformadan-”DOST” mərkəzlərindən operativ və tam şəffaf, eyni zamanda, keyfiyyətli təşkili, sosial təminat sisteminin mütərəqqi və ədalətli yanaşmalar əsasında təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının səmərəli təşkili və genişləndirilməsi, əmək bazarında, ümumən sosial rifahda rolunun artırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasıdır. Nazirlik bu islahatlar, fəaliyyət sahələrində görülən işlər barədə cəmiyyətin ətraflı məlumatlandırılmasında KİV-in roluna və media ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq görülən işlər və aparılan islahatlar barədə ictimai rəyin, vətəndaş mövqeyinin, bir sıra hallarda cəmiyyətdən gələn təşəbbüslərin öyrənilməsində çox faydalıdır. Ona görə də nazirlik jurnalistləri həmişə ictimaiyyətlə fəal əlaqələrin təşkilində, cəmiyyətlə münasibətlərdə yaxın köməkçi hesab edir.
Nazir KİVDF ilə birgə təşkil olunan ikinci, yəni “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqəyə də bu ay yekun vurulacağını deyib.
S.Babayev gələcəkdə KİVDF ilə birgə belə müsabiqələrin təşkilinin davam etdiriləcəyini, mətbuatla əməkdaşlığın daha da gücləndirilməsinin diqqətdə saxlanacağını bildirib. Müsabiqənin qaliblərini təbrik edən nazir, onlara, həmçinin müsabiqəyə qatılan bütün KİV nümayəndələrinə xoş arzularını ifadə edib.
V.Səfərli Beynəlxalq Əlillər Günü ilə əlaqədar belə bir müsabiqənin təşkil olunmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, noyabrın 27-də başa çatan müsabiqəyə 32 KİV üzrə 50-ə yaxın jurnalist tərəfindən yazı təqdim olunub. Müvafiq meyarlar əsasında fondun üç eksperti tərəfindən qiymətləndirmələr aparılıb və qaliblər müəyyənləşib.
U.Mirzəyev bu və ya digər dövlət qurumunun KİV-lə əməkdaşlığının güclənməsinin həmin qurumun fəaliyyətinin müsbət göstəricisi kimi qəbul edildiyini, bunun qarşılıqlı faydalı olduğunu bildirib. O, həmçinin fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunmasının əhəmiyyətindən də bəhs edib.
Qəzetlərin baş redaktorları da belə müsabiqələrin jurnalistlərin əməyinin stimullaşdırılması ilə bərabər, müasir jurnalistikada aidiyyəti mövzularda bilik və təcrübənin artmasına, peşəkar yanaşmanın formalaşmasına dəstək olduğunu bildiriblər.
Sonra müsabiqənin nəticələri elan olunub. Qaliblərə diplom və mükafatlar verilib.
Həmçinin 5 yazı müəllifinə diplom və həvəsləndirici mükafatlar təqdim edilib.

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31